1. Şəkil, forma.
Papaqların bəzisi uzun qovun çeşnisində idi, bunların sahibinin molla və əyandan olmağı aşkar idi.
// Naxış.
[Çopo] evə baxdıqdan sonra Mimrə daşın üzərindəki çeşnini göstərdi.
…Karxananın qoca nəqqaşı hazırladığı müxtəlif çeşnilər içərisində qızıl qönçələr olan nəqşləri həmişə Sürəyya üçün nəzərdə tutardı.
// Əndazə, nümunə, trafaret.
Xalının rəngi, çeşnisi, nəqşi tərifə layiq idi.
2. Layihə.
[Rəis:] Yemək evinin çeşnisini Mimrəyə tapşırmalı.
3. məc. Tərz, üsul.
Axırkı sözləri Cəfər bir elə çeşni ilə dedi ki, xoşum gəldi…