Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təndirli
Təndirli dağı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində dağ. Təndirli (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Tahirli
Tahirli — Azərbaycanda işlədilən soyad və coğrafi yer adı. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Natiq Tahirli Sevda Tahirli Abid Tahirli Sahil Tahirli Kəndlər Tahirli (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Tahirli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Təhqir
Təhqir — şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirmək. == Ümumi məlumat == Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır. Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün "cavab" verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbir etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq?
Təndirli (Miyanə)
Təndirli (fars. تندرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (33 ailə).
Təndirli dağı
Təndirli dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun eyni istiqamətli Ağsal şaxəsindən cənub-qərbə uzanan eyniadlı ayrılmasının suayırıcısında, 1649,6 m hündürlüyü olan dağ. Dağ Arpaçay su anbarının sol sahilində, Şahbulaq kəndindən 1,5 km qərbdədir. Üst Permin Üst Murqab yarımmərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şimal-şərq qanadında yerləşir. Yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.
Abid Tahirli
Axşam təhsili
Axşam təhsili — təhsillə işi bir arada əlaqələndirən şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.
Giriş təhlili
Giriş təhlili, təşkilatların, müəssisələrin və ya şəbəkələrin müxtəlif riskləri proaktiv və reaktiv şəkildə azaltmaqda kömək üçün kompüter tərəfindən yaradılan qeydlərin təhlili üçün istifadə olunan termindir. Qeydlər şəbəkə cihazları, əməliyyat sistemləri, tətbiqetmələr və hər cür ağıllı və ya proqramlaşdırıla bilən cihaz tərəfindən yayılır. Qeydlər fayllara yönəldilə bilər və diskdə saxlanıla bilər və ya şəbəkə axını kimi bir günlük kollektoruna yönəldilə bilər. Yazılar, bir proqramın işlənməsi və ya istifadəçilərin axtarış sistemi kimi bir sistemlə necə qarşılıqlı əlaqədə olduqlarını başa düşmək üçün proqram təminatçıları tərəfindən tez-tez yaradılır. Giriş mesajının formatı və ya məzmunu həmişə tam sənədləşdirilə bilməz. Əksər təşkilatlar və müəssisələrdən təhlükəsizlik və uyğunluq qaydalarının bir hissəsi olaraq məlumatların qeyd edilməsi və giriş təhlili aparmaq tələb olunur. Giriş təhlili problem diaqnozunu, həll müddətini azaltmağa və tətbiqlərin və infrastrukturun effektiv idarə olunmasına kömək edir. Giriş təhlili komponentləri qurulmamış məlumatlardan əsas səbəblərini müəyyən etmək üçün tandemdə işləyir. Mütəmadi giriş təhlili müxtəlif risklərin azaldılmasına və qarşısını almağa kömək edir. Baş verənlərin, səbəbi və təsirləri təyin edən amillərin sübutlarını verir.
Natiq Tahirli
Sahil Tahirli
Tahirli Sahil Abdulla oğlu (16 yanvar 1983, Cəhri, Babək rayonu) — "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[mənbə göstərin] == Həyatı == 1983-cü il yanvar ayının 16-da Babək rayon Cəhri kəndində doğulub. 1989-cu ildə Cəhri kənd 1 saylı orta məktəbə daxil olub. 2001-ci ildə Bakı şəhər 248 saylı tam orta məktəbini bitirib. 2001-ci ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsinin jurnalistika ixtisasına qəbul olub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirib. 2005-ci ildə həmin universitetin jurnalistika ixtisası üzrə tam kursunu bitirərək bakalavr dərəcəsi alıb. 2004–2005-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. == Ailəsi == Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Hərbi xidməti başa vurduqdan sonra "Şərq qapısı" qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib.
Sevda Tahirli
Sevda Tahirli (tam adı: Tahirli Sevda Məmmədsəlim qızı) — bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. == Təhsili və elmi fəaliyyəti == 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1984–1987-ci illərdə botanika inistutunda doktorantura təhsili almışdır. 1987–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda çalışmışdır. 1989-cu ildən Bakı Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında işləyir. Əsas tədqiqat sahəsi stress faktoru kimi ozonun bitkinin morfo-fizioloji göstəricilərinə təsiri ilə əlaqədardır. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Sevda Tahirli Mirzə Ələkbər Sabirin nəvəsidir, 2 övladı var.
