çibintutan 2021
çiçəbahar
OBASTAN VİKİ
Meymun çiçəyi
Mpox (meymunçiçəyi kimi də tanınır) — insanların və digər heyvanların yoluxa biləcəyi infeksion virus xəstəliyi. Simptomlarına qabarcıqlar əmələ gətirən və sonra qabıq bağlayan səpgilər, qızdırma və şişmiş limfa düyünləri daxildir. Xəstəlik adətən yüngül keçir və yoluxmuş şəxslərin əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır. Məruz qaldıqdan sonra simptomların yaranmasına qədər olan müddət beş ilə iyirmi bir gün arasında dəyişir və simptomlar adətən iki-dörd həftə davam edir. Bununla belə, xüsusilə uşaqlarda, hamilə qadınlarda və ya immun sistemi zəif olan insanlarda halların ağır keçməsi mümkündür. Xəstəlik, Orthopoxvirus cinsinə aid olan zoonotik bir virus olan meymunçiçəyi virusu tərəfindən törədilir. Çiçək xəstəliyinə səbəb olan variola virusu da bu cinsə daxildir. İnsandan insana ötürülmə yoluxmuş dəriyə və ya bədən mayelərinə, o cümlədən cinsi əlaqə yolu ilə birbaşa təmas vasitəsilə baş verə bilər. Simptomların başlanğıcından və bütün qabarcıqlar qabıqlanıb tam sağalana qədər insanlar digər insanlara xəstəliyi ötürə bilərlər. Virus yoluxmuş heyvanlarla işləyərkən, həmçinin, onların ətinə toxunmaq və ya heyvanın dişləməsi və ya cızması yolu ilə yayılabilir.
Meymun çiçəyi epidemiyası (2022)
6 may 2022-ci il tarixində Böyük Britaniyada xəstəliyin endemik olduğu Nigeriyaya səfər etmiş və orada olarkən 29 aprel 2022-ci ildə meymunçiçəyi xəstəliyinə uyğun simptomlar göstərən Britaniya sakinində başlayan meymunçiçəyi xəstəliyinin davam edən epidemiyası təsdiqləndi. Bu şəxs geri qayıtdı. 4 mayda Böyük Britaniya, epidemiya indeksini ölkəyə təqdim etdi. Böyük Britaniyada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının bir neçəsinin mənbəyi məlum deyil. Bəzi müşahidəçilər qeyd edirlər ki, may ayının ortalarından etibarən London bölgəsində əhali arasında infeksiyanın ötürülməsi baş verib.
Qaranlıqlar çiçəyi (teleserial, 2011)
== Məzmun == Teleserialın əsas mövzusu eşq və intiqamdır. Uşaqkən atasının xaincəsinə öldürülməsinə şahid olan Lalə adlı qızcığaz hüquqşunas olub intiqam almaq fikrinə düşür. Lalə atasının qatili sandığı adama aşiq olur. Daha sonra qatilin həmin adam olmadığı üzə çıxır. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını anlamırlar.
Qırılan çiçəklər (film,1919)
Qırılan çiçəklər — 1936-ci il istehsalı İngilis dram filmidir. John Brahm'ın rejissorluğu ilə və Emlyn Williams, Artur Margetson, Basil Radford və Edith Sharpe'nin rolları ilə çəkilib. Bernard Vorhaus həm rejissor həm də texniki nəzarətçi idi.
Qırılan çiçəklər (film, 1936)
Qırılan çiçəklər — 1936-ci il istehsalı İngilis dram filmidir. John Brahm'ın rejissorluğu ilə və Emlyn Williams, Artur Margetson, Basil Radford və Edith Sharpe'nin rolları ilə çəkilib. Bernard Vorhaus həm rejissor həm də texniki nəzarətçi idi.
