Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ələkbər
Ələkbər — kişi adı. Ələkbər Muradov — Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator. Ələkbər Quliyev — Azərbaycan alimi və dövlət xadimi, akademik, biologiya elmləri doktoru.
Sarı Ələkbər
Sarı Ələkbər (tam adı: Sarı İmamqulu oğlu Ələkbər; 1 iyul 1885, Yelizavetpol – 6 noyabr 1938, Qars, Qars ili) — Gəncə üsyanının təşkilatçılarından. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə taqım komandiri. Sarı Ələkbər 1874-cü il 1 iyul tarixində Gəncədəki Xəlfəli məhəlləsidə anadan olmuşdur. Azərbaycanın yaxın tarixində öz izi olan şəxsiyyətlərdən olan S. Ələkbər 1905-ci il azərbaycanlıların azadlıq hərəkatının ilkin çağlarından "Difai" milli təşkilatının üzvü olmuş, bir qədər sonra Gəncə Milli Komitəsinin aparıcı şəxslərindən olmaqla onun iki zərbə dəstələrindən birinə başçılıq etmişdir. Cəvahir xanımla ailə qurmuş S. Ələkbərin Qulu, İsmayıl adlı iki oğlu Briliant adlı qızı olmuşdur. Qızı Birilant Əsədulla Ağüzümün oğlu Lətif Ağüzümlə evlənmişdir. 1946-cı ildə anadan olmuş Başxanım 1931-ci ildə sürgün olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə taqım komandiri olmuş, daha sonra polis idarəsi rəisinin müavini işləmişdir. Gəncə üsyanının başçılarından biri Cahangir bəy Kazımbəy xatirələrində 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Balabağban məscidində partizan dəstələrinin rəhbərləri Sarı Ələkbər və Qaçaq Qəmbərlə üsyana başlamaq haqqında razılığa goldiklərini qeyd etmişdir. Üsyan zamanı qəhrəmanlıqlar göstərən San Ələkbər 11-ci Qırmızı ordu hissələrinin tərk-silah olunmasında fəal iştirak etmişdir.
Ələkbər Abdullayev
Ələkbər Axundov
Ələkbər Babazadə
Ələkbər Abbasəli oğlu Babazadə (1893-1943) — Dilimizin görkəmli tədqiqatçısı, dilçi, müəllim. 1893-cü ildə Gəncədə anadan olub. İlk təhsilini 8 illik məktəbdə almışdır. 1943-cü ildə Bakıda vəfat edib. 1912-1924-cü illərdə "Tovfiq" məktəbində və Gəncənin müxtəlif məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub. 1924-cü ildə Bakıya gəlir. Azərnəşrdə - Yeni Türk Əlifbası Mərkəzi Komitəsində müxtəlif vəzifələrdə işləməyə başlayır. Məşhur çuvaş alim Nikolay İvanoviç Aşmarinlə tanışlığı həyatında mühüm hadisə oldu. Aşmarinin məsləhəti ilə Ə.Babazadə "Azərbaycan türklərinin xalq dialektləri lüğəti" üçün material toplamağa başlayır. 1929-1933-cü illərdə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətinin birinci dərəcəli elmi əməkdaşı kimi işə başlayır.
Ələkbər Bayramov
Ələkbər Bayramov (Bayramov Ələkbər Əzizağa oğlu; 10 aprel 1959, Ocaqlı, Astraxanbazar rayonu) — Rusiya alimi; Tibb elmləri doktoru, professor. Kliniki endikrinologiya elmi‑tədqiqat laboratoriyasının müdiri. V.A.Almazov adına ürək, qan və endikrinologiya Federal Mərkəzinin Endikrinologiya İnstitutu direktorunun elmi iş üzrə müavini, Androloq-endokrinoloq həkim. Rusiya Psixoneyroendokrinoloqlar Cəmiyyətinin, Avropa Neyroendokrinoloqlar Cəmiyyətinin üzvü. Bayramov Ələkbər Əzizağa oğlu 1959-cu il aprelin 10-da Azərbaycan Respublikası Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olub. 1986-cı ildə Leninqrad Sanitar-Gigiyena Tibb İnstitutunu (LSGTİ) (sonradan İ.İ.Meçnikov adına Sankt-Peterburq Dövlət Tibb Akademiyası, hazırda İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti) fərqlənmə ilə bitirib. 1987-2009-cu illərdə Rusiya Tibb Elmləri Akademiyasının akademiki F.Q.Uqlovun akademik İ.P.Pavlov adına Leninqrad Tibb İnstitutunun subordinatorlar üçün hospital cərrahiyyə kafedrası nəzdindəki akademik qrupunda kardiologiya üzrə elmi işçi vəzifəsində çalışıb. 1987-ci ildə Ə.Bayramov klinik kardiologiya üzrə ixtisaslaşma keçib. 1991-ci ildə “ürək-damar cərrahiyyəsi” və “farmakologiya” ixtisasları üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Cərrahi müalicə etapında gecikmiş mərhələdə olan birləşmiş mitral ürək qüsurlu xəstələrdə miokardın metabolik pozulmasının qiymətləndirilməsi və onların farmakokorreksiyası” mövzusunda dissertasiya müdafiə edib. 2000-2005-ci illərdə Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Eksperimental Tibb İnstitutunun S.V.Aniçkov adına neyrofarmakologiya şöbəsində çalışarkən “Cinsi funksiyanın mərkəzi holinerjik tənzimlənməsi mexanizmləri” mövzusunda doktorluq dissertasiyası üzrə elmi işini yerinə yetirib.
Ələkbər Cabbarov
Cabbarov Ələkbər Məmmədəli oğlu (3.1.1898, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. I Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini təbiət elmləri sahəsində davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ələkbər Cahangirov
Ələkbər Məhəmməd oğlu Cahangirov (Aşağı Noxudlu, Salyan rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Komandanı, xüsusi təyinatlı hərbi hissə komandiri, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Ələkbər Cahangirov Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. Azərbaycan Ordusunun polkovniki olan Ələkbər Cahangirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi hissə komandiri olaraq iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Ələkbər Cahangirov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Ələkbər Eminov
Ələkbər Əli oğlu Eminov (1908, Göyçay) — Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi. Ələkbər Əli oğlu Eminov 1908-ci ildə Göyçay rayonunda bənna ailəsində anadan olmuşdur. O, 1922-ci ildə birinci dərəcəli məktəbi bitirmiş, 1924-cü ildə isə Göyçay da olan ikinci dərəcəli məktəbə daxil olsa da təhsili yarımçıq qalmışdı. Ələkbər Eminov gənc yaşlarına komsomol üzvü olmuş, əvvəlcə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Göyçay okruq komitəsinin təlimatçısı, sonra pioner şöbəsinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Ələkbər Eminov 1932-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul edilmiş və Stalin adına pedrabfakda (altı aylıq kurs) təhsil almışdı. 1932-1936-cı illərdə Göyçayda komsomol təşkilatında müxtəlif vəzifələrdə işləmişdir. O, 1936-1938-ci illərdə Naxçıvan vilayət komsomol komitəsinin birinci katibi kimi çalışmışdır. 1938-ci ilin mayında Ələkbər Eminov Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi seçilmişdir. O, həmin ildə Ali Sovetə keçirilən seçkilərdə deputat mandatı da qazanmışdır. 1941-ci il yanvarın 6-da Stalin adına pedaqoji məktəbin akt zalında müəllimlərin yanvar müşavirəsi keçirilir.
