çibintutan 2021
çiçəbahar
OBASTAN VİKİ
Ev quşlarında çiçək xəstəliyi və onunla mübarizə tədbirləri (film, 1987)
Fatma Çiçək Derman
Fatma Çiçək Derman (1945, Ankara) — təzhip-miniatür sahəsi üzrə mütəxəssis, professor . == Həyatı və yaradıcılığı == Fatma Çiçək Derman 1945-ci ildə Ankarada doğulmuşdur. İstanbul Qız Liseyini və İstanbul Universiteti ədəbiyyat fakültəsinin sənət tarixi bölümünü bitirib. O, 1985-ci ildən 2012-ci ilə qədər Mərmərə Universitetinin Gözəl Sənətlər Fakültəsində müəllimlik etmişdir. Fakültə dekanı, Ənənəvi Türk Sənətlər Bölümü və Təzhip-miniatür əsas sənət sahəsinin yaradıcısı kimi rəhbərliklərdə çalışdı. 1976-cı ildən başlayaraq 24 il müddətində fəxri olaraq Kubbealtı Nakışhânesinde təzhip müəllimliyi etmişdi. Fatma Çiçək Derman ilk şəxsi sərgisini 1987-ci ildə Qanuni Sultan Süleyman Sərgisi əhatəsində Çikaqoda açmış, müxtəlif illərdə Türkiyədə və xarici ölkələrdə sərgiləri olmuşdur. Türkiyə Respublikası Kültür Nazirliyi tərəfindən keçirilən Dövlət Türk Süsləmə Sənətləri seçici təşkilatında 1990-cı ildən etibarən yer alan F.Ç.Derman Yaponiyada Türk ili olaraq elan edilən 2003-cü ildə professor Uğur Dermanla birlikdə East Asia (Toua) Universiteti tərəfindən dəvət edilmiş, burada sərgi və konfranslarla sənətlərini tanıtmışlar. Professor Uğur Dermanın həyat yoldaşı olan Fatma Çiçək Dermanın üç oğlu, üç nəvəsi vardır. Professor Fatma Çiçək Derman 9 magistr işinin və 7 doktorluq dissertasiyasının elmi rəhbəri olmuşdur.
Meymun çiçəyi
Meymunçiçəyi bəzi heyvanlarda, o cümlədən insanlarda baş verə bilən meymunçiçəyi virusunun yaratdığı yoluxucu xəstəlikdir. Simptomları qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin şişməsi və yorğunluq hissi ilə başlayır. Bunun ardınca üzərində qabarcıqlar və qabıqlar əmələ gətirən səpgilər gəlir. Simptomların başlanmasına qədər olan vaxt təxminən 10 gündür. Simptomların müddəti adətən iki ilə dörd həftə arasındadır. Meymunçiçəyi buşmit (Afrika vəhşi heyvan yemi) ilə işləmək, heyvan dişləməsi və ya cızıqdan, bədən mayelərindən, çirklənmiş əşyalardan və ya yoluxmuş şəxslə yaxın təmasdan yoluxa bilər. Virus adətən müəyyən gəmiricilər arasında dövr edir. Diaqnoz virusun DNT-si üçün lezyon testi ilə təsdiqlənə bilər. Xəstəlik suçiçəyi xəstəliyinə bənzər görünə bilər.
Meymun çiçəyi epidemiyası (2022)
6 may 2022-ci il tarixində Böyük Britaniyada xəstəliyin endemik olduğu Nigeriyaya səfər etmiş və orada olarkən 29 aprel 2022-ci ildə meymunçiçəyi xəstəliyinə uyğun simptomlar göstərən Britaniya sakinində başlayan meymunçiçəyi xəstəliyinin davam edən epidemiyası təsdiqləndi. Bu şəxs geri qayıtdı. 4 mayda Böyük Britaniya, epidemiya indeksini ölkəyə təqdim etdi. Böyük Britaniyada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının bir neçəsinin mənbəyi məlum deyil. Bəzi müşahidəçilər qeyd edirlər ki, may ayının ortalarından etibarən London bölgəsində əhali arasında infeksiyanın ötürülməsi baş verib.
