QAFİLƏ
QAFLAN
OBASTAN VİKİ
Şimali Qafqaz
Şimali Qafqaz ya Qafqaz qırağı— Şərqi Avropada region, Rusiya Federasiyasının cənub hissəsində yerləşir. Tərkibinə ön Qafqaz, Böyük Qafqaz aşırımının şimal tərəfi (şərq hissəsi Azərbaycana aiddir), Psou çayına qədər cənub sıldırımın qərb hissəsi daxildir. Rusiyanın ən çoxmillətli regionu. == Antropologiya == Şimali Qafqaz əhalisinin çoxu Avropoid irqinin Şimali Qafqaz tipinə aiddir. == Təbii şəraiti və təbii ehtiyatları == Ərazinin böyük bir hissəsində əlverişli torpaq-iqlim şəraiti, qiymətli mineral xammal ehtiyatları, iqtisadi-coğrafi mövqe Şimali Qafqazın təsərrüfat baxımından inkişafına səbəb olmuşdur. Rayonun təbii şəraitinin fərqli xüsusiyyətlərinə müxtəlifliyin müşahiə olunması aiddir.Şimali Qafqaz ərazisi şimaldan cənuba doğru yüksəlir, eləcə də ovalıq və yüksəkliklər bir birini əvəz edir. Ərazinin oroqrafik xüsusiyyətləri hava kütlələrinin daxil olması və transformasiyasına əlverişli şərait yaradır. Bir-birindən kontinentallıq səviyyəsinə, isti və rütubətlə təmin olunmaya, qış fəslinin qarlı və sərt keçməsinə görə fərqlənən təbii landşaftlar nəticəsində aşağıdakı zonalar ayrılır: düzən, çöl, dağlıq, dənizsahili-subtropik. Regionun düzən ərazisinin tempratur rejimi kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Mülayim və subtropik qurşağın sərhəddində yerləşmə 10°S-dən yüksək temperaturlu vegetasiya dövrünün 170–190 gün olması ilə nəticələnir.
Qafqaz karabidi
Qafqaz karabidi (lat. Carabus caucasicus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinin karabid cinsinə aid heyvan növü. Əvvələr Carabus scabrosus növünün Qafqaz yarımnövü hesab edilirdi. == Qısa təsviri == Bədənin uzunluğu 40-50 mm, alt hisəsi qara, üst hissəsi isə metal parıltılı göy və ya bənövşəyi rəngdədir. Krım yarımnövündən ön döşün formasına görə fərqlənir. Belə ki, Qafqaz ilbizyeyən fışqırdanında ön döş qabaq tərəfdən daralmış və arxa küncləri bir qədər qalxmış vəziyyətdədir. == Yayılması == Azərbaycanda Böyük Qafqaz və Kiçik Qafqazın (Şuşa ətrafı, Daşaltı dərəsi) dağ və dağətəyi rayonlarında dəniz səviyyəsindən 1200 m-ə qədər yüksəklikdə yayılmışdır. == Yaşayış yeri və həyat tərzi == Meşə və bağlarda rütubətli yerlərdə yaşayır. Qışlayan böcəklər ilkin yazda təbiətdə görünməyə başlayır və yayın ortasına qədər rast gəlinirlər. Cütləşmə və yumurtaqoyma prosesi yazın sonunda gedir.
Qafqaz moruğu
Qafqaz böyürtkəni (lat. Rubus caucasicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya (Dağıstan) və Türkiyədə təbii yayılma sahələri vardır. == Azərbaycanda yayılması == Quba (Qonaqkənd), Qusar, Zaqatala, Balakən rayonlarında dərə və meşə kənarlarında yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitki növüdür. LC. == Bitdiyi yer == Aşağı və orta dağ qurşağında meşəliklərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 2 m-ə qədər hündürlüyü olan koldur. Birillik budaqları silindirvari, yerə əyilmiş, üzəri müxtəlif tikanlı, sarımtıl vəzilidir. Yarpaqları üçər və beş yarpaqcıqdan ibarətdir.
Qafqaz
Qafqaz — Asiya və Avropada coğrafi region. Qafqazın şərq sərhəddinin Xəzər dənizi, qərbinin isə Qara dəniz olduğu qəbul edilir ancaq şimali və cənubi sərhədləri haqqında konsensus yoxdur. Şimalda fiziki-coğrafi sərhəd Kuma-Manıç çökəkliyi, hazırkı inzibati bölgüyə görə isə Krasnodar və Stavropol vilayətlərinin və Dağıstanın şimal sərhədləri hesab edilir. Bəzən Qafqaza şərti olaraq Kalmıkiya da daxil edilir. Şimali Qafqazın böyük hissəsinin tarixi-etnoqrafik olaraq rus çöllərinə və Aşağı Volqaboyuna daha yaxın olduğu nəzərə alındıqda isə Qafqazın şimal sərhəddini Kuban çayı boyunca, Kuma, Malke və Tereka təpərindən keçirmək olar. Beləliklə Krasnodar vilayətinin cənubu, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstanın böyük bir bölümü bu bölgəyə daxil olur. Cənub sərhədlərini siyasi olaraq Azərbaycan, Ermənistan və Gürcüstan ilə İran və Türkiyənin sərhədləri təşkil edir. Azərbaycan Qafqaz ölkəsidir çünki, böyük və kiçik qafqaz dağları həmçinin böyük zirvələri Azərbaycanda yerləşir. Azərbaycan Qafqaz ölkəsidir, lakin əhalisi türklərdir, azərbaycanlıların əcdadları Orta Asiyadan gəlib. == Etimologiya == Roma tarixçisi Qay Yuli Solin özünün "Dünya möcüzələri haqqında" əsərində yazır ki, skiflər Qafqaz dağlarını "Kroukas" adlandırır, və bu, skifcə "qardan ağaran" deməkdir.
Alamos (Qafqaz)
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Albanopolis (Qafqaz)
Albanopolis – xristian ənənəsinə görə həvari Varfolomeyin çarmıxa çəkildiyi, böyük ehtimalla Qafqazda olan şəhər. == Tarixi mənbələr == XVIII agioqraferi Albin Batler (ing. Alban Butler) "Müqəddəslərin həyatları" əsərində qeyd edir: Ancaq Batler qeyd edir ki, Hindistan yunan və latın müəlliflərdən tərəfindən laqeydliklə Ərəbistan, Efiopiya, Liviya, Parfiya, Persiya və midiyalıların torpağına tətbiq edilən addır. == Yeri == Buna baxmayaraq, Albanopolisin yerləşdiyi yer olaraq ən azı üç yer təklif edilib: Dərbənd, Başkaledeki Albayraq (Türkiyə) və Bakı. Bakının Albanopolis olmaq ehtimalı böyükdür. Çünki Azərbaycan Respublikası tarixən Albaniya adlanırdı.
