Çağla Böyükakçay
Çağla Böyükakçay 1989-cu ilin sentyabr ayının 28-də Adanada anadan olmuşdur.
Böyükakçay Grand Slam turlarında iştirak edən və qalib olan yeganə qadın türk tennisçisidir. 2010-cu ildə Amerikada Açıq tennis turunda iştirak etmiş və Grand Slam uğrunda mübarizə aparmışdır. 2011-ci ildə Fransada Açıq, Vimbledon və Avstraliya Açıq turlarında iştirak etmiş və yer tutmuşdur. 2016-cı ildə Fransa açıq tennis turlarında iştirak etmiş və layiqli yerlərdən birini tutmuşdur. O bu tabloya adını yazdıran ilk qadın tennisçidir.
Böyükakçay Reskarada keçirilən 2009 Ağdəniz oyunlarında gümüş medala sahib olmuşdur. 2013-cü ildə ölkəsinin ev sahibliyi etdiyi Ağ dəniz oyunlarında həm tək, həm də cüt (Pemra Özgən ilə) qızıl medalı qazanmışdır.Çağla Böyükakçay Qadınlar turnirinin ikinci turunda dünya çempionu Şarapovanı 2-0 hesabı ilə qalib gəlmiş və 3-cü tura keçmişdir.
Rio de janero şəhərində 2016-cı ildə Olimpiya oyunlarında iştirak etmiş və türkiyəni təmsil edən ilk tennisçi qadın olmuşdur. Bu oyunlarda o rusiyalı oyunçu Yeketerina Makarovaya 6-3, 0-6 və 6-7 hesabı ilə məğlub olmuşdur.