ÇƏKİŞMƏK

qarş.
1. Mübarizə etmək, çarpışmaq. Çəkişməsən bərkiməzsən. ( Ata. sözü ).
Çox adam [İslamdan] çəkinər, onunla çəkişmək istəməzdi. S.Hüseyn.

2. Mübahisə etmək.
Bu arada müştərilər hərlənir, qiymət üstündə uzun-uzadı çəkişirdilər. S.Rəhimov.

3. Mərc çəkmək.
Firuzə cücənin cınağını götürərək Sərvnaza tərəf uzadıb: – Gəl çəkişək, – deyir. İ.Əfəndiyev.

Синонимы

  • ÇƏKİŞMƏK söyüşmək — dalaşmaq — vuruşmaq
  • ÇƏKİŞMƏK bəhsləşmək — deyişmək — mübahisələşmək — höcətləşmək — mərcləşmək — sözləşmək

Антонимы

  • ÇƏKİŞMƏK ÇƏKİŞMƏK – BARIŞMAQ Sözləri düz gəlmədi, çəkişdilər. Barışdı nə qədər ayrı düşənlər (C.Novruz). ÇƏKİŞMƏK – BƏRKİŞMƏK Çəkişməsən, bərkişməzsən (Ata
ÇƏKİŞMƏ
ÇƏKMƏ

Значение слова в других словарях