Azərbaycan dilinin etimologiya lüğəti

  • ABA

    Dialektlərdə çox işlənir, “ana” anlamını əks etdirir. Həvva sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov

    Tam oxu »
  • ABAD1

    1. Ərəbcə əbəd (əbədi) sözünün cəmidir, “həmişəlik” deməkdir. 2. Farsca isə “şən” mənasını verir, abadan sözü ilə qohumdur

    Tam oxu »
  • ABAY

    Ərəbcə “əcdad”deməkdir.

    Tam oxu »
  • ABBAS

    Ərəbcə “qaşqabaqlı” deməkdir.

    Tam oxu »
  • ABBASƏLİ

    Məhəmmədəli qəlibi üzrə imam Əlinin və onun oğlu Həzrət Abbasın adlarının birləşməsindən əmələ gəlib

    Tam oxu »
  • ABBASI

    I Şah Abbasın (1587-1620) adı ilə bağlı yaranmış sözdür. Gümüş sikkə olub, bizdə 20 qəpik dəyərində son vaxtlara qədər işlədilirdi, amma gümüş deyildi

    Tam oxu »
  • ABDAL

    Ərəb sözüdür, çox mənası var, ən çox “dərviş”, “dilənçi”, “müqəddəs”, “qul” mənalarında işlədilir. Sözün “müqəddəs” mənası bədil (əvəzlənmə) kəlməsi i

    Tam oxu »
  • ABDI

    Ərəbcə “qul” deməkdir. Abdi kimi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

    Tam oxu »
  • ABDUĞ (OVDUQ)

    Ab farsca “su” deməkdir, duğ isə “qatıq”. Qatıqla suyu qarışdırıb atla­yaraq alınan ayrana abduğ deyirlər

    Tam oxu »
  • ABDULƏHƏD

    Ərəbcə “tək olanın (Allahın) qulu” deməkdir (əhəd “tək” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

    Tam oxu »
  • ABDULƏZİM

    Ərəbcə “Allahın (əzimin, böyük olanın) qulu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

    Tam oxu »
  • ABDULHƏMİD

    Ərəbcə “tərifə layiq olanın (Allahın) qulu” deməkdir. “Abdul” qula de­yir­­lər, həmd isə Əhməd, Məhəmməd kimi sözlərlə qohumdur, “tərifəlaiq” deməkdir

    Tam oxu »
  • ABDULXALİQ

    Ərəbcə “xaliqin (xəlq edənin, yaradanın, Allahın) qulu” deməkdir.  

    Tam oxu »
  • ABDULVAHAB

    Ərəbcə “səxavət sahibinin (Allahın) qulu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

    Tam oxu »
  • ABEY

    Qədim yəhudi dilində “meh” (sübh yeli) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

    Tam oxu »
  • ABGƏRDƏN

    Fars sözüdür (əsli abgərdən), “çömçə” deməkdir. Ab “su”, gərdan isə “gəzən”, “dolanan”, “hərəkət edən” deməkdir

    Tam oxu »
  • ABGÜŞT

    Farsca ab (su) və güşt (ət) sözlərindən düzəlib, “ət suyu” (bozbaş) deməkdir.  

    Tam oxu »
  • ABHƏYAT

    “Dirilik (həyat) suyu” deməkdir. Ab farscadır, həyat isə ərəbcə. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

    Tam oxu »
  • ABI

    Fars sözüdür, ab “su”dur, -ı şəkilçisi (farsca -i şəkilçısi: ab -i) ondan sifət əmələ gətirib: “su rəngində olan” deməkdir

    Tam oxu »
  • ABIR

    (Əsli: abru) fars mənşəlidir, ab “su” deməkdir, ru isə “üz”; və onun 2 yozumu ola bilər: 1. “Üzünün suyunu ətəyinə axıtmaq”

    Tam oxu »
  • ABİ-NEYSAN

    Hərfi mənası “aprel suyu” deməkdir. Ab “su”dur (farsca), neysan isə uryanicə aprel ayının adıdır (bizə fars dilindən keçib)

    Tam oxu »
  • ABİD

    Ərəb mənşəlidir, “ibadət edən”, “Allah qulu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

    Tam oxu »
  • ABİDƏ

    Ərəbcədir, əbədi sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

    Tam oxu »
  • ABİOTİK

    yun. a – inkar şəkilçisi + yun. bios – həyat

    Tam oxu »
  • ABİSSAL

    yun. abyssos – dibsiz

    Tam oxu »
  • ABQORA

    Fars mənşəlidir, ab “su”, qora isə “kal üzüm” deməkdir (kal “üzüm suyu”, yəni “turş şirə” anlamını verir

    Tam oxu »
  • ABLYASİYA

    lat. ablatio – dağılma, azalma

    Tam oxu »
  • ABORİGEN

    Latın sözüdür, “qədimdən sakin olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

