ÜMMÜGÜLSÜM

əslində “Ummulgülsüm”dür və “Gülsümün anası” mənasındadır.
ÜMMİ
ÜMMÜLBANU
OBASTAN VİKİ
Ümmügülsüm
Ümmügülsüm (1899, Novxanı, Bakı qəzası – 1944, Şamaxı) — Azərbaycanın ilk qadın şairəsi, repressiya qurbanı. Müsavat partiyasının qurucularından olan Məhəmmədəli Rəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadənin əmisi qızı və baldızı olub. Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində anadan olub. Evdə atasından ərəb və fars dilini öyrənib. 1908-ci ildən şeir yazmağa başlayıb. Şeir və hekayələri "İqbal", "Yeni iqbal", "Açıq söz", "Qurtuluş", "Dirilik", "Məktəb", "Qardaş köməyi", "Azərbaycan" və digər qəzet və jurnallarda dərc olunub. 1914-cü ildən mətbuatda hekayələri dərc olunmağa başlayır. 1915-ci ildə "Solğun çiçək" adlı hekayəsi "Qurtuluş" jurnalının elan etdiyi müsabiqədə mükafata layiq görülüb. Onun 200-dən artıq şeiri və 1 poeması bizə gəlib çatmışdır . 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını münasibətilə "Türk ordusuna", "Ey türk oğlu!", "Çəkil, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" adlı şeirlər yazıb.
Ümmügülsüm Bədəl
Ümmügülsüm Bədəl (8 fevral 1995, Fəthiyə, Muğla ili) — Türkiyəni təmsil edən həndbolçu. Ümmügülsüm Bədəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Ümmügülsüm Bədəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Ümmügülsüm Sultan (III Mehmedın qızı)
Ümmügülsüm Sultan (d. 1596 - ö. ?) — Osmanlı sultanı III Mehmedın qızı. Ümmügülsüm Sultan III Mehmedin və Handanın qızı idi. 1622-ci ildə onun subay olduğu və yaşı iyirmidən çox olduğu qeyd edildiyi kimi, o, artıq bir dəfə evlənmiş olmalıdır; ilk evliliyi Buda valisi Kadızadə Əli Paşa (vəfatı 1616) ilə olmuşdur. Səfirlər Paşanın təxminən 50 yaşında olduğunu və Sultan Əhmədin özündən kiçik olan öz bacısı ilə evli olduğunu qeyd ediblər. Sultan İbrahimın dövründə 1648-ci ilin ortalarında vəfat edən Murad Paşa Herceqoviç ilə evləndi. 1649-cu ilin fevralından etibarən hərəm dəftərlərində onun artıq müəyyən bir Xəlil paşa ilə yenidən evləndiyi qeyd olunur. 1650-cı illərdə öldü.
Ümmügülsüm Sultan (III Əhmədin qızı)
Ümmügülsüm Sultan (Osmanlıca: أم كلثوم بن أحمد ط ساليس) (7 fevral 1708, Konstantinopol – noyabr 1732, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. Ümmügülsüm Sultan 1708-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə Əminə Mihrişah Sultandır. Əkizi olan Zeynəb Sultan 7 aylıq ikən vəfat etmişdir. 2 yaşı olanda yaşlı vəzirlərdən Əbdürrəhman Paşayla nişanlandı. Bu hadisə isə paşa üçün baha başa gəldi. Topqapı sarayında baş tutan nişan mərasimi əsnasında bütün saray əhalisinə, o cümlədən Sultan Əhmədə, baş qadınəfəndisi Əmətullah Sultana, bütün şahzadə və sultanlara hədiyyələr göndərildi. Ancaq nişandan sonra Əbdürrəhman Paşa Rumeliyə göndərildi və sultanla evlənmədən 1715-ci ildə burada vəfat etdi. 21 fevral 1724-cü ildə isə Nevşəhərli İbrahim Paşanın qardaşı oğlu Əli ağayla nişanlandı və bir neçə ay sonra evləndi. Qapıçılar kəndxudası oln Əli ağaya vəzir ünvanı verildi.
Ümmügülsüm Sultan (Sultan İbrahimin qızı)
Ümmügülsüm Sultan (d. yanvar 1642 - ö. 1655) — Osmanlı sultanı Sultan İbrahimin qızı. Ümmügülsüm Sultan 1642-cü ilin yanvarında Topqapı sarayında doğuldu. Anası Dilaşub Sultandır. Uşaqlıq illəri Topqapı sarayında keçdi. Hələ 5 yaşında ikən atası taxtdan endirilərək qətlə yetirilmiş, yerinə özündən bir yaş böyük ögey qardaşı IV Mehmed taxta çıxarıldı. Nənəsi Validə Kösəm Sultanın himayəsində Topqapı sarayında yaşamağa davam etsələr də, 1651-ci ildə nənəsi saray üsyanı nəticəsində öldürüldü və o, bacısı Ayşə Sultan və anası Dilaşub Sultan mərhum padşahın digər xanımları və qızlarıyla birlikdə Köhnə saraya sürgün edildi. Çox keçmədən Validə Turhan Sultan tərəfindən 1653-cü ildə vəzir Əhməd Paşayla nigahlandırıldı. Tamamilə formal olan nigahın ardından Əhməd Paşa Bozca adanın mühafizəsiylə vəzifələndirilib paytaxtdan uzaqlaşdırıldı.