Qaranlıqlar çiçəyi (teleserial, 2011)
Teleserialın əsas mövzusu eşq və intiqamdır. Uşaqkən atasının xaincəsinə öldürülməsinə şahid olan Lalə adlı qızcığaz hüquqşunas olub intiqam almaq fikrinə düşür. Lalə atasının qatili sandığı adama aşiq olur. Daha sonra qatilin həmin adam olmadığı üzə çıxır. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını anlamırlar.
Qırılan çiçəklər (film,1919)
Qırılan çiçəklər — 1936-ci il istehsalı İngilis dram filmidir. John Brahm'ın rejissorluğu ilə və Emlyn Williams, Artur Margetson, Basil Radford və Edith Sharpe'nin rolları ilə çəkilib. Bernard Vorhaus həm rejissor həm də texniki nəzarətçi idi.
Qırılan çiçəklər (film, 1936)
Qırılan çiçəklər — 1936-ci il istehsalı İngilis dram filmidir. John Brahm'ın rejissorluğu ilə və Emlyn Williams, Artur Margetson, Basil Radford və Edith Sharpe'nin rolları ilə çəkilib. Bernard Vorhaus həm rejissor həm də texniki nəzarətçi idi.
Qışlaq çiçəklənən şternbergiya
Ruprext novruz çiçəyi
Ruprext novruz çiçəyi - (lat. Primula ruprechtii) Çoxillik, çox sayda qaytanvari köklərə malik, adətən çəpinə oturan qısa kökümsovlu bitkidir. Yarpaqları möhkəm, uzunsovyumurtavari və ya ovalvari-lansetvari, ucu küt yuvarlaq, yumru, bəzən kənarları bükülmüş, tədricən daralaraq saplağa çevrilir, üstü yaşıl, çılpaq, altı ağ, zərif keçəvari tüklüdür. Oxlarının hündürlüyü 25-28 sm, yarpaqdan 2-3 dəfə uzundur, çiçəksaplağı kimi azacıq tüklüdür. Çiçəkqrupu çətirvari, 3-6 (10) çiçəkdən ibarətdir. Çiçəksaplağı 0,5-2 sm uzunluqdadır. Kasacığın uzunluğu 15 mm, eni 25–30 mm, dar boruvari, demək olar silindirvari, uzunluğu 4 mm kimi olan düz, lansetvari, tacın borucuğuna yapışmış iti dişlidir. Tacı sarı və ya açıq sarı, borucuğunun uzunluğu kasacığa bərabər və ya bir qədər ondan uzun, eni 25 mm kimidir. Qutucuq oval, demək olar kasacığa bərabərdir. Toxumları 1,5 mm uzunluqda, oval, xırda nöqtəvari çıxıntılı, qaradır.
Sarı çiçək (film, 1983)
Film Azərbaycanın dərman bitkiləri haqqındadır.
Sevgi çiçəyi
Sevgi çiçəyi (lat. Cyanus tchihatcheffii) — mürəkkəbçiçəklər (Asteraceae) fəsiləsindən olan, Türkiyəyə xas, nəsli tükənmə təhlükəsiylə qarşı-qarşıya olan bir çiçək növü. Ankarada çiçək dünyasında saman çiçəyi olaraq bilinən xalq arasında sevgi və ya qırmızı çiçəkli gölbaşı adıyla məşhur olan bu çiçək Hacı Həsən kəndi yaxınlığında bitir. Pestisidlər nəticəsində tükənmə təhlükəsi olduğu üçün, Bern Konvensiyası çərçivəsində rəsmi şəkildə qorunur. İlk olaraq 1848-ci ildə Ankaradan rusiyalı alim Pyer de Tikişev tərəfindən toplanmışdı: Gölbaşı, Gölbək-Yavrucak. Türkiyə bitkiləri əsərində göstərilən Afyonkarahisar, Məhmətköy qeydi isə səhvən yazılmışdır. Tchihatcheff'un Kiçik Asiyaya səfərlərindən əldə etdiyi orijinal material Société botanique de Franceda saxlanılıb, sonra kolleksiyalar Parisə daxil edilib. Kiçik Asiyadan olan yeniliklər isə Fischer & C.A. tərəfindən təsvir edilmişdir. Gölbaşı Bələdiyyəsi tərəfindən qorunan xüsusi sahədə son aylarda yer üzünə gətirilmiş endemik bitkilər siyahısında olan bitki toxumu çiçəkləmişdi. Bələdiyyə Başçısı Fatih Duruay, Sevgi Çiçəyi, 'Çəyirtkə' və 'Gəlin Düyməsi' adıyla da bilinən bu gülün yalnız Gölbaşı ilçəsində yetişdiyini söylədi.
