Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağırlı
Bağırlı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Bağırlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Bağırlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Bağırçı
Bağırçı (qaq. Baurçu) Moldovanın Qaqauziya muxtariyətində Bələdiyyə və kənddir, Çadır şəhərindən 12 kilometr (7.5 mil) qərbdə yerləşir. Göy Oğuz Yerinin üçüncü ən böyük kəndidir. 2004 ildə Bağırçıda 8,783 nəfər yaşayırdı.
Abdulla Bağırlı
Bağırlı Abdulla Sadıq oğlu (?-?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1920-1925-ci illərdə Kiyev Kommersiya İnstitutunda oxumuş, lakin Rusiyada Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxıb vətənə qayıtmışdır. Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Kiyev Kommersiya İnstitutuna göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Bağırlı (Germi)
Bağırlı (fars. باقرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (12 ailə).
Bağırlı (Kəlbəcər)
Bağırlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycana qaytarılıb. == Tarixi == Kəlbəcər rayonunun Ağdaban inzibati ərazi vahidində kənd. Toponim XIX əsrdə Şamaxı qəzasında yaşamış 47 ailədən ibarət bağırlı maldar elatının adı ilə bağlıdır. Ernotoponimdir. Krım vilayətində Baqerovo adlı Şəhər tipli qəsəbə., 1933 ildə Sabirabad rayonunun Haşımxanlı inzibati ərazi vahidində Bağırtuğay kəndi qeydə alınmışdır. AŞqabad vilayətində Baqır adlı dağ vardır. Türk dillərində bağır/baqır sözü "dağ yamacı", "dağ döŞü", "obyektin qabaq hissəsi" mənalarında da işlənir. == Yaylaqlar == Bəbirxan yurdu, Məmmədölən yurd, Qaraxır yurdu.
Bağırlı (Şamaxı)
Bağırlı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bağırlı Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin cənub ətəyində, Bulanıqsu çayının sahilindədir. Tam adı Lələ Bağırlıdır. Kəndin adı keçmışdə qışı Ərəş qəzasında, yayı isə Kəlbəcər yaylaqlarında maldarlıqla məşğul olmuş bir elatın adındandır. 1919-cu il tarixində ermənilər tərəfindən Bağırlı kəndində 370 nəfər öldürülmüşdür ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar olmuşdur, kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdur. == Əhalisi == Kənd əhalisi 2077 nəfərdir ki, onunda 1042 nəfəri kişi, 1035 nəfəri isə qadınlar təşkil edir.
Dağ Bağırlı
Dağ Bağırlı, Bağırlıdağ — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bağırlıdağ Şamaxı rayonunun Bağırlı inzibati ərazi vahidində kənd. Mənbələrin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Şamaxı qəzasının dağlıq ərazisində yaşamış bağırlı elatının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. "Bağırlı kəndinin dağlıq hissəsi və ya dağlıq ərazidə yerləşən Bağırlı kəndi" deməkdir. == İqtisadiyyatı == Kənd əhalisi 1310 nəfərdir ki, onunda 678 nəfəri kişi, 632 nəfəri isə qadınlar təşkil edir. Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Hikmət Bağırlı
Hikmət Qəhrəman oğlu Bağırlı (29 sentyabr 2001; Bəydili, Biləsuvar rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli, Azərbaycan) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hikmət Bağırlı 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra cağrışla hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Hikmət Bağırlı Ağcabədi bölgəsində kəşfiyyat qurupunda xidmət etmişdir. 29 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, həlak olmuşdur. O, 30 sentyabr 2020-ci ildə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Mirsədi Bağırlı
Mirsədi Mircəfər oğlu Bağırlı (12 iyun 2000; Tərtər, Azərbaycan — 10 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirsədi Bağırlı 2000-ci il iyunun 12-də Tərtər şəhərində anadan olub. 2006-2015-ci illərdə Kəlbəcər rayonunun 66 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2018-ci illərdə isə Bərdə Peşə Liseyində "təmirçi çilingər və avtomobil sürücüsü" ixtisası üzrə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mirsədi Bağırlı 2018-ci ildə Tərtər Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin əvvəlcə Zaqatala rayonunda, sonra isə Xızı rayonunda yerləşən "N" saylı hərbi xidmət edib. 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində Gizir Kurslarında təhsil alıb. 2020-ci il yanvarın 28-dən "gizir" hərbi rütbəsində hərbi xidmətini başa vurub. 2020-ci il martın 30-dan isə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən "N" saylı hərbi hissəsində ÇHD-nın xüsusi təyinatlı qrupunun sıralarında snayperçi olaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
Qəzənfər Bağırlı
Qəzənfər Kərim oğlu Bağırlı — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Bağırlıya "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Bağır Bağırov
Bağır Əli oğlu Bağırov (d. 12 avqust 1936, Masallı, Azərbaycan) — geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvü. == Həyatı == 1936-ci il avqustun 8-də Masallı rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Bağır Bağırov 1968-ci ildə namizədlik, 1984-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == Neft və qaz yataqlarının geologiyası prosesində onların etibarlı öyrənilməsini təmin edən kompleks geoloji-riyazi üsullar yaratmışdır. Avropa geoloqlar-mühəndislər birliyi – EAGE, Amerika Neftçi- Geoloqlar Cəmiyyəti – ASPG və riyazi geologiya assosiasiyası – COGEODATA-nın üzvüdür. 1969-1988-ci illərdə AN AZDNQİPL-də laboratoriya rəhbəri, direktor müavini, şöbə müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiridir. 160-dan çox elmi əsəri, bunlardan 47-si xaricdə dərc olunmuşdur.
