Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elmi konfrans
Elmi konfrans - böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə əlaqədar elmi təşkilatların nümayəndələrinin yığıncağı. Elmi konqres – müəyyən elmi problemi müzakirə etmək məqsədilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, yaxud mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Beynəlxalq Meridional Konfrans
Beynəlxalq Meridional Konfrans — Ümumdünya vaxtı məsələsini həll etmək üçün 1884-cü ildə Vaşinqtonda çağırılmış konfrans. Müzakirələrin əsas mövzusunu meridianlar təşkil etdiyindən konfransa belə ad verilmişdi. Sıfırıncı meridianın seçilməsi və dünyanın saat qurşaqlarına bölünməsi konfransın əsas məsələləri idi. === Zərurət === 1876-cı ildə kanadalı mühəndis Sendford Fleminq İrlandiya vağzalında qatara gecikmişdi. Gecikmənin səbəbi Fleminqin məsuliyyətsizliyi deyil, vağzalın özünə aid olan lokal vaxtla işləməsi olmuşdur. XIX əsrin sonlarına kimi "ümumdünya vaxtı" anlayışı olmadığından bu kimi problemlərə tez-tez rast gəlinirdi. Qloballaşan və sənaye cəhətdən inkişaf edən dünyada Yer kürəsinin ayrı-ayrı bölgələrində vaxtın vahid şəklə salınması artıq zərurətə çevrilmişdi. Bu haqda təşəbbüsün ilk müəllifi Saratoqa məktəbinin direktoru Çarlz Daud olmuş, mühəndis Sendford isə böyük həvəslə onun bu ideyasına dəstək vermişdi. Məhz həmin gecikmədən sonra o, bu ideya üzərində səylə çalışaraq daha ciddi təkliflər verməyə başlamışdı. Onun bu fəaliyyəti sayəsində Yer kürəsi saat qurşaqlarına bölünüb.
UEFA Konfrans Liqası
UEFA Avropa Konfrans Liqası (UAKL) — UEFA tərəfindən 2021-ci ildə başlayacaq yeni qurulmuş bir futbol turniridir. UEFA Konfrans Liqası, UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının ardınca, Avropa klub futbol turnirlərinin 3-cü tuirniri olacaq. Yeni liqa ilk növbədə aşağı səviyyəli UEFA üzv ölkələri komandaları tərəfindən yeni mübarizə üçün yaradılıb. UKL-ə vəsiqə komandaların milli liqalar və kubok yarışlarında göstərdikləri nəticələrə əsaslanacaqdır. Bu turnirdə də Çempionlar və Avropa liqasında olduğu kimi təsnifat mərhələsi təşkil ediləcək. İlk turnir 2021-ci ilin yayında, avrokuboklar üçün təsnifat mərhələsi start götürdükdə başlayacaq. == Reqlament == UEFA Konfrans Liqasına komandaların vəsiqə qazanması üçün öz daxili liqalarında və kubokda təyin olunmuş nəticəni əldə etməlidirlər. İlk sezon olduğu üçün hələlik bu turnirə birbaşa vəsiqə qazanmaq üçün şans verilməyib. Adətən TOP5 ölkələrin komandaları müəyyən yerləri tutduqda turnirlərə birbaşa vəsiqə əldə edirlər. UEFA Konfrans Liqasında 32 komanda mübarizə aparacaq.
Adana konfransı
Adana konfransı (30-31 yanvar 1943) - Türkiyə və Böyük Britaniya dövlətlərinin başçıları İsmət İnönü və Vinston Çörcillin iştirakı ilə Adana şəhərində keçirilən konfrans. 1943-cü ildə Kasablanka konfransında Türkiyənin müttəfiq ölkələrlə birgə Almaniyaya qarşı hərbi əməliyyatlarda iştirakının strateji cəhətdən zəruriliyi müzakirə olunmuş, bununla əlaqədar U.Çörçill Türkiyəyə gəlmişdi. Aparılan danışıqlara və bütün səylərə baxmayaraq Böyük Britaniya Türkiyənin müharibəyə qoşulmasına nail ola bilməmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.
Arkadiya konfransı
Arkadiya konfransı, Birləşmiş Krallıq və ABŞ nümayəndələri arasında 22 dekabr 1941 - 14 fevral 1942-ci il tarixləri arasında Vaşinqtonda təşkil edilən, tərəflər arasında Avropadakı müharibə ilə bağlı strategiyaların müəyyən edildiyi görüşlərdir. Konfransa hər iki ölkənin dövlət rəhbərləri kimi Vinston Çörçil və Franklin Delano Ruzvelt başçılıq etmişdir. == Konfransdan əvvəlki hadisələr == Nasist Almaniyası və İtaliyanın 11 noyabr 1941-ci il tarixində ABŞ-yə müharibə elan etməsi ilə ABŞ-nin Avropadakı müharibəyə qatılması qaçınılmaz hala gəlmişdi. Ardıyca yaponların 7 yanvar 1941-ci ildəki Pörl-Harbora hücumundan sonra ABŞ Sakit okeanda yaponlarla müharibəyə başlamışdı. Pörl-Harbora hücumu eyni zamanda Birləşmiş Krallığı Uzaq Şərqdəki təsir sahələrinə daha çox qüvvə ayırmağa məcbur etmişdi. Bu vəziyyətdə hər iki ölkə güclərinin birləşdirilməsi və hər iki müharibə sahəsində bölüşdürülməsi üçün stratejik qərarlar almağa məcbur oldular. Başlanğıcda ABŞ-nin Avropada müharibəyə girmək barədə düşüncəsi La-Manş sahillərindəki Fransa torpaqlarına hücum etmək yönündə idi. Stalin Avropada ikinci cəbhənin açılması məsələsində israrlı idi. Ancaq Çörçil konfrans zamanı cəbhənin Avropada yox, Şimali Aftrikada açılması məsələsində israr edirdi.Şimali Afrikada ABŞ VIII Ordusunun 18 noyabr 1942-ci ildə başlatdığı Səlib hərəkatının davamında Ervin Rommelin komandanlığındakı Alman-İtalyan qüvvələri Sirenaykanın qərbinə çəkilməyə başlamışdılar. Çörçil şimal-qərbi Afrika sahillərinə ediləcək ABŞ hücumunun Almaniyanı Şimali Afrikada iki cəbhəli döyüşlərə məcbur edəcəyinə inanırdı.
Bandunq konfransı
Bandunq konfransı — 1940-cı ilin sonu və 1950-ci illərin ortalarında Asiya və Afrikada bir sıra yeni müstəqil dövlətlər yarandı. Bu dövlətlərin xarici siyasəti və diplomatik fəaliyyəti beynəlxalq münasibətlərdə özünəməxsus yer tutmağa başladı. 1947-ci ildə Dehlidə 26 ölkənin nümayəndələrindən ibarət keçirilən müşavirə Asiya ölkələrini əməkdaşlığa çağırırdı. Bu ölkələr bloklara qoşulmamaq xətti götürdülər. Həmin məqsədlə 1955-ci il aprelin 18-də Bandunq şəhərində konfrans çağırıldı. Konfrans İndoneziya prezidentinin nitqi ilə öz işinə başladı. O qeyd etdi ki, Asiya və Afrika yalnız birliyi saxlamaqla çiçəklənə bilər. Bu konfransda Türkiyə, Birma, Hindistan, İndoneziya, Pakistan, Seylon, Əfqanıstan, Kamboca, ÇXR, Misir, Mərakeş, Qızıl Sahil, İran, İraq, Yaponiya, İordaniya, Laos, Livan, Liberiya, Liviya, Nepal, Filippin, Səudiyyə Ərəbistanı, Sudan, Suriya, Tailand, VDR(keçmiş Vyetnam Demokratik Respublikası ), Yəmən və Cənubi Vyetnam nümayəndə heyətləri iştirak edirdilər. İlk dəfə olaraq keçmiş müstəmləkəçi dövlətlər öz maraqlarını əks etdirən məsələləri həll etmək üçün toplaşmışdılar. Bu, Bandunq konfransına xüsusi əhəmiyyət verdi.