Ələkbər Eyvazov
Ələkbər Heydəri
Ələkbər Heydəri (? — ?) — Əkinçi məktəbinin banilərindən biri, jurnalist. "Əkinçilər" məktəbinin banilərindən olan Ələkbər Heydəri qəzetin nəşri dövründə Mahaç-Qalada yaşayırdı. O, 1879-cu ildə Bakıya köçərək səfarətxanada qulluq etmişdi. Heydərinin qəzetdə dərc olunan kəskin yazısı təhsil müəssisələrində dini elmlərlə yanaşı, dünyəvi elmlərin tədrisi ilə bağlıdır ki, bu da kifayət qədər ciddi polemika doğurdu. Bu məqalə "Əkinçi"nin 10-cu sayında işıq üzü görmüşdü. Qəzetin 11-ci sayında Əhsənül-Qəvaid müəllifin fikri ilə həmrəy olduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi elmlərin tədrisini vacib hesab etmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund Əhməd Hüseynzadə polemikaya qatılmış, öz düşüncələrini bildirmişdi. Ümumən Heydərlinin bu məqaləsinə cavab olaraq "Əkinçi"də 15-dək yazı nəşr olunmuşdu.
Ələkbər Hüseynov
Ələkbər Adıgözəl oğlu Hüseynov və ya Ələkbər əmi (7 iyul 1961, Bakı – 2 avqust 2007, Bakı) — Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub. Ələkbər Hüseynov 1961-ci ildə Bakıda anadan olub. 1978–1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layıq görülüb. Beynəlxalq festivallarda iştirak edib.
Ələkbər Hüseynzadə
Ələkbər Hüseyn oğlu Hüseynzadə (3 oktyabr 1887, Bakı – 4 noyabr 1967, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1957). Ələkbər Hüseynzadə 3 oktyabr 1887-ci ildə Bakıda zərgər ailəsində doğulub. Beş il mollaxanada oxuyub və sonra rus-tatar məktəbində təhsilini davam etdirib. İlk dəfə səhnə müəllimi Səməd bəy Hacıəliyevin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun quruluşunda "Tamahkarlıq düşmən qazanır" (Vasaq Mədətov) tamaşasında Molla Cəbi rolunda çıxıb. Bu gündən sonra müxtəlif teatr truppalarında çıxış edən Ələkbər Hüseynzadə əsasən komediya aktyoru kimi tanınıb. Ələkbər Hüseynzadə 1913-cü ildə tamaşaya qoyulan "Arşın mal alan"da Soltan bəyin ilk ifaçısı kimi böyük şöhrət qazanmış və uzun illər həmin rolun ən yaxşı yaradıcısı olmuşdur. "Arşın mal alan" filmində də Soltan bəy roluna məhz o çəkilib və bu rola görə Stalin mükafatına layiq görülüb. Aktyor "Nicat" və "Müdiriyyət" truppalarında dramatik rollarla yanaşı, musiqi əsərlərindən "Məşədi İbad"da Hambal və Məşədi İbad, Zülfüqar bəy Hacıbəyovun "Ər və arvad"ında Kəblə Qubad rollarını da oynayıb, müxtəlif operalarda da çıxış edib. 1920-ci ilin mayında bugünkü Milli Dram Teatrı yenidən formalaşanda onun truppasına Ələkbər Hüseynzadə də daxil olub. Yaradıcılığı əsasən realizmi, səmimiyyəti və həyatiliyi ilə səciyyəvi olan aktyorun çoxsaylı rollarından bunları xüsusi göstərmək olar: Hacı Qara və Kərəməli ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Şeyx Nəsrulla və Hacı Həsən ağa ("Ölülər", Mirzə Cəlil Məmmədquluzadə), Həsən ("Ac həriflər"), Hacı Fərzəli ("Dursunəli və ballıbadı", Sultanməcid Qənizadə), Molla Cəbi ("Molla Cəbi", Mirmahmud Kazımovski), Təlxək və Hacı Səməd ağa, Kərbəlayı Bəndəli və Mirzə Qoşunəli ("Pəri cadu" və "Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Hüseynqulu, Hacı Salman, Hacı Məmmədhüseyn və Məşədi Cavad ("Dövlətibisəmər", İsmayıl Rüstəmbəyov), Yolçu, Ədhəm xan və Şah Sultan Hüseyn xan ("Nadir şah", Nəriman Nərimanov), İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), Serqo ("Şeyx Sənan", Hüseyn Cavid), Zabit və Abdulla çavuş ("Vətən", Namiq Kamal), Qraf İqnatov ("Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Yuhan, Saman ("Ərmənusə" və "Xalid ibn Valid", Yusif Talıbzadə), "Boqdan ("Tamahkarlıq", Əhməd Qəmərli), Lodoviqo ("Otello", Uilyam Şekspir), Molla Nəsrəddin ("Molla Nəsrəddin", Qulamrza Şərifzadə), Əmir ("Yezid ibn Müaviyyə", Mehdi Hacıbababəyov — Hacınski), Türen ("1812-ci il" və yaxud "Moskva yanğını", Baxmetov), Şeyxülislam, ("Köhnə Türkiyə", Rza Zaki Lətifbəyov), Kərbəlayı Vəli ("Pulsuzluq", İvan Turgenevdən təbdil edəni Ceyhun Hacıbəyli), Yuvil ("Uriel Akosta", Karl Qutskov), Babakişi, Hacı Əhməd, Allahverdi ("Sevil", "Almaz" və "1905-ci ildə", Cəfər Cabbarlı).