Baqirmi sultanlığı
Baqirmi sultanlığı— Orta Afrikada, indiki Çadda 1522–1897-ci illərdə iqtidarda olan İslam sultanlığı. == Tarixi == Baqirmi Çad gölünün cənubi-şərqi və Şari çayının şərqində yerləşir; bölgənin əski tarixi bilinmir. XVI əsrin başlarında Baqirmi bölgəsində yasayan göçəbə bütpərəst Kenka qəbiləsi, Birni Bəsi liderliyində (1522–1536) Çad gölünün 200 km. şərqində qalan Masinyada güclü bir dövlət qurdu. İslamiyətin bölgədə yayılması, XVI əsrin başlarında Fülani qəbiləsindən bir şeyxin müridləriylə birlikdə həccə gedərkən Masinya yakınındaki Bidiridə (Biddən) bir zaviyə açmasıyla başladı. Bunun yanında qonşu Bornu dövlətinin də İslamın Baqirmiyə yayılması və kökləşməsində böyük ölçüdə qatkısı olmuşdur. Buradaki fəaliyətlər sonucunda müsəlmanlığı qəbul edən Baqirmi dövlətinin dördüncü hökmdarı Sultan Abdullah Hac (1568–1608) bəzi müəssəsələri İslamiləşdirməyə çalışdıysa da, xalq arasında əski bütpərəst inanclar böyük ölçüdə yaşamağa davam etdi. Mbanq ünvanını alan Sultan Abdulla monarxik bir idarəylə dövlətin gücünü artdırdı. Ancaq bir ara, İdris Alavma olaraq bilinən Bornu sultanı İdris bin Əli (1570–1602) düzənlədiyi çeşidli səfərlər sonunda Bagirmini hakimiyəti altına alaraq vergiyə bağladı. Fəqət bu durum çox uzun sürmədi, Alavmanın ölümündən sonra Baqirmi yenə istiqlalına qovuşdu (1631.
Kərim Baqiri
Kərim Baqiri — İran futbolçusu == Həyatı == Kərim Baqiri 1974-cü il fevral ayının 20-də Təbriz şəhərində anadan olub. İranın dünyada ən tanınmış və adlı-sanlı futbolçularındandır. Ona "İranın Erik Kantonası" ləqəbi verilib. Peşəkar futbolçu karyerasına 16 yaşında Təbrizin Traktor Sazi klubunda başlayıb. Az sonra İranın gənclərdən ibarət milli yığma komandasının, daha sonra isə milli yığma komandasının heyətinə cəlb edilib. 1996-cı il avqustun 1-də Tehranın Əkinçi ("Keşavarz") komandası ilə müqavilə imzalayıb. Çox keçməmiş Tehranın İran çempionatında çıxış edən 2 güclü klubundan biri - Persepolisə transfer olunub. O, həmçinin Almaniyanın "Arminiya", İngiltərənin "Çarlton" , Qətərin "Əl-Sədd" və BƏƏ-nin "Əl-Nəsr" klublarında çıxış edib. 1993-cü ildən çıxış etdiyi İran milli yığmasında karyerasını 2010-cu il oktyabrın 7-də Braziliya ilə yoldaşlıq görüşündə başa vurub.
Said Baqiri
Said Baqiri — şair və İran radio və televiziyasının keçmiş aparıcısı. == Həyatı == Said Baqiri 1960-cı ilin avqust ayında Tehranda dünyaya gəlib.O, İran himninin sözlərinin müəllifidir.
