şən
şənləndirmək
OBASTAN VİKİ
Şənbə
Şənbə — dünyanın bir çox ölkələrində həftənin sayca altıncı (bəzilərində yeddinci) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin altıncı günüdür. Şənbə həftədə cümə günü ilə bazar günü arasında yerləşir. Rəsmi sənədlərdə şənbə bəzən qısaldılmış şəkildə ş.- da yazılır. Qədim Romada romalılar bu ğünü Saturna həsr edirdilər. Ona görə də bəzi dillərdə bu gün Saturn sözündən götürülür. Məsələn , ingiliscə Saturday. Azərbaycanca şənbə sözü yəhudi sğzü olan «şabbat» dan götürülüb. Bu söz xristianlıqla birlikdə Avropaya yayılıb. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə şənbə günü axırıncı iş günündən sonrakı ilk istirahət günüdür.
Şənbə (roman)
Şənbə - İngiltərə yazıçısı İan MakEvan tərəfindən 2005-ci ilə yazılan və beyin cərrahı Henri Perovnın başına gələn hadisələrdən bəhs edən roman. Əsər 2005-ci ildə Ceyms Tayt Blək Xatirə mükafatını qazandı. Romanda hadisələr şənbəyə təsadüf edən gündə Londonda kütlənin İraqın işğalına etiraz bildirmək üçün mitinqə toplaşdıqları 15 fevral 2005-ci ildə baş verir. Romanın qəhramanının həmin gün işləri vardır, amma bu səbəblər üzündən günü sakit keçmir. Pulitzer mükafatını qazanmış tənqidçi Miçiko Kakutani kitabla bağlı Nyu-Yorkda müsbət fikirlərini yazdı. Yazısında bunları vurğuladı: " MakEvan sadəcə 11 sentyabr hadisələrindən sonra ən təsiredici romanı ortaya çıxarmamış, həmçinin bu gün niyə yaşadığımız üçün nə qədər üstün olduğumuzu xatırladır. Bu romanın əsasını təşkil edir".
Qanlı şənbə mitinqi
Azərbaycan etirazları (2005) — 2005-ci il noyabrın 26-da Qələbə meydanında baş tutan mitinq. 2005-ci il noyabrın 6-da Azərbaycanın Milli Məclisinə seçkilər baş tutdu. Seçkilərdə əsas mübarizə Yeni Azərbaycan Partiyası və Azadlıq Bloku arasında getdi. Azadlıq Blokuna Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası daxil idi. Seçkilərin rəsmi nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası 61 mandat qazanaraq qələbə qazandı. Azadlıq Bloku isə 6 üzvlə təmsil olunmaq hüququ qazandı. Həmin nəticələri Azadlıq Bloku rəsmən tanımadı. AXCP sədri Əli Kərimli 2019-cu il fevralın 27-də Meydan TV-yə verdiyi müsahibədə 2005-ci ilin Parlament seçkilərinə toxundu və həmin seçkilərdə Azadlıq Birliyinin 58 üzvünün Parlamentdə mandat qazandığı iddia etdi.[mənbə göstərin] Azadlıq Blokuna üzv olan siyasi partiyaların sədrləri Əli Kərimli (AXCP), İsa Qəmbər (Müsavat), Lalə Şövkət (ALP) və Sərdar Cəlaloğlunun (ADP) çıxış etdiyi mitinq başa çatandan sonra, seçkilərin nəticələrinə etiraz edən 2 000 yaxın etirazçı oturaq seçkilərin nəticələrinə etirazlarını bildirdi. Etirazlar axşam saatlarına yaxın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən dağıdıldı, nəticədə 500 yaxın etirazçı yaralandı.[mənbə göstərin] Daha sonra 9 noyabr, 13 noyabr və 23 noyabr tarixində mitinqlər keçirildi.
Şənbə gecəsi qızdırması
Şənbə Gecəsi Qızdırması (Saturday Night Fever) — John Badhamın çəkdiyi musiqili dram filmidir. Filmin əsas qəhrəmanı, John Travolta tərəfindən canlandırılan Tony Manero həftəiçi ərzində yerli inşaat malları mağazasında işləyir, həftəsonlarını isə diskotekada içmək və rəqs etməklə keçirir. Brooklynda yerləşən bu diskotekada ondan yaxşı rəqs edən yoxdu. Tonynin həyatında həftəsonları rəqs etmək və dostlarından başqa heçnə yolunda getmir, valideynlər bir yandan, çətin iş o biri yandan onu bezdirir. Filmin hekayəsi 1976-cı ildə New York jurnalında Britaniyalı yazıçı Nik Cohnin yazdığı məqaləyə əsaslanır, "Tribal Rites of the New Saturday Night". Təxminən 20 ildən sonra Cohn o məqalənin reallığı əks etdirmədiyini bildirdi. Amerikaya təzə gəldiyinə görə o, burdakı disko həyatı ilə tanış deyildi. Buna görə də Cohn İngiltərədəki mod mədəniyyətinin üzvü olan bir tanışının həyat tərzinə əsaslanıb Tony Monero xarakterini yaratdı. Filmin çox uğurlu alınması disco musiqisinin dünyaca məşhurlaşmasına səbəb oldu. John Travolta isə əvvəldən Welcome Back, Kotter TV şousundan tanınsa da, bu film ilə çox məşhurlaşdı.
Şənbə Gecəsi (film, 1977)

Значение слова в других словарях