Qışlaq çiçəklənən şternbergiya
Ruprext novruz çiçəyi
Ruprext novruz çiçəyi - (lat. Primula ruprechtii) == Qısa morfoloji təsviri == Çoxillik, çox sayda qaytanvari köklərə malik, adətən çəpinə oturan qısa kökümsovlu bitkidir. Yarpaqları möhkəm, uzunsovyumurtavari və ya ovalvari-lansetvari, ucu küt yuvarlaq, yumru, bəzən kənarları bükülmüş, tədricən daralaraq saplağa çevrilir, üstü yaşıl, çılpaq, altı ağ, zərif keçəvari tüklüdür. Oxlarının hündürlüyü 25-28 sm, yarpaqdan 2-3 dəfə uzundur, çiçəksaplağı kimi azacıq tüklüdür. Çiçəkqrupu çətirvari, 3-6 (10) çiçəkdən ibarətdir. Çiçəksaplağı 0,5-2 sm uzunluqdadır. Kasacığın uzunluğu 15 mm, eni 25–30 mm, dar boruvari, demək olar silindirvari, uzunluğu 4 mm kimi olan düz, lansetvari, tacın borucuğuna yapışmış iti dişlidir. Tacı sarı və ya açıq sarı, borucuğunun uzunluğu kasacığa bərabər və ya bir qədər ondan uzun, eni 25 mm kimidir. Qutucuq oval, demək olar kasacığa bərabərdir. Toxumları 1,5 mm uzunluqda, oval, xırda nöqtəvari çıxıntılı, qaradır.
Sarı çiçək (film, 1983)
== Məzmun == Film Azərbaycanın dərman bitkiləri haqqındadır.
Sevgi çiçəyi
Sevgi çiçəyi (lat. Cyanus tchihatcheffii) — mürəkkəbçiçəklər (Asteraceae) fəsiləsindən olan, Türkiyəyə xas, nəsli tükənmə təhlükəsiylə qarşı-qarşıya olan bir çiçək növü. Ankarada çiçək dünyasında saman çiçəyi olaraq bilinən xalq arasında sevgi və ya qırmızı çiçəkli gölbaşı adıyla məşhur olan bu çiçək Hacı Həsən kəndi yaxınlığında bitir. Pestisidlər nəticəsində tükənmə təhlükəsi olduğu üçün, Bern Konvensiyası çərçivəsində rəsmi şəkildə qorunur. İlk olaraq 1848-ci ildə Ankaradan rusiyalı alim Pyer de Tikişev tərəfindən toplanmışdı: Gölbaşı, Gölbək-Yavrucak. Türkiyə bitkiləri əsərində göstərilən Afyonkarahisar, Məhmətköy qeydi isə səhvən yazılmışdır. Tchihatcheff'un Kiçik Asiyaya səfərlərindən əldə etdiyi orijinal material Société botanique de Franceda saxlanılıb, sonra kolleksiyalar Parisə daxil edilib. Kiçik Asiyadan olan yeniliklər isə Fischer & C.A. tərəfindən təsvir edilmişdir. == Qorunması == Gölbaşı Bələdiyyəsi tərəfindən qorunan xüsusi sahədə son aylarda yer üzünə gətirilmiş endemik bitkilər siyahısında olan bitki toxumu çiçəkləmişdi. Bələdiyyə Başçısı Fatih Duruay, Sevgi Çiçəyi, 'Çəyirtkə' və 'Gəlin Düyməsi' adıyla da bilinən bu gülün yalnız Gölbaşı ilçəsində yetişdiyini söylədi.
Seyrək-çiçəkli səhləb
Solğun çiçəklər
Solğun çiçəklər (pyes) - yazıçı Cəfər Cabbarlının yazdığı pyes. Solğun çiçəklər (opera) - bəstəkar Süleyman Ələsgərovun yazdığı opera. Solğun çiçəklər (film, 1987) - tamaşa.
Solğun çiçəklər (opera)
Solğun çiçəklər — Süleyman Ələsgərovun ikinci operasıdır. Əsər görkəmli dramaturq C.Cabbarlının eyni adlı dramı əsasındadır. Bu operettanın librettosunu və şerlərini H.Ziya yazmış, rejissoru tanınmış aktyor, Azərbaycanın xalq artisti Y.Nuri, rəssamı isə əməkdar incəsənətə xadimi Ə.Fətəliyevdir. "Solğun çiçəklər" operası 1997-ci ildə Azərbaycan Dövlət Akademik opera və balet teatrınlda tamaşaya qoyulmuşdur. Bu səhnə əsərində bəstəkar öz yaradıcılığına sadiq qalaraq operadakı xor və vokal ansambllarını, ariya və ariozaları, orkestr nömrələrini xalq musiqisi və muğam intonasiyalarına əsaslanıb yazmışdır.
Su çiçəyi
Təbii çiçək və ya kiçikçiçək (ing. smallpox) — Orthopoxvirus cinsinə aid olan variola virusunun (çox vaxt çiçək virusu adlanır) yaratdığı yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir.
