1. bax çırtıq 1-ci mənada.
2. Barmaqlardan birinin (adətən orta barmağın) ucunu baş barmağa dayayaraq zərblə vurma; çırtıq, çırtmıq.
□ Çırtma vurmaq – barmaqlardan birinin (adətən orta barmağın) ucunu baş barmağa dayayaraq zərblə vurmaq; çırtıq vurmaq.
◊ Çırtma vursan qanı tökülər (çıxar) – çox sağlam, üzü çəhrayı, gümrah adam haqqında.
Toyuna hazırlaşan gəlinə isə çırtma vursan qanı tökülər.