Məhəmməd Baqiri
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. == Bioqrafiya == Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Yağıntı
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. == Yağış mövsümü == Yağış mövsümü quraqlıq dövrün əksinə olaraq bir neçə iqlim tipində (musson, Aralıq dənizi sahili) hər il bir və ya bir neçə ay ərzində təkrar olunan yağış halında maksimum yağıntıdır.
Bağırov
Bağırov — Azərbaycanlı soyadı.
Təhməz Bağırov
Təhməz Qəhrəman oğlu Bağırov ( ) — Azərbaycanlı şəhid. == Həyatı == 1971-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. Orta məktəbi qurtarıb. Fədakarlığı, qoçaqlığı ilə yaddaşlara həkk olunub == Hərbi xidməti == Dağların qızıl qönçələrə bələnməsi Təhməzin ürəyini yerindən oynatdı. Güllər durna qatarına bənzəyirdi. Təhməz istədi güllərin içi ilə addımlasın, amma qıymadı. Həsrət-həsrət güllərə baxdı. Öz-özünə pıçıldadı: “Görəsən, dünyada belə cənnət diyar varmı?” Və birdən yadına Xocalı hadisəsi düşdü. Gözəllik də, dağların görkəmli də Təhməzin yadından çıxdı. Qət etdi ki, hərbi komissarlığa müraciət etsin.
Vahid Bağırov
Vahid Həbib oğlu Bağırov (23 yanvar 1941, Əliabad, Naxçıvan rayonu – 29 may 2010, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Vahid Bağırov 23 yanvar 1941-ci ildə Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirərək Naxçıvan Televiziyasında əmək fəaliyyətinə başlamışdır. 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1966-ci ildə Naxçıvan MSSR Vilayət Komsomol Komitəsinin 1-ci katibi seçilmişdir. 1970-ci ildə "Şərq Qapısı" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. 1970-ci ildə Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbinə qəbul olub və 1973-cü ildə Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 19 avqust 1975-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Naziri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin Plenumu 30 mart 1977-ci ildə Vahid Bağırovu Naxçıvan MSSR Vilayət Partiya Komitəsinin katibi vəzifəsinə keçmişdir. 1979-ci il Azərbaycan Kommunist Partiyası Naxçıvan vilayət XXXII partiya konfransında Naxçıvan vilayət partiya komitəsinin üzvü seçilmişdir.
Vladimir Bağırov
Vladimir Bağırov (erm. Վլադիմիր Կոնստանտինի Բաղիրյան, rus. лади́мир Константи́нович Баги́ров, 16 avqust 1936 Bakı- 21 iyul 2000 Finlandiya) Sovet-Latviya qrosmeysteri, şahmat müəllifi və məşqiçisi. Bağırov on dəfə SSRİ çempionatında oynayıb (ən yaxşı nəticəsi 1960-cı ildə 4-cü yer). 1998-ci ildə veteranlar arasında dünya çempionu olub. Turnirdə oynayarkən infarkt keçirib və vəfat edib.
Vüqar Bağırov
Vüqar Bağırov (rus. Багиров, Вугар Алинияз оглы; 21 iyun 1968, Aşağı Surra) — Rusiya alimi; Biologiya elmləri doktoru (2005). Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü (2010), Ümumrusiya Donuzçuluq ETİ-nin elmi katibi (1999–2002), Ümumrusiya Elmi‑Tədqiqat Heyvandarlıq İnstitutunun heyvanların reproduktiv kriobiologiya laboratoriyasının müdiri. SSRİ-Əfqanıstan müharibəsi iştirakçısı. == Həyatı == Bağırov Vüqar Əliniyaz oğlu 1968-ci il iyunun 21-də Azərbaycan Respublikasının Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmət keçib. Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda iştirak edib. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Bir il sonra Ümumrusiya Heyvandarlıq ETİ-nin (Moskva) aspiranturasına qəbul olunub. 1996-cı ildə "Heyvan toxumundakı xarici nuklein turşularının mayalanmaya və emiriogenezə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Yusif Bağırov
