Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Debüt
Debüt (fr. début) Debüt — incəsənət xadiminin geniş ictimaiyyətə ilk tanınması. Debüt — şahmat partiyasının başlanğıcı. Debüt — Azərbaycanda rok qrup.
"Debüt" studiyası
"Debüt" studiyası — == Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. "Kinofilmlərin ideya-bədii səviyyəsini daha da yüksəltmək və kinematoqrafiyanın maddi-texniki bazasını möhkəmləndirmək tədbirləri haqqında" Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1986-cı il 26 fevral tarixli, 13 nömrəli qərarına müvafiq olaraq, ASSR Nazirlər Sovetinin 1987-ci il 20 fevral tarixli 53r nömrəli sərəncamı ilə kinostudiya nəzdində "Debüt" eksperimental-gənclik yaradıcılıq studiyası yaradıldı. Studiyanın rəhbəri Eldar Quliyev, baş redaktoru Eldəniz Quliyev, direktoru isə Davud Zöhrabov təyin olundu. O vaxtlar "Mosfilm" və "Gürcüstanfilm" kinostudiyalarında artıq belə tipli studiyalar mövcud idi, lakin bizim debüt, təkcə rejissorların deyil, həm də rəssamların, aktyorların, ssenaristlərin, operatorların debütüdür. Burada təkcə bədii deyil, sənədli, xronikal, eksperiment, cizgi filmləri də çəkilirdi. (A. Kazımzadə, Bizim Azərbaycanfilm, Bakı 2004, səh 318). Debüt studiyasını o vaxtlar kinoalmanaxlar üçün çəkilən qısametrajlı bədii filmlər-kinonovellalar əvəz edirdi. Belə yaradıcılıq sınağından uğurla keçən gənc rejissora sonradan böyük ekran üçün tammetrajlı bədii rilm çəkməyə icazə verilirdi. Debütdə çəkilən bəzi filmlər: "Ata" (Ayaz Salayev), "Torpaq" (Vaqif Azəryar), "Dünən, Bu gün və…" (R. Əliyev) sənədli, "Düşüncə" (N. Nərimanbəyova) animasiya, "Son Tamaşa", "Bizim Bakı Teatrı", "Bizim Nəsibə Xanım", "Haqqın Dərgahı", "Səhnədə Keçən Həyat", "Qonaq-qaralı Ev" sifariş filmləri istehsal olunub.
Debüt (qrup)
Debüt (rus. Дебют) — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1988-1991-ci illər arasında Azərbaycanda fəaliyyət göstərmiş pop-rok janrında ifa edən qrupun ifaları ruscadır. == Qrupun tarixi == Qrup 1988-ci ildə gitarist Rasim Qasımov tərəfindən Sumqayıt şəhərində yaradılmışdır. == Üzvləri == Daur Kusov - vokal Eqor Dervoed - zərb alətləri Rasim Qasım - gitarist İqor Tixonov - zərb alətləri Elçin Sadıqov - bass-gitar == Hazırda qrup == Qrup üzvləri hazırda Rusiyada - Moskva şəhərində yaşayırlar. Bunlardan Eqor Dervoed Qorki Park rus rok qrupunun prodüsseridir. == Diskoqrafiya == Я иду по большой аллее Вот и всё Белый снег Сумгаит Забудь печаль Призрак == İstinadlar == ↑ "ФЕНИКС литературный клуб: Eqor Dervoed". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.
Debüt (şahmat)
Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir. Debüt üç növə bölünür: açıq (ağların birinci gedişi mütləq belə olur: 1. e4 və qaraların cavabı: 1... e5); yarımaçıq (ağlar 1. e4 gedişi edirlər, qaralar isə 1... e5 gedişindən başqa istənilən gedişi edə bilərlər); bağlı (ağlar 1. e4 gedişindən başqa istənilən gedişi edirlər). == Mənbə == Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 9.
