ÇAP

1
I
сущ.
1. печать:
1) процесс изготовления печатной продукции; печатание. Kitab çapı печатание книг, çapa vermək отдать в печать, çapa tövsiyə etmək рекомендовать к печати, çapa hazırlamaq подготовить к печати, çapdan çıxmaq выйти их печати
2) публикация; выпуск в свет
3) внешний вид напечатанного, определяемый особенностями букв, шрифта, характером изображения и способом печатания. Əlvan çap радужная печать
2. издание (совокупность экземпляров какой-л. книги, произведений какого-л. автора, отпечатанных с одного набора). Romanın ikinci çapı (nəşri) второе издание романа
II
прил. печатный:
1) относящийся к печати, печатанию. Çap sexi печатный цех
2) предназначенный, служащий для печатания. Çap maşını печатная машина
3) сделанный при помощи печатания; отпечатанный, напечатанный. Çap məhsulları печатная продукция, çap forması печатная форма, çap xətti связь. печатная линия
4) напечатанный, опубликованный в печати. Dramın çap variantı печатный вариант драмы
5) имеющий вид, форму напечатанного. Çap hərfləri ilə yazmaq писать печатными буквами; çap etmək печатать, напечатать что :
1) размножить с помощью специальных аппаратов. Kitab çap etmək печатать книги, xəritələr çap etmək печатать карты, mətbəədə çap etmək печатать в типографии, ofset üsulu ilə çap etmək печатать офсетным способом
2) писать с помощью пишущей машинки. İki nüsxədə çap etmək печатать в двух экземплярах, diqtə altında çap etmək печатать под диктовку
◊ çap vərəqi печатный лист (в издательском деле – 16 страниц печатного текста как единица исчисления объёма книги)
2
сущ. калибр (диаметр канала ствола огнестрельного оружия)
ÇANTALI
ÇAPA-ÇAPA
OBASTAN VİKİ
4D çap texnologiyaları
4D Texnologiyaları - 3D Texnologiyalarından sonra 4-cü nəsil hesab olunan daha təkmilləşdirilmiş və genişləndirilmiş texnologiyalarıdır. ABŞ-nin Harvard Universitetinin alimlərindən ibarət qrup 3D-printerdə çap edilən obyektlərin formasını dəyişdirmək üçün proqramlaşdırmağa imkan verən texnologiya hazırlayıblar. Bu halda dəyişikliklər dördüncü ölçü adlandırılan zaman kəsiyində baş verdiyinə görə texnologiya 4D-çap adlandırılıb. Təbiətdə artıq mövcud olan mexanizmlər, məsələn, xarici stimullardan asılı olaraq öz formasını dəyişdirmək qabiliyyətinə malik bitkilər alimləri 4D-çap texnologiyasını hazırlamağa ilhamlandırıb. rusbase.com saytının məlumatına görə, 3D-printerdə mürəkkəb əvəzinə sellüloz liflərindən ibarət olan hidrogeldən istifadə olunur. Çapdan sonra hidrogel dərhal bərkiyir. Lakin bu kimi hidrogellərdən çap edilmiş struktur suya salındıqda sellüloz liflər qeyri-bərabər şəkildə şişərək bütün obyektin formasını dəyişdirir. Alimlər tərəfindən hazırlanmış riyazi model çap edilmiş strukturların suda istənilən formaya çevrilməsi üçün sellüloz lifləri gel üzərinə yerləşdirilmə qaydasını əvvəlcədən planlaşdırmağa imkan verir.
Yüksək keyfiyyətli çap
Yüksək keyfiyyətli çap (en. letter quality (LQ)) – matrisli printerdəki çapın yazı makinasında yazılmış mətnin keyfiyyətindən geri qalmayan keyfiyyəti. Adından göründüyü kimi (ingiliscə “letter” – “məktub”), belə çap keyfiyyəti işgüzar yazışmalara qoyulan tələblərə uyğun olur. Termin bir qədər köhnəlib, çünki lazerli və şırnaqlı printerlər daha yüksək keyfiyyətli çap təmin edir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çoxkeçidli çap (İnformatika)
Çap
Kalibr (ar: ‏قالب / qālib, Az: qəlib), 1 düymənin yüzdə birinə bərabər olan ölçü vahididir. 1 kalibr 0,254 millimetrə bərabərdir.