Tahirli (Cəlilabad)
Tahirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Tahirli oyk., düz. Cəlilabad r-nunun Cəngan i.ə.v.-də Burovar silsiləsinin ətəyindədir; Yardımlı r-nunun Ərus i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Tahir antroponimi və -li mənsub, bildirən şək.-dən ibarətdir. Yaşayış məntəqəsini Ərus kənd icmasından Tahir adlı şəxs ona məxsus binə yerində saldığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Tahirli kəndinin iqlimi mülayim və qismən suptropikdir. Əsasən taxılçılıq, maldarlıq, kartofçuluq və üzümçülük inkişaf etmişdir. == Əhalisi == Əhalisinin əksəriyyətini gənclər və uşaqlar təşkil edir. Burada yaşlı təbəqə kənd əhalisinin 7–9 faizini təşkil edir.
Tahirli (Xudabəndə)
Tahirli (fars. طاهرلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (10 ailə).
Tahirli (Yardımlı)
Tahirli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Təhriri-Öqlidis
Təhriri-Öqlidis (fars. تحریر اقلیدس‎ ; Evklidin şərhi) — Nəsirəddin Tusinin riyaziyyat (həndəsə) sahəsində yazdığı əsər. Əsərdə Evklidin "Başlanğıclar" ("Əsaslar") əsərində verilmiş 700-dən artıq teoremin isbatı təhlil edilmiş və bir çoxunun yeni isbatı verilmişdir. == Tərcümə və nəşr == Mətbəədə yayımlanan ilk Azərbaycan kitabı ilk dəfə 1594-cü ildə Romanın “Mediçi” mətbəəsində ərəbcə nəşr edilən “Təhriri-Öqledis” kitabı olduğu qeyd edilir. “Təhriri-Öqlidis” 1598-ci ildə ikinci dəfə yenə Romada çap olunur. Kitaba Avropada olan böyük tələbi ödəmək üçün o, latın dilinə tərcümə edilərək, 1657-ci ildə Londonda çap edilir. Bir sıra Şərq ölkələrində ərəb dilində nəşr edilən əsər 1801-ci ildə İstanbulda, 1824-cü ildə Mərakeşdə,1880-ci ildə isə Tehranda nəşr olunur. Əsər Həsən Zərrinəzadə tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə edilmiş və YUNESKO-nun da maliyyə yardımı ilə Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən nəşrə hazırlanmış və 2001-ci ildə, Bakıda, Ulduz nəşriyyatında çap olunmuşdur. == Həmçinin bax == Zic-Elxani == İstinadlar == == Xarici keçidlər == "Nəsirəddin Tusinin "Evklidin şərhi" əsərinə dair seminar keçiriləcək". Azərtac.
Şahin Tahirli
Şahin Afat oğlu Tahirli (20 sentyabr 2001; Lerik rayonu, Azərbaycan — 7 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahin Tahirli 20 sentyabr 2001-ci ildə Lerik rayonunun Züvüc kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Lerik rayon Züvüc kənd tam orta məktəbində təhsil almışdır. 2018-2019-cu illərdə Mingəçevir Turizm Kollecində təhsilini davam etdirmişdir. Subay idi. == Hərbi xidməti == Şahin Tahirli kollecin II kursunda oxuyarkən təhsilini dondurmuş və 2019-cu ilin oktyabrında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Şahin Tahirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şahin Tahirli 7 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Taleh Tahirli
Əjdaha təsvirli xalçalar
Əjdaha təsvirli xalçalar — Qafqaz xalçaları qrupudur. Bu xalçalar qrupu erkən Qafqaz xalçaları arasında ən böyüyü və ən çox müzakirə olunanıdır. Xüsusən Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələri olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == Təsviri == "Əjdaha təsvirli xalçalar"ın əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rəngdədir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnmişdir. Xalçaların üzərlərində öz adını aldıqları əjdahalar təsvir edilmişdir. Əjdahalar şaquli "S" şəklindədir. Sonrakı dövr xalçalara əjdaha başı ilə döyüşən şirlər, eləcə də ördək və qırqovul kimi fauna növləri daxildir. XIX əsrdə əjdahalar yox olur və ya nəbati motivlərlə əvəzlənir. Görünüşün mənasını başa düşmək olduqca çətindir, çünki orijinal model uyğunlaşma prosesində çox stilizə edilmiş və sadələşdirilmişdir.
