ƏLABBAS

Əli (bax) və Abbas (bax).
ƏQİL
ƏLAƏDDİN
OBASTAN VİKİ
Əlabbas Bağırov
Əlabbas Məmmədhüseyn oğlu Bağırov (5 may 1957, Nursu, Şahbuz rayonu)— yazıçı, publisist, esseist. 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2016-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Əlabbas Bağırov 1957-ci il mayın 5-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nurs kəndində anadan olub. Nurs kənd orta məktəbini bitirmişdir. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.1978-ci ildə əmək fəaliyyətinə Şahbuz rayonunun Mahmudava kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi başlamışdır. 1982-ci ildən sonra isə Bakı şəhər Tramvay-Trolleybus İdarəsinin yataqxanasında tərbiyəçi müəllim, Azərbaycan Dövlət Universitetinin nəşriyyatında korrektor (1985), redaktor, dövri nəşrlər redaksiyasının müdiri (1986–1994), Evraziya Mətbuat Fondunda koordinator (1995), Respublika Uşaq Təşkilatının orqanı "Arzu" qəzetində baş redaktor (1996) işləmişdir. Bakı şəhər metropolitenində mətbuat xidmətinin rəhbəri (1997–1998), on doqquz il(1999–2018-ci illərdə) Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentində dövlət qulluqçusu kimi istehlakçıların və sahibkarların məlumatlandırılması bölməsinin müdiri və mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. 2018-ci ildən Azərbaycan Dövlət Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəridir. Ailəlidir, üç övladı var. Ədəbi yaradıcılığa 1979-cu ildə povestlə ("Köhnə kişi") başlasa da, ilk mətbu əsəri 1981-ci ildə "Ulduz" jurnalında işıq üzü görən "Kişilik" hekayəsi olmuşdur.
Əlabbas Qədirov
Əliabbas Gülabbas oğlu Qədirov (13 fevral 1946, Bakı – 8 mart 2006, Bakı) — Azərbaycanlı aktyor, Azərbaycan SSR xalq artisti (1989). Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. On birinci sinfı 105 saylı məktəbdə bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub. Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının "Aydın" (Surxay), Hüseyn Cavidin "Azər", Afanasi Salinskinin "Təbilçi qız" (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb.
Əlabbas İsgəndərov
Əlabbas Qara oğlu İsgəndərov (20 noyabr 1958, Kürdlər, Ağdam rayonu – 4 mart 1992, Qazançı, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 20 noyabr 1958-ci il Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, cavanlığında Kolanı obasında ad-san çıxarmış, əyilməzliyi ilə hamının hörmətini qazanmışdır. 18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu. 1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o qəhrəmancasına həlak oldu. Evli idi, üç övladı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir.

Значение слова в других словарях