Ələkbər Həsənov
Ələkbər Ağasəf oğlu Həsənov — texnika üzrə elmlər doktoru, Professor, “Tərəqqi” medalı mükafatçısı. Həsənov Ələkbər Ağasəf oğlu 19 oktyabr 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri, Yasamal rayonu 173 saylı orta məktəbi gümüş medalla bitirmişdir. Həmin ildə Neft və Kimya İnstitutunun (hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) kimya-texnologiya fakultəsinə qəbul olunmuş, 1971-ci ildə həmin institutun “Neft və qaz emalının kimyəvi texnologiyası” ixtisasını bitirmişdir. 1971-ci ildə AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış, 1973-cü ildə institutun əyani aspiranturasına qəbul olunmuş, oranı bitirdikdən sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1980-cı ildə Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ildə müsabiqə yolu ilə Azərbaycan Neft və Kimya İnstitutuna assistent vəzifəsinə işə qəbul olunmuşdur. 1989-1999-cu illər Əlcəzair Xalq Demokratik Respublikası, Setif Universitetində professor kimi fəaliyyət göstərmişdir. 1981-2010-cu illərdə ADNSU-nun “Kimya texnologiyasının mühəndislik əsasları” kafedrasında assistent, dosent vəzifələrində, 2010-2016-cı illərdə “Faydalı qazıntı yataqlarının işlənməsi” kafedrasının müdiri vəzifəsində çalışmış, 2016-cı ildən “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasına rəhbərlik edir. 2015-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Azərbay-can Respublikası Prezdenti yanında Ali Attestasiya Komissiyasının 22 yanvar 2016-cı il tarixli qərarı ilə Həsənov Ələkbər Ağasəf oğluna texnika elmləri doktoru elmi dərəcəsi verilmiş, 2016-cı ildən o, professor vəzifəsində çalışır.
Ələkbər Həsənzadə
Ələkbər Əliheydər oğlu Həsənzadə (8 noyabr 1939, Bakı - 1 iyul 2019, Sankt-Peterburq) — "Lenfilm" kinostudiyasının səs rejissoru, Rusiya Federasiyasının dövlət mükafatı laureatı, "Nika" mükafatı laureatı, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Sankt-Peterburq Kino və Televiziya Universitetinin professoru, akademik. Ələkbər Əliheydər oğlu Həsənzadə 8 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olub. Atası Əliheydər Həsənzadə və anası Rüxsarə Ağayeva teatr aktyorları və 1930-cu illərdə Azərbaycanın bir sıra bölgələrində teatr sənətinin təbliği və inkişafı yönündə fəaliyyət göstərən sənət xadimləri idilər. Ə. Həsənzadənin təhsil aldığı 1 nömrəli məktəb o vaxtlar el arasında "Bağırov məktəbi" adlanırdı. Bura orta ümumtəhsil ocağı olmaqla yanaşı, həm də Suvorov məktəbi, ya da sonralar Azərbaycanda yaradılmış Naxçıvanski adına Hərbi Məktəb kimi, gənc hərbçilər hazırlayırdı. Ələkbər Həsənzadə də o dövrün əksər oğlan uşaqları kimi, təyyarəçi olacağı arzulayırdı. İş elə gətirdi ki, məzun olmaqlarına 3 il qalmış məktəbi bağladılar. Onda Ələkbər iki sinif yuxarıda oxuyan yoldaşı ilə qaçıb İrəvana getdi. Orda təyyarəçilər hazırlayan ixtisaslaşmış məktəbə daxil oldu. Təlimlərin birində hətta ayağını möhkəm zədələndi də.
Ələkbər Həşimov
Ələkbər Ələsgər oğlu Həşimov (15 avqust 1951, Rəbənd, Zəngilan rayonu) — Zəngilan rayonu İcra Hakimiyyətinin başçısı (1996–1998). Ələkbər Həşimov 1951-ci ildə Zəngilan rayonunun Rəbənd kəndində doğulub. 1969-cu ildən Bakı şəhərində yaşayır. İxtisasca inşaatçı mühəndisdir. Atası Sosialit Əməyi Qəhrəmanı olmuşdur. 2 oğul,1 qız övladı var. 30 mart 1996-cı il tarixində Zəngilan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. 26 avqust 1998-ci ildə işdə ciddi nöqsanlara yol verdiyinə görə Zəngilan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir. 12 il müddətinə həps edilmişdir. 18 mart 2008-ci il Əfv sərəncamıyla azadlığa çıxmışdır.
Ələkbər Kazımovski
Ələkbər Rauf oğlu Kazımovski (10 iyul 1953 – 19 sentyabr 2016) — Azərbaycan rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). Ə.Kazımovski "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi olub. Rejissor kimi uzun illər AzTV-də çalışıb. Ə.Kazımovski rejissor Rauf Kazımovskinin oğludur. 4 noyabr 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 19 sentyabr 2016-cı ildə aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində Kazımovskinin vəziyyəti qəfil pisləşmiş və rejissor dünyasını dəyişmişdir. Adı sənin, dadı mənim (film, 1980)(tammetrajlı televiziya tamaşası)(Aztv) Dahilərin divanı (veriliş, 2007) Gülüş sanatoriyası (film, 1989) Kənddən gələn var (film, 1997) Kənddən gələn var.
Ələkbər İmaməliyev
Ələkbər İmaməliyev (3 dekabr 1966) — Azərbaycanı təmsil edən taekvondoçu və məşqçi. Ələkbər İmaməliyev 1996-cı ildə Finlandiyada baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da o, bu idman növü üzrə Avropa Çempionatının medalına sahib olan birinci azərbaycanlı idmançı oldu. Karyerasını başa vurandan sonra məşqçi olaraq çalışan Ələkbər İmaməliyev 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 2016-cı ildə isə "Tərəqqi" medalı ilə təltif edildi.
Ələkbər Qəmərli
Ələkbər Yusif oğlu Qəmərli (12 dekabr 1950, Naxçıvan) — Azərbaycan Respublikası İqtisad Məhkəməsi sədrinin birinci müavini; Birinci ixtisas dərəcəli hakim (1993). 12 dekabr 1950-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. 1967-ci ildə Naxçıvan şəhəri 1 saylı orta məktəbi bitirmişdir. 1969–1971-ci illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidmət etmişdir. 1972–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1984-cü ildə SSRİ Ədliyyə Nazirliyinin ədliyyə işçilərinin Ümumittifaq Təkmilləşdirmə İnstitutunda ixtisasını artırmış, 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasının dövlət idarəçiliyi ali rəhbər işçilərinin ixtisasartırma instututunu bitirmişdir. 1976-cı ildən 1981-ci ilədək Azərbaycan SSR Ədliyyə Nazirliyində baş məsləhətçi, 1981-ci ildən 1987-ci ilədək isə Azərbaycan SSR Dövlət Arbitrajında dövlət arbitrı vəzifələrində işləmişdir. 30 dekabr 1987-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan SSR Baş Dövlət Arbitrının müavini, 1992-ci ilin iyun ayından Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin birinci müavini, 1995-ci ildən isə Azərbaycan Respublikası İqtisad Məhkəməsi sədrinin birinci müavini seçilmişdir. 6 dekabr 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə qanunla hakimlər üçün müəyyən olunmuş birinci ixtisas dərəcəsi verilmişdir. 2000-ci ilin iyul ayında səlahiyyət müddəti bitdiyi üçün vəzifədən azad olunmuşdur.
