ÇOR

сущ.
1. вид болезни у некоторых растений (преимущественно на листьях винограда и хлопчатника)
2. перен. выражает проклятие
◊ sənə çor dəysin! чтобы ты заразился болезнью!
ÇOPURLUQ
ÇORT
OBASTAN VİKİ
Çor
Qut Çor xaqan
Qut Çor xaqan (吐火仙骨啜可汗) — Türgişlərin hökmdarı, Sulukun oğlu. == Hakimiyyəti == Çox qısa dövrdə hakimiyyətdə qalmışdı. Əsas dəstəkçiləri qara türgişlər idi. 739-cu ildə Kül Çörün hücumuna məruz qalmışdı. Qardaşı Ton Aba Yabqu tərəfindən dəstəkləsəndə də rəqibi Kül Çoru Çin imperatoru Hsüançonq, Çaç hökmdarı Bağatur Tudun, Fərqanə yabqusu Arslan Tarxan dəstəkləyirdi. Nəhayət 739-cu ildə Qut Çor Kül Çor tərəfindən tutulub öldürüldü.
Karı Çor Tigin abidəsi
Karı Çor Tigin abidəsi və ya Xian abidəsi — 2010-cu ildə Zhanq Du Yuanlı bir kəndli tərəfindən tapılmış abidədir. Kəndli tapdığı abidəni Xiandakı bazarda satmağa çalışarkən son anda Tanq Vest Market Muzeyi nümayəndələri abidəni görmüş və abidəni alaraq muzey inventarına salmıdşırlar. Karı Çor Tigin abidəsi Çinin Şaanxi əyalətinin mərkəzi, Çinin tarixi paytaxtlarından biri olan Xianda tapılmışdır. Karı Çor Tigin abidəsi və Karı çor Tiginin məzarına aid işləməli daş, bir sıra çincə yazı və arxeoloji materialla birlikdə Çinin ilk özəl muzeyi olan Tanq Vest Market Muzeyində sərgilənməkdədir. == Abidə == Karı Çor Tiginin abidə məzarına aid qranitdən düzəldilmiş kvadrat formasında, üzərində bitki motivləri olan, işləməli qapaq daşı vardır. Abidə Türk-Çin əlaqələrini əks etdirməsi və iki dilli olması yönündən araşdırmaçılar tərəfindən önəmli abidə olaraq göstərilməkdədir. == Mətn == Karı Çor Tigin abidəsində Orxon əlifbası ilə yazılmış 17 sətirlik türkcə mətn vardır. Bununla yanaşı, abidədə çincə mətnlər də mövcuddur. Abidə ümumi mənada yaxşı qorunmuş olmasına baxmayaraq, abidənin I və II sətirlərində olan iki sözdə geridə qalan tarixi müddətdə qırılmalar meydana gəlmişdir. Karı Çor Tigin abidəsinin türkcə hissəsinin oxunma və mənalandırılmasını Çingiz Ayyılmaz reallaşdırarkən, çincə hissəsini oxunub mənalandırılmasını isə Luo Xin etmişdir.
Köhnə Çorman
Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı Çorman kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Layoş Çordaş
Layoş Çordaş (mac. Csordás Lajos; 26 oktyabr 1932 – 5 aprel 1968, Budapeşt) — hücumçu mövqeyində oynamış Macarıstan futbolçusu və məşqçisi. == Həyatı == 1952 Yay Olimpiya Oyunlarının qalibi olan komandanın ən gənc üzvü olmuşdur. Çordaş Budapeştin şərab rayonu olan Budafokda anadan olmuşdur. Karyerasına bir neçə mövsüm keçirdiyi "Vaşaş" klubunda başladı, bundan sonra 20 yaşında milli komandaya çağrıldı. Əvvələrdə Çordaşı Ferents Puşkaş ilə müqayisə etsələr də, sonradan o, formasını itirdi və getdikcə zəif oyun sərgiləməyə başladı. Oyunçu karyerasını bitirdikdən sonra əvvəl doğma klubunda, daha sonra "Budafok"da məşqçi kimi çalışmağa başladı. 35 yaşında ürək tutmasından vəfat etdi.