Ərəb ölkələrində çap mətbuatı
Ərəb çap mediasının əksəriyyəti zəif iqtisadi bazada mövcud olmuşdur. Onlar savadlı əhalinin az olması və bir çox yerlərdə məhdud gəlirdən əziyyət çəkirdilər. Eyni zamanda satışdada məhdudiyyət vardır, beləki mediada reklamdan istifadə çox geniş inkişaf etməmişdir. Hətta bəzi Ərəb ölkələri və fiziki şəxslərin 20-ci əsrin ikinci yarısında varlanmasına baxmayaraq, onlar reklamı ciddiyyətə almır və medianı önəmli investisiya kimi görmürdülər. Mətbu xəbərlərini daşıyan ərəblər tərəfindən yazılmış ilk nəşr olunan Jurnal-al-İraq olmuşdur və 1816-cı ildə ərəb və türk dillərində Bağdadda çıxmağa başlamışdır. İki ərəb qəzeti 1820-ci illərdə Qahirədə nəşr olunmağa başlamış və bundan sonra 1847-ci ildə Əlcazairdə,1858-ci ildə Beyrutda, 1860-cı illərdə Tunis, Dəməşq və Ttipoli Liviyada, 1879-cu ildə San`a, 1889-cu Kasablanka və 1908-ci ildə Məkkədə qəzetlər çıxmağa başlayır. Çap mediasının aparıcı mərkəzləri Livan və Misir olmuşdur və bu ölkələrdə bir çox ərəb ölkələrindən daha erkən vacib xəbərlər çap olunurdu. Onlar 21-ci əsrə qədər jurnalistikada aparıcı səviyyəsini saxlaya bilmişdir. İlk gündəlik ərəb qəzeti 1873-cü ildə Beyrutda çıxmış al-Ahram olmuşdur. Bu günə qədər də aparıcı gündəlik qəzetdir.
El Çapo Quzman
Xoakin Arçivaldo Quzman Loera (İspaniya dilində. Jonah Archivaldo Guzmán Loera), ancaq El Çapo (El Chapo) ləqəbi ilə tanınan Meksikanın narkotik qaçaqçılıq kartellərınin ən böyük başçılarındandır. 25 dekabr 1954, ya 4 aprel 1957-ci ildə Meksikanın Sınaola vilayətinin Badiraquato bölgəsində doğulmuşdur. 2014 ilində saxlanılmış ancaq 14 avqust 2014-ci ildə həbsxanada duşların altında 1.5 kilometr uzunluğunda tunel qazdırıb qaçdı. Amerika hökuməti Quzmanı tutmaq üçün gərəkli bilgiləri verənə 5 milyon dollarlıq mükafat vəd etmişdilər. dekabr 2015-ci ildə narkotik alverini sabotaj etdikləri nədəni ilə, İŞİD başçısı Əbubəkr Bəğədadını təhdid etmişdir. 8 yanvar 2016-cı il tarixində yenidən həbs edilmişdir. 19 yanvar 2017-ci ildə Meksikadan Amerikaya ekstradasiya edilib.
Fərat çapağanı
Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. == Təsviri == Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir. == Həyat tərzi == Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar. == Yayılması == Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).