Rafiq Ələkbər
Rafiq Ələkbər - Türk dünyasının Fəxri Ziyalısı, Yazıçı və Prokuror 2017-ci ildə Türkiyədə çap edilən “İrfani aşk” şeirlər kitabına görə Beynəlxalq Qızıl Ulduz medalı ilə təltif edilmişdir. == Həyatı == Rafiq Əliyev 25 aprel 1964-cü ildə Yardımlı rayonunun Alar kəndində anadan olmuşdur. 1971-ci ildə həmin kənddə orta məktəbdə oxumağa başlamış, 1981-ci ildə orta təhsilini başa vurmuşdur. 1982-1984-cü illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbul olunmuş, bu orqanın müxtəlif sahələrində prokuror vəzifəsində çalışmış, ədliyyə müşaviri rütbəsinə qədər yüksəlmişdir. == Fəaliyyəti == Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü olmuşdur. Assosiasiyanın təşkil etdiyi elmi kurslarda müvəqqəqiyyətlə iştirak etmiş, fəaliyyəti müsbət qiymətləndirilmişdir. === Elmi fəaliyyəti === Ədəbi yaradıcılıqla keçən əsrin 80-cı illərində məşğul olmağa başlamışdır. 1999-cu ildə “Səndən ayrılanı, səndən küsəni” adlı ilk şeir kitabı çapdan cıxmışdır.
Ələkbər Murad
Ələkbər Muradov — Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator. Azərbaycanın əməkdar incəsənət xadimi (2005). Ələkbər Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966–1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973–1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləmişdir. Ələkbər Muradov 1 avqust 2013-cü ildə vəfat etmişdir. Kinomexanik Yunus Muradovun oğludur. Rejissor Murad Muradovun atasıdır. 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Ələkbər Muradov
Ələkbər Muradov — Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator. Azərbaycanın əməkdar incəsənət xadimi (2005). Ələkbər Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966–1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973–1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləmişdir. Ələkbər Muradov 1 avqust 2013-cü ildə vəfat etmişdir. Kinomexanik Yunus Muradovun oğludur. Rejissor Murad Muradovun atasıdır. 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Ələkbər Musayev
Ələkbər Məmmədov
Ələkbər Məmmədov (tam adı: Ələkbər Əmir oğlu Məmmədov; rus. Мамедов Алекпер Амирович; 9 may 1930, Bakı – 28 iyul 2014, Bakı) — sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor, "Şöhrət" və "Aleksandr Nevski" ordeni laureatı. Məmmədov Bakının "Neftyanik" (1948-1953, 1960-1961), və Moskvanın "Dinamo" (1953-1959) komandalarında hücumçu mövqeyində çıxış edib. O, SSRİ yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. "Dinamo"nun heyətində dörd dəfə — 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. İki dəfə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında qərarlaşıb (1956, 1957). SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır. Məmmədov 1963-1965 və 1971-1972-ci illərdə "Neftçi" komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi olaraq fəaliyyət göstərmiş, Azərbaycanda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynamışdır. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.
Ələkbər Məmmədxanov
Məmmədxanov Ələkbər (1875, Naxçıvan – 1920, Bakı) – dövrünün ziyalısı, Zaqafqaziya (Qori) Müəllimlər seminariyasında təhsil almışdır. Mühəndis. 1884-cü ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş, lakin təhsil haqqını ödəyə bilmədiyindən seminariyadan çıxarılmışdır. Sonralar Xarkov Universitetində təhsil alaraq mühəndis ixtisası qazanmış, Bakıda Musa Nağıyevin şirkətində neft mühəndisi işləmişdir. Bəhailik təriqətinin tarixi və fəlsəfəsini öyrənmiş, bu sahədə Qafqazda çap olunmuş əsərləri, o cümlədən Atropet adlı müəllifin "İmamat" kitabını avtoqrafla məşhur rus yazışısı Lev Tolstoyagöndərmişdir. L.Tolstoy şəxsiyyətinə, irsinə və fəlsəfi görüşlərinə rəğbət bəsləmiş, onunla məktublaşmışdır. Şeyx Bəhaullanın "İşıq" əsərini və bir sıra digər əsərləri rus dilinə tərcümə edərək Yasnaya Polyanaya göndərmişdir. Məmmədli Q. Molla Nəsrəddin (salnamə),B., 1984. Həbibbəyli İ. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Fazil Ələkbərov
Fazil Nəriman oğlu Ələkbərov (1971, Arbatan, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (2017–2021), general-leytenant. == Həyatı == 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Arbatan kəndində anadan olmuşdur. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1990–1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1992–2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ayrı-ayrı struktur qurumlarında müxtəlif vəzifələrdə işləmişdir. 2010–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 2015–2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 343 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi, 2016-cı il 3 fevral tarixli 1765 nömrəli Sərəncamı ilə general-mayor, 2018-ci il 29 iyun tarixli 261 nömrəli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin 2017-ci il 25 avqust tarixli 80-VFR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. 4 noyabr 2021-ci ildə vəzifəsindən azad edilmişdir. == Təltifləri == Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 364 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 18 mart tarixli 1119 nömrəli Sərəncamı ilə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı, 2017-ci il 27 mart tarixli 2765 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Fikrət Ələkbərov
Fikrət Ələkbərov (18 fevral 1946, Bakı) — rəssam, aktyor, rəssam assistenti, Azərbaycan Respublikasının əməkdar rəssamı (2008). == Həyatı == 18 fevral 1946-cı ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə rəssamlıq məktəbinin rəngkarlıq şöbəsinə daxil olmuşdur. 1967-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, 1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstititunun rəssamlıq fakültəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə filmdə quruluşçu rəssam, həm də geyim uzrə rəssam olmuşdur. 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Kinooperator Ağa Zeynal Ələkbərovun oğludur. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet-Mozalan № 161) — rəssam Arxadan vurulan zərbə (film, 1977) Atamın sənəti (film, 1980) Avqust gələndə (film, 1984) Beş nömrəli kameranın məhbusu (Türkiyə) Bir anın həqiqəti (film, 2003) Bir nömrəli… (film, 1980) Bombardıman (film, 1991) Böyüyəndə bilərsən… (film, 1981) Cazibə qüvvəsi (film, 1985) Cəza (film, 1986) Çarə (film, 1981) Dərviş Parisi partladır (film, 1976) DHD (film, 1982) Dua (film, 1982) Ekskursiya (film, 1991) Evlənmək istəyirəm (film, 1983) Əbədi mühərrik (film, 1985) Əhməd haradadır? (film, 1983) Əlavə təsir (film, 2010) Əlvida (film, 2007) Fədailər (film, 1986) Gedərgəlməz (film, 1984) Gedərsən bizə… (film, 1990) Gənc qadının kişisi (film, 1988) Gethagetdə (film, 1983) Girişmə, öldürər!
