ÇALMAQ

ÇALMAQ I f. Musiqi alətini hərəkətə gətirmək. Hava ifa eləmək. Şair dostum, çaldığın saz; Eldən ayrı səs ucaltmaz… (M.Araz).

ÇALMAQ II f. Sancmaq, dişləmək. Birdən cansız kağız bir ilan kimi elə bil ki, çaldı ağa Nazimi (C.Gözəlov).

ÇALMAQ III f. Biçmək. Kitab yazırsınız, ot çalırsınız; Calaq vurursunuz, bağ salırsınız (B.Vahabzadə).

ÇALMAQ IV f. Vurmaq. Evdədir, xahiş etdi ona zəng çalasınız, gözləyir (M.İbrahimov).

ÇALMAQ V f. Oğurlamaq. Mollanın börkünü çaldı oğru; Yüyürüb qaçdı bir bağa doğru (M.Ə.Sabir).

ÇALĞI
ÇANAQ

Значение слова в других словарях