Levon Çorbacıyan
Levon Çorbacyan (ing. Levon Chorbajian) — erməniəsilli ABŞ sosioloqu. O, Massaçusets Lovell Universitetinin professoru və Zoryan Müasir Ermənişünaslıq və Sənədləşdirmə İnstitutunun ABŞ bölməsinin direktorudur. Çorbacyan sosialist və proqressiv siyasətlə məşğuldur, neoliberalizmin tənqidçisidir. == Əsərləri == Müəllif Egan, Daniel; Chorbajian, Levon. Power: A Critical Reader. Pearson. 2004. ISBN 978-0131834385. Chorbajian, Levon; Mutafian, Claude; Donabedian, Patrick.
Mavzuna Çoriyeva
Qışlaq-i Çortaqlı (Germi)
Qışlaq-i Çortaqlı (fars. قشلاق چرتقلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 140 nəfər yaşayır (25 ailə).
Toma Feodosyeviç Çorba
Toma Feodosyeviç Çorba ( mold. Toma Ciorbă; 15 yanvar 1864, Kişinyov, Bessarabiya quberniyası[d] – 30 dekabr 1936) — Bessarabiya həkimi, ictimai səhiyyə təşkilatçısı və ictimai xadim. == Bioqrafiya == Toma (Foma Feodosyeviç) Çorba 1864-cü ildə Kişinyov şəhərində anadan olub. Kişinyov kişi gimnaziyasında təhsil almışdır. 1893-1896-cı illərdə Kişinyovda sanitariya həkimi vəzifəsində işləmiş, 1893-1903-cü illərdə isə rayon xəstəxanasının psixiatriya şöbəsində çalışmışdır. 1896-cı ildə bir yoluxucu xəstəliklər xəstəxanasını qurdu, burada 1932-ci ilə qədər baş həkimi vəzifəsini icra etdi. Çorba, 1896-1935-ci illərdə təsis etdiyi xəstəxananın binasında yaşayırdı. 1903-cü ildə Kişinyov talanından sonra sanitariya doktoru M. Frenkel ilə birlikdə şəhərin yəhudi qəbiristanlığında öldürülənlərin cəsədlərini və şəhərin yəhudi xəstəxanasında yaralananları yoxladı və sənədləşdirdi . Rus-Yapon müharibəsinin başlanmasından sonra, Qırmızı Xaçın yerli şöbəsinin üzvləri tərəfindən qərara alındı ki, Çorba bir il yarım işlədiyi Uzaq Şərqdə bərpa olunan Bessarabiya hərbi qospitalını idarə etsin. Toma Çorba Bessarabiya şəhərində məcburi olaraq təbii çiçəyə qarşı peyvənd və difteriyaya qarşı isə seroterapiya tətbiq etdi.
Toma Çorba
Toma Feodosyeviç Çorba ( mold. Toma Ciorbă; 15 yanvar 1864, Kişinyov, Bessarabiya quberniyası[d] – 30 dekabr 1936) — Bessarabiya həkimi, ictimai səhiyyə təşkilatçısı və ictimai xadim. == Bioqrafiya == Toma (Foma Feodosyeviç) Çorba 1864-cü ildə Kişinyov şəhərində anadan olub. Kişinyov kişi gimnaziyasında təhsil almışdır. 1893-1896-cı illərdə Kişinyovda sanitariya həkimi vəzifəsində işləmiş, 1893-1903-cü illərdə isə rayon xəstəxanasının psixiatriya şöbəsində çalışmışdır. 1896-cı ildə bir yoluxucu xəstəliklər xəstəxanasını qurdu, burada 1932-ci ilə qədər baş həkimi vəzifəsini icra etdi. Çorba, 1896-1935-ci illərdə təsis etdiyi xəstəxananın binasında yaşayırdı. 1903-cü ildə Kişinyov talanından sonra sanitariya doktoru M. Frenkel ilə birlikdə şəhərin yəhudi qəbiristanlığında öldürülənlərin cəsədlərini və şəhərin yəhudi xəstəxanasında yaralananları yoxladı və sənədləşdirdi . Rus-Yapon müharibəsinin başlanmasından sonra, Qırmızı Xaçın yerli şöbəsinin üzvləri tərəfindən qərara alındı ki, Çorba bir il yarım işlədiyi Uzaq Şərqdə bərpa olunan Bessarabiya hərbi qospitalını idarə etsin. Toma Çorba Bessarabiya şəhərində məcburi olaraq təbii çiçəyə qarşı peyvənd və difteriyaya qarşı isə seroterapiya tətbiq etdi.