Füzuli Ələkbərov
Füzuli Ələkbərov (1958, Saltaq, Culfa rayonu) — Azərbaycan Respublikasının keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri. == Həyatı == Füzuli Ələkbərov 3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib. Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Rus, türk və ingilis dillərində sərbəst danışır. Ailəlidir, dörd övladı var. İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Ələkbərovun qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == Füzuli Ələkbərov Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987–1991-ci illərdə "Sputnik" Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb. 1992–2006-cı illərdə "İmproteks" Şirkətlər Qrupunun prezidenti olub. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub.
Fərid Ələkbərli
Fərid Urxan oğlu Ələkbərli (3 yanvar 1964, Kirovabad – 7 aprel 2021) — tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, Beynəlxalq Tibb Tarixi Cəmiyyəti (ISHM) İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzüli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsinin müdiri. == Həyatı == Ələkbərli Fərid Urxan oğlu 1964-cü il yanvarın 3-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Bakı şəhər 134 №-li orta ümumtəhsil məktəbini bitirmişdir.1980-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş, 1986-cı ildə oranı bitirərək AMЕA Əlyazmalar Fonduna (hal-hazırda Əlyazmalar İnstitutu) təyinat almışdır. Orta əsr tibb əlyazmaları üzərində elmi tədqiqat aparmaq üçün ərəb və fars dillərini müstəqil öyrənmişdir. 1988-ci ildə Azərbaycan Xarici Dillər İnstitutu nəzdində ikiillik fars dili kurslarını bitirmişdir. 1988–1989-cu illərdə Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" (1712-ci il) və Məhəmməd Möminin "Töhfətül-möminin" (1669-cu il) əsərlərinin tədqiqi və tərcüməsi üzərində çalışmışdır. Əlyazmalar İnstitutunda fars, ərəb, azərbaycan dillərində yazılmış orta əsr tibb əlyazmaları üzərində geniş tədqiqat işi aparmışdır. 1992-ci ildə "Orta əsr (XII–XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir və biologiya elmlər namizədi (biologiya üzrə fəlsəfə doktoru) elmi dərəcəni almışdır. 1993–1994-cü illərdə Bakı Futurologiya Universitetində tibb tarixi, botanika və fitoterapiya üzrə mühazirələr oxumuşdur. 1993–1994-cü illərdə həmçinin Azərbaycan Respublikası Milli Məclisi nəzdində Sosioloji Tədqiqatlar Mərkəzində ekspert vəzifəsində çalışmışdır.
Fərid Ələkbərov
Hacı Ələkbər bəy Nəsirbəyov
Hacı Ələkbər bəy Atakişi bəy oğlu Nəsirbəyov (az. Hacı Ələkbər bəy Atakişi bəy oğlu Nəsirbəyov; 1857, Dədəli, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – 1923, Qaryagin, Qaryagin qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — qurucu, xeyriyyəçi, məmur, Hacı == Həyatı == Hacı Ələkbər bəy 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Dədəli obasında, Qarabağın zadəgan Nəsirbəyovlar ailəsində anadan olub. Molla yanında oxuyub, sonralar isə mükəmməl mədrəsə təhsili almışdı. Rus dilini kamil bilirdi. Quberniya katibi mülki çini vardı. Bakı qəzasında dövlət idarələrində məmur işləmişdi. Bir müddət Bakının ikinci sahəsinin pristavı olmuşdu. Həmin ərazidə asayişi qoruduğuna və cinayətkarlığı praktiki olaraq aradan qaldırdığına görə, hətta Bakı kəndlərində Ələkbər bəy haqqinda meyxanalar düzüb-qoşublar. O illərdə yayılmış bəzi məlumatlara əsasən, Rusiya çarının qardaşı Böyük knyaz Mixail Aleksandroviç Romanov Bakıya səfər edərkən onun ailə üzvlərindən birinə sui-qəsd cəhdi olur. Bu zaman mühafizənin təşkilində iştirak edən Ələkbər bəy ağciyərindən yaralanır, amma sui-qəsdin qarşısını alır.
Hacı Ələkbər məscidi
Hacı Ələkbər məscidi — 1890-cı ildə tikilmiş Füzulinin məscidi == Məscidin tikilməsi == Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889–1890-cı illərə uyğun gəlir. Bu dini ocaq Hacı Ələkbər məscidi adlandırılmışdır. Hacı Ələkbər xeyriyyəçi olduğundan o, bu məscidin inşası üçün vəsait ayıraraq, Şuşadan ustalar dəvət edib. Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin qənşərində dəfn etmişdir. == Məscidin vəziyyəti == 1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşmüşdür. == Mermarlıq xüsusiyyətləri == Memarın minarəsiz məscidləri sırasına daxil olan Hacı Ələkbər məscidinin plan quruluşu kvadrat şəklində həll olunub. Bu məscidin ibadət zalında memar dörd ədəd səkkizbucaqlı sütun düzməklə onu üç nüfə ayırmışdır. Mehrab ilə üzbəüz olan tərəfin ikinci mərtəbəsində qadınlar üçün xüsusi şüşəbənd inşa etməklə o öz ənənəsinə sadiq qalmışdır.
Hüseyn Ələkbərov
Hüseyn Xəlil oğlu Ələkbərov 16 iyul 1946-cı ildən 11 avqust 1948-ci ilədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur. Hüseyn Xəlil oğlu Ələkbərov 1913-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 7 illik məktəbini bitirdikdən sonra, 1928–1930-cu illərdə Gəncədə texnikumda oxumuşdur. 1930–1931-ci illərdə həmkarlar təşkilatında işləmiş, Dəstəfur (indiki Daşkəsən) rayon icraiyyə komitəsinin məsul katibi olmuşdur. 1931-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsinə daxil olmuş və 1935-ci ildə həmin fakültəni bitirmişdir. 1935–1937-ci illərdə Yevlax rayonunda xalq hakimi işləmiş, 1937–1946-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur. 1946–1948-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmişdir. 1985-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.