Kompleks təsirli stabilizatorlar
Kompleks təsirli stabilizatorlar Kompleks təsirli stabilizatorlar tərkibində olan radikal-zəncirvari reaksiyaların inhibirləşməsinə əsaslanan antioksidantların kifayət qədər effektiv olmadığı yanacaqların kimyəvi və termooksidləşdrici sabitliyini artırmaq üçün nəzərdə tutulmuşdur. Belə yanacaqlara məsələn, tərkibində katalitik krekinqın işlənməmiş yüngül qazoylları olan dizel yanacaqları, yanan şist, kömür və s.yanma prosesindən alınan yanacaqlar aiddir. Hidrotəmizləmə və stabilizatordan eyni zamanda istifadə daha çox səmərə verir. Stabilizatorların işçi qatılığı 0.01–0.05% olub yanacaqdakı qeyri-sabit komponentlərin qatılığından asılıdır. == Təsir prinsipi == Ümumiyyətlə, yanacaqlarda qatran və çöküntülərin formalaşması yalnız karbohidrogenlərin radikal-zəncirvari oksidləşmə reaksiyaları ilə məhdudlaşmır. Fəal ikiqat rabitəsi olan olefinlərin polimerləşməsi, politsiklik aromatik birləşmələr və azot saxlayan heterotsikllərin oksidləşmə polikondensasiyası, kükürd saxlayan birləşmələrin sülfoturşulara qədər oksidləşməsi mümkündür. Karbohidrogenlərin oksidləşməsinə gəldikdə isə, bu əsas proses olaraq qalır və onun nəticəsində poliefirləşmə və polikondensasiya reaksiyalarına məruz qalan spirtlər, turşular və efirlər əmələ gəir. Bu sıxlaşma reaksiyalarından bir çoxu karbon turşuları və xüsusilə sulfoturşuların oksidləşmə məhsullarının iştirakı ilə sürətlənir. Metalların olması da oksidləşməyə təsir göstərir. Yüksəkmolekullu qatrana oxşar məhsullar molekul kütləsi nisbətən aşağı olan halda yanacaqda həll olur və qatran əmələ gətirir.
Liberal sənət təhsili
Liberal incəsənət təhsili ( latınca Şablon:Wikt-lang "azad" və Şablon:Wikt-lang "sənət və ya prinsipial təcrübə") Qərb ali təhsilində ənənəvi akademik kursdur. Liberal incəsənət incəsənət terminini konkret olaraq təsviri sənətdən daha çox öyrənilmiş bacarıq mənasında götürür. Liberal sənət təhsili liberal sənət dərəcəsi kursunda təhsilə və ya daha çox universitet təhsilinə istinad edə bilər. Belə bir təhsil kursu əsasən peşə, peşəkar və ya texniki, eləcə də dini əsaslı kurslarla ziddiyyət təşkil edir. Təhsil kurikulumu üçün “liberal incəsənət” termini Qərbdə klassik antik dövrə aiddir, lakin mənasını xeyli dəyişmiş, əsasən onu genişləndirmişdir. Qədim və orta əsrlər mənasında yeddi mövzu ritorika, qrammatika və məntiq triviumuna və astronomiyanın kvadriviumuna (çox vaxt daha çox astrologiya ), riyaziyyat, həndəsə və musiqiyə bölündü. Termin müasir mənası adətən bütün təbiət elmlərini, formal elmləri, ictimai elmləri, incəsənəti və humanitar elmləri əhatə edir.
Seks təhsili (teleserial)
Seks təhsili (ing. Sex Education) — Con Cenninqsin prodüserliyi ilə istehsal olunmuş Böyük Britaniya komediya-dram teleserialı. Lauri Nann tərəfindən yaradılmışdır. Serial 11 yanvar 2019-cu ildə Netflix vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin fevralında ikinci mövsümü anons edilmişdir. Hekayə valideynləri seks terapistləri olan Otis Milbern adlı yeniyetmə gəncdən bəhs edir. Cinsi problemi olan bir zorakı oğlana kömək etdikdən sonra özünə inanan, amma qırılqan sinif yoldaşı Meyv Uayli ona bu bacarıqları ilə pul qazanmağı təklif edir. Cütlük məktəbdə cinsi problemləri olan şəxsləri tapıb onlarla məşğul olmağa başlayır. Teleserialın baş rol ifaçısı Eysa Batterfilddir. Bundan əlavə, onun sinif yoldaşı, aşiq olduğu qız Meyvi Emma Maki, Otisin anası və seks terapisti Cini Cillian Anderson, Otisin ən yaxın dostu Erik Efonqu Şuti Qatva, Erikə bullinq edən müdirin oğlu Adam Qroffu Konnor Suindels, məktəbin populyar tələbəsi Cekson Marçettini Kedar Vilyams-Stirlinq canlandırır.
