Otaru Musiqi Qutusu Muzeyi
Otaru Musiqi Qutusu Muzeyi (小樽オルゴール堂, Otaru Oruqoru-do) – Yaponiyanın Hokkaydo prefekturasının Otaru şəhərində yerləşən musiqi muzeyi. Muzey musiqi qutularına həsr olunmuşdur.
Oruqoru XIX əsrdə Yaponiyada populyar olmuş musiqi qutusu növü olmuşdur. Xüsusilə, Otaru şəhərinə hazırladığı musiqi qutularına görə tanınmış və "Yaponiyanın musiqi qutusu paytaxtı" adlandırılmışdır. Hazırda isə bu musiqi qutuları Yaponiyaya gələn turistlərə suvenir kimi satılır.
Muzey 1967-ci ildə Yaponiyanın ən böyük musiqi qutusu istehsalçılarından biri olan "Orgel-Doh" şirkəti tərəfindən yaradılmışdır və Otaru şəhərində yerləşir. Muzey binası 1912-ci ildə tikilmişdir və varlı bir düyü taciri tərəfindən anbar kimi istifadə olunmuş üçmərtəbəli kərpic tikilidir. Bina 1989-cu ildə tarixi bina statusu almışdır.
Muzeydə minlərlə musiqi qutusunun satışının təşkil olunması ilə yanaşı, Avropaya aid antik əşyalar, avtomat-mexanizmlər və musiqi qutularının tarixini əks etdirən dioramalardan ibarət olan kiçik sərgi fəaliyyət göstərir. Muzeydə sərgilənən musiqi qutuları müxtəlif formalardadır: qar kürəsi, şahzadə qız, ayı kuklası, zodiak heyvanları, çarx, suşi və s.