K.Ə.Ələkbərоv
Ələkbərov Kazım Əbdülmanaf oğlu (17 fevral 1909, Bakı – 12 sentyabr 1987, Bakı)— görkəmli torpaqşünas-eroziyaşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor (1960), AMEA müxbir üzvü (1968). == Həyatı == Kazım Ələkbərov 17 fevral 1909-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1929-cu ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra 1929- 1930-cu illərdə Bakıdakı M.Ə. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə daxil olmuşdur. 1931-1932-ci illərdə isə Tiflis şəhərindəki Zaqafqaziya Yeni Lifli Bitkilər İnstitutunun Aqrobitkilər şöbəsində oxuyaraq aqronomluq ixtisasına yiyələnmişdir. 1932-ci ildə Tiflisdə ali təhsilini başa çatdıran K.Ə. Ələkbərov torpaqşünas kimi 8 fevral 1932-ci il tarixdə "Zaqyenlitrest"də əmək fəaliyyətinə başlayır və dekabr ayına kimi burada işləyir. 1934-cü ildə K.Ə. Ələkbərov hərbi xidmətə çağırılır və Tiflis şəhərindəki hərbi məktəbin kursantı olur. 1939-cu ildə SSRİ EA-nın Azərbaycan Filialının Torpaqşünaslıq Bölməsində aspiranturaya daxil olur. Dissertasiya işini uğurla başa çatdırdıqdan sonra 1943-cü ilin 17 iyununda akademik İ.M. Qubkin adına Geologiya İnstitutunda "Stalin adına Samur-Dəvəçi kanalının istiqaməti boyu torpaq və süxurlar” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Elmi Şuranın qərarı ilə ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilir. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra K.Ə. Ələkbərov 1943-cü ilin 18 iyununda Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların genezisi və xəritələşdirilməsi laboratoriyasına baş elmi işçi vəzifəsinə seçilir.
Kamal Ələkbərov
Kamal Camal oğlu Ələkbərov (20 mart 1928, Füzuli, Azərbaycan SSR, SSRİ – 21 may 2009, Bakı, Azərbaycan) — Azərbaycanlı rəssam, heykəltaraş, Azərbaycan SSR əməkdar rəssamı (1982), Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı və yaradıcılığı == Kamal Ələkbərov 1928-ci il martın 20-də Azərbaycan SSR Füzuli şəhərində anadan olmuşdur. Ələkbərov ailəsi yoxsulluqda yaşayırdı.Ən nüfuzlu universitetin ən məşhur ustalarından öyrənmək üçün gecələr Kamal vaqonları boşaltmaqla çörək pulu qazanırdı. 1948-ci ildə Ələkbərov Azərbaycan Rəssamlıq Məktəbini bitirmişdir. Burada Ələkbərova SSRİ xalq rəssamı Pinxos Sabsay dərs deyirdi. 1948-ci ildən 1954-cü ilə qədər Vasili Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. 1953-cü ildən Kamal Ələkbərov sərgilərdə iştirak edirdi. Onun yaratdığı heykəltaraşlıq portretləri arasında "Neftçi" (gips, 1954), XII əsrin memarı Əcəmi Naxçıvani portreti (gips, 1955, Azərbaycan Milli İncəsənət Muzeyi; mərmər, 1958-59), "Qız" (mərmər, 1956, Azərbaycan Milli İncəsənət Muzeyi) "Partizan M. Seyidov" (bürünc, 1960), "Xanım" (ağac, 1961), "Balıqçılıq mahnı" (gips, 1962) və s. Həmçinin Ələkbərovun yaratdığı heykəltaraşlıq portretləri arasında Füzuli şəhərində Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya, Şamama Həsənovaya həsr olunmuş abidələr, Mərəzə şəhərində XX əsrin görkəmli maarifçi Aleksey Çernyayevskiya, Cəfər Cabbarlıya, yazıçı İlyas Əfəndiyeva, Azərbaycan Respublikasının Xalq Artistlərina Mirzəağa Əliyev, İsmayıl Dağıstanlı, Arif Məlikov və xalq rəssami Lətif Kərimova həsr olunmuş abidələri yaradıb. Kamal Ələkbərov monumental heykəllərin də müəllifidir.
Kamal Ələkbərov (heykəltəraş)
Kamal Camal oğlu Ələkbərov (20 mart 1928, Füzuli, Azərbaycan SSR, SSRİ – 21 may 2009, Bakı, Azərbaycan) — Azərbaycanlı rəssam, heykəltaraş, Azərbaycan SSR əməkdar rəssamı (1982), Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı və yaradıcılığı == Kamal Ələkbərov 1928-ci il martın 20-də Azərbaycan SSR Füzuli şəhərində anadan olmuşdur. Ələkbərov ailəsi yoxsulluqda yaşayırdı.Ən nüfuzlu universitetin ən məşhur ustalarından öyrənmək üçün gecələr Kamal vaqonları boşaltmaqla çörək pulu qazanırdı. 1948-ci ildə Ələkbərov Azərbaycan Rəssamlıq Məktəbini bitirmişdir. Burada Ələkbərova SSRİ xalq rəssamı Pinxos Sabsay dərs deyirdi. 1948-ci ildən 1954-cü ilə qədər Vasili Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. 1953-cü ildən Kamal Ələkbərov sərgilərdə iştirak edirdi. Onun yaratdığı heykəltaraşlıq portretləri arasında "Neftçi" (gips, 1954), XII əsrin memarı Əcəmi Naxçıvani portreti (gips, 1955, Azərbaycan Milli İncəsənət Muzeyi; mərmər, 1958-59), "Qız" (mərmər, 1956, Azərbaycan Milli İncəsənət Muzeyi) "Partizan M. Seyidov" (bürünc, 1960), "Xanım" (ağac, 1961), "Balıqçılıq mahnı" (gips, 1962) və s. Həmçinin Ələkbərovun yaratdığı heykəltaraşlıq portretləri arasında Füzuli şəhərində Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya, Şamama Həsənovaya həsr olunmuş abidələr, Mərəzə şəhərində XX əsrin görkəmli maarifçi Aleksey Çernyayevskiya, Cəfər Cabbarlıya, yazıçı İlyas Əfəndiyeva, Azərbaycan Respublikasının Xalq Artistlərina Mirzəağa Əliyev, İsmayıl Dağıstanlı, Arif Məlikov və xalq rəssami Lətif Kərimova həsr olunmuş abidələri yaradıb. Kamal Ələkbərov monumental heykəllərin də müəllifidir.
Kazım Ələkbərli
Məmmədkazım Ələkbərli (24 yanvar 1905, Dərbənd, Dağıstan vilayəti və ya Dağıstan – 12 oktyabr 1938 və ya 13 oktyabr 1938, Bakı) — Azərbaycan yazıçısı, tənqidçi, filosof, Azərbaycan Yazıçılar Birliyinin (AYB) ilk sədri (1934). == Həyatı == Məmmədkazım 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, Azərbaycan Dövlət Pedaqoyi İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923–1927). Moskvada Qırmızı Professorlar İnstitutunda təhsilini davam etdirmişdir (1930–1934). ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi". "Vışka" qəzetlərində baş redaktor olmuşdur. 21 oktyabr 1937-ci il, cümə axşamı siyasi repressiya dövründə güllələnmişdir. == Əsərləri == "İdealizm və materializm və yaxud yeni fəlsəfə" (1927). "Yeni əlifba və orfoqrafiya" (1929). "Azərbaycan ədəbiyyatı" (1935) kitablarının müəllifi olmuşdur.