Baş Qafqaz
Baş Qafqaz silsiləsi — Böyük Qafqaz dağlarının əsas suayrıcı silsiləsi. Azərbaycanda ən hündür nöqtəsi Bazardüzü zirvəsidir (4466 m). Baş Qafqaz Qafqaz bərzəxində ən hündür sıra dağlardır. İm.-q.-dən cənub-Şərqə doğru 1100 km. məsafəyə qədər uzanır. Suayrıcı silsiləsi də adlanır. Burada baş sözü "böyük" mənasını ifadə edir.
Böyük Qafqaz
Böyük Qafqaz — Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. == Oroqrafik təsvir == Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Cənubi Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Cənubi Qafqazın tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Güney Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Cənubi Qafqazın tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Kiçik Qafqaz
Kiçik Qafqaz dağları (Gürcücə: მცირე კავკასიონი, Rusca: Малый Кавказ) — Qafqazda olan 2 dağ sıralarından biridir. Kiçik Qafqaz sırası 600 km uzunluğda, Böyük Qafqaz dağlarının cənubunda yerləşib. Onun ən uca dağı Gamış dağı (3724 m). Bu dağ sırası İran, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə sərhədlərindən keçir. == Kiçik Qafqaz haqqında == Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarətdir. Bunlar Murovdağ, Qarabağ, Mıxtökən silsilələri; Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. Bəzi mənbələdə Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamışdağınədək (3724 m) uzanır.
Qafqaz (2007)
== Məzmun == Filmdə hadisələr 1990-1994-cü illərdə baş verir. Filmin süjet xətti İncildəki bir ayədən götürülərək, Qafqaz reallığına, müasir vaxta uyğunlaşdırılmışdır. Qafqazda müharibə başlayır. 75 yaşlı Mariya (Ada Roqovseva) oğlunu müharibədə itirir. O, gəlini Sofiya (Lyubov Tolkalina) ilə 12 ildir Qafqazda yaşayır. Aclıq başlanan zaman onlar Rusiyaya köçmək istəyirlər. Qadınlar qərara alırlar ki, onlar Moskvaya getməlidirlər. Mariya kiçik itini, Sofiya isə kiçik çemodanını götürüb qatara otururlar və yola düşürlər. Qonşu kupedə fotomüxbir Aleksandr (Andrey Çernışov) da gedir. Sofiya ilə Aleksandr bir-birini sevirlər.
Qafqaz (dəqiqləşdirmə)
Qafqaz — coğrafi region. Böyük Qafqaz — Böyük Qafqaz Xəzər və Qara dəniz arasında yerləşən dağ sistemi, Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Kiçik Qafqaz — Qafqazda olan 2 dağ sıralarından biri Şimali Qafqaz — Şərqi Avropada region, Rusiya Federasiyasının cənub hissəsində yerləşir. Cənubi Qafqaz — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşir Baş Qafqaz silsiləsi — Böyük Qafqaz dağlarının əsas suayrıcı silsiləsi. Qafqaz dağları — Xəzər və Qara dəniz arasında dağ sisteminin əmələ gətirdiyi, Avropa ilə Asiya qitəsinin sərhəddində yerləşən coğrafi rayon. Qafqaz dilləri — Təqribən 40-a qədər Qafqazda yayılmış dilləri özündə birləşdirən şərti ad. Qafqaz (Qaraçay-Çərkəz) Filmlər Qafqaz rəqsi (film, 1898) — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film.
Qafqaz (jurnal)
Qafqaz (türk. Kafkasya, alm. Der Kaukasus‎) — Qafqaz siyasi mühacirlərinin 1951-ci ilin avqustundan 1952-ci ilin dekabrınadək Münhendə türk, ingilis və rus dillərində nəşr etdirdikləri jurnal. == Tarixi == Vahid konfederatif Qafqaz dövləti yaratmaq ideyasını təbliğ edirdi. Əli xan Qantəmirin redaktorluğu ilə çıxan jurnal 1-ci sayındakı "Dava və qayəmiz" adlı baş məqaləsində yazırdı: Jurnalda Qafqaz birliyi ideyasına, ərazidə yaşayan xalqların tarixi birliyinə, həmçinin çar Rusiyasının, sovet rejiminin Qafqazdakı siyasətinə dair elmi-publisistik materiallar dərc edilirdi. Əli xan Qantəmirin "Qafqaz" (1951, avqust, № l), Əhməd Nəbi Maqomanın "Qafqazın istiqlal mücadiləsi" (1951, avqust, № 1), Mirzə Bala Məmmədzadənin "Azərbaycanda ruslaşdırma siyasəti" (1952, iyun-iyul, № 11–12) və digər çoxsaylı məqalələrdə Qafqazın tarixi coğrafiyası, burada yaşayan xalqların adət-ənənəsi və yadellilərə qarşı birgə mübarizəsindən bəhs olunurdu. == Mövzuları == "Qafqasyanın ən çox müraciət etdiyi mövzu sovet rejimi və ideologiyasının, bolşevizmin xalqlara gətirdiyi bəlaların tənqidi idi: Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycanda Aprel inqilabı" (1952, N9İ0), R. Trahonun "Şimali Qafqazda kollektivləşdirmə" (1952, Nell-12), M. H. Türkəqulun "Qızıl Rus imperiyası qan üzərində qurulmuşdur" (1952, N°14) məqalələri və s. Məhəmməd Əmin Rəsulzadənin "Qafqaz Konfederasiyası hərəkatı" (1951, N°2–3) və "Qafqaz məsələsi" (1952, Ne6–14) məqalələri Qafqaz birliyi ideyasımn proqramı adlandırıla bilər. Mirzə Bala Məmmədzadənin "Milli istiqlal davamızın bugünkü səhifəsi" adlı yazısında (1952, avqust № 13) bir tərəfdən, rusların nəyin bahasına olursa-olsun, "vahid və bölünməz Rusiya" qurmaq niyyətləri ifşa edilirsə, digər tərəfdən, "milli istiqlal davamızı ruslarla bir bazarlıq mövzusu halına" gətirən qeyri-rus, o cümlədən Azərbaycan mühacirətinin yanlış mövqeləri tənqid olunur. "Hər şeydən öncə — milli istiqlal" adlı başqa bir məqaləsində (1952, oktyabr, № 15) M. B. Məmmədzadə Amerika Komitəsinin sədri admiral Kerki "Sovetlərdəki millətlərin istiqlal haqqını şübhə altına aldığına" görə qınayaraq yazırdı: "Bizim üçün, hər şeydən öncə, milli istiqlalımız bəhs mövzusu olduğu halda və müqəddəs haqqımızın qeyd və şərtsiz tanınmasını tələb etdiyimiz halda, Amerika Komitəsinin siyasətinə tərcüman olan admiral Kerk bunun tam əksini id-dia edir, hətta daha irəli gedərək, "bir çox millətin qaynayıb-qarışıb tək bir millət" ola biləcəyini mümkün görür".