Batum Konfransı
Batum konfransı — 11 may–4 iyun 1918-ci il tarixlərində Osmanlı və Zaqafqaziya seymi nümayəndələrinin iştirakı ilə keçirilmiş konfrans. 45 nəfərlik Cənubi Qafqaz nümayəndə heyətinə Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri Akaki Çxenkeli başçılıq edirdi. Nümayəndəliyin həlledici səsə malik 6 üzvü arasında Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski də vardı. Osmanlı nümayəndə heyətinə ədliyyə naziri Xəlil bəy Menteşe rəhbərlik edirdi; heyətə Qafqaz cəbhəsi Osmanlı ordularının Baş komandanı Mehmet Vehib paşa və b. da daxil idilər. Almaniya təmsilçisi fon Lossov müşahidəçi statusu ilə konfransa qatılmışdı. Cəmi bir rəsmi toplantısı keçirilən konfransda Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəy Menteşe "Osmanlı imperiyası ilə Transqafqaz Konfederasion Respublikası arasında sülh və dostluq haqqında" müqavilə layihəsini müzakirəyə çıxardı. Osmanlı tərəfinin bir sıra yeni tələb və təkliflərini özündə əks etdirən bu sənədə münasibətdə Cənubi Qafqaz nümayəndəliyində fikir ayrılıqları yarandı və mövqelərin qütbləşməsi, xarici güclərə meyllənmənin qüvvətlənməsi baş verdi. Azərbaycandan olan təmsilçilər Osmanlı layihəsini dəstəklədilər. Çünki onlar ermənilərin də yaşadıqları bəzi ərazilərin (Axalkalaki və Ahısqa qəzalarının bütünlüklə, Sürməli, Aleksandropol, Eçmiədzin qəzalarının isə müəyyən hissələrinin) Osmanlı dövlətinə güzəştə gedilməsinin Cənubi Qafqazda Azərbaycanın mövqelərini qüvvətləndirəcəyi qənaətində idilər.
Bilderberq konfransı
Bilderberq klubu (ing. Bilderberg Club), Bilderberq qrupu (ing. Bilderberg Group), Bilderberq konfransı (ing. Bilderberg conference), Bilderberq toplantıları (ing. Bilderberg meetings) — dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı. Klubun mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir. == Tarixi == Klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub. Qrup öz adını da buradan götürüb. Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib. İlk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar.
Genuya konfransı
Genuya konfransı (ing. Genoa Conference, it. Conferenza di Genova, fr. Accords de Gênes, alm. Konferenz von Genua‎) — İqtisadi və maliyyə məsələlərinə dair 29 dövlətin və 5 Britaniya dominionunun nümayəndələrinin iştirakı ilə 1922-ci il aprelin 10-dan - mayın 20-dək Genuya şəhərində (İtaliya) beynəlxalq toplantı.Konfrans, o zaman beynəlxalq səviyyədə tanınmayan RSFSR hökuməti üçün böyük əhəmiyyət kəsb edirdi. Vladimir Lenin RSFSR nümayəndə heyətinin sədri təyin edilmişdi. Lakin Leninin getmədiyi Genuyada, Sovet dövlətini sədrin bütün hüquqlarından istifadə edən Georgi Çiçerin təmsil etdi. RSFSR nümayəndə heyətinə həmçinin Leonid Krasin, Maksim Litvinov, Vatslav Vorovski, Yan Rudzutak, Adolf İoffe, Kristian Rakovski, Nəriman Nərimanov, Budu Mdivani, Aleksander Bekzadyan, Aleksnder Şlyapnikov, Fayzulla Xodjayev, Timofey Sapronov, Nikolay Yanson da daxil idi. Nümayəndə heyəti təkcə RSFSR-ni deyil, bütün digər sovet respublikalarını: Azərbaycan, Ermənistan, Belorusiya, Buxara, Gürcüstan, Ukrayna, Xorəzm, habelə Uzaq Şərq Respublikasının maraqlarını təmsil edirdi. Konfransda iştirak etməkdən imtina edən ABŞ-ni bu konfransda müşahidəçi qismində - İtaliyadakı səfiri Riçard Çayld təmsil edirdi.
2015 Bilderberq konfransı
2015 Bilderberq konfransı (ing. 2015 Bilderberg Conference) — Bilderberq klubun 2015-ci ildə təşkil olunan toplantısı. == Toplantı məkanı == Toplantı 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" otelində keçirilir. Bu toplantıya 22 ölkədən 140-a yaxın şəxs dəvət alıb. Eyni məkanda Bilderberq klubun 1988-ci ildə təşkil olunan toplantısı da keçirilmişdir. == Konfransın gündəliyi == Konfransda müzakirə olunan əsas mövzuların siyahısı toplantıdan əvvəl klubun saytında dərc olunub. Konfransın gündəliyinə bu mövzular daxildir: Süni İntellekt; Kibertəhlükəsizlik; Kimyəvi silahlarla bağlı təhlükələr; Cari iqtisadi məsələlər; Avropa strategiyası; Qloballaşma; Yunanıstan; İran; Yaxın Şərq; NATO; Rusiya; Terrorizm; Birləşmiş Krallıq; ABŞ; ABŞ-dəki seçkilər.
Azərbaycan-Ermənistan Konfransı
Azərbaycan Ermənistan Konfransı — Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasındakı mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini müzakirə etmək məqsədilə 1919-cu il dekabrın 14–21-də Bakıda keçirilmişdir. == Hadisələrin gedişatı == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti konfransın keçirilməsi üçün bir sıra hazırlıq işləri görmüşdü. 1919-cu il oktyabrın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi konfransın keçirilməsi ilə bağlı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin 1919-cu il 7 oktyabr tarixli teleqramına cavab olaraq birdirmişdi ki, Cümhuriyyət Hökuməti öz qonşuları ilə mehriban münasibətlər qurmağa, bütün mübahisələri razılıq əsasında həll etməyə səy göstərir. Azərbaycan Hökuməti hələ 1919-cu ilin aprelində Ümumqafqaz konfransının çağırılmasına dair Gürcüstan hökumətinin təklifinə də razılıq vermiş və öz nümayəndələrini göndərmişdi. Konfransın işi yarımçıq qaldığından, Azərbaycan Hökuməti avqustda onun işinin yenidən bərpa edilməsinə razılıq vermişdi. Azərbaycan Hökuməti, eyni zamanda, hər iki dövlətə aid mübahisəli məsələlərin həlli üçün Ermənistan-Azərbaycan iclasının çağırılması haqqında Ermənistan hökumətinin təklifini də qəbul etmiş, erməni tərəfinin təklifində göstərilən məsələlərin gündəliyə daxil edilməsinə etiraz etməmiş, iki dövlət arasında təkcə müvəqqəti demarkasiya xəttinin yaradılması məsələsini deyil, Azər-baycan və Ermənistan respublikaları arasındakı bütün sərhəd mübahisələrinin qəti həlli məsələsini müzakirə etməyi zəruri saymışdı. Müvafiq hazırlıq işləri aparıldıqdan sonra Cümhuriyyət Hökuməti konfransın çağırılması üçün Bakı şəhərini daha münasib bilmiş və Ermənistan hökuməti nümayəndələrini Bakıya dəvət etmişdi. Konfrans ərəfəsində, 1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan respublikaları arasında saziş imzalandı. Onun 4-cü bəndinə əsasən, hər iki hökumət qarşıdakı konfransa bərabər sayda nümayəndə göndərməli idi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən konfransın sədri Fətəli xan Xoyski, nümayəndələri Məmməd Həsən Hacinski və Rəhim bəy Vəkilov, Ermənistan tərəfindən isə nümayəndə heyəti Arutünyants (sədr), knyaz Arqutinski-Dolqorukov və Bekzadyandan ibarət idi.