Kazım Ələkbərov
Ələkbərov Kazım Əbdülmanaf oğlu (17 fevral 1909, Bakı – 12 sentyabr 1987, Bakı)— görkəmli torpaqşünas-eroziyaşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor (1960), AMEA müxbir üzvü (1968). == Həyatı == Kazım Ələkbərov 17 fevral 1909-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1929-cu ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra 1929- 1930-cu illərdə Bakıdakı M.Ə. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə daxil olmuşdur. 1931-1932-ci illərdə isə Tiflis şəhərindəki Zaqafqaziya Yeni Lifli Bitkilər İnstitutunun Aqrobitkilər şöbəsində oxuyaraq aqronomluq ixtisasına yiyələnmişdir. 1932-ci ildə Tiflisdə ali təhsilini başa çatdıran K.Ə. Ələkbərov torpaqşünas kimi 8 fevral 1932-ci il tarixdə "Zaqyenlitrest"də əmək fəaliyyətinə başlayır və dekabr ayına kimi burada işləyir. 1934-cü ildə K.Ə. Ələkbərov hərbi xidmətə çağırılır və Tiflis şəhərindəki hərbi məktəbin kursantı olur. 1939-cu ildə SSRİ EA-nın Azərbaycan Filialının Torpaqşünaslıq Bölməsində aspiranturaya daxil olur. Dissertasiya işini uğurla başa çatdırdıqdan sonra 1943-cü ilin 17 iyununda akademik İ.M. Qubkin adına Geologiya İnstitutunda "Stalin adına Samur-Dəvəçi kanalının istiqaməti boyu torpaq və süxurlar” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Elmi Şuranın qərarı ilə ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilir. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra K.Ə. Ələkbərov 1943-cü ilin 18 iyununda Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların genezisi və xəritələşdirilməsi laboratoriyasına baş elmi işçi vəzifəsinə seçilir.
Kazım Ələkbərov (general-polkovnik)
Kazım Ələkbərov — Rusiya Federasiyasının Federal İcra Hakimiyyəti Xidmətinin Moskva şəhəri üzrə rəisi, 1-ci dərəcəli Dövlət Ədliyyə müşaviri, Federal İcra Hakimiyyətinin əməkçisi, hüqüq elmlər namizədi, general-polkovnik. == Həyat və fəaliyyəti == Kazım Ələkbərov 21 noyabr 1960-cı ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Kiçik Vedi kəndində anadan olmuşdur. Uşaqlıq və məktəb illərini doğma kəndində keçirdikdən sonra 16 yaşında ikən Bakıya daha sonra isə Moskvaya yola düşür. Əvvəl hərbi xidmətini başa vurduqdan sonra Patris Lulumba adına Xalqlar Dostluğu Universitetinin tarix fakültəsini, daha sonra isə Moskva Dövlət Hüqüq Akademiyasının hüqüq fakültəsini bitirir. Kazım Ələkbərov qısa zamanda Moskvanın bir çox rayonlarında Məhkəmə İcraçıların rəisi vəzifəsinə yüksəlir.
Kənan Ələkbərli
Kərbəlayi Ələkbər Hacıyevin evi
Kərbəlayi Ələkbər Hacıyevin evi — Cəfər Cabbarlı küçəsi, 4 (keçmiş Şamaxinka küçəsi, 4) ünvanında yerləşən bina 1912-ci ildə tikilib. Binanın memarı A.Polyakovdur. Bu bina memarın Bakıdakı yeganə işidir. Keçmiş Şamaxinka küçəsi, 4 ( indiki Cəfər Cabbarlı küçəsi, 4) ünvanında yerləşən yaşayış evi (binanın digər fasadı keçmiş Kubinskaya indiki Zivər bəy Əhmədbəyov küçəsinə baxır) Kərbəlayi Ələsgər Hacıyevə məxsus olub. 1912-ci ildə tikilən binanın memarı A.Polyakovdur. Özünün həcmi-məkan göstəriciləri və Bakı moderninin ən yaxşı ənənələrindəki memarlıq həllinə görə bu üslubun maraqlı nümunəsidir. Üfüqi həcmdə həm flankir erkerlərin hissələrin, həm də arxaların şaquliyi stil motiv və elementlərin daha dəqiq vurğulanmış xarakteri üzə çıxır. Gözəl hazırlanmış portal və nəcib əhəngdaşından hazırlanmış şirlər-kronşteynlər fasadların həcmi plastikasına daxil olaraq memarlıq abidəsi sayılan yaşayış evinin kompozisiyasını gözəlləşdiriblər.
Kərbəlayı Mirzə Ələkbər Safi
Кərbəlayı Mirzə Ələkbər Safi (1840, Şuşa) — şair. == Həyatı == Kərbəlayı Ələkbər Safi 1840-cı ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Mərdinli obasındandır. İbtidai təhsilini əmisindən almışdı. Sənətkarlıqla məşğul idi. O, həm də şair idi. Safi təxəllüsü ilə şeirlər yazırdı. "Məclisi-fərəmuşan"ın üzvü idi. Təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Kərbəlayı Ələkbər Məşədi Məhəmmədhüseyn Qarabağinin oğludur və təxəllüsü Safidir. Mərhum Şəhidin qardaşı oğludur.
Kərbəlаyı Ələkbər Sаfi
Кərbəlayı Mirzə Ələkbər Safi (1840, Şuşa) — şair. == Həyatı == Kərbəlayı Ələkbər Safi 1840-cı ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Mərdinli obasındandır. İbtidai təhsilini əmisindən almışdı. Sənətkarlıqla məşğul idi. O, həm də şair idi. Safi təxəllüsü ilə şeirlər yazırdı. "Məclisi-fərəmuşan"ın üzvü idi. Təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Kərbəlayı Ələkbər Məşədi Məhəmmədhüseyn Qarabağinin oğludur və təxəllüsü Safidir. Mərhum Şəhidin qardaşı oğludur.