Su çiçəyi xəstəliyi

Sünbül (çiçək)
Sünbül və ya Başaq (lat. Spica) — çiçək qrupu; uzunsov sünbül oxu üzərində yerləşən oturaq çiçəklərdən (sadə sünbül), yaxud bir neçə çiçəyi olan sünbülcüklərdən (mürəkkəb sünbül) ibarətdir. Bağayarpağı, səhləb çiçəklilərin çoxu və s. sadə sünbülə, buğda, arpa, çovdar və s. taxıllar mürəkkəb sünbülə malikdir. == Dində == "Quran"da sünbül haqqında belə bir ifadə var: "Allah yolunda mallarını xərcləyənlərin nümunəsi sünbül kimidir ki, hər sünbüldə yüz dənə vardır. Allah dilədiyinə qat-qat çoxunu verər.
Səhra çiçəyi
Səhra çiçəyi — Somaliyalı model Varis Diriein avtobioqrafiyası. == Haqqında == Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Kitab Varis(səhra çiçəyi)adlı qızın həyatından yaşamaq uğrunda apardığı mübarizəni bütün çılpaqlığı ilə əks etdirir,onun həyatının başladığı Afrika səhralarından,köçəri həyatından, ailəsindən,Somalidə qadınlara,qızlara olan münasibətdən,və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən bəhs edərkən onu da qeyd etmək isyəyirəmki onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil bütün qadınlara yönəlir onunla eyni həyatı yaşayan,eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir! == Məzmun == Kitabda məşhur Somali əsilli fotomodel V.Dirie Afrika səhralarından şöhrətin zirvəsinə uzanan həyat yolundan bəhs edir. Varis səhrada köçəri həyat yaşayan çoxuşaqlı bir ailədə dünyaya gəlir. Kiçik qız ilk zərbəni daha 3-4 yaşlarında zorlandığı zaman alır. Qabaqda isə onu daha böyük bir sınaq gözləyirdi - sünnət. 7 yaşlı qızın cinsi orqanların kəsilib tikilməsi və bunların baş verdiyi şərait insanı dəhşətə gətirir. Daha uzun illər qənc qız bu vəhşiliyin əziyyətini çəkir.
Tanı gülü, çiçəyi (film, 1984)
== Məzmun == Film Azərbaycanda bitən müalicə əhəmiyyətli otlardan və onlardan əczaçılıqda istifadə etmək imkanlarından danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: Cığatay Şeyxzamanov Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Toz içində çiçək (film, 1959)
Toz içində çiçək (hind. धूल का फूल, ing. Dhool Ka Phool) — rejissor Yaş Çopranın 1959-cu ildə çəkdiyi film. == Məzmunu == Filmdə kollecin tələbələri Mina (Mala Sinha) və Maheşin (Racendra Kumar) məhəbbətindən bəhs olunur.
Təbii çiçək
Təbii çiçək və ya kiçikçiçək (ing. smallpox) — Orthopoxvirus cinsinə aid olan variola virusunun (çox vaxt çiçək virusu adlanır) yaratdığı yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir.
Yonca çiçək ağcaqanadı
Yonca çiçək ağcaqanadı (lat. Contarinia medicaginis) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin ağcaqanad 2 mm böyüklükdə olub, uzun qırmızımtıl bədənə malikdir. Qarıncığında tutqun rəngli köndələn zolaqlar vardır. Xortumu qısadır. Duyğu orqanları 4 buğumludur. Bığcıqlar uzundur. Qnadları bədənə nisbətən iridir. Pəncələri beş buğumludur. Dişilərin yumurta qoyanları uzun olub ucları şişdir.
Zebra çiçəyi
Afelandra (lat. Aphelandra) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinə aid bitki cinsi. Otaq bitkisi kimi yetişdirilir. Bitkinin ana vətəni Orta və Cənubi Amerikadır. Qırmızı və sarı rənglərdə çiçək açırlar. Çiçəklənmə dövrü iyun və oktyabr ayları arasındadır. Afelandra çıçəyinin üstünə günəş şuaları düşməmək şərtilə isti və aydınlıq yerdə saxlanmalıdır. Afelandra yaz və yay aylarında daha çox sulanmalıdır. Soyuğa davamsızdır, isti sevəndir. Bitkinin çoxaldılması kökləri vasitəsi ilə həyata keçirilir.
Çiçinin Çiçəyi (1990)
Çiçinin çiçəyi (film, 1990)
Çiçəbahar
Çiçəbahar (lat. Phytolacca) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin çiçəbaharkimilər fəsiləsinə aid bitki cinsi.
Çiçək
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.

Значение слова в других словарях