Azərbaycan Ermənistan Konfransı
Azərbaycan Ermənistan Konfransı — Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasındakı mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini müzakirə etmək məqsədilə 1919-cu il dekabrın 14–21-də Bakıda keçirilmişdir. == Hadisələrin gedişatı == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti konfransın keçirilməsi üçün bir sıra hazırlıq işləri görmüşdü. 1919-cu il oktyabrın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi konfransın keçirilməsi ilə bağlı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin 1919-cu il 7 oktyabr tarixli teleqramına cavab olaraq birdirmişdi ki, Cümhuriyyət Hökuməti öz qonşuları ilə mehriban münasibətlər qurmağa, bütün mübahisələri razılıq əsasında həll etməyə səy göstərir. Azərbaycan Hökuməti hələ 1919-cu ilin aprelində Ümumqafqaz konfransının çağırılmasına dair Gürcüstan hökumətinin təklifinə də razılıq vermiş və öz nümayəndələrini göndərmişdi. Konfransın işi yarımçıq qaldığından, Azərbaycan Hökuməti avqustda onun işinin yenidən bərpa edilməsinə razılıq vermişdi. Azərbaycan Hökuməti, eyni zamanda, hər iki dövlətə aid mübahisəli məsələlərin həlli üçün Ermənistan-Azərbaycan iclasının çağırılması haqqında Ermənistan hökumətinin təklifini də qəbul etmiş, erməni tərəfinin təklifində göstərilən məsələlərin gündəliyə daxil edilməsinə etiraz etməmiş, iki dövlət arasında təkcə müvəqqəti demarkasiya xəttinin yaradılması məsələsini deyil, Azər-baycan və Ermənistan respublikaları arasındakı bütün sərhəd mübahisələrinin qəti həlli məsələsini müzakirə etməyi zəruri saymışdı. Müvafiq hazırlıq işləri aparıldıqdan sonra Cümhuriyyət Hökuməti konfransın çağırılması üçün Bakı şəhərini daha münasib bilmiş və Ermənistan hökuməti nümayəndələrini Bakıya dəvət etmişdi. Konfrans ərəfəsində, 1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan respublikaları arasında saziş imzalandı. Onun 4-cü bəndinə əsasən, hər iki hökumət qarşıdakı konfransa bərabər sayda nümayəndə göndərməli idi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən konfransın sədri Fətəli xan Xoyski, nümayəndələri Məmməd Həsən Hacinski və Rəhim bəy Vəkilov, Ermənistan tərəfindən isə nümayəndə heyəti Arutünyants (sədr), knyaz Arqutinski-Dolqorukov və Bekzadyandan ibarət idi.
Bakı Fəhlə Konfransı
Bakı Fəhlə Konfransı (BFK) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmək məqsədilə yaradılmış bolşevik təşkilatı. == Fəaliyyəti == 1918 il dekabrın 15-də fəaliyyətə başlamışdı. BFK-da fəhlə təşkilatları 251 nümayəndə ilə təmsil olunmuşdur. Səsvermə hüququna yalnız Bakı şəhərinin fəhlə və qulluqçuları malik idilər. Mərkəzi BFK-dan əlavə, Bakı rayon fəhlə konfransları da yaradılmışdı. BFK-nın "Bakı Fəhlə Konfransının Əxbarı" adlı qəzeti nəşr olunmuşdur. BFK öz fəaliyyətinə iqtisadi tələblərlə başlamışdı. Belə ki, BFK yanında yaradılmış tətil komitəsinin başlıca vəzifəsi öz rəhbərlikləri altında tətillər təşkil etmək idi. Eser və menşeviklərin redaktorluğu ilə tətil komitəsinin orqanı olan "Bakı tətil komitəsinin xəbərləri" qəzeti nəşr olunurdu. Cəmi üç nömrəsi işıq üzü görmüş qəzetin ilk nömrəsi 1918 il dekabrın 25-də çıxmışdır.
Brüssel konfransı (1937)
Brüssel Konfransı 1937 -ci il - Yaponiyanın Çinə təcavüzü ilə əlaqədar SSRİ, ABŞ, Çin, Belçika, Fransa, Portuqaliya, Niderland, İtaliya, Böyük Britaniya, Danimarka, İsveç, Meksika, Boliviya, Avstraliya, Cənubi Afrika İttifaqı, Kanada, Norveç, Hindistan və Yeni Zelandiya nümayəndələrinin noyabrın 3–24-də Brüsseldə keçirilmiş konfransıdır. Yaponiya və Almaniya Brüssel konfransında iştirakdan imtina etdilər. Konfransda Yaponiyaya qarşı iqtisadi tədbirlərin görülməsinə dair Çinin tələbini yalnız SSRİ müdafiə etdi. Yaponiyanın Vaşinqton konfransı (1921–1922) qərarlarını pozmasını qeyd etməklə kifayətlənən ABŞ, Böyük Britaniya və Fransanın Brüssel konfrasındakı mövqeyi üzündən, Yaponiyanın təcavüzkarlığının qarşısını almaq üçün, əslində, heç bir tədbir görmədi.
Böyük Şərq Konfransı
Böyük Şərq Konfransı — Amerika Birləşmiş Ştatlarında universitet komandalarının mübarizə apardığı idman liqasl. Komandaların mübarizə apardığı idman növləri fərqli olsa da, hər universitet fərqli idman növü liqalarında həmişə eyni komandalar ilə mübarizə aparırlar. 17 böyük prestijli universitet bu konfransda iştirak edir. Bunlardan 16-sı daimi üzv 1-i müddətli üzvdür. Konfransda iştirak edən komandalar ABŞ-nin şimal cənub və orta-qərb hissəsindən iştirak edən komandalardır.
UEFA Avropa Konfrans Liqası
UEFA Avropa Konfrans Liqası (UAKL) — UEFA tərəfindən 2021-ci ildə başlayacaq yeni qurulmuş bir futbol turniridir. UEFA Konfrans Liqası, UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının ardınca, Avropa klub futbol turnirlərinin 3-cü tuirniri olacaq. Yeni liqa ilk növbədə aşağı səviyyəli UEFA üzv ölkələri komandaları tərəfindən yeni mübarizə üçün yaradılıb. UKL-ə vəsiqə komandaların milli liqalar və kubok yarışlarında göstərdikləri nəticələrə əsaslanacaqdır. Bu turnirdə də Çempionlar və Avropa liqasında olduğu kimi təsnifat mərhələsi təşkil ediləcək. İlk turnir 2021-ci ilin yayında, avrokuboklar üçün təsnifat mərhələsi start götürdükdə başlayacaq. == Reqlament == UEFA Konfrans Liqasına komandaların vəsiqə qazanması üçün öz daxili liqalarında və kubokda təyin olunmuş nəticəni əldə etməlidirlər. İlk sezon olduğu üçün hələlik bu turnirə birbaşa vəsiqə qazanmaq üçün şans verilməyib. Adətən TOP5 ölkələrin komandaları müəyyən yerləri tutduqda turnirlərə birbaşa vəsiqə əldə edirlər. UEFA Konfrans Liqasında 32 komanda mübarizə aparacaq.