Lamiyyə Ələkbərova
Ələkbərova Lamiyyə Ələkbər qızı (d. 2 sentyabr 1973, Naxçıvan) — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən "Mədəniyyət" televiziya kanalının direktor müavini (2018), rejissor, teleaparıcı, 2023-cü ilin dekabr ayından etibarən MTV Azerbaijan kanalında Musiqi departamentinin direktoru. == Həyatı == === Təhsili === Lamiyyə Ələkbərova 2 sentyabr 1973-cü ildə Naxçıvan şəhərində anadan olub. 1980-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbinə daxil olub, 1990-cı ildə həmin məktəbi gümüş medalla bitirib və Naxçıvan Dövlət Musiqi texnikumuna daxil olub. 1994-cü ildə oranı qırmızı diplomla bitirib, elə həmin ildə Azərbaycan Dövlət Musiqi akademiyasına qəbul olmuşdur. 1998-ci ildə bu təhsil ocağını da qırmızı diplomla bitirmiş və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur. 2003-cü ildə buranı bitirmişdir. === Karyerası === Azərbaycan teleməkanında reklamlı verilişlərin təməlini qoyan aparıcı kimi tanınır. ==== AzTV ==== 1995-ci ildən 2006-cı ilə qədər Azərbaycan Televiziyasında (AZTV) rejissor və teleaparıcı vəzifələrində çalışmışdır. Moda verilişinin layihə rəhbəri və aparıcı olub.
Lətafət Ələkbərova
Lətafət Ələkbərova (tam adı: Lətafət Nadir qızı Ələkbərova) (21 iyul 1976, Bakı) — televiziya və radio aparıcısı, aktrisa və müğənni (1996-cı ildən). == Həyatı == Lətafət Nadir qızı Ələkbərova Bakıda doğulmuşdur. Orta təhsilini Nərimanov rayonu 39 saylı məktəbdə almışdır. Məktəb illərində çox fəal olan Lətafət məktəbdə keçirilən ictimai tədbirlərdə aparıcılıq etmiş, önəmli tədbirlərdə, şeir müsabiqələrində, olimpiyadalarda şəhər birinciliyi əldə etmişdir. Qarabağ müharibəsi illərində yaralı əsgərlərlə, veteranlarla görüşlərin keçirilməsində daim fəal iştirak etmişdir. 90-cı illərdə ölkənin ən populyar qəzetlərində vətənpərvərlik mövzularında məqalə və şeirləri dərc olunmuşdur. Bir övladı var (Rəna Cəfərzadə, 2007) == Təhsili == 1993 – 1997-ci illərdə yüksək nəticələrlə Bakı Slavyan Universitetinin Filologiya fakultəsinə qəbul olunaraq təhsilni davam etdirmişdir. Təhsil aldığı dövrlərdə müəllimləri SSRİ Xalq Artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının Akademiki, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Xalq Artisti Sabir Ələsgərovun, Əməkdar İncəsənət Xadimi, alim, Teleradio Akademiyasının rektoru Etibar Babayevin və Xalq Artisti, "Şöhrət" ordenli Vasif Babayevin rəğbətini qazanmışdır. Bütün bunların nəticəsi olaraq 1996-cı ildə o dövrdə ölkədə məşhur olan Sara TV-də aparıcı kimi fəaliyyətə başlamış, 1996 – 1999-cu illərdə bir çox televiziya və radio proqramlarında aparıcılıq etmişdir. 2003 – 2005-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir.
Mehman Ələkbərov
Mehman Ələkbərov (tam adı: Mehman Ələkbər oğlu Ələkbərov; 6 oktyabr 1957, Kirovabad – 4 iyun 1993, Gəncə) — Gəncə özünümüdafiə batalyonunun komandiri. 4 iyun Gəncə qiyamının şəhidi. == Həyatı və hərbi fəaliyyəti == Mehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib. 1990-cı ilin yanvarında Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak etmişdir. Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoymuşdu. Habelə, Mehman Ələkbərov öz Ağdərənin Qasaped, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib.
Mehriban Ələkbərov (əsgər)
Mehriban Ələkbərova
Mehriban Zaur qızı Ələkbərzadə (5 avqust 1965, Kirovabad) — Azərbaycan televiziya, teatr və kino rejissoru, ssenari müəllifi, film direktoru, televiziya aparıcısı, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024). Akademik Milli Dram Teatrının bədii rəhbəri (2023-cü ildən), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru (2022–2023), Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru (2017–2022). == Həyatı == Mehriban Zaur qızı Ələkbərzadə 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirmişdir. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilmişdir. İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun və E. Şabanovanın kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib. 1988-ci ildə diplom müdafiəsi kimi Azərbaycan Akademik Dram Teatrında J. P. Sartrın "Dəfn edilməmiş ölülər" tamaşasını hazırlayıb.
Mehriban Ələkbərzadə
Mehriban Zaur qızı Ələkbərzadə (5 avqust 1965, Kirovabad) — Azərbaycan televiziya, teatr və kino rejissoru, ssenari müəllifi, film direktoru, televiziya aparıcısı, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024). Akademik Milli Dram Teatrının bədii rəhbəri (2023-cü ildən), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru (2022–2023), Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru (2017–2022). == Həyatı == Mehriban Zaur qızı Ələkbərzadə 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirmişdir. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilmişdir. İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun və E. Şabanovanın kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib. 1988-ci ildə diplom müdafiəsi kimi Azərbaycan Akademik Dram Teatrında J. P. Sartrın "Dəfn edilməmiş ölülər" tamaşasını hazırlayıb.
Mikayıl Ələkbərov
Ələkbərov Mikayıl Məhəmməd oğlu (1924, Saray, Bakı qəzası – 13 oktyabr 1943, Verxnedneprovsk rayonu[d], Dnepropetrovsk vilayəti) — Sovet İttifaqı Qəhrəmanı Bakının indiki Abşeron rayonunun Saray kəndində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə könüllü getmişdir. Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə verməklə hücüm əməliyyatının qələbəsini təmin etmişdir. Ukraynanın Dnepropetrovsk vilayətinin azad edilməsi uğrunda aparılan döyüşlərdə düşmənin 14 hücumunun dəf edilməsində iştirak edərək, ağır yaralanmış və iki həftə sonra aldığı ağır yaralardan həlak olmuşdur. Dnepropetrovskda Rudka kəndində dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı adı ölümdən 12 gün sonra 1943-cü ilin 26 oktayabrında verilmişdir. Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir. Герои Советского Союза - сыны Азербайджана, Баку,1965 Герои Советского Союза. Краткий биографический словарь. Т.1.
Ələkbər Ələkbərli
Ələsgər Ələkbərov
Ələsgər Ələkbərov (aktyor) — Aktyor, SSRİ xalq artisti
Ələsgər Ələkbərov, arxeoloq
Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas. Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi. 1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi.
Ələsgər Ələkbərov (aktyor)
Ələsgər Ələkbərov (26 mart 1910, Bakı – 31 yanvar 1963, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940), SSRİ xalq artisti (1961), SSRİ Ali Sovetinin VI çağırış deputatı. Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Ələkbərov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927–1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb. Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib.
Ələsgər Ələkbərov (arxeoloq)
Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas. Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi. 1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi.