1. Dəyirmanda buğda, arpa və s.-ni una çevirmək; çəkmək. Buğda (arpa) üyütmək.
– Cəfər tayları içəri qoydu, az keçmədən dəni üyütməyə başladı.
2. məc. dan. Boş-boş danışmaq (bəzən üyüdüb-tökmək şəklində).
Şirəli yenə bağırdı: – Uzun danışma, ağzını avara qoyub ağlına gələni üyütmə.
Heç kimə macal verməyən Vahimə üyüdüb-tökürdü.