Seyrək-çiçəkli səhləb
Solğun çiçəklər
Solğun çiçəklər (pyes) - yazıçı Cəfər Cabbarlının yazdığı pyes. Solğun çiçəklər (opera) - bəstəkar Süleyman Ələsgərovun yazdığı opera. Solğun çiçəklər (film, 1987) - tamaşa.
Solğun çiçəklər (opera)
Solğun çiçəklər — Süleyman Ələsgərovun ikinci operasıdır. Əsər görkəmli dramaturq C.Cabbarlının eyni adlı dramı əsasındadır. Bu operettanın librettosunu və şerlərini H.Ziya yazmış, rejissoru tanınmış aktyor, Azərbaycanın xalq artisti Y.Nuri, rəssamı isə əməkdar incəsənətə xadimi Ə.Fətəliyevdir. "Solğun çiçəklər" operası 1997-ci ildə Azərbaycan Dövlət Akademik opera və balet teatrınlda tamaşaya qoyulmuşdur. Bu səhnə əsərində bəstəkar öz yaradıcılığına sadiq qalaraq operadakı xor və vokal ansambllarını, ariya və ariozaları, orkestr nömrələrini xalq musiqisi və muğam intonasiyalarına əsaslanıb yazmışdır.
Su çiçəyi
Təbii çiçək — ağır yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15–16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır.
Su çiçəyi xəstəliyi
Təbii çiçək — ağır yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15–16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır.
Çiçəbaharkimilər
Çiçəbaharkimilər (lat. Phytolaccaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Agdestis — Aqdestits Anisomeria — Anizomeriya Ercilla A.Juss. — Ersilla Gallesia — Qalleziya Gisekia — Qizekiya Gyrostemon — Qirostemon Hilleria — Hilleriya Ledenbergia — Ledenbergiya Microtea — Mikroteya Monococcus — Monokokkus Nowickea Petiveria — Petiveriya Phytolacca L. — Çiçəbahar syn. Pircunia Bertero ex Ruschenb. Rivina — Rivina Schindleria — Şindleriya Seguieria — Segeriya Trichostigma A.Rich. — Trixostiqma syn. Villamillia Ruiz & Pav.
Çiçəklər körpüsü (hadisə)
Çiçəklər körpüsü (rum. Podul de Flori) — Moldova SSR ilə Rumıniya sərhədində Prut çayının sahilində baş vermiş iki hadisənin adı. Bu hadisələr zamanı Böyük Vətən müharibəsindən sonra ilk dəfə olaraq şəxsiyyəti təsdiq edən sənədləri təqdim etmədən Moldova SSR-Rumıniya sərhədindən keçid həyata keçirilib. Aksiyalar zamanı bu hadisələrə ad verən Prut çayının hər iki sahilində suyun üzərinə güllər düzülmüşdü. İlk nümayiş 6 may 1990-cı ildə yerli vaxtla saat 13:00-dan 19:00 aralığında baş verib. Birinci "Çiçəklər Körpüsü" zamanı Rumıniya sakinlərinə heç bir sənəd təqdim etmədən Prut çayından Moldova SSR-ə keçməyə icazə verildi. Prut çayı boyunca uzunluğu 700 km olan sərhəddə 8 sərhəd keçid məntəqəsi: Moykani-Pererita, Stınka-Kosteşti, Yassı-Unqen, Unqen körpüsü, Albitsa-Leuseni, Felçiu-Gipsi, Oança-Kaqul, Qalats — Djurtjuleşti təchiz edilmişdir. Nümayişdə 1,2 milyona yaxın insan iştirak edib. Şahidlər bu hadisəni bir çox ailələrin yenidən birləşməsinə imkan verən Berlin divarının yıxılması ilə müqayisə edirdilər — Prut çayı "Su Berlin Divarı" adlanırdı.. Unqen bölgəsindən 250 minə yaxın insan sərhədi keçir.
