ÇEYNƏMƏK

f.
1. Ağıza qoyulan bir şeyi dişlə qırmaq, əzmək, xırdalamaq, ovmaq.
Ağzımda çörəyi çeynəyib bəzən; Xırdacaxırdaca yemlərdim onu. S.Vurğun.
Beşi də böyrünü yerə vermiş, yenicə bitmiş qırxbuğumludan qıraraq ağızlarına qoyur və çeynəyirdilər. Ə.Vəliyev.

// Dişləri ilə kəsmək, gəmirib qırmaq.
Hər yerdən ümidini kəsmiş Məhbusi ipini çeynəyərək qolunun birini açmışdı. M.İbrahimov.

// Hirs, qəzəb, acıq ifadəsi olaraq dodaqlarını, bığlarını dişləri arasına alıb əzmək, gəmirmək.
[Ağası bəy] əllərini döşünə qoyub bığlarını çeynəyən ( f.sif. ) xanın buyruğuna müntəzir idi. Çəmənzəminli.
Acıqdan çeynədi dil-dodağını; Kinindən yeyirdi ürək yağını. A.Şaiq.

2. məc. Bir sözü çox təkrar etmək; təkrarlamaq, bayağılaşdırmaq.
Axşamacan hamı bu sözləri ağzında çeynəyirdi və çeynəyib özgəsinə verirdi. B.Talıblı.

3. məc. Tapdalamaq, ayaqlar altına salmaq.
[Xəyyam:] Çeynədik yıpramış adətləri biz; Böylə azadə ömür sürmədəyiz. H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇEYNƏMƏK kövşəmək

Etimologiya

  • ÇEYNƏMƏK Güman olunur ki, çənə sözü ilə kökdaş olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ÇEYNƏMƏ
ÇEYNƏNMƏ

Digər lüğətlərdə