Jikle çapı
Jikle çapı- (ing.giclée print, ru.печать жикле) - kətan və kağız üzərində rəsm əsərlərinin orijinaldan fərqlənməyən çapı. Fransızca “Le gicleur” (çiləmək, səpmək, sıçratmaq) sözündən götürülüb. Jikle texnologiyası şırnaqlı printerlərin iş prinsipinə əsaslanır. Bu texnologiya ölməz sənət incilərini təbii kətan üzərində tamamilə yenidən yaratmağa, ən kiçik rəng və işıq-kölgə nüanslarını təkrarlmağa, yaxılmış boyanın xarakterini və fakturasını ifadə etməyə imkan verir. Peşəkar surət çıxaran rəssamlar tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş bədii kopiyalardan fərqli olaraq, rəqəmsal bədii reproduksiya olan jikle əsl əsərin imitasiyası deyil, onun dəqiq faksimil təkrarıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Karel Çapek
Karel Çapek (9 yanvar 1890[…], Male-Svatonyovise[d][…] – 25 dekabr 1938[…], Vinoqradı[d]) — çex yazıçısı. == Həyatı == 1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirmiş, kitabxanaçı, ev müəllimi işləmiş, jurnalistlik etmişdir. İlk hekayələrini qardaşı Yozef Çaperlə birlikdə yazmışdır. R.U.R (Rossumun Universal Robotları), "Makropulos üsulu" (1922), sosial-fantastik pyeslərində , "Mütləq fabriki" (1922), "Krakatit" (1924) romanlarında, "İtaliyadan məktublar" (1923), "İngiltərədən məktublar" (1924), yol oçerklərində, yumoristik hekayələrində burjua cəmiyyəti tənqid olunur. "Hordubal" (1933), "Meteor" və "Adi həyat" (hər ikisi 1934) trilogiyası kiçik adamların acınacaqlı taleyindən bəhs edir. "Salamandralarla müharibə" (1936) fantastik romanında, "Ağ xəstəlik" (1937), "Ana" (1938) pyeslərində militarizm, faşizm və irqçilik nəzəriyyəsi satira atəşinə tutulur. Yaradıcılığı müasir sosial fantastikanın inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Kitab çapı texnologiyası
Kitab çapı texnologiyası 1400-cü illərin ortalarında alman alimi İohann Qutenberq hərəkətli metal lövhələrin köməyi ilə kitab çapı texnologiyasını ixtira etmişdir. Dahi alman ixtiraçısı ilk çap olunan yüksək keyfiyyətli Bibliya kitabı ilə şöhrət qazanmışdır. Bundan əvvəl Qutenberq təqvimlər, latın qrammatikası dərslikləri kimi kiçik nəşrlər dərc etmişdi. Bütün bu işlər onun ən böyük nailiyyəti hesab olunan 42 sətirlik Bibliya kitabının çapına hazırlıq məqsədi daşıyırdı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Otari Çaparidze
Otari Mixayloviç Çaparidze(gürc. ოთარ მიხეილის ძე ჯაფარიძე; 16 sentyabr 1921, Tiflis – 10 iyul 2020) — sovet və gürcü tarixçisi, arxeoloq, tarix elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının akademiki. Tbilisi Dövlət Universitetinin rektoru. Tbilisinin fəxri vətəndaşı. Otari Çaparidze 1929–1939-cu illərdə Tiflisdəki 25 saylı orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra 1939-cu ildə Tbilisi Dövlət Universitetinə daxil olmuş, 1943-cü ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il aspiranturaya daxil olub. Çaparidze 1944–1950-ci illərdə Gürcüstan Dövlət Muzeyində kiçik elmi işçi işləyib. Bu dövrdə 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1950–1952-ci illərdə İvan Cavaxişvili adına Tarix İnstitutunda baş elmi işçi olub.
Qriqori Çapkis
Qriqori Çapkis (ukr. Григо́рій Микола́йович Ча́пкіс, 24 fevral 1930, Kişinyov – 13 iyun 2021, Kiyev) — Sovet və ukraynalı rəqqas və xoreoqraf, üç beynəlxalq müsabiqənin laureatı, Ukraynanın Xalq artisti (02.08.2010). Qriqori Çapkis 24 fevral 1930-cu ildə Kişinyovda anadan olmuşdur. O vaxt Kişinyov Rumıniyanın tərkibində olmuşdur. Qriqori Çapkis yəhudi ailəsində yeddi övladın sonbeşiyindən əvvəlki nümayəndəsi olaraq dünyaya gəlmişdir. Yeni Kausendə böyüyür. Atası Noeh Elkunoviç Çapkis (1894–1946) yəhərçi, anası Berta İosifovna isə əslən Odessadan olan evdar qadın olmuşdur. Ailədə yəhudi dilində danışırlırdı. Sonra ailə Benderıdakı vətənlərinə qayıdır, burada 1940-cı ildə yerli Pionerlər Sarayının rəqs klubuna daxil olur və Böyük Vətən müharibəsi illərində Qazaxıstana təxliyə edilir. Böyük qardaşı Cozef Çapkis (1920–1944) cəbhədə həlak olmuşdur.
