ƏHƏD HƏDİSLƏR

az sayda səhabənin rəvayət etdiyi hədislərdir. Çünki, bunlar mütəvatir hədislərin qarşısında qoyulmuş şərtlərə cavab vermir. Məhəmməd peyğəmbərin həyatı, düşüncələri və etdiyi işlərdən xəbər verən az saylı ravilərin söylədiyi rəvayətlərə “əhəd hədislər” adlanır. Əhəd hədislərin üzərində İslam inancının qurulması, onları inancla bağlı problemlərlə dəlil kimi gətirilməsi məsələsində ilahiyyatçılar fərqli fikirdə olmuşlar. Onlardan bəzilərinə görə əhəd hədislərin bütün raviləri etibarlı olarsa, onların silsiləsi bilinirsə, onda onları inancla bağlı məsələlərdə dəlil kimi istifadə etmək mümkündür. Digər ilahiyyatçılar isə bu yanaşma ilə razılaşmayaraq hədis ravilərinin və onların ötürülmə silsilələrinin etibarlı olmasına baxmayaraq o rəvayətlərdə anlaşılmazlıqları istisna etmirlər. Buna görə də onlar, bu hədislərin etibarlı olduğunu qəbul etsələr də, ehtiyac olmadığı müddətdə ondan istifadə etmirlər. Çünki, mütəvatir hədis olan yerdə əhəd hədisdən istifadə olunmur. Onların fikrincə inanc etibarlı və mübahisə doğurmayan müddəaların üzərində qurulmalıdır. Etibarlı ravidən rəvayət olunmuş hədisdə isə az da olsa, şübhəli məqamlar vardır. Bu fikirdə olan alimlər bəzi Quran (17: 36, 53: 28) ayələrini dəlil kimi gətirirlər. Ancaq hüquqi problemlərin həll olunmasında bütün müsəlman ilahiyyatçıları əhəd hədisləri dəlil kimi gətirilməsini doğru qəbul edirlər. Buna baxmayaraq yenə də bir sıra tanınmış ilahiyyatçıların onlara yanaşmaları fərqli olmuşdur. Məsələn, Maliki məzhəbində əhəd hədislər Mədinə şəhərinin adətlərinə uyğun olmalı, məzmunları onlara zidd olmamalıdır. Bu baxımdan o, mədinəlilərin adətini əhəd hədisdən daha etibarlı sayırdı. Əbu Hənifə də bir çox hallarda onların əsasında hüquqi hökmlər verməkdən çəkinmişdir. Onun hüquq metoduna görə əhəd hədisdər Quran ayələrinə və mütəvatir hədislərə zidd olmamalıdır. O, daha çox qiyas metoduna üstünlük vermişdir. Şiə ənənəsində də, əhəd hədislər Quran ayələrinə, əhli-beytdən olan imamlardan rəvayət olunan rəvayətlərə zidd olmamalıdırlar. Əhəd hədislərlə bağlı müxtəlif baxışların olmasına baxmayaraq onlar müsəlman ənənəsində bütün şərtlərə uyğun gələrsə, onda təkcə hüquqi deyil, digər məsələlərdə də istifadə edilə bilinər. Məsələn əhəd hədislər Quran ayələri və mütəvatir hədislərin anlaşılması və təfsir edilməsində istifadə oluna bilərlər.
ƏHD
ƏHLİ-BEYT
OBASTAN VİKİ
Hədislər
Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Müsəlmanlara görə İslam iki əsas sütunun – Qurani-Kərim və sünnənin əsasında duran sonuncu dindir. İslamın əsaslandığı ikinci sütundan – sünnədən – hədislərin tarixi haqqında. Doğrudur, bir çox alimlərə görə, Sünnə hədisdən daha geniş mənaya malikdir. Ancaq bunların arasında fərqin olmadığını düşünənlər də az deyildir. Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Bunun üçün hədisləri çox vaxt [əl-əhədis əl-qavliyyə] – (Məhəmməd peyğəmbərin dediyi, sözlə ifadə etdiyi hədislər), [əl-əhədis əl-filiyyə] – (Məhəmməd peyğəmbərin davranışını, etdiyi işləri, əməlləri, hərəkətlərini ifadə edən hədislər) və [əl-əhədis ət-təqririyyə] – Məhəmməd peyğəmbərin ətrafında olan insanların davranışlarına, hərəkətlərinə, dediklərinə olan təqriredici münasibətini bildirən hədislər) deyə üç qismə ayırırlar. Bəzən Məhəmməd peyğəmbərin fitri xüsusiyyətlərini, əxlaqı xarakterini də hədis məfhumuna daxil edirlər.
