İyirmi beş bahar görmüş bu adam altmış xəzan keçirmiş qoca kimi yorğun, xəstəhal və ölgün (z.) görünürdü.
Aynada [Züleyxanın] sifəti çox ölgün (z.) görünürdü.
// məc. Cansız, ölmüş kimi görünən.
Bir saat əvvəl səssizlikdən ölgün kimi görünən təbiət birdən-birə canlanır.
// məc. Zəif, solğun, sönük.
Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işıq nəşr edirdi.
Yolun kənarlarında qazma daxmalardan ölgün çıraq işığı gəlir, qapılarda ucadan itlər hürüşürdü.