Poçt Qutusu (1967)

Burada ağasının tapşırığını yerinə yetirərkən avamlığı ucbatından kəndli Novruzəlinin (İsmayıl Osmanlı) başına gələn əhvalatlardan danışılır.

Poçt qutusu
Fayl:Poçt qutusu (film, 1967).jpg
Janr faciəvi komediya
Rejissor Rauf Kazımovski
Əsərin müəllifi Cəlil Məmmədquluzadə
Ssenari müəllifi Rauf Kazımovski
Baş rollarda İsmayıl Osmanlı — Novruzəli
Ağasadıq Gəraybəyli — xan
Viktor Kolpakov — poçt xidmətçisi
Vasili Filippov — qorodovoy
Lev Bardukov — məhkəmə sədri
Operator Teyyub Axundov
Bəstəkar Emin Mahmudov
Rəssam Nadir Zeynalov
İstehsalçı Azərbaycan Televiziyası
İlk baxış tarixi 1967
Müddət 14 dəq.
Ölkələr SSRİ SSRİ
Dil azərbaycanca
Texniki məlumatlar 2 hissə
420 metr
35 mm
Rəng ağ-qara

Novruzəli (İsmayıl Osmanlı) həmişəki kimi kənddən xana (Ağasadıq Gəraybəyli) sovqat gətirir. Xan İrəvanda yaşayan dostuna məktub yazaraq ora arvadı ilə gələcəyini, qalacaqları evi səliqəyə salmağı, isitməyi təvəqqe edən məktub yazır.[1]

O, Novruzəlini məktubu poçt qutusuna salmaq üçün poçtxanaya yollayır. Və onu kimsəyə verməməyi tapşırır. Poçtun nə olduğunu bilməyən Novruzəli həyatında ilk dəfə qutuya məktub atır. Qaydaları bilmədiyindən qutunun yanında gözləyir.[1]

Poçt xidmətçisi (Viktor Kolpakov) qutudan məktubları götürəndə Novruzəli onun oğru olduğunu güman edərək onunla əlbəyaxa olur. Nəticədə polisə düşür. Xan Novruzəlini zaminə götürür. Az sonra Novruzəliyə üç ay həbs cəzası kəsilir...[1]

Film Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyinə ithaf edilmişdir.

Kino əsəri ədibin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.

Kinoda ədibin yaradıcılığına ilk dəfə bu filmdə müraciət olunmuşdur.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Cəlil Məmmədquluzadə
Ssenari müəllifi: Rauf Kazımovski
Quruluşçu rejissor: Rauf Kazımovski
Operator: Teyyub Axundov
Rəssam: Nadir Zeynalov
Bəstəkar: Emin Mahmudov
Səs operatoru: Əziz Şeyxov
Rejissor assistenti: Kazım Həsənov
Montaj edən: Tahirə Babayeva
Filmin direktoru: Hacıağa Həsənli
İsmayıl Osmanlı — Novruzəli
Ağasadıq Gəraybəyli — xan
Viktor Kolpakov — poçt xidmətçisi
Vasili Filippov — qorodovoy
Lev Bordukov (Lev Bardukov kimi) — məhkəmə sədri
Ofeliya Məmmədzadə — xanın arvadı (titrlərdə yoxdur)
Yusif Vəliyev — əli qandallı adam (titrlərdə yoxdur)
Cabbar Əliyev — qoçu (titrlərdə yoxdur)
Abbas Rzayev — kəndli (titrlərdə yoxdur)
Məmmədsadıq Nuriyev — kəndli (titrlərdə yoxdur)
Törəxanım Zeynalova (titrlərdə yoxdur)

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Əzizağa Qasımov — poçt xidmətçisi (Viktor Kolpakov) (titrlərdə yoxdur)
Yusif Vəliyev — qorodovoy (Vasili Filippov) (titrlərdə yoxdur)
Əli Zeynalov — məhkəmə sədri (Lev Bardukov) (titrlərdə yoxdur)

Arxiv kadrlarda iştirak edən

[redaktə | mənbəni redaktə et]
Cəlil Məmmədquluzadə (şəkil) (titrlərdə yoxdur)
  1. 1 2 3 Sevda Sultanova. "Mirzə Cəlilin kinoya çəkilən ilk əsəri" (az.). Lent.az. 9 sentyabr 2017. 2017-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
  • "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]