Roan Çapman-Deyvis
Roan Çapman-Deyvis (4 sentyabr 1991) — Avstraliyalı fristaylçı. Roan Çapman-Deyvis Avstraliyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Roan Çapman-Deyvis birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Deyvis ümumilikdə 73.96 xal toplayaraq öz cığırında 17-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Robert Barker (çapçı)
Robert Barker (1570 və ya 1568, Datçet[d], Berkşir[d] – 10 yanvar 1645) — İngiltərə kralı I Ceymsin çapçısı, İngiltərə kraliçası I Elizabetin çapçısı olmuş Kristofer Barkerin oğlu. Əksər mənbəyə görə, Barker «Kral Ceymsin Bibliyası» kitabının çapçısı idi. Bu kitab ingilis dilində çap edilmiş ən təsirli və əhəmiyyətli kitablardan biri idi. O və onun şəriki Martin Lukas «Zalim Bibliya» kitabını nəşr etdirmişdir. Barker 1635-ci ildə həbs edilmişdir. Olduqca sərfəli bir biznesdə işləmək yerinə, o, yaxşı bir biznesmen deyildi. Ehtimal olunur ki, bu təcrübəsizlik və ümidsizlik onun qanunla problem yaşamasına gətirib çıxarmışdır. Əlavə olaraq, «Zalım Bibliya» və həmin kitabın səbəb olduğu cərimə də buna təsir göstərmişdir. Növbəti on il müddətində tez-tez həbs edilən və həbsdən çıxarılan Barker 1645-ci ildə vəfat etmişdir. Plomer, Henry R. A Short History of English Printing 1476–1898.
Sergey Çaplıgin
Sergey Çaplıgin (5 aprel 1869, Çaplıgin, Ryazan quberniyası[d] – 8 oktyabr 1942[…], Novosibirsk) - riyaziyyatçı, nəzəri mexanika sahəsində rus alimi, müasir hidroaerodinamikanın banilərindən biri. Sosialist Əməyi Qəhrəmanı (1941). Əməkdar Elm Xadimi.
Sidney Erl Çaplin
Sidney Erl Çaplin (31 mart 1926 – 3 mart 2009) — Çarli Çaplinin və onun ikinci həyat yoldaşı Lita Qreyin ikinci oğlu. Sidney Çaplin atasının yolu ilə gedərək aktyor olub. O, atasının çəkdiyi 2 filmdə də iştirak edib. Amma o Hollivudda deyil, Nyu-Yorkdakı musiqi teatrında məşhurlaşıb. Sidney Çaplin Brodveydə oynanılan "Zənglər çalınır" adlı müzikldəki roluna görə "Toni" (teatr "Oskar"ı) mükafatı alıb. Onun ən əsas rolu isə Barbara Streyzandla bir yerdə oynadığı "Gülməli qız"da olub. Sidney Çaplin bu müziklə görə də "Toni" alıb. O, 2003-cü ildə atası Çarli Çaplin barədə çəkilən sənədli filmdə özünü oynayıb. Sidney Çaplin 3 dəfə evlənib. Sonuncu həyat yoldaşı Marqaret Biiblə Stefan adlı oğlu var.
Staroe Çaplino
Staroe Çaplino — Çukot Muxtar Dairəsində vaxtı ilə mövcud olan yaşayış məntəqəsi. Burada Rusiya Federasiyasının sərhəd xidməti fəaliyyət göstərir. Çaplino burnunda yerləşir. Yaşayış məntəqəsi Un’аzik’ olaraq adlanırdı və 19-cu əsrdə özünün ən pik dövrünü yaşayırdı.. Kənd əhalisinin əsas məşğuliyyəti balina və morj ovlanması olmuşdur. 1958-59-cu ildə Staroe Çaplino və bir sıra şayayış məntəqəsi fəaliyyət göstərir.
Vasili Çapayev
Vasili Çapayev (rus. Василий Иванович Чапаев; 28 yanvar (9 fevral) 1887, Budayka[d], Kazan quberniyası, Rusiya imperiyası – 5 sentyabr 1919[…]) — XX əsrin əvvələrindəki vətəndaş müharibəsi qəhrəmanlarından biri, Qızıl Ordunun komandiri. 32 yaşında sirli ölüm İndi isə qəhrəmanımız, damarlarında türk qanı olan Vasili İvanoviç Çapayevdən bəhs edəcək. Kimdir Çapayev? Vasili İvanoviç Çapayev 1887-ci il fevralın 9-da Kazan quberniyasının (indiki Çuvaşıstan Respublikası) Budayka kəndində anadan olub. Onun milliyyəti isə yarı çuvaş, yarı erzyalı olub. Erzyalılar Mordoviyada etnik qrupdur. Onun atası İvan Stepanoviç mordovalı, anası isə Yekaterina Semyonovna isə çuvaş olub. Çoxuşaqlı ailənin 6-cı uşağı Vasili rus akademik elminə əsasən, "rus kökənlidir". 32 yaşında, 1919-cu il sentyabrın 5-də hərbi liderliklə fəaliyyət göstərən Vasili İvanoviç Çapayev Qazaxıstanda boğulma səbəbi ilə vəfat edib.