Əhəd
Əhəd — kişi adı. Əhəd Əliyev — Azərbaycan qarmonçusu. Əhəd Kərimov — Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı Əhəd Hüseyni — Cənubi Azərbaycanlı heykəltaraş və rəssam. Əhəd Yaqubov — geologiya-mineralogiya elmləri doktoru (1941) Əhəd Muxtar — tərcüməçi. Əhəd Rəhmanzadə — iqtisad elmləri doktoru, professor.
Kor Əhəd
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.
Əhəd Abıyev
Əhəd Mikayıl oğlu Abıyev (15 yanvar 1958, Masallı rayonu) — Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2011–2023), Azərbaycan Respublikasının Milli Məclisi I, II və III çağırış deputatı. Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1979–1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Əhəd Ağayev
Əhəd Bilal oğlu Ağayev (16 yanvar 1986, Motalayataq, Astara rayonu – 1 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ağayev Əhəd Bilal oğlu 16 yanvar 1986-cı ildə Astara rayonunun Motalayataq kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əhəd Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əhəd Ağayev noyabrın 1-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhəd Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhəd Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhəd Canəhmədov
Əhəd Canəhmədov (23 oktyabr 1946, Xızı rayonu) — mexanik-filosof, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Tribologiya və tribotexnika sahəsində tanınmış alim və mütəxəssis olan Canəhmədov Əhəd Xanəhməd oğlu 23 oktyabr 1946-cı ildə Azərbaycan Respublikası Xızı rayonunun Baxşılı kəndində anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) neft-mexanika fakültəsini bitirib. 1970–1972-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının maşınşünaslıq institutunda məqsədli aspiranturada oxuyub. 1973-cü ildə namizədlik, 1989-cu ildə İ. M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib, 1991-ci ildə isə professor rütbəsinə təsdiq olunub. Tribologiya elmi sahəsində azərbaycanın ilk elmlər doktorudur. 1975–76-cı illərdə Böyük Britaniyada elmi stajkeçmədə olub. 1973–2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ardıcıl olaraq assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. Eyni zamanda 1982–1990-cı illərdə xarici tələbələrin işi üzrə dekan müavini işləyib. 2011-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında "Nəqliyyat mexanikası" kafedrasının müdiridir. 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və Baş Elmi katibi seçilib.
Əhəd Hüseyni
Əhəd Hüseyni (d. 14 avqust, 1944, Təbriz, İran) — Cənubi Azərbaycanlı heykəltaraş və rəssam.İtaliya və Fransada heykəltaraşlıq dərsi almışdır. Əhəd Hüseyni 1944-cü ildə Qərbi Azərbaycan ostanının Təbriz şəhərində anadan olmuşdur. 2 illik hərbi xidmətini Xəzər sahillərindəki ucqar kənddə əsgər-müəllim olaraq etmişdir. Buradakı sakit və məşğuliyyətsiz zamanı çox olduğu üçün heykəltaraşlıqla məşğul olmağa başlamışdır. Onun ilk əsərləri Albert Eynşteynin, Bertrand Rasselin, Bethovenin və doktor Albert Şveytserin heykəlləri olmuşdur. Hərbi xidmətini tamamladıqdan sonra qısa müddət Pərviz Tanavolinin Tehrandakı atelyesində çalışmışdır. 1972-ci ildə İtaliyadakı İncəsənət Akademiyasında (Accademia di Belle Arti) təhsil almışdır. Təbrizə geri döndükdən sonra mütəmadi şəkildə heykəltaraşlıqla məşğul olan Əhəd Hüseyni bu dövrdə 12 heykəldən ibarət olan və "Səfalət zəncirləri" adlanan əsərini yaratmışdır. O, bu əsərini Azərbaycan muzeyinə hədiyyə etmişdir.