UEFA Konfrans Liqası 2021/2022
UEFA Avropa Konfrans Liqası 2021/2022 – UEFA tərəfindən keçirilən Konfrans Liqasının ilk mövsümüdür. Konfrans Liqası Avropanın klub səviyyəsində ən böyük üçüncü futbol tədbiridir. Final matçı Albaniyanın Tirana şəhərində yerləşən Arena Kombetaredə keçirildi. Final matçında "Roma" "Feyenoord"u 1–0 hesabı ilə məğlub edərək ilk Konfrans Liqası turnirinin qalibi oldu. 1998–99 mövsümündən sonra ilk dəfədir ki, məhz bu mövsümdə UEFA klublar üçün 3 müsabiqə təşkil edir. Belə ki, bu mövsümdən UEFA Konfrans Liqası da keçiriləcək. 24 iyun 2021-ci ildə UEFA klub müsabiqələrinə şamil olunan qaydalarda çox ciddi bəzi dəyişikliklərə getdi. Belə ki, artıq səfərdə vurulan qolun xüsusi bir üstünlüyü olmayacaq. Əgər cütün hər iki komandası iki oyunun sonunda eyni sayda qol vurarsa, səfərdə vurulan qola əhəmiyyət verilməyəcək, və oyun əlavə vaxta gedəcək. Qeyd etmək lazımdır ki, səfər qolu qaydası 1965-ci ildən istifadə olunurdu.
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans — 20–24 iyun 1982-ci ildə İsrailin Təl-Əviv şəhərində keçirilən, soyqırım tədqiqatları sahəsində ilk böyük konfrans. Bu, İzrail Çarni, Eli Vizel, Şamayi Devidson və onların 1979-cu ildə qurduğu Holokost və Soyqırım İnstitutu tərəfindən təşkil edilmişdir. Konfransın məqsədi bütün soyqırımların anlaşılmasını və qarşısının alınmasını təşviq etmək idi. Bu, qlobal akademiyada soyqırıma irrasional bir fenomen yox, öyrənilə və başa düşülə bilən bir fenomen kimi yanaşılmasına töhfə vermişdir. Türkiyə hökuməti konfransda özünün təkzib etdiyi erməni soyqırımı mövzusu ilə bağlı prezentasiyaların yer almasına görə onu ləğv etməyə çalışmışdır. Türkiyə ardınca hökumət təqibindən qaçan Suriya və İran yəhudiləri üçün sərhədlərini bağlamaqla hədə-qorxu gəlmiş, bu təhdidlərə görə İsrail Xarici İşlər Nazirliyi konfransı ləğv etməyə cəhd göstərmiş və iştirakçıların konfransa gəlməkdən imtina etmələri üçün çalışmışdır. İsrailin rəsmi Holokost memorialı olan Yad Vaşem və Vizel də daxil olmaqla bir çox yüksək səviyyəli iştirakçılar konfransda iştirak etməmək qərarına gəlmişdir. Təşkilatçılar erməni soyqırımı məsələsini proqramdan çıxarmaqdan imtina etmiş və konfransı keçirmişdilər. Həm Türkiyə, həm də İsrail hökumətləri akademik azadlığı pozduqlarına görə tənqid edilmişdir. == Hazırlanması == 1979-cu ildə psixoloq İzrail Çarni, psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr edilmiş Holokost və Soyqırım İnstitutunu təsis etmişdir.
UEFA Avropa Konfrans Liqası 2021/2022
UEFA Avropa Konfrans Liqası 2021/2022 – UEFA tərəfindən keçirilən Konfrans Liqasının ilk mövsümüdür. Konfrans Liqası Avropanın klub səviyyəsində ən böyük üçüncü futbol tədbiridir. Final matçı Albaniyanın Tirana şəhərində yerləşən Arena Kombetaredə keçirildi. Final matçında "Roma" "Feyenoord"u 1–0 hesabı ilə məğlub edərək ilk Konfrans Liqası turnirinin qalibi oldu. 1998–99 mövsümündən sonra ilk dəfədir ki, məhz bu mövsümdə UEFA klublar üçün 3 müsabiqə təşkil edir. Belə ki, bu mövsümdən UEFA Konfrans Liqası da keçiriləcək. 24 iyun 2021-ci ildə UEFA klub müsabiqələrinə şamil olunan qaydalarda çox ciddi bəzi dəyişikliklərə getdi. Belə ki, artıq səfərdə vurulan qolun xüsusi bir üstünlüyü olmayacaq. Əgər cütün hər iki komandası iki oyunun sonunda eyni sayda qol vurarsa, səfərdə vurulan qola əhəmiyyət verilməyəcək, və oyun əlavə vaxta gedəcək. Qeyd etmək lazımdır ki, səfər qolu qaydası 1965-ci ildən istifadə olunurdu.
1 mətbuat konfransının tarixi (film, 2015)
1 mətbuat konfransının tarixi — qısametrajlı sənədli film. Film Qulp studioda istehsal edilmişdir. Film tariximizdə önəm daşıyan bir mətbuat konfransından bəhs edir. 1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi. Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir. == Məzmun == 1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi. Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir. 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Bakıya qoşun yeridiləndə həmin anların dəhşətini Moskvada yaşayan və təhsil alan azərbaycanlılar da yaşadı. Onlar dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək nümayəndəliyin qapısını sındırıb içəri girdilər. Azərbaycanlı həmvətənlər tanıdıqları bütün qurumlara bu hadisə barədə məlumat verməyə başladılar.
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti — 1918-ci ilin dekabr ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Paris Sülh Konfransına göndərilməsi üçün formalaşdırdığı heyət. == Haqqında == 1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu. Nümayəndə Heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. Heyətin tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb olunmuşdular. Bununla bir sırada Nümayəndə Heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağısahə də müəyyənləşdirilmişdi. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir.
BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı
BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı (ing. United Nations Conference on Trade and Development, UNCTAD) — BMT Baş Məclisinin orqanı. Konfrans 1964-cü ildə təsis edilmişdir. UNCTAD-ın mərkəzi Cenevrədə yerləşir. Bu gün konfrans 195 ölkəni əhatə edir. UNCTAD qərarları qətnamə şəklində qəbul edilir və məsləhət xarakterlidir. UNCTAD-ın əsas vəzifələri bunlardır: beynəlxalq ticarətin inkişafına kömək etmək; dövlətlər arasında bərabər, qarşılıqlı faydalı əməkdaşlıq; müasir beynəlxalq iqtisadi münasibətlərin işləməsi üçün tövsiyələrin, prinsiplərin, təşkilati və hüquqi şərtlərin və mexanizmlərin hazırlanması; BMT-nin digər qurumlarının iqtisadi əlaqələrin iqtisadi inkişafı və beynəlxalq ticarətin təşviqi sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsində iştirak.İcra orqanı, fəaliyyətlərin ümumi razılaşdırılmış prioritetlərlə uyğunlaşdırılmasından məsul olan Ticarət və İnkişaf Şurasıdır. UNCTAD katibliyi üzv dövlətlərin hökumətləri ilə əməkdaşlıq edir, BMT təşkilatları və regional komissiyalarla qarşılıqlı fəaliyyət göstərir. 1990-cı ildən bəri UNCTAD, TNC-lərin xarici iqtisadiyyatlara cəlb olunma dərəcəsini xarakterizə edən bir göstərici təqdim etdi: Transmilli Şirkətlər İndeksi.
