ÖKSƏ
ÖKÜZ
OBASTAN VİKİ
Öksüz
Öksüz - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km şimal-qərbdə, Gürcüstan respublikası ilə həmsərhəddə yerləşir. Toponim qədim türk dilində «çay» mənasını bildirən öküz sözü əsasında formalaşmışdır. Bu söz həm də oquz, okus, oqus formasında qeyd edilir. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Darik qoyulmuşdur. == Əhalisi == Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və onlar ayrıca bir xalq kimi təqdim edilir. Kənddə 1886-cı ildə 62 nəfər, 1897-ci ildə 96 nəfər, 1908-ci ildə 153 nəfər, 1914 - cü ildə 176 nəfər azərbaycanlı yaşamışdır.
Öksüz Dədə
Öksüz Dədə — xalq ədəbiyyatı şairi. Onu Öksüz Aşık kimi də tanıyırlar. == Həyatı == Şeirlərində Öksüz Dədə təxəllüsündən istifadə edən şairin doğum və ölüm tarixləri haqqında məlumat yoxdur. Dunay ətrafında böyümüş və III Muradın dövründə yaşadığı güman edilir. O, qəhrəmanlıq haqqında şeirlər yazan Yeniçəri şairi idi. 1557-1590-cı illərdə Səfəvi–Osmanlı müharibələrindən sonra İran şahzadəsi Heydər Mirzənin girov götürülməsindən sonra yazdığı şeirlərdə onun hansı dövrdə yaşadığı öyrənilir. O devşirmə olaraq Yeniçəri qəbul edilmişdir.

Значение слова в других словарях