Əhəd Kərimov
Əhəd Əli oğlu Kərimov (1940, Umudlu, DQMV – 2006 və ya 2007) — Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Şuşa Rayon, Laçın Rayon (1980-1983), Ucar Rayon və Bərdə Rayon komitələrinin birinci katibi. Əhəd Kərimov 1940-cı ildə Umudlu kəndində anadan olmuşdur. Əhəd Kərimov sırası ilə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon, Laçın Rayon (1980-1983), Ucar Rayon və Bərdə Rayon komitələrinin birinci katibi olmuşdur. Əhəd Kərimov 1980-ci ildə 312 nömrəli Laçın seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı seçilmiş, parlamentdə Xalq maarifi və elm komissiyasının üzvü olmuşdur.
Əhəd Muxtar
Əhədulla Muxtar oğlu Qənbərov (1937, Kakalos, Astara rayonu – 1998) — Azərbaycan şairi, tərcüməçi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Erkən yaşdan ədəbi yaradıcılığa, poeziyaya meyillənib. Əsərləri dövri mətbuatda 1950-ci illərin sonlarından işıq üzü görməyə başlayıb. “Şəfəq seli” (1969), “And iç” (1977), “Salam, insanlar!” (1979), “Qönçələr açılır” (1983), “Doğmalıq” (1985), “Dünya yaman dünyadır” (1989) adlı şeir kitabları çap olunub. “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri (1967-1979), məsul katib (1979-1998) vəzifələrində çalışıb. Boleslav Prusun “Firon”, Georgi Markovun “Sibir” (Yasif Nəsirli ilə birgə), Çingiz Abdullayevin “Əclafların qanunu” romanı kimi məşhur əsərləri Azərbaycan dilinə tərcümə edib. Əhəd Muxtar 1937-ci ildə Astara rayonunun Kokolos kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk kitabı "Şəfəq seli" 1969-cu ildə çap olunub.
Əhəd Nəbiyev
Nəbiyev Əhəd Əli oğlu (1948, Səfərəliyev) — biologiya elmləri doktoru (1993), professor. 1948-ci ildə Samux rayonunda anadan olub. 1966-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasına daxil olmuş və 1972-ci ildə həmin ixtisas üzrə institutu əla qiymətlərlə bitirmişdir. 1978-ci ildə Azərbaycan Texnologiyası İnstitutunda laboratoriya müdiri kimi işə başlamışdır. 1983-cü ildə namizədlik, 1993-cü ildə doktorluq disertasiyalarını müdafiə etmişdir. Onun tədqiqat işlərinin hamısı bilavasitə şərabçılıqla bağlıdır və onların əsas məqamları aşağıdakılardır; İntroduksiya olunmuş texniki üzüm sortlarından müxtəlif növ şərab hazırlanması texnologiyasının istiqamətinin müəyyənləşdirilməsi; Konyak spirtinin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə ilk dəfə olaraq yeni texnologiya əsasında konyak-şərab materialı istehsalı texnologiyası; Süfrə üzüm sortlarının məhsulunun uzun müddət keyfiyyətli saxlanmasının biokimyəvi əsasları. Müəyyən olunmuşdur ki, fenol maddələri ilə zəngin olan üzüm sortları saxlanma üçün daha yararlıdır. Üzümün saxlanmasında fenol maddələrinin antioksidant və antimikrob xassələri tədqiq edilmişdir.
Əhəd Rəhmanzadə
Əhəd Əliəhməddin oğlu Rəhmanzadə — iqtisad elmləri doktoru, professor. Rəhmanzadə Əhəd 1939-cu ildə Tehranda doğulmuşdur. Bonn Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Rəhmanzadənin ailəsi 30-cu illərdə sovet vətəndaşlığı olmadıqlarına görə Bakıdan İrana deportasiya olunmuşdur. Əhəd burada doğulub təhsil almışdır. 1959-cu ildə Köln şəhərinə gələrək bir il hazırlıq kursunda oxuduqdan sonra ali məktəbə qəbul olunmuşdur. Universiteti fərqlənmə ilə bitirdikdən sonra ona Bonn və Kassel universitetlərinin iqtisad fakültələrində dərs demək təklif olunmuşdur. 1974–1979-cu illərdə Ə.Rəhmanzadə eyni zamanda Almaniya federativ respublikasının iqtisadi inkişaf nazirliyində başekspert olur. O, çoxsaylı elmi əsərlərin, habelə "İnkişaf edən ölkələrin iqtisadiyyatı", "Dünyaərzaq balansı", "Üçüncü dünya ölkələri iqtisadi razılaşmaaxtarışları", "Üçüncü dünya ölkələrinin sosial-iqtisadi inteqrasiyası", "Üçüncü dünya ölkələrinin siyasi razılaşma axtarışları" kimi 10-dan artıq monoqrafiyanın müəllifidir. Əhəd Əliəhməddin oğlu Rəhmanzadənin qardaşlarından biri, Rəhim Əliəhməddin oğlu görkəmli alman alimi, həkim-cərrah, tibb elmləri doktoru, professor, Ümumalman Cərrahlar Cəmiyyətinin prezidenti olmaqla, Berlində yaşayır.