Bakı Fəhlə Konfransının Əxbarı
Bakı Fəhlə Konfransının əxbarı — Gündəlik leqal bolşevik qəzeti, Bakı Fəhlə Konfransının orqanı. == Fəaliyyəti == 1919 il iyulun 8-dən avqustun 8-dək Azərbaycan dilində çıxmışdır. Cəmi 47 nömrəsi buraxılmışdır. Kütlələri Azərbaycan Xalq Cümhuriyyətinin qanuni hakimiyyətinə qarşı mübarizəyə çağıran materiallar dərc edirdi. Redaktoru Əliheydər Qarayev idi. Qəzetin işində Seyid Cəfər Cavadzadə (Pişəvəri), Həmid Sultanov ("H.S.Yoxsul") və b. iştirak etmişlər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Proqramının (1919) xeyli hissəsi Azərbaycan dilində ilk dəfə bu qəzetdə dərc olunmuşdur. Nəşri Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən dayandırılmışdır.
Bakı Fəhlə Konfransının əxbarı (qəzet)
Bakı Fəhlə Konfransının əxbarı — Gündəlik leqal bolşevik qəzeti, Bakı Fəhlə Konfransının orqanı. == Fəaliyyəti == 1919 il iyulun 8-dən avqustun 8-dək Azərbaycan dilində çıxmışdır. Cəmi 47 nömrəsi buraxılmışdır. Kütlələri Azərbaycan Xalq Cümhuriyyətinin qanuni hakimiyyətinə qarşı mübarizəyə çağıran materiallar dərc edirdi. Redaktoru Əliheydər Qarayev idi. Qəzetin işində Seyid Cəfər Cavadzadə (Pişəvəri), Həmid Sultanov ("H.S.Yoxsul") və b. iştirak etmişlər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Proqramının (1919) xeyli hissəsi Azərbaycan dilində ilk dəfə bu qəzetdə dərc olunmuşdur. Nəşri Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən dayandırılmışdır.
Beynəlxalq konfranslar
== B ==
Beynəlxalq konfransların siyahısı
== B ==
Birinci London konfransı (1921)
Birinci London konfransı (1921) - Birinci Dünya müharibəsinin bitməsindən sonra Almaniyanın ödəyəcəyi təzminatın və Yaxın Şərqdəki mürəkkəb vəziyyətin, eləcə də Türkiyə məsələsinin müzakirə edildiyi konfrans. == Arxa plan == Birinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlərin mühüm məsələləri Almaniyanın ödəyəcəyi təzminat və Yaxın Şərqdə mövcud olan mürəkkəb vəziyyət idi. 1921-ci ilin fevral ayının 21-dən mart ayının 14-ə qədər davam edən Birinci London konfransında təzminat və Yaxın Şərq məsələləri müzakirə edildi. == İştirakçılar == Konfransda iki türk nümayəndə heyəti iştirak edirdi. Ankara hökumətinin nümayəndə heyətinə Bəkir Sami, İstanbul hökumətinin nümayəndə heyətinə isə Tevfiq paşa rəhbərlik edirdi. İkinci heyət konfransda əsas rol oynamasa da, hər iki heyət razılaşdırılmış layihələrlə çıxış edirdi. Konfransda Türkiyənni tələbi bunlardan ibarət idi: Türkiyənin 1913-cü il sərhədlərinin bərpası, İzmirin yunan ordusundan azad edilməsi və Türkiyəyə qaytarılması, Boğazlardan keçidin sərbəst olduğu təqdirdə Türkiyənin suverenliyinə və təhlükəsizliyinə təminat verilməsi, İşğal rejiminin ləğv edilməsi, Öz sahillərini və torpaqlarını qorumaq üçün Türkiyəyə hərbi dəniz və quru qoşunları saxlamasına icazə verilməsi. == Danışıqlar == İtaliya kamalçılarla müqavilə bağlamağı müdafiə edirdi. Fransa baş naziri Aristid Brian da yumşaq mövqe tuturdu. İngiltərə nümayəndələri də türklərlə fərdi söhbətlərində razılaşmağa çalışırdılar.
Cenevrə Konfransı (1954)
Cenevrə Konfransı — 26 aprel 1954-cü ildən 21 iyula qədər SSRİ, Çin, Birləşmiş Krallıq, ABŞ və Fransa xarici işlər nazirlərinin, həmçinin Çin, Şimali Vyetnam, Kamboca, Laos və Cənubi Vyetnamın nümayəndələrinin iştirak etdiyi konfrans. Konfransda Koreya və Hind-Çin məsələlərinə toxunulmuşdur. Koreyanın birləşməsi məsələsi ilə bağlı müzakirələr nəticəsiz başa çatmışdır. Konfransın ikinci yarısı Hind-Çininin taleyinə həsr olunmuşdur. Onun gedişinə konfrans zamanı baş verən Dyenbyenfuda Fransa ekspedisiya qüvvələrinin məğlubiyyəti böyük təsir göstərmişdir. Odur ki, digər tərəfdən, Cenevrə Konfransı Dyenbyenfuda gedən döyüşlərin gedişatına da təsir etmişdir. Konfransa hazırlıqla bağlı məlumatlar Fransa qarnizonunun mənəviyyatına mənfi təsir göstərmiş və Tay batalyonunda kütləvi şəkildə fərariliyə səbəb olmuşdur. 21 iyulda Fransanın Hind-Çindəki müstəmləkə müharibəsinə son qoyan və regionda keçmiş Fransa müstəmləkələrinin taleyini müəyyən edən sazişlər bağlanmışdır. 1955-ci ilin oktyabrında Vyetnam Respublikasının cənubunda Vyetnam Respublikasının elan edilməsi və bu ölkənin prezidenti Nqo Dinh Zyemin azad seçkilər keçirməkdən imtina etməsi Cenevrə razılaşmalarının həyata keçirilməsini pozmuşdur. Beynəlxalq Nəzarət Komissiyası öz funksiyalarını yerinə yetirə bilməmiş və faktiki olaraq fəaliyyət göstərməmişdir.