Blokbaster filmlər
Studiyalar diqqətini gəlir əldə etmək üçün hər il hədsiz dərəcədə bahalı filmlər buraxmağa yönəltmişdilər. Belə filmlər hər biri xeyli pula başa gələn mənzərə, güclü aktyorlar və istehsalat dəyərinə əsaslanırdı. Blokbasterlər, əsasən, məşhur aktyor və geniş tamaşaçı kütləsi cəlb etmək üçün kütləvi reklamdan asılıdır. Uğurlu blokbasterlər ona sərf olunan dəyər geri qazanmaq və çoxlu gəlir əldə etmək üçün kifayət qədər çox tamaşaçı cəlb edir. Belə filmlər ciddi uğursuzluq riski daşıyırlar və əksər studiyalar il ərzində həm yüksək, həm də aşağı nəticə əldə edən blokbasterlər buraxırlar. Bu dövrdən olan rekord qırmış filmlərə “Gələcəyə dönüş” (Back to the Future), “Beverli Hillz polisi" (Beverly Hills Cop), “Altıncı hiss” (The Sixth Sense), “Titanik” (Titanic), “Yağış adam” (Rain Man), “Yaşıl mil” (The Green Mile), “Ulduz müharibələri: Birinci mərhələ - Fantom təhlükəsi” (Star Wars: Episode I – The Phantom Menace), “Nyu York şəbəkələri”, “Keçmişi olmayan adam” (The Man Without a Past) daxildir. Bu şəkildə çəkilən filmlərdə adətən aktyorluq baxımından yüksək peşəkarlıq qabiliyyəti, rejissorluq, ssenaristlik və filmlə bağlı olan digər detallara xüsusi diqqət yetirilir və yaradıcılıq və yeniçiliyə əsaslanır.
Rəngli filmlər
Rəngli filmlər — həm rəngli şəkil çəkmək üçün istifadə olunan fotolentlər , həm də rəngli kinofilmlər üçün işlədilən deyimdir. == Tarixi == Rəngli filmlərin yaranmasının ilkin səbəbi rənglərin araşdırılmasıdır ki , bu da İsaak Nyutonla bağlıdır. 1666-cı ildə optik eksperiment aparan Nyuton rənglərin işığın bir funksiyası olması qərarına gəldi.1802-ci ildə Tomas Yanq və 1850-ci illərdə Hermann Vonn Hermholtz rəngləri araşdırmışlar. Yanq-Hermholtz teoriyasına görə insan retinası yalnız üç rəngə-al, sarı və mavi (sonralar gözdən keçirib al, yaşıl və mavi olaraq dəyişdi) rənglərinə cavab verə bilir. Ancaq Yanq-Hermholtz teoriyası öz doğruluğunu eksperimentlə sübut etməmişdi. Teoriya 1850-ci illərdə Ceyms Maksvell tərəfindən inkişaf etdirildi. Baxmayaraq ki , Maksvell rəngli şəkil çəkməyin yollarını 1861-ci ildə artıq göstərmişdi, rənglərin kino bölməsində işlədilə biləcək qədər natural olması çox vaxt apardı. Amma bu rejissorları film rəngləməkdən döndərə bilmədi. Əl ilə boyama film rəngləmədə işlədilən ilk üsul oldu. 1895-ci ildə çəkilmiş "Annabelin serpantin rəqsi" bu üsulla çəkilmiş ilk film oldu.
Debüt (musiqi qrupu)
Debüt (rus. Дебют) — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1988-1991-ci illər arasında Azərbaycanda fəaliyyət göstərmiş pop-rok janrında ifa edən qrupun ifaları ruscadır. == Qrupun tarixi == Qrup 1988-ci ildə gitarist Rasim Qasımov tərəfindən Sumqayıt şəhərində yaradılmışdır. == Üzvləri == Daur Kusov - vokal Eqor Dervoed - zərb alətləri Rasim Qasım - gitarist İqor Tixonov - zərb alətləri Elçin Sadıqov - bass-gitar == Hazırda qrup == Qrup üzvləri hazırda Rusiyada - Moskva şəhərində yaşayırlar. Bunlardan Eqor Dervoed Qorki Park rus rok qrupunun prodüsseridir. == Diskoqrafiya == Я иду по большой аллее Вот и всё Белый снег Сумгаит Забудь печаль Призрак == İstinadlar == ↑ "ФЕНИКС литературный клуб: Eqor Dervoed". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.
Mərkəzi debüt (şahmat)
Mərkəzi debüt — Şahmatda 1. e2-e4 e7-e5 2. d2-d4 e5:d4 3. Vd1:d4 gedişləri ilə başlayan debüt. Şahmata dair qədim əsərlərdə xatırlanan bu debütə XIX əsrin 80-ci illərində keçirilən yarışlarda təsadüf olunur.
Bədheybətlər haqqında filmlər
Bədheybətlər haqqında filmlər — əsas süjet xəttini əntər, div, cin kimi bədheybət məxluqlarla mübarizə təşkil edən film janrıdır. Bu janr elmi fantastika, komediya və qorxu film janrları ilə sıx bağlıdır. Janr qorxu ədəbiyyatı nümunələrinin ekranlaşdırılması ilə inkişaf etmişdir.