Yusif Məmməd oğlu Bağırov (20 yanvar 1924, Bakı – 15 avqust 1995, Gəncə) — Azərbaycan teatr və kino rejissoru, Gəncə Dövlət Dram Teatrının quruluşçu (1952–1956) və baş rejissoru (1966–1995), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982). == Həyatı == Yusif Bağırov 20 yanvar 1924-cü ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda alıb. 1941-ci ildə Bakı Teatr Texnikumuna olsa da, cəbhəyə yollanaraq təhsilini yarımçıq qoyur. 1945-ci ildə müharibədən qayıtdıqdan sonra Bakı Teatr Texnikumunun aktyorluq fakültəsində Mehdi Məmmədov, Məhərrəm Haşımov və Aleksandr Tuqanov və başqalarından dərs alaraq təhsilinə davam edir. Burada təhsil aldığı müddətdə Ağasadıq Gəraybəylidən səhnə texnikası, Kazım Ziyadan isə səhnə danışıqları istiqamətində məsləhətlər alır. Yusif Bağırov 1947-ci ildə Bakı Teatr Texnikumunu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Teatr İnstitutunun (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olur və buranı 1952-ci ildə başa vurur. Diplom işi olaraq Ağəli Dadaşovun səhnələşdirmiş olduğu Mir Cəlal Paşayevin "Dirilən adam" əsərini tamaşaya hazırlayaraq ilk debütünü həyata keçirir. Yusif Bağırov təhsilini başa vurduqdan sonra fəaliyyətini Gəncə Dövlət Dram Teatrına bağlamış, 1952–1956-cı illərdə teatrın quruluşçu rejissoru, 1966–1995-ci illərdə isə baş rejissoru kimi fəaliyyət göstərmişdir. Yusif Bağırov 1956-cı ildən 1966-cı ilə qədər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib.
Zahir Bağırov
Zahir Bağırov (25 fevral 1975, Daşkəsən rayonu – 25 may 1995, Daşkəsən rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Zahir Bağırov 1975-ci ilin fevral ayının 25-də Daşkəsən rayonunda doğulub. 1982–1992-ci illərdə Daşkəsən rayonu İmaməddin Nəsimi adına 6 nömrəli orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == 1992-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vasitəsilə sürücülük oxuması üçün Gəncəyə göndərilir. Sürücülük kursunu bitirdikdən sonra, Hacıqabul rayonuna həqiqi hərbi xidmətə çağırılır. 4 iyun 1993-cu ildə Gəncədə Azərbaycan milli ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verən zaman Zahirə də silah verilərək orada iştirak etməsi üzrə əmr verilir. Lakin onlara nəzarət edən komandir iki qardaşın müharibə etməsini istəmir və əsgərlərdən silahları alaraq, onları zirzəmiyə gizlədir. Həmin silahlar sonra nömrə ilə polisə təhvil verirlir.[mənbə göstərin] Daha sonra Zahir Bağırov 1993-cu ildə yenidən hərbi xidmətini davam etdirməsi üçün Daşkəsənə aparılır. Goranboy, Gədəbəy, Daşkəsən və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edir. 1993-cu ildə Kəlbəcər uğrunda gedən döyüşlər zamanı əsgərlərin əllərini və ayaqlarını güclü şaxta vurduğu üçün Zahir onları Murov istiqamətindən Daşkəsənə aparır.
Zakir Bağırov
Zakir Bağırov (bəstəkar) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960)
İmamverdi Bağırov
İmamverdi Salman oğlu Bağırov (23 dekabr 1913 – 6 may 1985) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1964). == Həyatı == Daha çox dramatik xarakterli aktyor kimi formalaşmış İmamverdi Salman oğlu Bağırov 23 dekabr 1913-cü ildə Bakıda doğulub. Yeddillik təhsil alıb. Müxtəlif dram dərnəklərində çıxış edən gənc teatr həvəskarı 1929-cu ildə yeni yaradılan İşçi Uşaq Teatrının (bugünkü GTT) truppasına götürülüb. Müxtəlif vaxtlarda İrəvan Dövlət Azərbaycan Teatrında (1930 - 1932), Milli Dram Teatrında (1934 və 1942 - 1954) aktyorluq edib. Burada Paris ("Romeo və Cülyetta", Vilyam Şekspir), Kərim, Təlxək ("Dağılan tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Toğrul ("Od gəlini", Cəfər Cabbarlı), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), Əli bəy ("Vaqif", Səməd Vurğun) kimi maraqlı rollarda səhnəyə çıxıb. İmamverdi Bağırov daxilən rahatsız idi və müxtəlif yeni kollektivlərdə işləməyi xoşlayıb. O, Qazax (1938) və Quba (1939) Kolxoz və Sovxoz Teatrında aktyor və rejissor kimi çalışıb. 1954-1956-cı illərdə Soltan Dadaşovun yaratdığı və dövlət statusu olmayan Musiqili Komediya Teatrında rollar oynayıb. 1956-cı ildə teatr dövlət müəssisəsi kimi yenidən fəaliyyətə başlayanda onun truppasının aparıcı aktyorlarından biri də İmamverdi Bağırov idi.