Elm və dünya əlaqələri üzrə Paquoş konfransı
Elm və dünya əlaqələri üzrə Paquoş konfransı (ing. Pugwash Conferences on Science and World Affairs) — sülh, tərksilah və beynəlxalq təhlükəsizlik tərəfdarı olan, nüvə müharibəsinin qarşısının alınması üçün elmi əməkdaşlıq. Paquoş hərəkatı 1955-ci ildə, o cümlədən Albert Eynşteyn, Frederik Jolio-Küri, Bertran Rassel, Maks Born, Leopold İnfeld, Persi Bricmen, Cozef Rotblat və Laynus Polinq daxil olmaqla 11 dünyaca şöhrətli alimlər arasında yaranmışdır. Hərəkat nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinə qarşı qurulan konfrans idi. 1957-ci il 7-10 iyul tarixində Amerikalı sənayeçi Sayrus İtonun dəstəyi ilə alimlərin ilk görüşü keçirilmişdir. == Əsas mərhələləri == 1987-ci ildə Paquoş Beynəlxalq Tələbə və Gənclər hərəkatı yaradılmışdır. 2013-cü ildən etibarən Avropa ölkələrinin "AvroPaquoş" Paquoş komitələri birliyi fəaliyyət göstərir və beynəlxalq forumlar hər il müxtəlif ölkələrdə keçirilirdi.Paquoş hərəkat iştirakçılarının ideyalarının yayılması üçün dövri nəşrlər buraxılırdı:"Elm və dünya əlaqələri üzrə Paquoş konfransı"(1957-ci ildən etibarən hər il), "Paquoş Xəbər bülleteni" (1963-cü ildən), "Paquoş Nadir sənədlər" (2000-ci ildən), xüsusi monoqrafiyalar və hesabatlar. 1957-ci ildən 1967-ci ilədək Elm və dünya əlaqələri üzrə Paquoş komitəsinin sədri Bertran Rassel olmuşdur. 1967-ci ildə elm adamları Paquoş Hərəkatının prezidenti vəzifəsini təsis edənlər: Con Kokroft Xouard Flori Frensis Perren Mixail Millonşikov Yevgeni Rabinoviç Hannes Alven Doroti Xockin Cozef Rotblat Maykl Frensis Atya Monokompu Svaminatan Cayanta Canapala2017-ci ildə Sercio Duarte prezident seçildi.. == Paquoş konfransı == === Birici konfrans === İlk Paquoşa konfransı 7-11 iyul 1957-ci il tarixində kanadalı ictimai xadim və milyarder Cayrus İtonun fəal dəstəyi ilə Paquoşda(Yeni Şotlandiya, Kanada) keçirilmişdir.
Haaqa Konfransı (1922, iyun-iyul)
Haaqa konfransı — I dünya müharibəsindən sonra dünyada iqtisadi, siyasi sistemi normallaşdırmaq, rusiyadan borcların geri alınması üçün təşkil olunan beynəlxalq konfransdır. == Əvvəlki hadisələr == Haaqa konfransından əvvəl İngiltərənin baş naziri Lloyd Corc Kannda keçirilən Müttəfiqlərin Ali Şurasının iclasında dünyada maliyyə-iqtisadi problemləri həll etmək üçün beynəlxalq konfransın çağırılmasını təklif edir. Onun bu təklifi qəbul olunur. Qəbul olunan qətnaməyə görə Genuyada çağırılacaq konfransda baş nazirlər iştirak etməli idi. Konfransda İngiltərəni baş nazir Lloyd Corc, Almaniyanı kansler Virt, Fransanı xarici işlər naziri Lui Bartu, İtaliyanı baş nazir Fakta təmsil edirdi. Sədr Fakta seçilir. Konfrans qarşısına qoyduğu problemlərin-Almaniyadan təzminat almaq, borclar, Rusiya məsələsi və Yaxın Şərq məsələlərinni demək olar ki, heç birini həll edə bilmir. Qəbul edilən qərara əsasən, bu problemlərin həllinin davamı (xüsusilə Rusiyadan borcların alınması) Haaqada keçiriləcək konfransa qədər ertələnir. == Konfrans == Haaqa konfransı 1922-ci il iyun ayının 15-dən iyulun 20-dək davam etmişdir. Konfransda rus və qeyri-rus komissiyaları, xüsusi mülkiyyət, borclar və kredit yarımkomissiyaları yaradıldı.
Potsdam konfransı
Potsdam konfransı (ing. Potsdam Conference, rus. Потсдамская конференция) – 17 iyul–2 avqust 1945-ci ildə Almaniyanın Potsdam şəhərində keçirilmiş ikinci dünya müharibəsinə dair konfrans. == Konfransın qərarları == 1945-ci ilin iyulun 17-dən avqustun 2dək Berlin yaxınlığında yerləşən Potsdamda "böyük üçlüyün" növbəti görüşü keçirildi. SSRİ-dən İosif Stalin, Böyük Britaniyadan Klement Ettli, ABŞ-dən Harri Trumen bu konfransda iştirak edirdi. Konfransın əsas məqsədi Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyənləşdirmək idi. Almaniya ərazisi SSRİ, Böyük Britaniya, ABŞ və Fransa işğal zonalarına bölündü. Ələ keçmiş faşist rəhbərləri beynəlxalq tribunala verildi. Ölkənin paytaxtı Berlin də 4 zonaya bölündü. Konfransda Almaniyanın dövlət sərhədləri müəyyənləşdirildi.
Qafqaz Konfransı
Zaqafqaziya Konfransı — Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar respublikaları nümayəndələrinin 1918–1919-cu illərdə Qafqazda münaqişələri nizama salmaq və əməkdaşlığı inkişaf etdirmək üçün keçirdikləri konfranslar. == Zəmin == 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ölkənin xarici siyasəti qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə mehriban əlaqələr yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan Parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: == Birinci Konfrans == Birinci dünya müharibəsinin sona çatdığı bir şəraitdə qarşıdan gələn sülh konfransında Qafqaz dövlətlərinin ümumi mövqedən çıxış etmələri və aralarındakı problemlərin həlli üçün Gürcüstan tərəfi 1918-ci il oktyabrın 27-də Azərbaycan, Ermənistan və Dağlılar respublikalarına müraciətlə Zaqafqaziya Konfransında iştirak etmək məqsədilə Tiflisə səlahiyyətli nümayəndələr göndərməyi təklif etdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu təklifi razılıqla qarşılayaraq, noyabrın 11-də konfransda iştirak üçün Mustafa Vəkilov və Məmməd Yusif Cəfərovdan ibarət nümayəndə heyəti yaratdı. Dağlılar Respublikası Tiflisə Vəssan Gəray Cabaqiyev və Pşemaxo Kotsevdən ibarət nümayəndə heyətini göndərdi. Ermənistan isə Gürcüstan və Azərbaycana qarşı ərazi iddiasında olduğu və silahlı qüvvə tətbiq etməklə, işğallara başladığı üçün təklənməkdən qorxaraq, konfransda iştirakdan boyun qaçırdı və öncə Gürcüstanla Borçalı ilə bağlı münaqişəni "həll etməyi", yəni qəzanın bir hissəsinin Ermənistana verilməsini şərt kimi irəli sürdü.Birinci Zaqafqaziya Konfransı 1918-ci il noyabrın 14-də Tiflisdə işə başladı. Ermənistan nümayəndə heyəti iştirak etmədiyindən, Gürcüstan nümayəndə heyətinin başçısı Y. Gegeçkorinin təklifi ilə konfrans noyabrın 20-dək təxirə salındı. Sonra elə həmin səbəbdən konfransın açılışı daha 2 dəfə təxirə salındı və onun işə başlaması dekabrda da mümkün olmadı. Ermənistan tərəfi isə Almaniya və Osmanlı imperiyasının müharibədə məğlub olmasını, Bakıya ingilis qoşununun çıxarılmasını özü üçün əlverişli hesab edərək, dekabrın 15-də Gürcüstana qarşı hərbi əməliyyatlara başladı. Bu münaqişə ingilis hərbi qüvvəsi nümayəndələrinin fəal müdaxiləsindən sonra dekabrın 31-də dayandırıldı.