Forsaj (filmlər seriyası)
Forsaj (həmçinin Sürətli və Qəzəbli kimi tanınır) media françayzinqi kəşfiyyat filmləri silsiləsi üzərində qurulmuşdur., əsasən qanunsuz küçə yarışları, soyğunçular, casuslar və ailə ilə əlaqəlidir. Franşizaya həmçinin qısametrajlı filmlər, televiziya serialları, canlı şoular, video oyunlar və mövzu parkı attraksionları daxildir. Universal Pictures tərəfindən paylanır. ilk filmi 2001-ci ildə buraxıldı, bu film qeyri-qanuni küçə yarışlarına fokuslanan filmlərin orijinal tetralogiyasına başladı və Forsaj 4 (2009). Serial Forsaj 5: Rio soyğunu (2011) ilə heists və casusluq istiqamətlərinə keçdi və ən son ilə dörd davam filmi izlədi. Forsaj 9, 2021-ci ildə buraxılıb. Serialı yekunlaşdırmaq üçün onuncu və on birinci filmin çəkilməsi planlaşdırılır və əsas filmlər birlikdə The Fast Saga kimi tanınır. Universal serialı Sürətli və Qəzəbli: Hobs və Şou (2019) spin-off filmini əhatə etməklə genişləndirdi, onun törəmə şirkəti DreamWorks Animation bunu cizgi filmi ilə izlədi. Axar televiziya seriyası Sürətli və Qəzəbli Casus Yarışçılar. Bütün filmlər üçün soundtrack albomları, eləcə də filmlərdə eşidilən mövcud musiqiləri ehtiva edən kompilyasiya albomları buraxılmışdır.
Xınalıq haqqında filmlər
"Salnamə" sənədli filmlər studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
"Yaddaş" Sənədli Filmlər Studiyası
== Tarixi == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sənədli filmlər istehsal edən studiyasıdır. Əvvəllər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının tərkibində kinoxronika bölməsi olub. 1991-ci ildən müstəqil sənədli filmlər studiyaları kimi fəaliyyət göstərdilər. 1993-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdində müstəqil studiya kimi fəaliyyət göstərir. Studiyanın ilk rəhbəri Zaur Məhərrəmov olub. 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. Yaddaş Studiyası 1997-ci ildən başlayaraq dövlət sifarişi ilə ildə bir sənədli film çəkir. Yaddaş əsasən portret janrına müraciət edir. Filmləri arasında "Şeytanbazar" (Nizami Abbas), "İlyas Əfəndiyev" (Cəmil Fərəcov), "Arif Babayev", "Həsən Seyidbəyli", "Rafiq Babayev" (Cəmil Quliyev), "Səma Şairi" (Şamil Nəcəfzadə) var. Direktor: Cavid İmamverdiyev Prodüser: Xanlar Cəfərov əməkdar mədəniyyət işçisi Rejissor-operator: Nizami Abbas əməkdar incəsənət xadimi Rejissor: Mübariz Nağıyev == Mənbə == Zaur Məhərrəmov.
Azərbaycan Kinosu-Sənədli Filmlər
Sənədli film — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların film formasında tamaşaçılara çatdırma üsulu. Sənədli filmlərin əsas vəzifəsi tarixi əhəmiyyətli hadisələrin fiksiyası, tədris və təhsil üçün materialların yaradılması, tədqiqat və təbliğat xarakterli fikirlərin yayılmasıdır.Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla başlamışdır. Qatarın bir başa ağ kətan üzərindən tamaşaçının üstünə doğru sürətlə gəlməsi tamaşaçılarda həyəcan və qorxu əmələ gətirmişdi. Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilik dərəcəsi baxımından bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, büsbütün incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək olduqca müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. == Tarixi == === 1900-cü ildən əvvəl === Tərifinə görə, ilk "hərəkətli şəkillər" sənədli filmlər adlanır. Bu cür filmlərdə stansiyaya daxil olan qatar, hərəkət edən gəmi və ya işdən qayıdan bir qrup insan kimi konkret səhnə təsvir edilirdi. İlkin filmlər (1900-cü ilə qədər) hadisələri təsvir edən yenilik və cazibədarlığın təsirinə məruz qalmışdır.