Xoakin "El Çapo" Quzman
Xoakin Arçivaldo Quzman Loera (İspaniya dilində. Jonah Archivaldo Guzmán Loera), ancaq El Çapo (El Chapo) ləqəbi ilə tanınan Meksikanın narkotik qaçaqçılıq kartellərınin ən böyük başçılarındandır. 25 dekabr 1954, ya 4 aprel 1957-ci ildə Meksikanın Sınaola vilayətinin Badiraquato bölgəsində doğulmuşdur. 2014 ilində saxlanılmış ancaq 14 avqust 2014-ci ildə həbsxanada duşların altında 1.5 kilometr uzunluğunda tunel qazdırıb qaçdı. Amerika hökuməti Quzmanı tutmaq üçün gərəkli bilgiləri verənə 5 milyon dollarlıq mükafat vəd etmişdilər. dekabr 2015-ci ildə narkotik alverini sabotaj etdikləri nədəni ilə, İŞİD başçısı Əbubəkr Bəğədadını təhdid etmişdir. 8 yanvar 2016-cı il tarixində yenidən həbs edilmişdir. 19 yanvar 2017-ci ildə Meksikadan Amerikaya ekstradasiya edilib.
Yozef Karel Çapek
Karel Çapek (9 yanvar 1890[…], Male-Svatonyovise[d][…] – 25 dekabr 1938[…], Vinoqradı[d]) — çex yazıçısı. 1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirmiş, kitabxanaçı, ev müəllimi işləmiş, jurnalistlik etmişdir. İlk hekayələrini qardaşı Yozef Çaperlə birlikdə yazmışdır. R.U.R (Rossumun Universal Robotları), "Makropulos üsulu" (1922), sosial-fantastik pyeslərində , "Mütləq fabriki" (1922), "Krakatit" (1924) romanlarında, "İtaliyadan məktublar" (1923), "İngiltərədən məktublar" (1924), yol oçerklərində, yumoristik hekayələrində burjua cəmiyyəti tənqid olunur. "Hordubal" (1933), "Meteor" və "Adi həyat" (hər ikisi 1934) trilogiyası kiçik adamların acınacaqlı taleyindən bəhs edir. "Salamandralarla müharibə" (1936) fantastik romanında, "Ağ xəstəlik" (1937), "Ana" (1938) pyeslərində militarizm, faşizm və irqçilik nəzəriyyəsi satira atəşinə tutulur. Yaradıcılığı müasir sosial fantastikanın inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Zuzana Çaputova
Zuzana Çaputova (slovak. Zuzana Čaputová; 21 iyun 1973, Bratislava, Çexoslovakiya) — Slovakiya vəkili, sosial fəalı, liberal siyasətçisi, Slovakiyanın beşinci Prezidenti. O, Slovakiya tarixindəki ilk qadın prezidentdir. Səlahiyyətlərinin icrasına 15 iyun 2019-cu ildə başlamışdır. 16 mart 2019-cu ildə Slovakiyada keçirilən prezident seçkilərinin ilk turunda hüquqşünas Zuzana Çaputova 40,6 % səs toplayaraq qalib gəlmişdir. Əsas rəqibi olan Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç isə 18,6 faiz səslə ikinci olub. Slovakiyada 30 mart 2019-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda Zuzana Çaputova qalib gəlmişdir. O, seçkilərə qatılmış 95 % seçicinin 58%-nin səsini toplayıb. Rəqibi olan Maroş Şefçoviç isə 42% səslə məğlub olub. Çaputova ölkə prezidenti kimi vəzifəsinin icrasına hazırkı prezident Andrej Kiskanın səlahiyyət müddəti bitdikdən sonra 15 iyun 2019-cu ildə başlamışdır.