Tınçtıkbek Çoroteqin
Tınçtıkbek Kadırmambetoviç Çoroteqin (28 mart 1959)—qırğız tarixçisi və jurnalisti, tarix elmləri doktoru (1998), professor (2002). == Həyatı == Tınçtıkbek Kadırmambetoviç Çoroyev 28 mart 1959-cu ildə Qırğızıstanın Narin vilayətinin Narın reyonundakı Eçki-başı kəndində anadan olub. İbtidai məktəbi doğma kəndində oxuyub (1966–1974). Sonra orta təhsilini Narın şəhərində davam etdirib (1974–1976). 1976-cı ildə Yusup Balasaqun adına Qırğız Milli Universitetin tarix fakültəsinə qəbul olub. 1981-ci ildə universiteti tamamlayıb. Tınçtıkbek Çoroteqin müəllim kimi doğma universitetində çalışıb (1981–1983). O, göndərişlə Özbəkistan EA-nın Şərqşünaslıq institutunda işləyib(1983–1985). Burda bir çox şərq dillərinə yiyələnib. Sonra həmin institutun aspiranturasında təhsilini davam etdirib (1985–1988.
Çorlu (Qızıl Qoç)
Çorlu, Lernatsk, Lernagyuğ — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Kəndin adı Çırpılı, Bostançı xaraba formalarında da qeyd edilir. Rayon mərkəzindən 17 km cənubda yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli çor etnoniminə mənsubluq bildirən -lu şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. «Çor tayfasının kəndi, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernatsk, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Lernagyuğ (Dağkəndi) qoyulmuşdur.
Çorlu Məhəmməd
Çorlu Məhəmməd (1828–1933) — Azərbaycanın el sənətkarı, şair. == Həyatı == Çorlu Məhəmməd 1825-ci ildə Əsgəran bölgəsində bəy ailəsində anadan olmuşdur. XIX yüzilliyin 30-cu illərində Usuflar tayfası elliklə köçüb Qars-Çıldır yörələrində binə bərkitmişlər. Çorlu Məhəmməd hələ cavan vaxtlarından sinədən deməyi və gözəl səsi ilə el-oba arasında tanınmağa başlamışdır. Aslan Bayramov Çorlu Məhəmmədin 1924-cü ildə vəfat etdiyini yazır. Əslində Çorlu Məhəmməd 1933-cü ildə Sultanabad kəndində vəfat etmiş, Sultanabadın əski qəbiristanlığında dəfn edilmişdir. Sonralar ermənilər Arpa gölün ərazisini böyütdüklərindən Çorlu Məhəmmədin də qəbri gölün suları altında qalmışdır. Nəhayət, bu el sənətkarının 2004-cü ildə "Ərş-əlaya bir yolum var" adlı kitabı işıq üzü görmüşdür. Bu kitabda el şairinin doqquz gəraylısı, on iki qoşması, bir deyişməsi, dörd divanisi və bir neçə aşıq rəvayəti toplanmışdır. == Haqqında == Aslan Bayramov yazır: "Aşıq Şenlik məktəbindən ilham alan sənətkar İrəvandan üzü bəri olan ellərimizdə, Qarsda, Ağbabada, Borçalıda, Sörəyeldə, Axsqa və Axılkələyin Kürboyu kəndlərində ağır toylar keçirmişdir.