Harri Potter (filmlər seriyası)
Harri Potter (filmlər seriyası)— ingilis yazıçısı Coan Roulinq (orijinal — Joanne Kathleen Rowling) tərəfindən yazılmış fantaziya romanları seriyası əsasında çəkilmiş Böyük Britaniya – ABŞ istehsalı olan filmlər seriyasıdır. Serial Warner Bros. Pictures tərəfindən yayımlanıb, Coan Roulinqin 7 eyniadlı romanı əsasında çəkilmiş 8 fantastik filmdən ibarətdir. Harri Potter və Fəlsəfə Daşı seriyasından başlayır, Harri Potter və Ölüm Hədiyyələri-II hissə seriyasında kulminasiya nöqtəsinə çatır. Filmlərin çəkilişi on ildən artıq davam edib. Harri Potter və Ölüm Hədiyyələri seriyada 7-ci (və sonuncu) romandır, onun əsasında iki hissə film (2 seriya) çəkilib. Harri Potter və Ölüm Hədiyyələri – I hissə 2010-cu ilin noyabr ayında və II hissə isə 2011-ci ilin iyul ayında buraxıldı. Serialın səkkiz filmdən altısı bu vaxta kimi çəkilmiş 50 ən yaxşı filmlər sırasındadır. Harri Potter və Ölüm hədiyyələri — II hissə ən azı 1 milyard dollar gəlir gətirən 31 dünya filmləri siyahısına daxildir (reytinq üzrə 8-ci yeri tutur) . Filmin ən baha başa gələn seriyası 6-cı seriyadır ("Harri Potter və Mələz Şahzadə"), 250 milyon dollar sərf olunub.
Çaqqallarla Rəqs (filmlər seriyası)
Çaqqallarla rəqs — rejissor Murad Şəkər tərəfindən çəkilmiş Türkiyə istehsalı olan filmlər seriyasıdır. Film Çaqqallarla rəqs filmi ilə başlayıb, Çaqqallarla rəqs 6 filmi ilə kulminasiya nöqtəsinə çatır. Filmlərin çəkilişi səkkiz ildən artıq davam edib.
İks-adamlar (filmlər seriyası)
İks-adamlar filmlər seriyası Marvel Comics super qəhrəman komandasının eyni adlı super qəhrəmanlarından ibarətdir. Filmin əsas diqqət çəkən rolları Volverin (Hyu Cekman), Professor Xavier (Patrik Stüart və Ceyms MakEvoy) və Maqneto (Yan MakKellen və Maykl Fassbender) obrazlarıdır. Filmdə Xavier və Maqneto arasındakı münaqişəyə Volverinin cəlb olunması, mutantlarla insanların əlaqələri üzərində olan fikirlər əks olunur. Xavier insanlarla mutantların bir yerdə ola biləcəyinə inanır, ancaq Maqneto mutantların insanlıq üzərində hakim olacağını hesab edir. Filmin altsahələri "Weapon X" və "Dark Phoenix" obrazları əsasında genişləndirilib. 20th Century Fox 1994-cü ildə xarakterlər film hüquqlarını əldə etdi və saysız qaralamalardan sonra Brayan Singer birbaşa "İks-adamlar" filmini yönəltdi və o "İks-adamlar 2" filmi üçün geri qayıtdı. O potensial üçüncü və dördüncü filmləri buraxdı və "Supermen qayıdır" filmini yönəltdi. "İks-adamlar: Son müqavimət" filminə Bret Retner rejissorluq etdi.
"Rossiya" açıq sənədli filmlər festivalı
"Rossiya" açıq sənədli filmlər festivalı — Rusiyada hər il keçirilən kino festivalı. == Tarixi == "Rossiya" açıq sənədli filmlər festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən bəri hər il keçirilir. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim olunur.
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Alatoran filmlər seriyasının aktyor heyətinin siyahısı
Alatoran Saqa filmlər seriyasının aktyor heyətinin siyahısı — Stefani Mayerin eyni adlı romanlar seriyası əsasında çəkilmiş filmlərdə iştirak etmiş aktyorların siyahısıdır. Filmlərin əsas ulduzları, Bella Svon rolunda çəkilmiş Kristen Stüart, Edvard Kallen rolunda çəkilmiş Robert Pattinson və Ceykob Blek rolunda çəkilmiş Teylor Lotnerdir. 2008-ci ildə New York Times bestselleri olan roman (2005) əsasında çəkilmiş "Alatoran" filminin rejissoru Ketrin Hardvikdir. İkinci film olan "Alatoran: Yeni Ay" (2009) Kris Vetzin rejissorluğu ilə, birinci romanın davamı olan roman (2006) əsasında çəkilmişdir. Üçüncü film olan "Alatoran: Tutulma" (2010) filmi kitablar seriyasından üçüncü roman (2007) əsasında Devid Sleydin rejissorluğu ilə ekranlaşdırılmışdır.Pattinson və Eşli Qrin qeyd edirlər ki, Sübh (2008) romanının ekranlaşdırılmasına 2010-cu ildən başlanacağı gözlənilirdi. Çəkilişlər 1 noyabr 2010-cu ildə başlamışdır. Alatoran: Sübh. Hissə 1 18 noyabr 2011-ci ildə izləyicilərə təqdim edilmiş , 11 fevral 2012-ci ildə ABŞ-də DVD şəklində satışa çıxarılmışdır. Ümumilikdə film $712 milyon gəlir gətirmişdi. Alatoran: Sübh.