Çapel-Hill Şimali Karolina Universiteti
Çapel-Hill Şimali Karolina Universiteti (ing. University of North Carolina at Chapel Hill) — ABŞ-nin Şimali Karolina ştatının Çapel-Hill şəhərində yerləşən ən böyük dövlət ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. 1789-cu il dekabrın 11-də Şimali Karolina ştatının Baş Assambleyası yeni universitet yaradılması haqqında qanun qəbul edir. 1793-cü ildə şəhər kənarındakı qədim kilsə dağıntılarının yanında universitetin ilk təməli qoyulur və artıq 1795-ci ildə Şimali Karolina Universiteti tələbələrini qəbul edir. ABŞ-də vətəndaş müharibəsi dövründə Şimali Karolina ştatının əhalisi çox itki verir. 1870-ci ilin dekabrından 1875-ci ilin sentyabrınadək Şimali Karolina Universiteti fəaliyyətini bərpa etmək məqsədi ilə bağlı qalır. 1963-cü ildə bu ali məktəbdə oğlanlarla qızların birgə təhsilinə keçid baş tutur. Nəticədə Qadın Kolleci Qrinsboro Şimali Karolina Universiteti, Şimali Karolina Universiteti isə Çapel-Hill Şimali Karolina Universiteti adlandırılır. 1960-cı ildə ali məktəbin kampusunda vətəndaşların bərabər hüquqlarının təmin olunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə etiraz aksiyaları keçirilir. 1964-cü ildə "Vətəndaş hüquqları" haqqında qanun qəbul olunanadək şəhərdə kütləvi aksiya və iğtişaşlar davam edir.
Çaplaxgöl
Çaplaxgöl — Tiflis quberniyasının Axalkalaki qəzasında göl adı. Çaplaxgöl- Tiflis quberniyasının Axalkalaki qəzasında göl adı.Cavanşir qəzasında Çaplıgöl adlı bir göl vardı.
Çapağan (dəqiqləşdirmə)
Çapağan (lat. Megacephala) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin qaçağanlar fəsiləsinə aid heyvan cinsi. Çapağan (Şəki) — Şəki rayonunda kənd.
Çapağan (Şəki)
Çapağan — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Küngüt kənd inzibati ərazi dairəsində kənd. Çapağan Şəki rayonunun Aşağı Küngüt inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim eyniadlı çayın adındandır. Kəndin əhalisi 326 nəfər təşkil edir ki, onun da 161 nəfəri kişi, 165 nəfəri isə qadındır. .
Ben Çaplin
Ben Çaplin (ing. Ben Chaplin; 31 iyul 1969, Vindzor[d], Berkşir[d]) — İngilis aktyorudur. == Bioqrafiyası == Sintia və Piter Qrinvudun dörd övladının ən kiçiyi olan Ben Londonda anadan olmuşdur və Hurtvod Haus Kollecini bitirdiyi Windsorda böyümüşdür. 17 yaşında Qildhal Musiqi və Dram Məktəbinə daxil olmuşdur. Çaplin aktyorun anasının qız soyadıdır. == Şəxsi həyatı == O, amerikalı aktrisa Embet Davidtz ilə uzunmüddət ərzində münasibətdə olmuşdur.
Çapel Ron
Çapel Ron (ing. Chappell Roan; 19 fevral 1998, Villard[d], Missuri) — ABŞ müğənnisi, mahnı-yazarı. O, əksər mahnılarını prodüser Den Niqronun iştirakı ilə yazıb. 80-ci illərin sinti-pop və 2000-ci illərin pop hitlərindən ilham alır. Çapel Ron eynilə dreq kvinlərə xas olan ekstravaqant estetikaya malikdir. Çapel Ron 17 yaşında olarkən öz yazdığı orijinal mahnısı olan "Die Young"-u YouTube kanalına yerləşdirib. Bu mahnının rəğbətlə qarşılanmasından sonra o, Atlantic Records-dan müqavilə təklifi alıb. 2017-ci ildə debüt mini-albomu olan "School Nights"-ı çıxarıb. O, 2020-ci ildə fərqli bir üslubda olan "Pink Pony Club" adlı sinqlını yayımlamışdır. Bu sinql sayəsində o, ictimaiyyətin diqqətini öz üzərinə çəkməyi bacarıb.

Значение слова в других словарях