Qafqaz (qəzet)
"Kavkaz" qəzeti (rus. Кавказ) — Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşr. == Tarixi == 1846-cı ildə işıq üzü görüb. Canişin knyaz Mixail Vorontsovun təşəbbüsü ilə nəşr olunan özəl nəşr idi. Özünü siyasi və ədəbi qurum elan edən "Kavkaz" qəzeti hökumətin dəstəyindən yararlanırdı, çünki yeni qəzet ucqar bölgələrin ruslaşdırmasına töhfə verirdi. İlk redaktoru 1849-cu ilə qədər Osip Konstantinov idi. 1856-cı ildə "Zakavkazski vestnik" qəzeti ilə birləşmə baş tutdu və sonuncu "Kavkaz" qəzetində rəsmi əlavə kimi nəşr olunmağa başladı. 1857-ci ildən 1863-cü ilə qədər qəzetin baş redaktoru şair Fedot Bobılyov idi. 12 sentyabr 1892-ci ildə "Kavkaz" qəzetində "Makar Çudra" hekayəsinin altında qoyulan imzada ilk dəfə "M. Qorki" təxəllüsü peydə olmuşdur. 1918-ci ildə "Kavkaz qəzeti" fəaliyyətini dayandırıb.
Qafqaz Albaniya
Albaniya, Qafqaz Albaniyası, (ekzonim məlum deyil; lat. Albānia, q.yun. Ἀλβανία) Ağvan və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar." == Etimologiyası == Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır.
Qafqaz Albaniyası
Albaniya, Qafqaz Albaniyası, (ekzonim məlum deyil; lat. Albānia, q.yun. Ἀλβανία) Ağvan və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar." == Etimologiyası == Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır.
Qafqaz Avarları
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən və Zaqatala rayonlarında yaşayırlar. Avarların etnik-mədəni ərazisi Avariya və ya Avarıstan adlanır. Mərkəzi Xunzaxdır. == Etimologiya == Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir.
Qafqaz allankastriyası
Qafqaz allankastriyası (lat. Allancastria caucasica) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin allankastriya cinsinə aid heyvan növü. == Təsviri == Qanadların açılmış halda ölçüləri 50-60 mm-ə çatır. Qanadlar üstdən açıq sarı rəngdə olub, üzərində qara, qırmızı, mavi ləkələrdən ibarət mürəkkəb naxış vardır. Naxışın kənarı qaradır. Pupdan yenicə çıxmış kəpənəklərdə qanadların rəngi ağdan parlaq sarıyadək dəyişir. Arxa qanadlarda kiçik quyruq vardır. Kəpənəyin qarıncığı açıq rəngli tükcüklərlə örtülüdür, yanlarda narıncı rəngli üçbücaq naxışlar vardır. == Yayılması == Bolqarıstan, Türkiyə, Yunanıstan, Suriya, Kiçik Asiya, Qafqazda yayılmışlar. Ölkəmizdə Böyük Qafqazın dağ ətəklərinin cənub yamacları (Balakən, Zaqatala, Qax, Şəki) rast gəlinir.
Qafqaz lomeloziyası
Qafqaz lomeloziyası (lat. Lomelosia caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin lomeloziya cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 20-60 (80) sm hündürlükdə, adətən tək, sadə, demək olar ki, çılpaq, çox vaxt yuxarı hissədə xırda tükcüklü, aşağı hissədə az saylı tükcüklüdür. Gövdə ətrafı yarpaqlar tam, uzun saplaqlı, dar lansetvari, lansetvari və ya uzunsov ellipsvari; gövdə yarpaqları oturaq, əsasında tam və ya iridişli və ya lələkvaridir. Başcıqlar tək, iri, çiçəkləmə dövründə diametri 3-8 (10) sm, uzun çiçək saplağındadır. Sarğı yarpaqcıqları lansetvari və ya uzunsovlansetvari, itiləşmiş, sıx qısa tükcüklüdür. Tacı mavi (bəzən ağ) və ya göy, içəridə boztükcüklü, ikidodaqlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Qafqaz meşənovruzu
Qafqaz meşənovruzu (lat. Cyclamen coum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü.
Qafqaz susamuru
Qafqaz susamuru (lat. Lutra lutra meridionalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinin adi susamuru növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. == Görünüşü == Bədənin uzunluğu 700 mm. Quyruğunun uzunluğu 470 mm. Zahiri görünüşü Afrika susamuru kimidir. Belinin və yanlarının rəngi açıq-qəhvəyidir. Qarın hissəsinin rəngi yetərincə açıqdır. Quyruğu üstən və altdan eyni rəngdədir. == Arealı == Şimali Qafqazda, Cənubi Qafqazda, Azərbaycanda, İranda, ola bilər İraqda, Suriyada, Fələstində və Türkiyədə yayılmışlar.
Qafqaz zanbaqcası
Qafqaz zanbaqcası (lat. Fritillaria caucasica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməkdə olanlar" kateqoriyasına aiddir - EN A1c; B1ab (iii). Azərbaycanın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, soğanağı xırdadır. Gövdəsi çılpaq, zəif, 25 sm hündürlükdədir. Yarpaqlar azsaylıdır, uzunsov və ya uzunsov-lansetşəkillidir, alt yarpaqlar bir qədər enli, üst yarpaqları çox ensiz, dar-neştərşəkilli və ya xətvaridir. Alt yarpaqlar 2 sm-ə qədər enindədir. Çiçəkləri təkdir. Çiçək yatağı zəngvarı, konusşəkilli, 2,5 sm uzunluğunda, göyümtül, bənövşəyidir.
Qafqaz İberiyası
İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur. E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə.
Qafqaz bürosu
Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu və ya qısaca Qafbüro — Sovet İttifaqı Kommunist Partiyasının Qafqazdakı regional orqanı kimi 1920-ci ilin aprelində bolşeviklər tərəfindən yaradılmış təşkilat. 1920-ci ilin iyuluna qədər Qafqaz Bürosu Pyatiqorskda, oktyabrın sonuna qədər Armavirdə, 1920-ci il noyabrın əvvəlindən 1921-ci ilin martınadək - Rostov-na-Donuda, sonra isə Tiflisdə yerləşirdi. Qafbüro 8 aprel 1920-ci ildə Serqo Orconikidze (sədr) və Sergey Kirovun (sədr müavini) rəhbərliyi ilə yaradılmışdır. Dərhal narahatlıq doğuran məqamlardan biri o idi ki, Qafbüro heç bir müstəqil kommunist partiyasının onların nəzarətindən kənar yaradıldığını görmək istəmirdi. == Tarixi == Qafqaz Bürosu RKP (b) MK Plenumunun 8 aprel 1920-ci il tarixli qərarı ilə yaradılmışdır. O, RKP(b)-nin Qafqaz Diyar Komitəsini əvəz etdi, baxmayaraq ki, Qafqaz Bürosunun yaradılması heç də Qafqaz Diyar Komitəsinin ləğvi demək deyildi. Qafqaz Diyar Komitəsinin Qafqaz Bürosu ilə əvəzlənməsi sonradan baş verdi. Sənədlər göstərir ki, aprelin 8-dən sonra Qafqaz Diyar Komitəsi Qafqaz Bürosu ilə paralel olaraq Qafqaz partiya təşkilatlarına rəhbərlik etməkdə fəaliyyətini davam etdirmişdir. Qafqaz Diyar Komitəsi RKP (b) MK-nın qərarı ilə mayın 20-də fəaliyyətini dayandırdığını elan etdi. Komitənin qərarı mayın 25-də RKP (b) MK Siyasi Bürosu tərəfindən təsdiq edildi.
V.İ.Safonov adına Şimali Qafqaz dövlət akademik filarmoniyası
V.İ.Safonov adına Şimali Qafqaz dövlət akademik filarmoniyası — Kislovodskda dövlət mədəniyyət müəssisəsi. Əvvəllər — Qafqaz Mineral Sularında Federal Filarmoniya (24 fevral 2014-cü ildə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin əmri ilə adı dəyişdirilmişdir.) adlanıb. Qafqaz Mineral Suları şəhərlərində yerləşən on konsert salonundan ibarətdir. == Tarixi == 1895-ci ildə Kislovodskda Filarmoniyanın əsas binası olan Kurort Zalı tikildi. Eyni zamanda, bu gün V.İ.Safonov adına Akademik Simfonik Orkestrin adını daşıyan daimi simfonik orkestr yaradıldı. Kurort Zalının yaradılması ideyası o dövrdə Moskva Konservatoriyasının direktoru və Rusiya Musiqi Cəmiyyətinin Moskva bölməsinin sədri vəzifəsində çalışan Vasili İliç Safonova məxsus idi. Safonov əslən Qafqazdan idi və buna görə də tez-tez Kislovodskda olurdu. Kurort zalı Vladiqafqaz dəmiryolu Səhmdar Cəmiyyətinin vəsaiti hesabına cəmi bir il ərzində "dəmiryolu işlərinin asudə vaxtının təşkili" məqsədi ilə tikilib. Bina belçikalı memar Evgeni Descubes tərəfindən layihələndirilib. Burda Avropa kurortlarının musiqi müəssisələrinin ənənələrində qorunub saxlanılmışdır.
XIX-ХХ əsrlərdə ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. == Köçürülmə planının məqsədi == Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. == Türkmənçay müqaviləsinin nəticəsi == Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
XIX - ХХ əsrlərdə Ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. == Köçürülmə planının məqsədi == Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. == Türkmənçay müqaviləsinin nəticəsi == Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
Xüsusi Cənubi Qafqaz Komitəsi
Xüsusi Cənubi Qafqaz Komitəsi və ya Xüsusi Zaqafqaziya Komitəsi (az-əbcəd. خصوصی زاقافقاسیا قومیتسی‎; rus. Особый Закавказский Комитет) — Cənubi Qafqazda mövcud olmuş dövlət qurumu. == Tarixi == Rusiyada Fevral inqilabından (1917) sonra, martın 3-də Cənubi Qafqazda yaradılmış mülki hakimiyyət orqanı. Elmi ədəbiyyatda OZAKOM (Osobıy Zakavkazskiy Komitet) da adlandırılır. Fevral inqilabından sonra Rusiyada yaranmış Müvəqqəti hökumət martın 3-də Cənubi Qafqazda mülki hakimiyyəti yeni orqana — Xüsusi Zaqafqaziya Komitəsinə (XZK) verdi. Komitə regionun əsas millətlərinin 4-cü Dövlət dumasında təmsil edən deputatlarından ibarət idi. == Komitə üzvləri == XZK-nin sədri kadet partiyasının üzvü V. A. Xarlamov, üzvləri — azərbaycanlı kadet, sonralar müsavatçı Məmməd Yusif Cəfərov, gürcü federal-sosialisti K. Abaşidze, rus kadeti P. Pereverzev və başqaları idilər. İki gündən sonra Nazirlər şurasının sədri Lvovun əmri ilə P. Pereverzev gürcü menşeviki A. Çxenkeli ilə əvəz edildi. Həmin komitədə M. Y. Cəfərova sənaye və ticarət işlərirıə rəhbərlik tapşırılmışdı.
Yeni Qafqaziya (jurnal)
Yeni Qafqaziya (türk. Yeni Kafkasya) — Türkiyə Respublikasında yaşayan azərbaycanlı mühacirlər tərəfindən nəşrinə ilk başlanan jurnal. 1923-cü ilin sentyabrın 26-dan İstanbulda M. Ə. Rəsulzadənin təşkilatçılığı ilə nəşrə başlayan “Yeni Qafqaziya” jurnalı Azərbaycan mühacirət mətbuatının ilk nümunəsidir. Jurnal Rəsulzadənin rəhbərliyi ilə nəşr edilsə də bəzi siyasi səbəblərdən jurnalın məsul müdiri Seyid Tahir olmuşdur. Jurnalın illik qiyməti 120 quruş, altı aylığı 60 quruş, xaricdə bir nüsxəsi 5 quruş idi == Haqqında == 1923-cü il sentyabrın 26-da İstanbulda yayım həyatına başlayan və “Milli Azərbaycan Hərəkatı"nın nəşr orqanı olan jurnal dörd ilə yaxın fəaliyyətini davam etdirməyi bacarmışdı. Amma bolşeviklərin fəal olduğu bir vaxtda kommunizm əleyhinə jurnal nəşr etmək asan iş deyildi. Bu dövrdə müxtəlif fikirlərə baxmayaraq, 95 nömrəsi nəşr olan jurnal "İcra Vəkilləri" heyəti tərəfindən zərərli nəşrlərdən hesab olunaraq 1927-ci ilin sonu fəaliyyətini dayandırmışdır. 4 illik yayım həyatı dövründə jurnal cəmi 1 dəfə tətil etmişdi. Nəşrə başlamasının 3-cü ilində çapdan çıxan 7-ci nömrəsində yayımladığı bir bildirişdən başa düşülür ki, jurnal 15 dekabr 1925-ci ildə tətil edilmiş, 6 fevral 1926-cı ildə isə yenidən fəaliyyətini davam etdirmişdir. Tirajı haqqında dəqiq məlumat olmayan jurnalın Mirzə Bala Məmmədzadənin yazdığına görə Azərbaycanda da geniş oxucu kütləsi var idi.
Ziya (Ziyayi-Qafqaziyyə)
"Ziya" (az-əbcəd. ضیاء‎), daha sonra "Ziyayi-Qafqaziyyə" qəzeti (az-əbcəd. ضیاء قافقاسیه‎) — XIX əsrdə Tiflisdə nəşr olunmuş həftəlik ədəbi, ictimai, siyasi qəzet. 1879–1880-ci illərdə "Ziya" (Tiflis, 76 nömrə), sonrakı 1880–1884-cü illərdə "Ziyayi-Qafqaziyyə" adı ilə (Tiflis və Şamaxı, 107 nömrə) çıxmışdır. Qəzetdə Ünsizadə qardaşları, S. Ə. Şirvani, N. Vəzirov, S. Vəlibəyov, A. Çernyayevski və başqalarının mütərəqqi ruhlu məqalələri ilə yanaşı, islam dinini təbliğ edən yazılar da dərc olunmuşdur. Redaktoru və naşiri Səid Ünsizadə idi. == Qəzetin nəşrinə qədərki dövr == Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. "Əkinçi" bağlandıqdan sonra bir müddət Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxmamışdır. Düzdür, Bakıdakı real məktəbinin müəllimi Mirzə Məhəmmədbəy "Camcahannüma və ayineyi-bədənnüma" adlı bir qəzet çıxarmaq istəmişdir.
Ziyayi-Qafqaziyyə
"Ziya" (az-əbcəd. ضیاء‎), daha sonra "Ziyayi-Qafqaziyyə" qəzeti (az-əbcəd. ضیاء قافقاسیه‎) — XIX əsrdə Tiflisdə nəşr olunmuş həftəlik ədəbi, ictimai, siyasi qəzet. 1879–1880-ci illərdə "Ziya" (Tiflis, 76 nömrə), sonrakı 1880–1884-cü illərdə "Ziyayi-Qafqaziyyə" adı ilə (Tiflis və Şamaxı, 107 nömrə) çıxmışdır. Qəzetdə Ünsizadə qardaşları, S. Ə. Şirvani, N. Vəzirov, S. Vəlibəyov, A. Çernyayevski və başqalarının mütərəqqi ruhlu məqalələri ilə yanaşı, islam dinini təbliğ edən yazılar da dərc olunmuşdur. Redaktoru və naşiri Səid Ünsizadə idi. == Qəzetin nəşrinə qədərki dövr == Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. "Əkinçi" bağlandıqdan sonra bir müddət Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxmamışdır. Düzdür, Bakıdakı real məktəbinin müəllimi Mirzə Məhəmmədbəy "Camcahannüma və ayineyi-bədənnüma" adlı bir qəzet çıxarmaq istəmişdir.
İber-qafqaz dilləri
Qafqaz dilləri, İber-qafqaz dilləri – Təqribən 40-a qədər Qafqazda yayılmış dilləri özündə birləşdirən şərti ad. Şimali Qafqazda, Quzey Qafqazda və Türkiyədə yayılmışdır. Qafqaz dillərinin daşıyıcılarmm kiçik qruplarma İran, Suriya və digər Yaxın Şərq ölkələrində rast gəlinir. Ümumilikdə 7 milyondan çox daşıyıcısı vardır. Qafqaz dilləri əsasən 3 qrupa bölünür: Abxaz-adıq dilləri, kartvel dilləri və nax-dağıstan dilləri.
İkinci Qafqaz korpusu
II Qafqaz korpusu, Osmanlı imperiyası tərəfindən I Dünya Müharibəsi dövründə qurulmuş olan bir ordu korpusu idi. == Ordu nizamı == === 1916 dekabr, 1917 avqust, 1918 yanvara aid olan döyüş nizamı === 1916 dekabr, 1917 avqust, 1918 yanvarda ordu korpusu aşağıdakl formada təşkil edilmişdi: İkinci Qafqaz korpusu Qafqaz tüməni, XI Qafqaz tüməni, 37-ci Qafqaz tüməni == Komandanları == General-leytenant Yaqub Şevki Subaşı — (7 sentyabr 1916-cı ildən 1917-ci il iyul ayına qədər) General-leytenant Fevzi Çaxmaq — (avqust 1917-ci ildən 1918-ci il iyun ayına qədər) == Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqəsi == Qafqaz İslam Ordusu təşkil edilnə zaman onun hərbi birləşmələrinin əksəriyyəti bu ordu korpusunun hissələrindən təşkil edilmişdi. Kürdəmir döyüşü, Göyçay döyüşü və xüsusilə də Bakı döyüşləri zamanı Qafqaz İslam Ordusunun canlı qüvvəyə olan ehtiyacı bu korpusun şəxsi heyəti hesabına təmin edilmişdir. Bu ordu korpusunun birləşmələri həmçinin Naxçıvanda və ətraf ərazilərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının qarşısının alınmasında da iştirak etmişdir. == Ləğvi == Osmanlı ordusunun Fələstin və İraq cəbhəsində məğlub olmasından sonra bu ordu korpusu ləğv edilmişdir. Lakin şəxsi heyətinin mütləq əksəriyyəti müxtəlif ordu birləşmələrinin tərkibində Türkiyə İstiqlaliyyət müharibəsində də iştirak etmişdir.
Şimali-Qafqaz Dəmiryolu İdarəsinin binası
Şimali-Qafqaz Dəmiryolu İdarəsinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Teatralnaya meydanı ev 4 ünvanında yerləşən bina. Bina 1911-1913-cu illərdə modern stilində inşa edilmişdir. Şimali-Qafqaz Dəmiryolu İdarəsinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Rostov-na-Donu şəhərində yerləşən Vladiqafqaz (hazırda Şimali-Qafqaz) dəmir yolları idarəsinin uzun zaman öz binası olmamışdır. Onlar əsasən digər icarəyə götürülmüş binalarda fəaliyyət göstərirdilər. XX əsrin əvvələrində idarə üçün yeni binanın tikintisi planlaşdırılmışdır. 1910-cu ildə müsabiqədə N. Valterin layihəsi qalib gəlmişdir. Sxemlərin hazırlanması və işlərin aparılması mülki mühəndis A. P. Butkov məşğul olmuşdur. Binanın tikintisi məqsədi ilə Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərləri arasında ərazi götürülür (hazır ki Proletar rayonu). Binanın tikintisinə 1911-ci ilin yayında başlanmışdır.
Şimali-Qafqaz əmirliyi
Şimali-Qafqaz əmirliyi — 1919-cu ilin sentyabrından 1920-ci ilin martına qədər Dağıstan və Çeçenistan ərazisində mövcud olan İslam dövləti. Dövlət idarəetmə forması əmirlik idi və Osmanlı imperiyasının protektoratlığında olmuşdur. == Tarixi == 1919-cu ilin aprelində Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları Çeçenistanı işğal etdikdən sonra Dağıstanın dini və siyasi lideri Uzun-Hacı Saltinski Rusiya ordusuna qarşı müstəqillik və dini müharibə üçün könüllülərdən ibarət dəstələr toplamağa başladı. Mayın 22-də Dağıstandakı Dağlılar Respublikası hökumətinin fəaliyyətinə xitam verildi. Uzun-Hacı ordusunu toplayaraq Çeçenistan və Dağıstan sərhədindəki dağlara getdi. May ayının sonunda Botlix kəndində böyük bir məclis topladı, burada Qağatlı kəndindən olan Alimin təklifi ilə Səid-Maqomed Uzun-Hacı Dağıstan və Çeçenistan əmiri seçildi. Vedeno dağ kəndi yeni dövlətin faktiki iqamətgahı oldu. 1919-cu ilin yayında, çeçen İnaluk Arsanukayev (o həm də Dışninski idi) Osmanlı Sultanı VI Mehmed Vahidəddindən Uzun-Hacı üçün fərman gətirdi. Uzun-Hacı Şimali Qafqaz Əmirliyində hərbi və mülki quruluşlar yaratmağa başladı. Vozdivijenski kəndi uğrunda döyüşlərdə İnaluk Arsanukayevin (Dışninski) komandanlığı altında əmirlik qüvvələrinin general İ.N.Kolesnikovun rəhbərlik etdiyi Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları üzərində qazandığı zəfərlər sayəsində Uzun-Hacının nüfuzu daha da artdı.
Şimali-Qafqaz əmirliyi tüməni
Tümən (osman. تومان‎; ərəb. تومان‎) — 1919-1920-ci illərdə dövriyyəyə buraxılmış Şimali-Qafqaz əmirliyinin pul vahidi. Əskinasların üzərində nominal həm tümənlərdə, həm də rublda göstərilmişdir (1 tümən = 10 rubl nisbətində idi). == Tarixi == 1919-cu ilin aprelində Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları Çeçenistanı işğal etdikdən sonra Dağıstanın dini və siyasi lideri Uzun-Hacı Saltinski Rusiya ordusuna qarşı müstəqillik və dini müharibə üçün könüllülərdən ibarət dəstələr toplamağa başladı. Mayın 22-də Dağıstandakı Dağlılar Respublikası hökumətinin fəaliyyətinə xitam verildi. Hacı-Uzun ordusunu toplayaraq Çeçenistan və Dağıstan sərhədindəki dağlara getdi. May ayının sonunda Botlix kəndində böyük bir məclis topladı, burada Qağatlı kəndindən olan Alimin təklifi ilə Səid-Maqomed Uzun-Hacı Dağıstan və Çeçenistan əmiri seçildi. Vedeno dağ kəndi yeni dövlətin faktiki iqamətgahı oldu. 1919-cu ilin yayında, çeçen İnaluk Arsanukayev (o həm də Dışninski idi) Osmanlı Sultanı VI Mehmed Vahidəddindən Uzun-Hacı üçün fərman gətirdi.
Şimali Qafqaz Cümhuriyyəti
Dağlılar Respublikası (Millətlər Birliyi arxivlərinə görə rəsmi Fransız adı: République de l'Union des peuples montagnards du Caucase;tərcümə: Dağlıq Qafqaz Xalqları Birliyinin Respublikası) — 1917–1922-ci illərdə Şimali Qafqazda mövcud olmuş müstəqil dövlət (konfederasiya). Dağlılar Respublikasının ərazilərinə müasir dövrdə Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar respublikaları və Qaraçay-Çerkesiya muxtar vilayətləri daxil idi. 16 aprel 1919-cu il tarixində respublikanın rəhbəri Pşemaxo Kosyev Dağıstanın Azərbaycan Demokratik Respublikasının tərkibinə keçməsi barədə qərar qəbul etdi. Amma ki, 18 mayda Dağıstan general Denikinin ordusu tərəfindən tutuldu, bundan sonra Dağlılar Respublikası rəhbərliyi özü özünü buraxdığını və yenidən Tiflisə köçdüyünü elan etdi. Dağlılar Respublikasının ərazisi 407,000 min kvadrat kilometr, əhalisi isə təxminən 11 milyon nəfər olmuşdur. Temirxan-Şura dövlətin əsas şəhəri və paytaxtı olmuşdur. Dağlılar Respublikasının 115 min ordusu vardır. == Tarixi == Dağlılar Respublikasının qurucularından biri Şeyx Şamilin nəvəsi Seyid Şamil olmuşdur. Dövlətin ilk rəhbəri isə Tapa Çermoyev seçilmişdir. Şeyx Əli Hacı Akuşa və Heydər Bamat kimi nüfuzlu bəylər dövlətin idarə olunmasında yaxından iştirak etmişdilər.
Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası
Dağlılar Respublikası (Millətlər Birliyi arxivlərinə görə rəsmi Fransız adı: République de l'Union des peuples montagnards du Caucase;tərcümə: Dağlıq Qafqaz Xalqları Birliyinin Respublikası) — 1917–1922-ci illərdə Şimali Qafqazda mövcud olmuş müstəqil dövlət (konfederasiya). Dağlılar Respublikasının ərazilərinə müasir dövrdə Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar respublikaları və Qaraçay-Çerkesiya muxtar vilayətləri daxil idi. 16 aprel 1919-cu il tarixində respublikanın rəhbəri Pşemaxo Kosyev Dağıstanın Azərbaycan Demokratik Respublikasının tərkibinə keçməsi barədə qərar qəbul etdi. Amma ki, 18 mayda Dağıstan general Denikinin ordusu tərəfindən tutuldu, bundan sonra Dağlılar Respublikası rəhbərliyi özü özünü buraxdığını və yenidən Tiflisə köçdüyünü elan etdi. Dağlılar Respublikasının ərazisi 407,000 min kvadrat kilometr, əhalisi isə təxminən 11 milyon nəfər olmuşdur. Temirxan-Şura dövlətin əsas şəhəri və paytaxtı olmuşdur. Dağlılar Respublikasının 115 min ordusu vardır. == Tarixi == Dağlılar Respublikasının qurucularından biri Şeyx Şamilin nəvəsi Seyid Şamil olmuşdur. Dövlətin ilk rəhbəri isə Tapa Çermoyev seçilmişdir. Şeyx Əli Hacı Akuşa və Heydər Bamat kimi nüfuzlu bəylər dövlətin idarə olunmasında yaxından iştirak etmişdilər.
Şimali Qafqaz Federal Dairəsi
Şimali Qafqaz Federal Dairəsi - (Rus: Северо-Кавказский федеральный округ) Rusiyanın 8 federal dairəsindən biridir. Kuma–Manıç çökəkliyi ilə Böyük Qafqaz dağlarının Baş suayrıcı silsiləsi arasındakı əraziləri əhatə edir. Tərkibinə Adıgey, Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçen respublikaları, Krasnodar və Stavropol diyarları, Rastov vilayəti daxildir. Sahəsi 355,1 min km.-dir == İqtisadiyyatı == Təbii ehtiyatları: neft, təbii qaz, polimetall filizlər, mineral sular və s. Regionun kənd təsərrüfatı taxılçılıq, yağlı bitkiçilik, ətlik heyvandarlıq üzrə ixtisaslaşmışdır. Sənayedə yeyinti, kənd təsərrüfatı maşınqayırması, əlvan metallurgiya, sement istehsalı əsas yer tutur. Dövlət əhəmiyyətli kurortları vardır. Ərazisindən beynəlxalq əhəmiyyətli boru kəmərləri keçir. == Əhalisi == Əhalisi 2002-ci il siyahıyaalmaya görə 8.933.889-dir.
Şimali Qafqaz dəmiryolları tarix muzeyi
Kaşar tarix və diyarşunaslıq muzeyi — Rostov vilayəti Rostov-na-Donu şəhərində yerləşən Şimali Qafqaz dəmiryolları ilə əlaqəli texnika və digər ləvazimatların saxlandığı muzey. Muzey 1960-cı ildə təşkil edilmişdir. Bununla belə ekspozisiya meydançası isə 2003-cü ildə açılmışdır. Şimali Qafqaz dəmiryolları tarıx muzeyi Dəmiryolçuların mədəniyyət sarayında rayon vağzalının Rostov-Qlavnıy stansiyasında yerləşir. Ekspozisiya meydançarı isə Qnilov stansiyası, Portovaya küçəsi ərazisində yerləşir. Muzeyə şəhər nəqliyyatı ilə və ya elektrovaqonlarla getmək mümkündür. Muzeyin ekspozisiyasında 60 ədəd texnika yerləşdirilmişdir. Onların sırasına 14 paravoz (onların hamısı işlək vəziyyətdədir), 2 köhnə sərnişin vaqon-salon, 1 ədəd 1869-cu ildə istehsal edilən sərnişin vaqonu (bu bütün Rusiya və MDB ölkələri arasında ən qədim vaqondur), 11 yük vaqonu, 7 elektrovoz, 5 teplovoz, 4 yol maşını, 2 dəmiryol kranı, 2 elektrovaqon (ayrıca vaqonlar), müharibə zamanı əldə edilən qənimətlər və qəza-bərpa işlərini həyata keçirən texnikalar. Muzeyin ən qədim ekponatlarından biridə rum rəqəmləri ilə işarələnmiş və yaşı 125 yaşı olan cənlərdir. Sisterndə vaxtı ilə kimyavi məhlul aparılmışdır.
Şimali Qafqaz gümüşcəsi
Şimali Qafqaz gümüşçəsi (lat. Alburnus charusini charusini) — gümüşçə cinsinin nümayəndəsi. == Yayılması == Abşeron yarımadasından şimaldakı çaylarda — Ata, Vəlvələ, Qusar, Xuray, Nügədi, Tel, Samur çaylarında rast gəlinir. Azərbaycandan kənarda Qamış-Samar göllərində, Uralın deltasında, Kuma, Terek, Sulak və Rubas çayları hövzələrində yaşayır. == Morfoloji əlamətləri == Bel üzgəcində 7-8,anal üzgəcində 14-17 şüa var. Yan xətt pulcuqlarının sayı 42-46-dır. Bədəni azacıq hündürdür, yanlardan basıqdır. Pulcuqları nisbətən iridir, tez töküləndir. Başı kiçik, gözləri iridir. Ağzı başın ucundadır, yuxarıya açılır.
Şimali Qafqaz hunları
Şimali Qafqaz Hunları — Huni, Huni və ya Çuni qədim dövrlərdə Şimali Qafqaz xalqları idi. Onlara bəzən Şimali Qafqaz Hunları deyilir və tez-tez Şərqi Avropaya daxil olan Hunlarla əlaqəli olduqları güman edilir. Bununla birlikdə, huninin etnolinqvistik və coğrafi mənşəyi aydın deyil. Huni haqqında ilk müasir qeyd Dionisi Periqet və Klavdiy Ptolemey tərəfindən coğrafiyada 2-ci əsrdə, Xəzər dənizinin yaxınlığında yaşadıqları söyləndikdə verilə bilər. Aqafanqelos, 227-ci ildə Hunların Qafqaz xalqları arasında yaşadıqlarını və İran Hunlarının qohumları olduqlarını iddia edir. 535 və ya 537-ci illərdə yepiskop Kardostun başçılıq etdiyi bir erməni missioner qrupu Şimali Qafqaz Hunlarının çoxunu vəftiz etdi. Bu hadisəni bildirən Suriya dilli bir mənbə də Hun dili üçün bir yazı sisteminin hazırlandığını göstərir. Hunların eramızın 6-cı əsrində Dağıstanda bir dövlət qurduqlarını söyləyirlər. Bunun səbəbi Qafqazın çoxsaylı yerli xalqları ola bilər. 682-ci ildə Qafqaz Albaniyası yepiskopu İsrail, Qafqaz Hunlarının hökmdarı Alp İlutuerin xristianlığı qəbul etməsi üçün uğursuz bir heyətə rəhbərlik etdi.
Şimali Qafqaz imamlığı
Şimali Qafqaz İmamlığı — Şimali Qafqazda mövcud olmuş tarixi teokratik İslam dövləti. Dövlətə İmam rəhbərlik edirdi. Ən güclü dövrü İmam Şamilin rəhbərlik etdiyi illərə təsadüf edir. == Tarixi == Rusiyanın Şimali Qafqaza marağı XVI əsrdə Kazan və Həştərxan xanlıqlarını işgal etməsindən sonra Terek çayına doğru irəliləyərək orada hərbi məntəqələr qurması ilə başlayıb. Ancaq bölgənin Rusiyanın bir hissəsinə çevrilməsi prosesində ilk mühüm addım 1722-ci ildə I Pyotrun əmri ilə rus ordusunun Çeçenistana müdaxiləsi ilə atılıb. XVIII əsrin sonunda yeni vüsət alan bu proses XIX əsrdə daha da genişlənib. XVIII əsrdə Şeyx Mənsurun rəhbərliyində Müridizm hərəkatı ilə rus işğalına müqavimət göstərən yerli xalqların müqavimətləri isə 1829-1859-cu illəri əhatə edən “İmamlar dövründə” yeni vüsət alıb. Sırası ilə Qazi Məhəmməd, Həmzət bəy və İmam Şamil liderliyində davam etdirilən müqavimətin uğursuzluğa düçar olmasından və 1877-1878-ci illərdəki Rusiya–Osmanlı müharibəsindən sonra bölgənin Rusiyanın tam nəzarətinə keçməsi isə yerli əhalinin mühüm bir hissəsinin Osmanlıya köçməsi ilə nəticələnib.
Şimali Qafqaz çılpaqçası
Şimali Qafqaz çılpaqçası (lat. Oxynoemacheilus merga) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Şimali Qafqaz çılpaqçasının gözləri kiçik, burnu kütdür. Rəngi tünddür, bədənində düzgün yerləşməmiş qonur xallar var. Bu xalları quyruq, bel və döş üzgəclərində də görmək olar. Bel üzgəcinin arxasında belində 4–6 iri xal var. == Yayılması == Xaçmaz rayonunun çaylarında və Samur çayında yayılmışdır. Azərbaycan hüdüdlarından kənarda Kuban, Kuma, Terek və Sulak çaylarında yayılmışdır. == Yaşayış yeri və həyat tərzi == Biologiyası öyrənilməmişdir. İti axımlı çaylara üstünlük verir, daşların arasında durur.
Şimali Qafqaz əməliyyatı
Qafqaz döyüşü (həmçinin Qafqaz uğrunda döyüş; rus. Битва за Кавказ; Qafqazın müdafiəsi), Şimali Qafqaz əməliyyatı (alm. Nordkaukasische Operation‎, rus. Северо-Кавказская операция) və ya Don əməliyyatı (alm. Operation Don‎) — 25 iyul 1942-ci ildən 12 may 1944-cü ilə qədər İkinci Dünya müharibəsinin Şərq cəbhəsində, Qafqaz regionunda, xüsusilə də Don çayı və Böyük Qafqaz dağları arasındakı bölgədə Berlin-Roma-Tokio oxu və SSRİ tərəfindən həyata keçirilən hərbi əməliyyatlara verilən ad. Döyüşlər əsasən 9 oktyabr 1943-cü ilə qədər gerçəkləşmişdi. 1943-cü ildə alman qüvvələri Qafqaz regionunu tərk etmiş, 1944-cü ildə isə Qızıl Ordu Qafqazdan Krım yarımadasına hücum əməliyyatları həyata keçirmişdir. Döyüş əməliyyatları 2 dövrə (müdafiə və hücum) bölünür. == Arxa plan == Alman ordusunun "İldırım sürətli" müharibə planı Moskva yaxınlığındakı ağır məğlubiyyətdən sonra puça çıxmasına baxmayaraq, düşmən hələ də qüvvətli idi. Alman komandanlığı müharibənin gedişində strateji planı dəyişməyə məcbur oldu, təşəbbüsü öz əlinə alaraq 1942-ci ilin iyun ayının axırlarında böyük yay hücumuna hazırlaşdı.
Böyük Qafqaz quşarmudu
Böyük Qafqaz quşarmudu (lat. Sorbus caucasigena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Ümumi yayılması == Quba rayonu yuxarı dağ meşə qurşağında rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növlərindən biridir. VU A2c+3cd. == Bitdiyi yer == Yuxarı və orta dağ qurşaqlarında və ya seyrək meşələrdə, quru daşlı əhəngli işıqli yamaclarda təsadüf edilir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 5-8 m-ə çatan və diametri 40 sm-ə qədər olan dağınıq çətirli ağac və ya kol bitkisidir. Yarpaqları təklələkvarı yarpaqcıqdan ibarətdir. Üstdən çılpaq, altdan dağınıq tüklüdür, orta yarpaqcıqları lansetşəkilli, və ya uzunsov lansetvarı, qeyri-simmetrik olub, yuxarı hissəsində yarpaqcıqların kənarı sivri və mişardişlidir.

Digər lüğətlərdə