Azərbaycanda dövlət varidatı elan edilən filmlər
Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. == Siyahı == Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlər bunlardır: "Sevil" (1929-cu ildə çəkilmişdir); "Lətif" (1930-cu ildə çəkilmişdir); "İsmət" (1934-cü ildə çəkilmişdir); "Mavi dənizin sahilində" (1935-ci ildə çəkilmişdir); "Almaz" (1936-cı ildə çəkilmişdir); "Bakılılar" (1938-ci ildə çəkilmişdir); "Kəndlilər" (1939-cu ildə çəkilmişdir); "Səbuhi" (1941-ci ildə çəkilmişdir); "Bir ailə" (1943-cü ildə çəkilmişdir); "Arşın mal alan" (1945-ci ildə çəkilmişdir); "Görüş" (1955-ci ildə çəkilmişdir).
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi, dəqiqləşdirmə)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Debat
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir.Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur. Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır. Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir. Bu cəmiyyətlərin necə yaranması haqqında dəqiq məlumat olmasa da, XVIII əsrin ortalarında Londonda artıq aktiv debat cəmiyyəti mədəniyyəti formalaşmışdı.
Debet
Debit
Debit – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin debiti l/san, yaxud m³/san, m³/saat, m³/gün-lə hesablanır. Debit uzun müddət ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir. Su quyularının məhsuldarlığı xüsusi debitlə (səviyyə 1 m-ə düşənəcən olan Debit) müəyyənləşdirilir. Suyun debiti ölçü qabları, müxtəlif konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edilir. Hidrogeoloji tədqiqatlarda quyunun debiti mühüm göstəricilərdən biri hesab olunur.
Debet kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Debit kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Sokolski debütü
Sokolski debütü — Şahmat termini Bu debütü tədqiq edən və dəfələrlə işlədən Belorusiya şahmatçısının şərəfinə adlandırılmışdır.
Fillər
Fillər (Elephantidae) — Məməlilər sinfinin xortumlular dəstəsindən fəsilə. Bitkilərlə qidalanan Fillər quruda yaşayan ən böyük məməli heyvanlardır, yəni bala doğurur və onu südlə bəsləyir. Fillərin böyük cüssəsindən dolayı ovçusu yoxdur. Şirlər ancaq bala, xəstə, yaxud çox yaşlı filləri ovlaya bilirlər. Dişi fillər sürü halında yaşayır və bu baxımdan sosial canlılar olaraq qəbul olunurlar. Erkək fillər cinsi yetişkənliyə yetişəndə qruplara atılır. Erkək fillər də bəzən sürülər şəklində də yaşayır. Onların tük örtüyü seyrəkdir, sadəcə quyruğun ucunda bir qədər sıx və uzundur. == Afrika fili == Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır.
Berd debütü (şahmat)
Berd debütü — Şahmat termini Praktikaya tətbiq edən İngiltərə ustasının şərəfinə adlandırılmışdır.
Debet və kredit
Debet və kredit — standartlaşdırılmış mühasibat metodik üsulları. İqtisadi və digər proseslərin imkanlarını və istiqamətlərini ortaya qoyurlar və bu imkanlar üçün sərhədləri aşkar edirlər. İki növ hesab mövcuddur: aktiv və passiv. Passiv borc götürülmüş vəsait deməkdir; aktiv — bir şirkətin, müəssisənin və ya bankın ayrılmış vəsaiti. Aktiv hesablar üçün: debet — qəbz, kredit — xərc. Passiv üçün: kredit — gəlir, debet — xərc. Debet — hesabın sol tərəfi. Aktiv və aktiv-passiv hesablar üçün: debetdəki artım, təşkilatın mülkiyyət və ya mülkiyyət dəyərində artım deməkdir. Passiv hesablar üçün: debetdə artım təşkilatın öz fondlarında (mənbələrində) azalma deməkdir, lat. debet — yəni "etməlidir" deməkdir.
Fil debütü (şahmat)
Fil debütü — şahmat termini. İlk dəfə olaraq XV-XVI əsr ispan şahmatçısı Lusenin traktatında və Gettin əlyazmalarında təsadüf edilir .
Ponsiani debütü (şahmat)
Ponsiani debütü — Şahmat termini İlk dəfə XVIII əsrdə italyan nəzəriyyəçisi tətbiq etmişdir.
