şahmatçılıq
şahpərəst
OBASTAN VİKİ
Şahnamə
Şahnamə (fars. شاهنامه‎)- böyük İran-fars şairi Əbülqasım Firdovsinin məşhur əsəridir. Bu əsər qədim İran tarixi, onun şahları və pəhləvanları haqqında olub Firdovsinin ən məşhur əsəri sayılır. Şahnamə poeması bütün dünyada şöhrət qazanmış və bir çox dillərə tərcümə edilmişdir. Şahnamə İran şahları, onların həyatını şeir formasinda əks etdirir. Şahnamə altmış min beytdən ibarətdir. Bu əsərin ilk nüsxəsi Moskvada çap olunub. Şahnamə İranşünaslıq elmində əhəmiyyətli mənbə olub İranın qədim tarixi haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu kitabda əfsanəvi İran-Turan müharibələrindən də söz açılır. Firdovsi Şahnamədə nəinki özünü dahi söz ustadı kimi göstərir, həmçinin dövrünün siyasi və ictimai problemlərinə də toxunur.
Böyük Təbriz Şahnaməsi
Böyük Təbriz Şahnaməsi — XIV əsrə aid Azərbaycan incəsənət abidəsi. == Təbriz miniatür sənətinin yüksəlişi == Orta əsrlərdə, Yaxın Şərqin digər ölkələrində olduğu kimi Azərbaycanda da mədəniyyətin inkişafı, dünyəvi ədəbiyyata və incəsənətə maraq əlyazma kitablarına bədii tərtibat verilməsi və illüstrə edilməsi ehtiyacını doğurmuşdu. Bu dövrdə Quran və başqa dini kitablarla yanaşı, məşhur alimlərin, şair və yazıçıların təbiət, tarix, habelə ədəbi bədii əsərləri də köçürülürdü. Orta əsrlərdə üzü köçürülən Quran "nəsx", yaxud "reyhan", nadir hallarda "riqə" xətləri ilə yazılıb, yalnız naxışlarla bəzədilirdisə, dünyəvi məzmunlu əsərlər "nəsx" xətti ilə köçürülür, çox zaman süjetli miniatürlərlə, ornamentlərlə bəzədilirdi. Yazıların üslubu, miniatürlərin xarakteri və əlyazma kitablarının ümumi tərtibatı Azərbaycanda bu sənətin daim inkişafda olduğunu göstərir. XIV əsrin əvvəllərində illüstrasiyalı əlyazmaların yaradılması ilə əsasən Təbrizin yaxınlığında, Rəşidiyyə adlanan universitet şəhərciyində məşğul olurdular. Çox da böyük olmayan bu elmi şəhərcikdə Qazan xanın tarixçisi və vəziri Fəzlullah Rəşidəddin tərəfindən təsis olunmuş universitet və kitabxanada müxtəlif məzmunlu 60 min kitab var idi. Rəşidəddinin kitabxanası nəzdində işləyən bədii emalatxanada müxtəlif ölkə və şəhərlərdən dəvət olunmuş xəttat və rəssamlar da işləyirdilər. XIV əsrdə Təbrizdə əlyazma kitabların və miniatür sənətinin yeni inkişaf dövrü 1328-ci ildə Rəşidəddinin oğlu Qiyasəddinin Əbu Səidin vəziri təyin olunduqdan sonra başlanır. Ölkələrin iqtisadi-siyasi və mədəni həyatında atasının yolunu davam etdirən Qiyasəddin kitab sənətini qaydaya salmaq üçün kitabxananı və emalatxananı yenidən bərpa etdirir.
Şah Təhmasibin Şahnaməsi
Şah Təhmasibin Şahnaməsi və ya Houton Şahnaməsi — Səfəvi miniatür sənətinin şah əsərlərindən və Şahnamə əsərinə çəkilmiş miniatürlər içərisində ən məşhurlarından biri olan illüstrasiyalı əlyazmalar. Bu, yəqin ki, indiyə qədər hazırlanmış mətnin ən tam təsvir edilmiş əlyazmasıdır. Əsər ortaya çıxarıldığı zaman 759 səhifədən ibarət olmuş, bunun da 258 səhifəsi miniatürlərlə bəzədilmişdir. Bu miniatürlər Təbriz şəhərindəki miniatür ustaları tərəfindən I Şah İsmayıl və I Şah Təhmasib dövründə çəkilmişdir. Əsər tamamlandıqdan sonra 1658-ci ildə Osmanlı sultanı II Səlimə hədiyyə edilmişdir. Əsərin səhifələri 48 x 32 sm-dən ibarət olmuş və mətni mükəmməl şəkildə nəstəliq xətti ilə çəkilmişdir. Əsər 1970-ci illərdə parçalanmış və hal-hazırda hissə-hissə müxtəlif kolleksiyalarda saxlanmaqdadır. Əsərin düzəldilməsinə Şah İsmayılın Təbrizi ələ keçirib özünü şah elan etməsindən qısa müddət sonra əmr verilmişdir. Dövrünün nüfuzlu və hərbi baxımdan üstün sərkərdələrindən və hökmdarlarından olan Şah İsmayıl bundan sonra qısa müddətdə xeyli etnosun yaşadığı imperiya qurmağı bacarmışdı. Bu böyük imperiyanın ərazisində xeyli sayda məşhur rəssam yaşamaqda idi və onların istedadları da bacarıqlı idi.

Значение слова в других словарях