Səhra çiçəyi (film)
Səhra çiçəyi — 2009-cu ildə Almaniyada istehsal olunmuş bioqrafik film. Varis Dirienin eyniadlı avtobioqrafik əsəri əsasında çəkilmişdir. Filmdə məşhur efiyopiyalı model Liya Kebede Varisin Londona gəldiyi ilk günlərini – gəncliyini oynamışdır.
Çiçəkli (Duzluca)
Çiçəkli — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. 1901-ci ildən eyni adda olan kənd 1918-ci il qeydlərində ermənicə "çiçəkli" mənasını verən Cağqaşen kimi qeyd olunur.
Çingiz Çiçək
Çingiz Çiçək (1978, Tuncəli) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Çingiz Çiçək 1978-ci ildə Tunceli ilində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. HDP İstanbul il şöbəsinin həmsədri, HDP İdarə Heyətinin üzvü və HDP həmsədrinin müavini olub. 2009-cu ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan sabiq lideri Abdullah Öcalanın hüquqlarını müdafiə edib. 2011-ci ildə Abdullah Öcalanı təmsil edən 45 digər hüquq müdafiəçisi ilə birgə həbs edilib. 2014-cü ilin martında Kürdüstan İcmalar İttifaqı (KCK) ilə əlaqəli fəaliyyətlərdə ittiham olunaraq istintaqa cəlb edilən digər doqquz hüquq müdafiəçisi ilə birgə sərbəst buraxılıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Çiçək Abbas
Çiçək Abbas (türk. Çiçek Abbas) — Sinan Çətinin rejissoru olduğu, İlyas Salmanın baş rolda oynadığı 1982-ci ildə çəkilən Türkiyə filmi. Çiçək Abbas (İlyas Salman), Şakir adında (Şənər Şən) bir minibus sürücüsünün yanında müavindir. Şakir şorgözün biridir. Abbas isə tam tərsinə saf-sadə biridir. Tək xəyalı minibusçu olmaq və aşiq olduğu və patronunun da evlənmək istədiyi qızla (Pəmbə Mutlu) evlənməkdir. Abbas sınıq-salxaq bir minibusu sələmçidən borclanaraq alır və çalışaraq borcunu ödəməyə başlayır. Bu sırada patronun ayrıldığı nişanlısı ilə bir-birlərinə aşiq olurlar. Şakir bunu həzm edə bilmir və Abbasın minibusunun təkərlərini və motorunu oğurlayır. Zor duruma düşən Abbas borcunu ödəyə bilmir və sələmçi minibusu geri istəyir.
Çiçək Otlu
Çiçək Otlu (1973, Ulduzəli, Sivas ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Çiçək Otlu 1973-cü ildə Sivas ilinin Yıldızeli ilçəsində anadan olub. Orta təhsillidir. 90-cı illərdə Kommunist Partiyasının nəşri olan Atılım qəzetində çalışıb. 2005-2009-cu illərdə Fəhlə Qadınlar Assosiasiyasının prezidenti olub. 2009-2016-cı illərdə Məzlumların Sosialist Partiyası sədrinin müavini, 2016-2019-cu illərdə sədri vəzifəsində təmsil olunub. 2021-2023-cü illərdə Sosialist Qadınlar Assambleyalarının sözçüsü, Sosialist Qadınlar Jurnalının isə rəhbəri olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Çiçək diaqramı
Çiçək diaqramı çiçək strukturunun qrafik təsviridir. Çiçək orqanlarının sayını, düzülməsini və birləşməsini göstərir. Çiçəyin müxtəlif hissələri öz simvolları ilə nümayiş olunur. Çiçək diaqramları çiçəkləri tanımaq üçün faydalı olub, çiçəkli bitkilərin təkamülünü başa düşməyə kömək edir. Bu üsuldan XIX əsrin axırlarından etibarən istifadəyə etməyə başlamışdırlar və əsasən August W. Eichlerə ithaf edilirlər.
Qaranlıqlar çiçəyi
== Məzmun == Teleserialın əsas mövzusu eşq və intiqamdır. Uşaqkən atasının xaincəsinə öldürülməsinə şahid olan Lalə adlı qızcığaz hüquqşunas olub intiqam almaq fikrinə düşür. Lalə atasının qatili sandığı adama aşiq olur. Daha sonra qatilin həmin adam olmadığı üzə çıxır. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını anlamırlar.

Digər lüğətlərdə