Çorlulu Kürəkən Əli Paşa
Çorlulu Kürəkən Əli Paşa (1670 – 26 dekabr 1711, Lesbos) — III Əhməd səltənətində 4 il 1 ay 12 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == === İlk illəri === Təxminən 1670-ci ildə Çorluda kəndli ailəsində doğuldu. Zəkası və bacarıqları ilə II Əhməd dönəmində qapıçıbaşı olan türkmən Qara Bayram ağanın diqqətini çəkdi və övladlığa alındı. Qara Bayram ağanın vasitəsilə öncə Qalata sarayına alınaraq təlim-tərbiyə edildi. Ardından Əndəruna alındı və burada Səfərli bölüyündə xidmət etməyə başladı. Burdakı təhsilini tamamlamasının ardından 1699-cu ilin fevralında riqabdar, həmin ilin sonlarında isə çuxadar təyin edildi. === Sultan Mustafa dövrü === Bu illərdə Sultan Mustafanın ən yaxın adamlarından birinə çevrildi. 8 may 1700-cü ildə Sultan Mustafanın hədiyyə etdiyi Arnavutköydəki Xəlil Paşa sahilsarayında padşahın şərəfinə ziyafət vermiş, bununla yanaşı bir cariyə, nəcəf yemək dəsti, qızıl bir saat və bəzəkli yəhərlə birlikdə bir at hədiyyə etmişdir. Sultan Mustafanın bu ziyafətə gəlməsi və hədiyyələri qəbul etməsi, Çorlulu Əli ağayla olan yaxın münasibətinə işarədir. 15 oktyabr 1700-cü ildə öz istəyilə samur kürk hədiyyə edilməklə silahdarlığa təyin olundu.
Çorluspor
Çorluspor — Türkiyənin Təkirdağ ilinin Çorlu məhəlləsində yerləşən Türk futbol klubu. Ev matçlarını 5300 tutumu olan "General Basri Saran stadionu"nda oynayır. 1 yanvar 1947-ci ildə qurulub. Daha əvvəl adı "Çorluspor" idi. 2014-2015 mövsümündən əvvəl Çorluspor, Sənayesporla birləşib öz adını "Çorluspor 1947" olaraq dəyişdi. İlk olaraq Doğanspor adı ilə fəaliyyətə başlamış və rəngləri ağ-qara olmuşdur. 1961-ci ildən rəngləri qırmızı-sarı olmuşdur. Uzun illər həvəskar heyətdə mübarizə aparan sarı-qırmızı komanda, il çempionluqları, Trakya və Marmara ərazilərində birinciliklər əldə etdikdən sonra 4 dəfə 3. Liqa çempionluğu yaşayıb.
Çorluspor 1947
Çorluspor — Türkiyənin Təkirdağ ilinin Çorlu məhəlləsində yerləşən Türk futbol klubu. Ev matçlarını 5300 tutumu olan "General Basri Saran stadionu"nda oynayır. 1 yanvar 1947-ci ildə qurulub. Daha əvvəl adı "Çorluspor" idi. 2014-2015 mövsümündən əvvəl Çorluspor, Sənayesporla birləşib öz adını "Çorluspor 1947" olaraq dəyişdi. İlk olaraq Doğanspor adı ilə fəaliyyətə başlamış və rəngləri ağ-qara olmuşdur. 1961-ci ildən rəngləri qırmızı-sarı olmuşdur. Uzun illər həvəskar heyətdə mübarizə aparan sarı-qırmızı komanda, il çempionluqları, Trakya və Marmara ərazilərində birinciliklər əldə etdikdən sonra 4 dəfə 3. Liqa çempionluğu yaşayıb.