    Tam oxu »
  • ABRAZİYA

    lat. abrasio – qaşıyaraq təmizləmə

    Tam oxu »
  • ABUTEL

    Ərəbcə tel (qızıl), farsca ab (su) sözlərindən əmələ gəlib, “parlaq” anlamını əks etdirir. (Bəşir Əhmədov

    Tam oxu »
  • AC

    Dilimizdə həm feil (acmaq), həm də ad (ac adam) kimi işlədilir. Aş (xörək) sözü zə­minində yaranıb. Mənası “aş (xörək, yemək) istəmək”, “aş arzulamaq”

    Tam oxu »
  • AC-YALAVAC

    Birinci komponenti olan aş (acmaq, yəni “aş istəmək” demək olub) kəlməsinin dəyişmiş formasıdır. İkinci hissə isə yalın (lüt, olmayan, çılpaq) sözü il

    Tam oxu »
  • ACGÖZ

    Sözün əsli aşgözdür. Elə ac sözü də aş kəlməsinin dəyişmiş formasıdır. Acgöz (aşgöz) yeməkdən doymayana, həmişə yem (aş) arxasına boylanana deyirlər

    Tam oxu »
  • ACI

    Acıq kəlməsi ilə eyni kökə malikdir. Acı “turş” demək olub (indi məna bir qədər dəyişib), acıq isə “hirs” anlamında işlədilir

    Tam oxu »
  • ACIRĞAN

    Radlovda “turş” anlamında açıqlanıb. Ayran sözü də bununla bağlıdır.  

    Tam oxu »
  • ACIŞMAQ

    “Yaram acışıb” deyirik, acışmaq kəlməsinin mənası rus dilində “обо­стряться, печалиться” kimi verilib

    Tam oxu »
  • AÇIB-AĞARTMAQ

    Açıq sözünün bir mənası “aydın” (ясно) demək olub (açıq hava və s.). Açıb-ağartmaq kəlməsi mənbələrdə açıq-adırlıq kimi qeydə alınıb

    Tam oxu »
  • AÇIQ-AYDIN

    İlk baxışda 2-ci söz “ay işığı” kimi başa düşülür, amma sözün əsli açıq-adırt olub (“ayırmaq, analiz, çözələmək” mənalarını əks etdirib)

    Tam oxu »
  • AÇIQCA

    Mənbələrdə aç-ğın-ca kimi verilib. Kök (aç) feildir, aç-ğın sifətdir, sifətin üzə­rinə -ca qoşması artırılıb

    Tam oxu »
  • AÇMAQ1

    Sinonimi yazmaq feili olub. M.Kaşğaridə “Ər dügün yazdı” cümləsi “kişi dü­yünü açdı” mənasında işlədilib

    Tam oxu »
  • AD GÜNÜ

    Niyə doğum günü yox, ad günü? Türk aləmində kişi igidlik göstərdikdən, yəni doğum günündən çox sonra ona ad verilirmiş

    Tam oxu »
  • ADA

    Bu sözün sinonimi ara kəlməsidir (Adalar dənizi ilə yanaşı, Aralıq dənizi də işlədilir). Zənn edirəm ki, hər iki söz eyni olub, sonra mənalarında müəy

    Tam oxu »
  • ADAXLI

    Ada feilimiz olub və 2 mənada işlədilib: 1. Ad vermək.  2. Ad eləmək. Adaxlı 2-ci məna ilə bağlıdır, “oğlanla qızı bir-birinə ad eləmək” (nişanlamaq)

    Tam oxu »
  • ADAQ

    Törəmə kökü ada(maq) feilidir, addım sözü ilə eyni kökə malikdir. İlk kök ay (getmək) kəlməsidir, y və d əvəzlənməsi təbii haldır (quyu əvəzinə, quduq

    Tam oxu »
  • ADAQLI

    Türkmən dilində ad-a-maq feili “ad eləmək”, “niyyət eləmək” anlamında işlə­dilir. Adaq ismi həmin feildən düzəlib və “ad eləmək” mənasını əks etdirir

    Tam oxu »
  • ADAM

    Bax: adəm.   

    Tam oxu »
  • ADAMYANA

    Adam sözü “Adəm” deməkdir, -yana isə farsca -anə (-yanə) şəkilçisinin dəyişmiş formasıdır (şairanə..

    Tam oxu »
  • ADAPTASİYA

    lat. adaptatio – uyğunlaşma

    Tam oxu »
  • ADAŞ

    Bu söz ad və daş hissələrindən ibarətdir; daş hissəsi əş kimi olub, “birgəlik, oxşarlıq” bildirib. Adaş “adı bir olan” deməkdir

    Tam oxu »
  • ADBAAD

    Qədimdə bizim “və” mənasında (bu, ərəbcədir) işlədilən ma bağlayıcımız olub. Adbaad sözündəki ba həmin ma-nın dəyişmiş formasıdır (az-maz sözündə özün

    Tam oxu »