şaquli müstəvi
şeh nöqtəsi
OBASTAN VİKİ
Şeh
Şeh – axşam, gecə və səhər tezdən müsbət temperaturda yer səthi, bitki və əşyaların üzərinə çökən su damlaları. Gecə şüalanması nəticəsində havanın soyuması və həmin səthdə su buxarının kondensasiyasından yaranır. Zəif küləkli aydın havada şeh daha çox düşür. Mülayim enliklərdə şeh gecə ərzində 0,1-0,5 mm, tropiklərdə 3 mm-dək yağıntı verir. Şeh nöqtəsi mövcud su buxarı və sabit hava təzyiqinin təsiri ilə havanın doyma vəziyyətinə gəlməsi üçün tələb olunan temperaturdur. Nisbi rütubət 100%-dən az olduqda şeh nöqtəsi həmişə faktiki hava temperaturundan aşağı düşür. Nisbi rütubət 100%-ə bərabər olduqda isə faktiki hava temperaturu şeh nöqtəsinə uyğun gəlir və şehin əmələ gəlməsi üçün şərait yaranır.
Girdəyarpaq şehçiçəyi
Girdəyarpaq şehçiçəyi (lat. Drosera rotundifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. Drosera corsica (Maire) A.W.Hill Drosera rotundifolia var. breviscapa Regel Drosera rotundifolia var. capillaris A.A.Eaton & Wright Drosera rotundifolia f. comosa (Fernald) B.Boivin Drosera rotundifolia var. comosa Fernald Drosera rotundifolia var. corsica Maire Drosera rotundifolia var. distachya DC. Drosera rotundifolia var. furcata Y.Z.Ruan Drosera rotundifolia var.
Hindistan şehçiçəyi
Hindistan şehçiçəyi (lat. Drosera indica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Kap şehçiçəyi
Kap şehçiçəyi (lat. Drosera capensis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
İbrahim Şehiç
İbrahim Şehiç (bosn. Ibrahim Šehić; 2 sentyabr 1988[…]) — Bosniya və Herseqovinalı futbolçu. Bosniya və Herseqovina milli futbol komandasının və Ərzurumspor futbol klubunun oyunçusudur. İbrahim Şehiç 2 sentyabr 1988-ci ildə hazırda Bosniya və Herseqovinanın paytaxtı olan Sarayevonun Roqotiça qəsəbəsində anadan olmuşdur. Futbolun sirlərini ilk dəfə yaşadığı şəhərin ən məşhur klublarından sayılan "Jelezniçar"da öyrənib. Bir müddətdən sonra bu komandanın əsas heyətinə də layiq görülüb. Şehiç "Jelezniçar"ın tarixinə start heyətində yer alan ən gənc qolkiper kimi düşüb. 2008-ci ildə İtaliyanın "Yuventus" klubu onu baxışa çağırmışdır. Onun potensialına şübhəylə yanaşan turinlilər hər ehtimala qarşı, onu transfer etmək istəyir, amma "Jelezniçar"a çox aşağı məbləğ təklif edir - cəmi 200 min avro. Yetirməsinin istedadına bələd olan Bosniya klubu Turin təmsilçisinə "yox" deyir.
İhsan Əl-Şehbaz
İhsan Əl-Şehbaz (ing. Ihsan Al-Shehbaz, 1939, İraq) — İraq mənşəli ABŞ botaniki, Harvard Universitetinin fəlsəfə üzrə doktoru; Kələmçiçəyikimilər bitki fəsiləsinin sistematikası üzrə mütəxəssisdir. K. Mummenhoff, & O. Appel 2002. Cardaria, Coronopus, and Stroganowia are United with Lepidium (Brassicaceae) // Novon 12:5–11 2003 Notes on some species of Stroganowia transferred to Lepidium (Brassicaceae)//Harvard Papers in Botany, 7, 465–466. M. A. Beilstein, & E. A. Kellogg 2006. Systematics and phylogeny of the Brassicaceae (Cruciferae): an overview Pl. Syst. Evol. 259: 89–120 Beilstein M, Al-Shehbaz IA & Elizabeth A. Kellogg 2006. Brassicaceae phylogeny and trichome evolution.
İngilis şehçiçəyi
İngilis şehçiçəyi (lat. Drosera anglica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. Adenopa anglica (Huds.) Raf. Drosera anglica var. linglica (Kusak. ex R.Gauthier & Gervais) Schlauer Drosera anglica f. pusilla Kihlm. ex Diels Drosera anglica var. subuniflora DC. Drosera anglica var. woodii (R.Gauthier & Gervais) Schlauer Drosera kihlmanii Ikonn.
