1. Ağıza qoyulan bir şeyi dişlə qırmaq, əzmək, xırdalamaq, ovmaq.
Ağzımda çörəyi çeynəyib bəzən; Xırdacaxırdaca yemlərdim onu.
Beşi də böyrünü yerə vermiş, yenicə bitmiş qırxbuğumludan qıraraq ağızlarına qoyur və çeynəyirdilər.
// Dişləri ilə kəsmək, gəmirib qırmaq.
Hər yerdən ümidini kəsmiş Məhbusi ipini çeynəyərək qolunun birini açmışdı.
// Hirs, qəzəb, acıq ifadəsi olaraq dodaqlarını, bığlarını dişləri arasına alıb əzmək, gəmirmək.
[Ağası bəy] əllərini döşünə qoyub bığlarını çeynəyən ( f.sif. ) xanın buyruğuna müntəzir idi.
Acıqdan çeynədi dil-dodağını; Kinindən yeyirdi ürək yağını.
2. məc. Bir sözü çox təkrar etmək; təkrarlamaq, bayağılaşdırmaq.
Axşamacan hamı bu sözləri ağzında çeynəyirdi və çeynəyib özgəsinə verirdi.
3. məc. Tapdalamaq, ayaqlar altına salmaq.
[Xəyyam:] Çeynədik yıpramış adətləri biz; Böylə azadə ömür sürmədəyiz.