Təsərrüfat fəaliyyətinin təhlili
Təsərrüfat fəaliyyətinin təhlili (TFT, ing. analysis of economic activity) — müəssisələrin təsərrüfat fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə onların hərtərəfli öyrənilməsi üçün iqtisadi informasiyanın emalı üsullarının məcmusu. == Tərifi == Böyük Sovet Ensiklopediyasına görə təsərrüfat fəaliyyətinin təhlili müəssisələrin təsərrüfat fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə hərtərəfli öyrənilməsidir . BRE-də təsərrüfat fəaliyyətinin təhlili bir sıra metodlardan ibarət olan işinin və/və ya idarəetmə qərarlarının səmərəliliyini artırmaq məqsədi ilə müəssisələrin və fərdi sahibkarların istehsal-təsərrüfat fəaliyyətinin prosesinin və nəticələrinin hərtərəfli öyrənilməsi kimi iqtisadi məlumatların emalı üçün müəyyən edilir. == TFT-in klassifikasiyası == Təsərrüfat fəaliyyətinin təhlili aşağıdakı təhlil növlərini əhatə edir: I. İdarəetmə təhlili: 1) biznes planlarının əsaslandırılmasında və monitorinqində təhlil: biznes planlaşdırılması; büdcə tərtibi (büdcə planlaşdırılması); büdcənin icrasının təhlili (təxminlər). 2) marketinq təhlili: marketinq təhlilinin standart üsulları: - evristik üsul; - trend metodu; - statistik faktor təhlili. marketinq təhlilinin xüsusi üsulları: - giriş və çıxışın təhlili; - test marketinqi; - endirimlərin təhlili; - SWOT analizi; - portfel təhlili; 3) təsərrüfat fəaliyyətinin səmərəliliyinin hərtərəfli iqtisadi təhlili: mikroiqtisadi təhlil; makroiqtisadi təhlil: - ətraf mühitin təhlili; - iqtisadi fəaliyyətin sosial sferasının təhlili; - müəssisənin xarici iqtisadi şəraitinin və əlaqələrinin təhlili. 4) istehsalın inkişafının texniki və təşkilati səviyyəsinin təhlili: istehsalın elmi-texniki səviyyəsinin təhlili: - istehsalın texniki səviyyəsinin təhlili; - istehsal texnologiyasının səviyyəsinin təhlili; - məhsulun keyfiyyətinin təhlili. istehsalın və əməyin təşkili səviyyəsinin təhlili: - istehsalın təşkilinin təhlili; - əməyin təşkilinin təhlili. müəssisə idarəetmə təşkilatının təhlili: - idarəetmənin səmərəliliyinin təhlili; - istehsal və idarəetmə işinin strukturunun təhlili; - iş növbələrinin təhlili; - iddia işlərinin təhlili; - planlaşdırmanın təhlili, məhdudlaşdırılması və normalaşdırılması.
