ÇAPIŞMAQ qarş. At çapmaqda yarışmaq. Budur, aşağıdan üçüncü dolaydan başıyuxarı iki atlı çapışır. C.Məmmədquluzadə. [Həsən:] Gəl çapışaq, – deyə yoldaşım təklif etdi… Mən irəlidən, Həsən arxadan atların başını buraxdıq. S.S.Axundov.