Qahirə konfransı
Qahirə konfransı — İkinci dünya müharibəsi dönəmində Asiyada baş verən hərbi əməliyyatlar haqqında və Yaponiyaya qarşı qərarlar qəbul etmək üçün Misirin paytaxtı Qahirə şəhərində 22-26 noyabr 1943-cü il tarixində keçirilmiş konfransdır. Görüş ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin Respublikasının prezidenti Çan Kayşi arasında olmuşdur. SSRİ rəhbəri İosif Stalin Yaponiya ilə gərginliyin ola biləcəyindən ehtiyatlanaraq bu konfransda iştirak etməmişdi ( 2 dövlət arasında 1941-ci ildə bağlanmış 5 illik Sovet-yapon bitərəflik paktına görə bu hadisə baş vermişdi və 1943-cü ildə SSRİ Yaponiya ilə müharibədə deyildi). Qahirə konfransı ABŞ-nin Misirdəki səfiri Aleksandr Kirkin iqamətgahında keçirilmişdi.2 gün sonra İosif Stalin Franklin Ruzvelt və Vinston Çörçill ilə Tehran konfransında görüşdü. Qahirə bəyannaməsi, 27 noyabr 1943-cü ildə imzalandı və radio ilə 1 dekabr 1943-cü ildə elan edildi, müttəfiqlərin Yaponiyanın qeyd-şərtsiz təslim olmasına qədər müharibə edəcəkləri ərz olundu. Qahirə bəyannaməsinin əsas müddəaları bu idi ki, Yaponiya təcavüzkarlığının qarşısı alınmalıdır, Mancuriya, Formosa və Peskadores daxil olmaqla, bu ərazilər Çin Respublikasına qaytarılmalı idi. Yaponiya müstəmləkəçilik etdiyi ərazilərdən məhrum edilməli, Koreya azad və müstəqil dövlət olmalı idi.
Spa konfransı
Spa konfransı — Ali Müharibə Şurası ilə Almaniya arasında Belçikanın Spa şəhərində 1920-ci ilin 5-16 iyul tarixlərində keçirilmiş konfrans. Əsas müzakirə mövzusu Almaniyanın hərbsizləşdirilməsi, müttəfiqlərə kömür göndərilməsi və Almaniyanın qalib dövlətlərə ödəməli olduğu təzminat məsələsi olmuşdur. == İştirakçılar == Spa konfransı Almaniyanın müharibədən sonra dəvət edildiyi ilk beynəlxalq konfrans idi. Müttəfiqlər düşünürdü ki, mübahisəli məsələlərdə məktublar və digər diplomatik vasitələrlə həll yolu tapmaqdansa, görüşüb müzakirə aparmaq daha məhsuldar olar. Buna görə konfransa Almaniya da dəvət edilmişdi. Konfransa İngiltərənin baş naziri David Lloyd Corc, Fransanın baş naziri Aleksandr Milyeran, Almaniyanı kansleri Konstantin Feyrenbax, həmçinin Britaniyanın və Fransanın Almaniyadakı səfirləri də qatılmışdı. Səfirlərə Berlində yerləşən Təzminat Komissiyası işlərinə nəzarət etmək tapşırılmışdı. == Danışıqlar == Versal sülh müqaviləsi imzalandıqdan sonra Avropada dövlətlərarası münasibətlərdə başlıca məsələ Almaniyanın tərksilah edilməsi və təzminat alınması idi. Spa konfransı da bu məqsədlə çağırılmışdı. Müttəfiqlər Almaniyadan Versal sülh müqaviləsinin şərtlərini yerinə yetirməyi tələb edərək onun qarşısında aşağıdakı şərtləri irəli sürürdülər: Könüllü hərbi dəstləri tərksilah etmək, Ayrı-ayrı adamlardan silahları yığmaq, Ordunu könüllülük prinsipi əsasında qurmaq, Hərbi əmlakı təhvil vermək, Müqavilənin digər şərtlərinə əməl etmək.
TED konfransı
TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan,şəxsi qeyri-kommersiya fondudur.İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir.İdeyaların mövzuları fərqlidir:elm,incəsənət,dizayn,mədəniyyət,biznes,qlobal problemlər,texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir.Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur. == Tarix == Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur. 1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur. == TED Talks == TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır. iPhone və Android qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur. Hazırda onlayn rejimdə 15 milyonluq auditoriya tərəfindən 100 milyondan çox baxılan 400 video vardır.
Tehran konfransı
Tehran konfransı — 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində Antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Vinston Çörçill (Böyük Britaniya)nın, iştirakı ilə keçirilmiş konfrans.İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Müharibənin gedişində əsaslı dönüş başa çatdıqdan sonra antihitler koalisiyasının əsas dövlət başçılarının - Stalinin, Ruzveltin və Çörçillin iştirakı ilə 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Tehran konfransı keçirildi. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tuturdu. Bu, müttəfiqlər arasında ən kəskin məsələlərdən biri idi. Məsələnin müzakirəsi müttəfiqlər arasında fikir müxtəlifliyini göstərdi. Çörçillin ikinci cəbhənin Aralıq dənizindən və Balkanlardan, Ruzvelt və Stalin isə Avropanın şimalından açılmağı təklif edirdilər. Lakin Çörçill planı həyata keçmədi, ikinci cəbhəni 1944-cü ilin mayında “Overvold” adı altında Fransanın şimalında açmaq barədə qərar verildi.Müttəfiq dövlətlər Türkiyənin antihitler koalisiyası tərəfindən müharibəyə qoşulmasına dair tədbir görəcəkləri barədə razılığa gəldilər. Stalin Yaponiyanın bitərəflik haqqında sovet-yapon müqaviləsini pozmasını əsas götürərək Almaniya məğlub edildikdən sonra Yaponiyaya müharibə elan ediləcəyini bildirdi. Konfransda Almaniyanın taleyi məsələsi müzakirə edildi. Üç dövlət başçısı Almaniyadan bir daha yeni müharibə törənməməsi üçün tədbirlər görəcəklərini bildirdilər.
Trabzon konfransı
Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilən konfrans. Açılış iclası 14 mart 1918-ci ildə baş tutmuşdur. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi. == Tarixi == Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Seym Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün gürcü sosial-demokrat Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyəti yaratmışdır. Nümayəndə heyətinin azərbaycanlılardan ibarət hissəsini "Müsavat"dan Xəlil bəy Xasməmmədov və Məmmədhəsən Hacınski, Müsəlman Sosialist Blokundan İbrahim bəy Heydərov, "İttihad"dan Mir Yaqub Mehdiyev, "Hümmət"dən Əkbər ağa Şeyxülislamov, bundan əlavə məsləhətçi və tərcüməçi kimi Əhməd bəy Pepinov və Məhəmməd Əmin Rəsulzadə təşkil edirdi. Danışıqların 12 martda başlaması planlaşdırılırdı və bu səbəbdən nümayəndə heyəti Trabzon şəhərinə getmişdi.Zaqafqaziya seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında separat sülh müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilmişdi. Zaqafqaziya seymi bu qərarları tanımamış və Petroqrada Xalq Komissarları Sovetinə üvanlanmış teleqram göndərərək seym bolşevik hökumətini və Xalq Komissarları Sovetini tanımadığından müqaviləni də tanımadığını bildirmişdir.Osmanlı hökuməti Zaqafqaziya seyminə ultimatum verərək onlardan qoşunlarını Qars, Batum və Ərdəhandan dərhal çıxarmaqlarını tələb etmişdilər. 14 mart 1918-ci ildə Osmanlı hökuməti və Zaqafqaziya seymi Trabzonda sülh konfransı keçirmişdilər. Osmanlı nümayəndələri Zaqafqaziya müstəqilliyini elan etmədiyi üçün seymin nümayəndə heyətinin danışıqlar aparacaq hüquqi şəxs ola bilmədiyini bəyan etmişdir.