Şehmus Özer
Şehmus Özer — Türkiyənin Diyarbəkir bölgəsini təmsil edən "Amed" İK-nın sabiq kapitanı Karyerası əsasən Türkiyə 1-ci Liqası ilə bağlı olub. Vəfatından 6 gün əvvəl keçirilən kubok qarşılaşmasında "Fənərbaxça"nın qapısına cavab qolunu vurmuşdu. Bu qol sayəsində "Amed" İK öz meydanında "Fənərbaxça"yla 1:1 hesablı bərabərlik əldə etmişdi. O, Türkiyədə baş verən terror hadisəsindən sonra "Göztəpə" ilə oyunda rəqib qapısına vurduğu qoldan sonra polis əməkdaşlarıyla qucaqlaşmasıyla da diqqət mərkəzinə düşmüşdü. 21 dekabr 2016-cı ildə onun idarə etdiyi maşının Elazığ yolunda uçuruma yuvarlanması nəticəsində həlak olub.
Şehu Abdullahi
Şehu Abdullahi (12 mart 1993-cü ildə anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Bursaspor klubunda müdafiəçi kimi çıxış edən peşəkar Nigeriyalı futbolçudur. 2014-cü ilin iyul ayında Abdullahi $480,000 qarşılığında Kano Pillars klubundan Küveyt Premyer Liqası təmsilçilərindən olan Qadsiya klubuna transfer olmuşdur. Transferdən Abdullahi $330,000, Kano Pillars isə $150,000 gəlir əldə etmişdir. 6 iyun 2015-ci ildə Şehu Primeyra liqa təmsilçilərindən olan Yuniao da Madeyra klubu ilə iki illik müqavilə imzalamışdır. 2 sentyabr 2016-cı ildə Şehu Kipr təmsilçilərindən olan Anortosis Famaqusta klubu ilə iki illik müqavilə imzalamışdır. Transfer qiymətinin 20%-i digər Avropa ölkəsinə ödənmişdir. 2014-cü ilin yanvar ayında komandanın baş məşqçisi Stefen Keşi Şehunu 2014 Afrika Millətlər Çempionatında iştirak etmək üçün Nigeriya milli futbol komandasına dəvət etmişdir. O, Zimbabve millisi ilə üçüncü yer uğrunda qarşılaşmada komandasının qələbə qolunu vurmuşdur. Şehu 2016 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Nigeriya millisinin 35 nəfərlik heyətinə daxil edilmişdir.
Şehçiçəklilər
Qərənfilçiçəklilər (lat. Caryophyllales) — bitkilər aləminə aid bitki dəstəsi. Bu sıraya aid nümayəndələrin böyük əksəriyyəti quraqlıq iqlim şəraitinə uyğunlaşmışdır. Qərənfilçiçəklilərə qarabaşaq, ravənd, çuğundur, ispanaq, turşəng kimi yeməli bitkilər daxildir. Nümayəndələri arasında amarantın bir çox növü, qərənfil kimi dekorativ bağ bitkiləri, eləcə də kaktuskimilərin nümayəndələri astrofitum, himnokalisium, mammilyari kimi otaq bitkiləri də var. Achatocarpaceae Heimerl — Axatokarpkimilər Aizoaceae Martinov — Ayzonkimilər Amaranthaceae Juss. — Amarantkimilər Anacampserotaceae Eggli & Nyffeler Ancistrocladaceae Planch. ex Walp. Asteropeiaceae Takht. ex Şablon:Reveal & Hoogland Barbeuiaceae Nakai Basellaceae Raf.
Şehçiçəyi
Şehçiçəyi (lat. Drosera) — şehçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Həşəratlarla qidalanır. Drosera dilatato-petiolaris Drosera fulva Drosera praefolia Drosera rosulata Drosera sulphurea Drosera tomentosa Şehçiçəyi:The Plant List saytında takson barədə məlumat.
Şehçiçəyikimilər
Şehçiçəyikimilər (lat. Droseraceae) — i̇kiləpəlilər sinfinin qərənfilçiçəklilər sırasına aid bitki fəsiləsi.
Dan Şehtman
Dan Şehtman (ivr. ‏דן שכטמן‏‎; 24 yanvar 1941, Tel-Əviv) — İsrailli fizik və kimyaçı, 2011-ci ildə "Kvazikristalların kəşfinə görə" kimya üzrə Nobel mükafatı laureatı olmuşdur. 17 yanvar 2014-cü ildə o, İsraildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək qərarına gəlmişdir. Seçkilərin nəticələrinə görə, o, seçkilərin birinci turunda 120 səsdən 1 səs alaraq üzv seçilməmişdir. 2023-cü ildən ABŞ Milli Elmlər Akademiyasının üzvüdür. == Bioqrafiyası == Dan Şehtman 1941-ci il ayının 24-də Təl-Əvivdə anadan olmuşdur. Onun atası, yeni mühacir İtzhak Şehtman mətbəədə çapçı işləyirdi. Anası Nataniya Aşur 1906-cı ildə Ukraynanı ilk tərk etmiş pionerlər ailəsindən idi. Şehtmanın valideynləri hələ o, yeniyetmə ikən boşanmışdılar. Dan Şehtman Bat-Yam və Petah Tikvedə böyümüşdür.

Значение слова в других словарях