Reti debütü (şahmat)
Reti debütü — Şahmat termini Nəzəri cəhətdən yaradan və onu sistematik olaraq praktikasında tətbiq edən çex qrosmeysterinin şərəfinə adlandırılmışdır.
Nimtsoviç debütü (şahmat)
Nimtsoviç debütü — Şahmat termini Qrossmeyster A. Nimtsoviç tərəfindən XX əsrin 20-ci illərində praktikada tətbiq edilmişdir.
Rebut
Yenidənyazma və ya rebut (ing. Reboot) — eyni personajlardan və ideyalardan istifadə edən, lakin seriyada əvvəlki əsərlərdə baş tutan hadisələrə məhəl qoymayan, yeni süjet xətti yaradan bədii əsərin (film, kompüter oyunu, komiks və s.) yeni versiyası. Yenidənyazma seriyadakı köhnə girişlərin süjetini ləğv etmədiyi təqdirdə, bu, yumşaq yenidənyazma adlanır və hər halda, bir çox cəhətdən hekayəni sıfırdan başladır.Yenidənyazmanın əsas məqsədi yeni fanatlar cəlb etmək və gəliri artırmaq üçün seriyanı "canlandırmaq"dır. Beləliklə, yenidənyazma köhnəlmiş seriyanı xilas etmək cəhdi kimi qiymətləndirilə bilər. Bundan əlavə, seriyanın sıfırdan başlaması qazanc baxımından kifayət qədər təhlükəsiz layihədir, çünki tanınmış personajların olduğu əsərin artıq mövcud fanatları var və buna görə də tamamilə orijinal əsərdən daha az risklidir.
Vəzir piyadalarının debütü
Vəzir piyadalarının debütü — Şahmat termini Debüt sistemlərinin ümumi adı. Burada ağlar c2-c4 gedişindən imtina edirlər.
Azərbaycan filmləri
Azərbaycan filmlərinin əlifba sırası ilə düzülüşü aşağıdakı kimi göstərilib. == Əlifba sırası ilə == 0:1... (film, 2007) (qısametrajlı bədii film) 03 (film) (qısametrajlı sənədli film) 1 may 1925-ci il (film, 1925) (qısametrajlı sənədli film) 1 mətbuat konfransının tarixi (film, 2015) (qısametrajlı sənədli film) I Azərbaycan spartakiadası (film, 1934) (qısametrajlı sənədli film) 1-ci Türkoloji Qurultay (film, 1926) (qısametrajlı sənədli film) 2 (film, 2009) (qısametrajlı bədii film) 2 ömür (film, 2016-2017) (bədii serial) 3 bacı (film, 2012-2014) (bədii serial) 3 bacı. Film haqqında film (film, 2014) (tammetrajlı sənədli film) 3 badam 1 qoz (film, 2017) (tammetrajlı bədii film) 4.1 şəhər motivləri (film, 2015) (kinoalmanax) 5+ (film, 2014-2015) (bədii serial) 7 il sizinlə (film, 2007) (qısametrajlı sənədli film) 8 № altında (film, 1988) (qısametrajlı sənədli film) 9 dəqiqə (film, 1999) (qısametrajlı sənədli film) 9 il sizinlə (film, 2014) (qısametrajlı sənədli film) 9 nömrəli oyunçu (film, 2007) (qısametrajlı sənədli film) 9x9 (film, 2013) (qısametrajlı bədii film) IX beynəlxalq gənclər gününün bayram edilməsi (film, 1923) (qısametrajlı sənədli film) IX korpus (film, 2012) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) 11 teldə simfoniya. Hacı Xanməmmədov (film, 2016) (qısametrajlı sənədli film) XI çağırış Bakı sovetinin I plenumu (film, 1931) (qısametrajlı sənədli film) XI qırmızı ordu hissələrinin Bakıda paradı (film, 1920) (qısametrajlı sənədli film) XI qırmızı ordu hissələrinin Bakıya gəlişi (film, 1920) (qısametrajlı sənədli film) XI qırmızı ordu komandirləri dağlıların qonağıdır (film, 1920) (qısametrajlı sənədli film) 12 (film, 2014) (qısametrajlı sənədli film) 12 əsr sonra (film, 2014) (qısametrajlı sənədli film) XII ümumittifaq vokalçılar müsabiqəsi (film, 1987) (qısametrajlı sənədli film) 16+ (film, 2012) (qısametrajlı bədii film) 20+1 (film, 1986) (qısametrajlı