ÇƏLLƏK

is.
1. İçində maye şeylər saxlamaq və daşımaq və s. məqsədlər üçün işlədilən yastıdibli, ortası enli, ətrafına çənbər çəkilmiş taxtadan (bəzən də dəmirdən) qayrılmış iri qab.
Çəlləklərdə saxlanılan su yanğına qarşı mübarizə üçün kifayət deyildi. S.Vəliyev.
Malakan kəndinin içməli suyu, dərə dibindəki gur bulaqdan bu çəlləkli arabalarla yuxarıya daşınırdı. Ə.Məmmədxanlı.

2. Taxta satıl, vedrə.
[Yaşlı kişi:] Şirinnaz iki dəfə çəlləyi quyuya sallayıb çəkdi. S.Hüseynov.

Синонимы

  • ÇƏLLƏK ÇƏLLƏK [Məmiş:] Paxmeləm sən öl, başım boşalmış çəlləyə dönüb (B.Bayramov); BOÇKA Məgər bir boçka su elli iki nəfər fəhləyə azdır? (C

Этимология

  • ÇƏLLƏK Xalis türk sözüdür, qədim özbək (çığatay) dilində çəllək kimi işlədilib və “vedrə” mənasını əks etdirib
ÇƏLİMSİZ
ÇƏLLƏKCİK
OBASTAN VİKİ
Çəllək ustası
Çəllək ustası — çəllək və digər qabları düzəldən sənətkar, bəzən gəmi dirəklərinin ustasıdır. XXI əsrdə çəllək ustası peşəsi hələ də vacibdir, çünki şərab və konyak istehsalında həqiqi taxta çəlləklər tələb olunur. Balta və digər dülgər alətlərindən istifadə edərək, lülənin pərçimlərini bir-birinə yapışdırır, qırxdırır, kıvrımları (tikişləri) çəkic halına gətirir, altını içərisinə keçirir və hər şeyi taxta və ya dəmir halqalarla bağlayır.
Amontiladon dolu çəllək (hekayə)
Amontillado çəlləyi (ing. The Cask of Amontillado) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1846-ci ildə Godey's Lady's Book nəşriyyatında nəşr edilmişdir.
Çəlləkçi
Çəllək ustası — çəllək və digər qabları düzəldən sənətkar, bəzən gəmi dirəklərinin ustasıdır. XXI əsrdə çəllək ustası peşəsi hələ də vacibdir, çünki şərab və konyak istehsalında həqiqi taxta çəlləklər tələb olunur. Balta və digər dülgər alətlərindən istifadə edərək, lülənin pərçimlərini bir-birinə yapışdırır, qırxdırır, kıvrımları (tikişləri) çəkic halına gətirir, altını içərisinə keçirir və hər şeyi taxta və ya dəmir halqalarla bağlayır.

Значение слова в других словарях