Çorluspor FK
Çorluspor — Türkiyənin Təkirdağ ilinin Çorlu məhəlləsində yerləşən Türk futbol klubu. Ev matçlarını 5300 tutumu olan "General Basri Saran stadionu"nda oynayır. 1 yanvar 1947-ci ildə qurulub. Daha əvvəl adı "Çorluspor" idi. 2014-2015 mövsümündən əvvəl Çorluspor, Sənayesporla birləşib öz adını "Çorluspor 1947" olaraq dəyişdi. İlk olaraq Doğanspor adı ilə fəaliyyətə başlamış və rəngləri ağ-qara olmuşdur. 1961-ci ildən rəngləri qırmızı-sarı olmuşdur. Uzun illər həvəskar heyətdə mübarizə aparan sarı-qırmızı komanda, il çempionluqları, Trakya və Marmara ərazilərində birinciliklər əldə etdikdən sonra 4 dəfə 3. Liqa çempionluğu yaşayıb.
Çorman
Çorman (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. Çorman (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. Çormanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.
Çorman (Kəlbəcər)
Çorman — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi vaxtilə indiki Göygöl rayonunun Balçılı kəndindən çıxmış ailələr Corman meşəsi adlanan sahədə saldıqlarına görə meşənin adı ilə adlandırılmışdır. Oykonimin türk mənşəli orman (meşə) sözünun variantı olduğu ehtimal edilir. Bəzi tədqiqatçılara görə, Corman emotoponimdir, cor tayfasının adını əks etdirir. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Çorman kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Çorman Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Qonqur dağının ətəyindədir.
Çorman (Laçın)
Çorman — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Laçın rayonunun Şamkənd inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin ətəyindədir. Oykonimin türk mənşəli orman (meşə) sözünün variantı olduğu ehtimal edilir. Bəzi tədqiqatçılara görə, Çorman emotoponimdir, çor tayfasının adını əks etdirir. El arasında Çorman adlanan bu yaşayış məntəqəsi müəyyən vaxtlarda müxtəlif adlarla adlandırılırdı. Yuxarı Çorman, Təzə Çorman kimi daha çox məşhur olan kənd adından da göründüyü kimi ərazidə bu adda ikinci bir kəndin olduğuna işarə edilir. == Tarixi == Çorman kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.
Çormanlı
Çormanlı (əvvəlki adı: Qarnakar) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qarnakar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Qarnakar kəndi Çormanlı kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çormanlı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çormanlı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == XIX-XX əsrlərdə Dovşanlı və Vəng kəndlərindən gəlmiş ermənilər burada məskunlaşdıqdan sonra kəndi Qarnakar (erm. qarna - oyuq, sərhəd nişangahı və kardaş) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Çormanlı kimi rəsmiləşdirilmişdir. Etnotoponimdir.
Çormoqun
Çormoqun noyon (v. 1240-cı illər) — Sunit ulusundan Çingiz xanın qorçusu. == Həyatı == == Ailəsi == Çormoqun noyonun Siramun noyon, Borak noyon adlı oğlanları vardı.
Çormoqun noyon
Çormoqun noyon (v. 1240-cı illər) — Sunit ulusundan Çingiz xanın qorçusu. == Həyatı == == Ailəsi == Çormoqun noyonun Siramun noyon, Borak noyon adlı oğlanları vardı.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Çornı peredel
Çornı peredel (rus. Чёрный передел) — Peterburqda inqilabi xalqçı təşkilatı (1879-1882). "Zemlya i volya"nın parçalanmasından sonra yaranmış və onun proqramını saxlamışdı (siyasi mübarizənin və terrorun inkarı, fəhlələr arasında təbliğat). Peterburqda Mərkəzi dərnəyin təşkilatçıları G.V.Plexanov, L.İ.Akselrod, V.İ.Zasuliç və başqaları idilər. Moskva, Kiyev, Odessa və Xarkovda dərnəyin filialları fəaliyyət göstərirdi. Təşkilat "Çornı peredel" jurnalını, "Zerno" qəzetini nəşr edirdi. 1880-ci ildə təşkilatın liderləri mühacirətə getdilər. Təşkilatın mərkəzi Moskvaya keçdi. 1880-1881-ci illərdə keçirilən həbslərdən sonra "Çornı peredel" zəiflədi və fəaliyyətini dayandırdı. Üzvlərindən bir hissəi "Narodnaya volya"ya daxil oldu.

Значение слова в других словарях