Əhəd Yaqubov
Əhəd Ələkbər oğlu Yaqubov (1908, Bakı – 1979) — geologiya-mineralogiya elmləri doktoru (1941), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1947), akademik, ictimai xadim, pedaqoq. Əhəd Yaqubov Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Dağ-mədən fakültəsini Mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1941-ci ildə "Abşeron yarımadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Əhəd Yaqubov əmək fəaliyyətinə 1934-cü ildə SSRİ EA Azərbaycan filialında başlamışdır. O, palçıq vulkanlarının inkişaf etdiyi sahələrin stratiqrafiyası, tektonikası, neft-qazlılığı, qazların, neftlərin, lay sularının geokimyəvi xarakteristikası sahəsində tədqiqatlar aparmışdır. 1937–1941-ci illərdə SSRİ EA Azərbaycan filialının Rəyasət Heyəti sədrinin müavini işləmişdir. Habelə Əhəd Yaqubov Azərbaycan KP MK neft üzrə katibi vəzifəsini icra etmişdir. O, 25 ildən artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya və neft-qaz yataqlarının axtarışı kafedrasına rəhbərlik etmişdir. Əhəd Yaqubov 1944–1946-cı illərdə SSRİ-nin İran Səfirliyində məsləhətçi olmuş, daha sonra Azərbaycan KP MK neft sənayesi üzrə katibinin müavini və şöbə müdiri vəzifəsini təyin edilmişdir.
Əhəd İsmayılov
Əhəd Hüseyn oğlu İsmayılov (5 may 1918, Tovuz rayonu – 1986) — Azərbaycan alimi, texnika elmlər doktoru, professor. Ə. H. İsmayılov 1918-ci il may ayının 5-də Tovuzda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində təhsil almışdır. II Dünya müharibəsinin iştirakçısıdır. 1947-ci ildən Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda mühəndis və baş mühəndis vəzifələrində işləmişdir. 1955-ci ildə kimya elmlər namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1957-ci ildə böyük elmi işçi dərəcəsinə layiq görülmüşdür. 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi, 1965–1986-cı illərdə isə "Yanacaqların texnologiyası" laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. 1972-ci ildə "Karbamidin izopropil spirtdəki məhlulu ilə yanacaqların və az özlülüklü yağların deparafinsizləşməsi prosesinin sənayedə yaradılması, texnologiyasının işlənib hazırlanması və tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. Yanacağın və qazın texnologiyası ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.
Əhəd Əliyev
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.
Əl-Əhəd
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur.
Seyid Mir Əbdül Əhəd xan
Seyid Mir Əbdül Əhəd xan (27 mart 1859, Buxara – 10 dekabr 1910, Nəvai vilayəti) – Buxara əmirliyinin əmiri (1886–1910). Seyid Mir Əbdül Əhəd xan atası Müzəffər xan vəfat etdikdən sonra Buxaraya rəhbərlik etmişdir. Sözün əsl mənasında dövrün tələblərinə uyğun olaraq "Rusiyanın dostu" idi. Rus-yapon müharibəsində milyon rubl yardım göstərən Əbdül Əhəd xan 25 il hakimiyyətdə olmuşdur. Avropa səviyyəsində təhsil almasa da rusca oxuyub-yaza bilirdi. 1910-cu ilə qədər Buxaraya əmirlik edən Əbdül Əhəd xan böyrək xəstəliyindən vəfat etmişdir. Seyid Mir Əbdül Əhəd xan hər il Qafqaza müaəlicəyə gələrdi. Tez-tez də yolüstü Bakıda olardı. Bu səfərlərdən birini 1898-ci ildə fotoqraf Aleksandr Mişon kinokamera ilə lentə almışdır. Hətta o Hacı Zeynalabdin Tağıyevin qonağı da olmuşdur.