Xalq Təhsili Muzeyi
Xalq Təhsili Muzeyi — Bakı şəhərində yerləşən təhsil muzeyi. == Tarixi == XKS-nin 27 aprel 1932-ci il tarixli, 651 nömrəli qərarına əsasən 1930-cu ildə təşkil edilmiş pedaqoji sərginin və Pedaqoji muzeyin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinin fəaliyyətinin əsas məqsədi qədim zamanlardan etibarən müasir dövrə qədər Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirmək, bu sahədə elmi-axtarış işi aparmaq, bütövlükdə fasiləsiz təhsil sisteminin bütün pillələrində qazanılmış uğurların, təhsilin yetirdiyi ən görkəmli şəxsiyyətlərin fəaliyyətini təbliğ etməkdir. Muzeyin təbliğat fəaliyyətinin spesifik forması olan ekspozisiyasında müxtəlif dövrlərdə maarifin və bütövlükdə təhsilin inkişafı naminə fədakarcasına çalışan görkəmli maarifçilərin, ilk müəllimlərin, pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsini, müxtəlif növ təhsil müəssisəsinin yaranmasını, qadın təhsilinin inkişafını, bu sahədə aparılan islahatları və təhsilə dövlət qayğısını əks etdirən sənəd və materiallar, nadir dərs vəsaitləri və ləvazimatları, müxtəlif illərə dair dərslik və proqramlar, bütün növ qabaqcıl təhsil müəssisəsinin, o cümlədən məktəbdənkənar müəssisələrin fəaliyyəti və iş təcrübəsi, tədris müəssisələrində istifadə edilən texniki-tədris vasitələri, müəllim, şagird və tələbələrin əl işləri, əyani vəsaitlər, albomlar, maketlər, hədiyyələr və s. nümayiş etdirilməsinin təhsil tarixinin öyrənilməsi və təbliğində müstəsna əhəmiyyətə malikdir. Muzey xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin kommunistlər tərəfindən əlindən alınan şəxsi evində yerləşirdi. == Ekspozisiyası == Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji ardıcıllığa riayət edən ekspozisiyası altı salonda yerləşdirilmişdir. Muzeyin birinci salonunda qədim zamanlardan başlayaraq Azərbaycanda pedaqoji fikir və təhsil tarixini əks etdirən sənəd və materiallar, Azərbaycanda VIII əsrdən XX əsrin 20-ci illərinədək ibtidai məktəb və mədrəsələrdə dərs kitabı kimi istifadə olunmuş XVIII əsrə aid İslam dininin müqəddəs kitabı "Qurani-Kərim" saxlanılmaqdadır. Bundan əlavə, burada müxtəlif dövrlərdən qalma mürəkkəb qabları, "Qurani-Kərim"in saxlama qabı, "Qurani-Kərim"lər, M. T. Sidqinin 1894-cü ildə Naxçıvanda təşkil etdiyi məktəbdən xatirə qalmış qələmdan nümayiş etdirilir. II salon XIX əsrin sonu, XX əsrin əvvəllərində təhsil, III salon 1918–40-cı illərdə təhsil, IV salon ali və orta ixtisas təhsilinin inkişafı, V salon 1941–45, 1946–80-ci illərdə uşaq evləri, internat-məktəblərin yaranması və inkişafı, ümumtəhsil, texniki peşə məktəblərinin fəaliyyətinə dair sənəd və materialları əhatə edir.
Xərc səmərəliliyi təhlili
Xərc səmərəliliyi təhlili (ing. cost-effectiveness analysis) — elmi və ya siyasi mülahizələr əsasında müəyyən ekoloji standarta və ya qarşıya qoyulan məqsədə nail olmaq üçün xərcləri minimuma endirmək üçün istifadə olunan resurs iqtisadiyyatının üsullarından biri. Məsələn, turşu çöküntüsünün azaldılması sahəsində məqsəd müxtəlif sənaye müəssisələri arasında dəyişən çirkab su təmizləyici qurğuların xərclərini nəzərə alaraq müəyyən bir bölgədə kükürdün çöküntüsünün miqdarını minimum xərclə azaltmaq ola bilər. və tələblər artdıqca xərclərin artması faktı. == Ədəbiyyat == Daly H., Farley J. Ecological Economics: Principles and Applications. — Washington: Island Press, 2004.
Əməliyyat mühitinin təhlili
Əməliyyat mühitinin təhlili (ing. Data Envelopment Analysis), ümumi abbreviatura — ƏMT (ing. DEA) — mürəkkəb texniki, iqtisadi və sosial sistemlərin fəaliyyətinin müqayisəli təhlili metodologiyası. Bu yanaşma 1970-1980-ci illərdə A. Çarnes, V. Kuper, E. Road, R. Bankerin əsərlərində başlamışdır. Hazırda ƏMT metodologiyası mürəkkəb obyektlərin effektivliyini sadəcə hesablamaq və təhlil etməkdən daha geniş anlayış və imkanları əhatə edir. ƏMT metodologiyası riyazi iqtisadiyyat, sistem təhlili, çox meyarlı optimallaşdırma ilə dərin əlaqəyə malikdir, çoxölçülü iqtisadi məkan qurmağa, orada optimal inkişaf yollarını tapmağa, obyektlərin davranışının ən vacib kəmiyyət və keyfiyyət xüsusiyyətlərini hesablamağa, və müxtəlif vəziyyətləri simulyasiya edin. == Ədəbiyyat == Farrell M.J. The Measurement of Productive Efficiency. 120 (Journal of the Royal Statistical Society). 1957. 253–281.