Çobanbayatı (1972)
== Məzmun ==
Film çoban əməyinin qışlaq şəraitində gərgin dramatizmindən, onların yem və məişət qayğılarından poetik, romantik bir tərzdə söhbət açır. Kinolentdə Muğan, Mil və Şirvan düzlərində heyvandarlığın inkişafından danışılır.
== Festivallar və mükafatlar ==
1) 1973-cü ildə Moskvada kənd təsərrüfatı filmlərinin III Ümumittifaq kinofestivalı
Film heyvandarların əməyinin inandırıcı və poetik canlandırılmasına görə III Mükafat-Bürüncü Medal almışdır.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Rejissor: Musa Bağırov
Ssenari müəllifi: Əhmədağa Muğanlı
Operator: Tofiq Sultanov, Mehman Dadaşov
Səs operatoru: Şamil Kərimov
== Mənbə ==
Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.