Məhəmməd Baqiri (iranlı zabit)
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. == Bioqrafiya == Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
İlqar Bağırov
İlqar Bağırov və ya Balu (tam adı: İlqar Saleh oğlu Bağırov; d. 12 may 1970, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 30 sentyabr 2014, Luqansk, Ukrayna) — Donbass müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === İlqar Bağırov 1970-ci il mayın 12-də Bakıda anadan olmuşdur. O, 1987-ci ildə Xarkov Ali Hərbi Aviasiya məktəbinə daxil olub, 1992-ci ildə bu müəssəni bitirmişdir. === Donbass müharibəsi və döyüşlərdə iştirakı === Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İlqar Bağırov, Donbassda döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11-ci “Kiyevskaya Rus” batalyonunda kəşfiyyat qrupunun rəhbəri idi. === Ölümü === 2014-cü il sentyabr ayının 30-da Luqansk vilayətinin Debaltsev şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb. Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar Bağırov mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladıb. Onun meyiti naməlum şəxslər tərəfindən tapılaraq elə həmin yerdə dəfn olunub. Bir müddət əvvəl meyitin qalıqları Ukrayna əsgərləri tərəfindən həmin ərazidən çıxarılaraq Kiyevin İrpen bölgəsində aparılıb və orada dəfn olunub.
İsa Bağırov
İzaməddin Bağırov
İzaməddin Zeynal oğlu Bağırov (d. 6 aprel 1967) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == İ.Bağırov 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Kütləvi tamaşalar rejissoru" fakültəsini bitirmişdir. 1991-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru və rejissoru vəzifələrində işləyir. Quruluş verdiyi tamaşalardan A.Kamyunun "Ağlasığmaz faciə", Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu", C.Cabbarlının "Solğun çiçəklər", C.Məmmədovun "Kişi", Y.Həşimovun "Həkimlər nobata gedir" və Ə.Qiyasın "Cəhənnəm ekspresi" kimiləri qeyd etmək olar. İ.Bağırov tərcümə ilə də məşğul olur. Onun tərcümə etdiyi bir neçə pyes Akademik Milli Dram Teatrının, Sumqayıt və Dərbənd Dövlət teatrlarında tamaşaya qoyulmuşdur. Sumqayıt teatrında oynadığı rollardan Kefli İsgəndər və Naçalnik (C.Məmmədquluzadə "Ölülər", "Danabaş kəndinin əhvalatları", Dövlət bəy, Aydın və Bəhram (C.Cabbarlı "Aydvn", "Solğun çiçəklər"), Yan(A.Kamyu "Anlaşılmazlıq"), İmran (S.S.Axundov "Tamahkar"), Məsi (Ə.Qiyas" Qarışqa yuvası"), Qarakişi (İ.Məlikzadə "Gəl qohum olaq"), Şahbaz (M.F.Axundov "Müsyo Cordan və Dərviş Məstəli şah"), Sədrəvəzi (A.Babayev "Xilaskar"), Albert (A.İvaşenko "Uşağa bir üç yazın"), Qazan xan (F.Məhərrəmov (Oğuzlar", Müstəntiq (N.Dumbadze "Ağ bayraqlar"), Cəfərqulu xan (Y.Kevr "Xacə şah") və s. göstərmək olar. İ.Bağırov özünü kino sənətində də yoxlamış və "Yük"-də Dərviş, "Təxribat"-da Səfil və "Biriya"-da Məhəmməd Biriyanın obrazlarını yaratmışdır.
İzzət Bağırov
İzzət Bağırov (17 may 1976, Bakı, Azərbaycan SSR) — azərbaycanlı müğənni, aktyor. == Həyatı == İzzət Bağırov 17 may 1976-cı ildə anadan olub, əslən Balaxanlıdı. Bakıxanov qəsəbəsindəki 4 nömrəli Musiqi Məktəbinin tar sinifini, sonra isə Bülbül adına orta ixtisas məktəbinin İncəsənətin Musiqi Komediya fakultəsini bitirib. "7-17" Dövlət müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 1995-ci ildən daha da populyarlaşıb. Dəfələrlə Həcc ziyarətində, Məşhəddə olub. Oruc tutub, ehsanlar verir. Çox vaxt da Cümə məscidində namaz qılır. Kumiri İbrahim Tatlısəsdir.