Vanze konfransı
Vanze konfransı — 1942-ci il yanvarın 20-də Berlindəki Vanze gölünün kənarında Am-Qrosen-Vanze (alm. Am Großen Wannsee‎) küçəsi ev 56-58 ünvanında yerləşən Marlir Villasında hökumət nümayəndələrinin və Almaniyanın Nasist partiyasının başçılarının iclası. Vanze konfransında "yəhudi məsələsinin son həlli" yolları və vasitələri müəyyən edildi. Reyx Baş Təhlükəsizlik Xidmətinin direktoru SS-Oberqruppenfüreri Reynhard Heydrix tərəfindən çağırılan konfrans, "yəhudi məsələsinin son həlli" yollarını (alm. Endlösung der Judenfrage‎), həyata keçirilməsində müxtəlif dövlət idarələrinin inzibati rəhbərləri arasında əməkdaşlığı təmin etməli idi. Almaniyanın işğalı altındakı Avropadakı yəhudilərin çoxunun istila edilən Polşaya sürgün edilərək məhv edilməsi qərarı verilmişdi. Konfransda Xarici İşlər Nazirliyinin, Ədliyyə, Daxili İşlər və Dövlət nazirliklərinin dövlət katibləri ilə yanaşı bir sıra nazirliklərin səlahiyyətliləri və SS nümayəndələri iştirak etmişdilər. Görüş zamanı, Heydərix Avropa yəhudilərinin necə toplanaraq Baş Hökumətdəki (Polşanın işğal olunmuş hissəsi) ölüm düşərgələrinə göndəriləcəyini və orada öldürüləcəklərini izah etmişdi.Məhz bu konfransda Avropanın yəhudi əhalisinin soyqırımı proqramı (hazırda "Holokost" termini istifadə olunur) qəbul edildi.Yəhudilərə qarşı ayrı-seçkilik nasistlərin 30 yanvar 1933-cü ildə hakimiyyəti ələ keçirməsindən dərhal sonra başladı. Nasist rejimi tərəfindən yəhudiləri könüllü olaraq ölkəni tərk etməyə məcbur etmək üçün şiddət və iqtisadi təzyiqdən vasitə kimi istifadə edilirdi. 1939-cu ilin sentyabrında Polşanın işğalından sonra Avropa yəhudiliyinin məhvinə başlandı və 1941-cı ilin iyununda SSRİ-yə hücumdan sonra qətllər daha da gücləndi.
Yalta konfransı
Yalta (Krım) konfrası (ing. Yalta Conference, rus. Ялтинская конференция) – 4–11 fevral 1945-ci ildə Yaltanın Livadiya sarayında keçirilmiş İkinci Dünya müharibəsinə dair konfrans. == Konfransın qərarları == 1945-ci ilin fevralında Yaltada "Böyük üçlüyün" dövlət başçılarının (Çörçill, Ruzvelt və Stalin) yeni görüşü keçirildi. Krım konfransı adını almış bu konfransda qərara alındı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞ və Böyük Britaniyadan başqa Fransaya da işğal zonası verilməlidir. Almaniyadan təzminat alınmasının vacibliyi də qeyd olundu. Belə ki, konfrans qərara aldı ki, Almaniya 20 milyard dollar təzminat ödəməlidir və bunun da, 10 milyard dolları SSRİ-yə çatmalı idi. Konfransda SSRİ qərb sərhədlərinin tanınmasına nail oldu. Bununla yanaşı, SSRİ Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədə götürmüş olduğu öhdəliyə sadiq qaldı.
Zaqafqaziya Konfransı
Zaqafqaziya Konfransı — Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar respublikaları nümayəndələrinin 1918–1919-cu illərdə Qafqazda münaqişələri nizama salmaq və əməkdaşlığı inkişaf etdirmək üçün keçirdikləri konfranslar. == Zəmin == 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ölkənin xarici siyasəti qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə mehriban əlaqələr yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan Parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: == Birinci Konfrans == Birinci dünya müharibəsinin sona çatdığı bir şəraitdə qarşıdan gələn sülh konfransında Qafqaz dövlətlərinin ümumi mövqedən çıxış etmələri və aralarındakı problemlərin həlli üçün Gürcüstan tərəfi 1918-ci il oktyabrın 27-də Azərbaycan, Ermənistan və Dağlılar respublikalarına müraciətlə Zaqafqaziya Konfransında iştirak etmək məqsədilə Tiflisə səlahiyyətli nümayəndələr göndərməyi təklif etdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu təklifi razılıqla qarşılayaraq, noyabrın 11-də konfransda iştirak üçün Mustafa Vəkilov və Məmməd Yusif Cəfərovdan ibarət nümayəndə heyəti yaratdı. Dağlılar Respublikası Tiflisə Vəssan Gəray Cabaqiyev və Pşemaxo Kotsevdən ibarət nümayəndə heyətini göndərdi. Ermənistan isə Gürcüstan və Azərbaycana qarşı ərazi iddiasında olduğu və silahlı qüvvə tətbiq etməklə, işğallara başladığı üçün təklənməkdən qorxaraq, konfransda iştirakdan boyun qaçırdı və öncə Gürcüstanla Borçalı ilə bağlı münaqişəni "həll etməyi", yəni qəzanın bir hissəsinin Ermənistana verilməsini şərt kimi irəli sürdü.Birinci Zaqafqaziya Konfransı 1918-ci il noyabrın 14-də Tiflisdə işə başladı. Ermənistan nümayəndə heyəti iştirak etmədiyindən, Gürcüstan nümayəndə heyətinin başçısı Y. Gegeçkorinin təklifi ilə konfrans noyabrın 20-dək təxirə salındı. Sonra elə həmin səbəbdən konfransın açılışı daha 2 dəfə təxirə salındı və onun işə başlaması dekabrda da mümkün olmadı. Ermənistan tərəfi isə Almaniya və Osmanlı imperiyasının müharibədə məğlub olmasını, Bakıya ingilis qoşununun çıxarılmasını özü üçün əlverişli hesab edərək, dekabrın 15-də Gürcüstana qarşı hərbi əməliyyatlara başladı. Bu münaqişə ingilis hərbi qüvvəsi nümayəndələrinin fəal müdaxiləsindən sonra dekabrın 31-də dayandırıldı.
Konfranson
Konfranson (fr. Confrançon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monrevel-an-Bres kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01115. == Coğrafiyası == Kommuna Paris şəhərinin 360 km cənub-şərqində, Lion şəhərindən 60 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 15 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1157 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 743 nəfər arasında 607 nəfər iqtisadi cəhətdən aktiv, 136 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi% 81,7, 1999-cu ildə bu% 74,6 idi). 607 aktiv sakindən 570 nəfər işləyirdi (307 kişi və 263 qadın), 37 işsiz var (11 kişi və 26 qadın).
Monfran
Monfran (fr. və oks. Montfranc) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12152. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 95 km şərqdə, Rodezdən isə 29 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 133 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 91 yaşdan (15-64 yaş) insanlardan 68-i iqtisadi cəhətdən fəal, 23-ü fəaliyyətsizdir (fəaliyyət göstərici 74,7%, 1999-cu ildə 65.3%).