bədii süjet - Mozalan № 105) 20 il. Əsrin müqaviləsi (film, 2014) (tammetrajlı sənədli film) 20 il. Müstəqillik (film, 2011) (sənədli serial) 20 müstəqil il (film, 2011) (qısametrajlı sənədli film) 20 yanvar (film, 1990) (sənədli film) 20 yanvar rəssamlarımızın əsərlərində (film, 2016) (qısametrajlı sənədli film) 21 sual (film, 2017) (tammetrajlı bədii film) 21-ci əsrin güclü lideri-Azərbaycanın həqiqi müstəqilliyi (film, 2011) (sənədli serial) 21-ci ilin payızı (film, 2011) (qısametrajlı sənədli film) 25 il Leninsiz (film, 1949) (qısametrajlı sənədli film) 25 ilin akkordları (film, 2016) (qısametrajlı sənədli film) 26 Bakı komissarı cənazələrinin dəfni (film, 1920) (qısametrajlı sənədli film) 26 Bakı komissarının güllələndiyi yerə yürüş (film, 1933) (qısametrajlı sənədli film) 26 komissar (film, 1932) (tammetrajlı bədii film) 28 iyun (film, 2016) (bədii serial) 31 mart soyqırımı (film, 2014) (qısametrajlı sənədli film) 36 kadr (film, 1996) (qısametrajlı bədii film) 37-ci ilin "Koroğlu"su (film, 2013) (qısametrajlı sənədli film) 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) 40-cı qapının qıfılı (film, 2003) (qısametrajlı sənədli film) 40-cı paraleldə (film, 2016) (kinoalmanax) 50 (film, 2011) (qısametrajlı sənədli film) 50 ilin sahibi (film, 2012) (sənədli film) 54 gün mühasirədə (film, 2012) (qısametrajlı sənədli film) 60 il keşikdə (film, 1977) (qısametrajlı sənədli film) 60 il keşikdə (film, 1981) (qısametrajlı sənədli film) 63-ün tutqun payızı (film, 2003) (qısametrajlı sənədli film) 70-dən 1-ə... 1-dən 70-ə (film, 2004) (qısametrajlı sənədli film) 72 km (film, 2014) (qısametrajlı bədii film) 80 kilometr yerin altı ilə (film, 2002) (qısametrajlı sənədli film) 92-ci ilin qarı (film, 2014) (qısametrajlı sənədli film) 100 (film, 1985) (qısametrajlı bədii süjet - Mozalan № 100) 100 gün sonra (film, 2004) (sənədli film) 100 ilin astanasında (film, 1992)(I) (qısametrajlı sənədli film) 100 ilin astanasında (film, 1992)(II) (qısametrajlı sənədli film) 100 kağız (film, 2015) (tammetrajlı bədii film) 102 an (film, 2000) (sənədli film) 102 haqqında 13 (film, 2006) (qısametrajlı sənədli film) 106 nömrəli avtobusda partlayış (film, 2004) (qısametrajlı sənədli film) 114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada (film, 2010) (qısametrajlı sənədli film) 125 illik yol (film, 2008) (qısametrajlı sənədli film) 125 yaşlı sənət məbədi (film, 2008) (qısametrajlı sənədli film) 130-cu mövsüm (film, 2002) (qısametrajlı sənədli film) 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film) 157 özgə həyat...
B filmləri
B filmləri – az büdcəli filmlərə verilən ad. Əsasən, belə filmlərdən 1960-cı illərdən başlayaraq, Avropa və Şimali Amerika ölkələrində uğurla istifadə edilmişdir. Müasir zamanda bu filmlərin sayı azdır.
Çarlz Demut
Çarlz Demut - ABŞ rəssamı. Karyerasının çoxununda sulu boya ilə işləyən Demut ömrünün sonlarında yağlı boya ilə də çəkməyə başlamışdır. Qətiçilik cərəyanına sadiq olmuşdur. Həyatını Pensilvaniya ştatının Lançester şəhərində keçirmişdir. Anası ilə birlikdə yaşadığı ev indi Demut muzeyi kimi fəaliyyət göstərir. Çarlz Demut Franklin və Marşal Kollecindən məzun olduqdan sonra Dreksel Universitetində və Pensilvaniya Gözəl İncəsənət Akademiyasında təhsil almışdır.
Filler
Filler (mac. fillér) — 1892-ci ildən 1999-cu ilə qədər dövriyyədə olan Macarıstanın xırda sikkəsi. Müxtəlif dövrlərdə filler Avstriya-Macarıstan kronu, Macarıstan kronu, pengö və forintin yüzüncü hissəsi olmuşdur. Adı "dörd" mənasını verən Vierer alman sözündən gəlir, bu termin həmçinin 4 kreytser dəyərində olan Avstriya-Macarıstan sikkəsinin adı idi. Son fillerlər 1999-cu ildə zərb olunmuşdur, hal-hazırda real pul dövriyyəsində iştirak etmirlər, lakin yenə də Macarıstan forintinin ayrılmaz hissəsi hesab olunurlar. == Avstriya-Macarıstan kronu == Avstriya-Macarıstan kronu 1892-ci ildə Avstriya-Macarıstanın pul vahidi kimi dövriyyəyə daxil oldu. İmperiyanın Avstriya hissəsində xırda pula "heller", Macarıstan hissəsində isə "filler" deyilirdi. 1900-cü ilə qədər köhnə sikkələr də dövriyyədə idi, onların nisbətləri: 1 qulden (florin) = 2 krona, 1 kreytser = 2 filler (heller). Filler sikkələri Kremnitsa zərbxanasında zərb olunurdu və onlar (heller sikkələri kimi) imperiyanın bütöv ərazisində qanuni ödəniş vasitəsi sayılırdı. Birinci Dünya müharibəsinin başlaması 2, 10 və 20 filler dəyərində sikkələr dəmirdən zərb olunmağa başlandı və 1 filler sikkələrin zərb edilməsi dayandırıldı.
Debal
Debal (urdu ديبل‎) — Təxminən müasir Pakistan İslam Respublikasının Kəraçi şəhəri yaxınlığında yerləşən qədim liman şəhəri. == Adımın mənşəyi == Ərəb tarixçilərinin əsərlərində, xüsusilə də VIII əsrin əvvəllərində hind subkontinentində İslam dinin meydana çıxması zamanı hazırlanan hesabatlarda şəhərin adı Daybul (Dīwal ~ Dībal ديبل) kimi qeydə alınmışdır. Bu da Devalaya sözündən yaranıb və sözün mənası sanskrit dilindən tərcümədə "Allahın olduğu məkan" anlamına gəlir. == Tarixi == IX əsr Ərəb coğrafiyaçısı Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri bu şəhər barədə belə yazır ki, "Debal və ya Devale (Daybul) şəhərində "Budda"nın məbədi ucaldılmışdı. Bu məbədin üzərində qırmızı bayraq qoyulan tac var idi".Debalın əsası bizim eradan əvvəl birinci əsrdə qoyulmuşdur. Tezliklə də bu şəhər Sindin ən mühüm ticarət şəhərlərindən birinə çevrildi. Buraya Bavari dəniz quldurları da daxil olmaqla minlərlə Sind dənizçisi sığınmışdı. X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi öz yazılarında Debal şəhərini ticarətlə və balıqçılıqla məşğul olan sakinləri olan şəhər kimi xatırlayırdı. İbn Havqəl yazır ki, Debal şəhəri Mihrandan qərbdə, dəniz sahillərində yerləşirdi. Bu nəinki ebal üçün həm də qonşu bölgələr üçün böyük bazar və limandır.
Deist
Deizm (lat. deus — Tanrı) — Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir.
Delft
Delft— (nid. Delft) Hollandiyada yerləşən bir şəhər və bələdiyədir. Əhalisi (may 2013-cü il əhalisinin təxmininə görə) 98727 nəfərdir.Şimal dənizi sahilindən 10 km məsafədə, Sxi çayı sahilində, Haaqa və Rotterdam şəhərləri arasında yerləşir. Rotterdam–Haaqa–Amsterdam avtomobil və Rotterdam–Leyden–Amsterdam dəmiryol magistralları Delftdən keçir. == Tarixi == Əsası 11 əsrdə qoyulmuşdur. 1246 ildə şəhər statusunu almışdır. 13–14 əsrlərdə mahud və pivə istehsalına görə şəhərin iqtisadiyyatı yüksəlmişdi. 1389-cu ildə Delft məhsullarının ixracı üçün Maas çayının mənsəbindəki Delftxaven portu ilə kanallar vasitəsilə birləşdirilmişdi. 1428-ci ildən (faktiki olaraq 1433-cü ildən) 1477-ci ilədək Burqundiya hersoqlarına (bax Burqundiya hersoqluğu), 1477-ci ildən (qəti olaraq 1482 ildən) Habsburqlara məxsus olmuşdur; Hollandiya əyalətinin iri və iqtisadi cəhətdən inkişaf etmiş şəhərlərindən biri idi.1512-ci ildən Müqəddəs Roma imperiyasının tərkibində olmuşdur. 1536-ci ildə baş vermiş yanğın nəticəsində dağıntılara məruz qalmışdır.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Dəbkə
Dəbkə (ərəb. دبكة‎) — Levantda oynanılan rəqs. Fələstin, İordaniya, İraq, Livan və Suriyada oynanılır.