əzəmətlilik
əzgillik
OBASTAN VİKİ
Əzgil
Əzgil (lat. Mespilus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Almayabənzər meyvələri olan əzgil (muşmula) ağacı Zaqafqaziyada (Azərbaycanın dağ-meşə rayonlarında), eləcə də Krımda geniş yayılmışdır. Yabanı halda yayılan əzgilin meyvələri sarı-qonur rəngdə olur, çox xırdadır, lət hissəsi kobud, dadı turşməzədir. Lakin becərilən əzgilin meyvələri sarı rəngli olub, iridir və dadı şirindir. Meyvəsində müxtəlif növ şəkərlər, üzvi turşular, aşı və pektin maddələri, eləcə də C vitamini, az miqdarda isə karotin vardır. Xalq təbabətində tam yetişməyən əzgil meyvəsindən bişirmə və dəmləmə formasında şəkərlə qarışdırıb, uşaqlarda baş verən ishala və dezinteriyaya qarşı istifadə edirlər. Əzgilin meyvələrindən, həmçinin böyrək xəstəliklərində, şirəsindən isə xroniki mədə-bağırsaq xəstəliklərində, mədənin həzmolma prosesini yaxşılaşdıran və köpü azaldan dərman kimi işlədilir. Bundan başqa, əzgil qənnadı sənayesində hazırlanan məmulatların tərkibinə də qatılır. Əzgilin meyvəsinin illik ehtiyatı olduqca çoxdur.
Adi əzgil
Alman əzgili (lat. Mespilus germanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin əzgil cinsinə aid bitki növü. Əzgil böyük kol və ya kiçik ağacdır. Bu ağacın meyvəsi, digər adıyla muşmula, Roma dövründən bəri becərilir və qışda mövcud olması və yuyulduqda yeyilməsi qeyri-adidir. Çiy halda və müxtəlif bişmiş yeməklərdə yeyilə bilər. == Mənşəyi və əlaqəli növlər == Latın dilində "alman" mənasını verən germanica adına baxmayaraq, əzgilin yayıldığı bölgə İran, cənub-qərb Asiya, həmçinin cənub-şərqi Avropa, xüsusən də Bolqarıstan və Türkiyənin Qara dəniz sahilləridir. Ola bilsin ki, 3000 ildir becərilir. Qədim yunan coğrafiyaşünası Strabon "Coğrafiya" əsərinin 16-cı bölməsinin 4-cü fəslində μέσπιλον (mespilon) adını qeyd edir. Çiçəklərin beş geniş yumurtavari ağ ləçəkləri var. Çiçəklər yazın sonunda görünür, hermafroditdir, arılar tərəfindən tozlanır və öz-özünə məhsuldardır.
Alman əzgili

Qafqaz əzgili
Stern əzgili
Stern əzgili (lat. Mespilus canescens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin əzgil cinsinə aid bitki növü.
Yapon əzgili
Yapon eriobotriyası (lat. Eriobotrya japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin eriobotriya cinsinə aid bitki növü. Bu ekzotik ağacın bir neçə adı var. Azərbaycan dilində ən geniş yayılmış adı "yapon əzgili"dir. Həmçinin, "Malta əriyi" və "yeni dünya meyvəsi" də adlandırılır. Hesab edilir ki, bu meyvənin ana vətəni Çin və Şimali Hindistandır. Amma Yaponiyada yetişdirilib. Daha sonra isə Aralıq dənizi ölkələri başda olmaqla Avropaya yayılıb. Əsasən şəhər parklarında və küçələrdə dekorativ bitki kimi əkilib-becərilir. Bitkinin şəhərlərdə çoxalmasının əsas səbəblərindən biri odur ki, o ətrafı çox zibilləmir.
Əzgili
Əzgili — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Göygöl r-nunun Toğanalı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, Murovdağ silsiləsinin yamacındadır; Zaqatala r-nunun Əli Bayramlı i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli məlumata görə, oykonimlər bu kəndlərin ərazisində əzgil ağacının çox olması ilə bağlı yaranmışdır. Tədqiqatçılar belə güman edirlər ki, toponim erkən orta əsrlərdə qədim bulqar tayfa birliyinə daxil olan türkdilli eskil/eşkil tayfasının adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 55 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Əzgilli
Əzgilli (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Əzgilli (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əzgilli burun — Kəlbəcər rayonunda dağ. Əzgilli dağ — Qubadlı, Qəbələ Laçın, Xocavənd rayonlarında dağ. Əzgilli dərə — Ağsu, Qəbələ, Gədəbəy, Tovuz, Şəmkir, Şuşa rayonlarında dərə. Əzgilli dərə boğazı — Gədəbəy rayonunda dağ. Əzgilli düz — Qubadlı rayonunun Göyərcik kəndi ərazisində düz. Əzgilli təpə — Qəbələ rayonunun Nic kəndi ərazisində yüksəklik.
Əzgilli (Göygöl)
Əzgili — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Göygöl r-nunun Toğanalı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, Murovdağ silsiləsinin yamacındadır; Zaqatala r-nunun Əli Bayramlı i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli məlumata görə, oykonimlər bu kəndlərin ərazisində əzgil ağacının çox olması ilə bağlı yaranmışdır. Tədqiqatçılar belə güman edirlər ki, toponim erkən orta əsrlərdə qədim bulqar tayfa birliyinə daxil olan türkdilli eskil/eşkil tayfasının adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 55 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Əzgilli (Zaqatala)
Əzgilli — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qalal və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Əzgiləbənzər cisim
Əzgiləbənzər cisim ya Epifiz (lat. corpus pineale s. epiphysis cerebri) — beyinin üst artımı olub, daxili sekresiya vəzisidir. Epitalamusun bir hissəsi olan bu vəzinin əsas funksiyası bioloji ritmi tənzimləməklə orqanizmin "saatı" rolunu oynayır. Eyni zamanda timusla birlikdə uşaqlarda cinsiyyət sisteminin inkişafını ləngidir. Melatonin, Serotonin və Adrenoqlomerulotropin hormonlarını sintez edir. Epifiz yuxarıdan aşağıya doğru yastılaşmış oval şəkildə, qırmızı-boz rəngdə, xarici səthi qabarıqlı tək üzvdür; beynin daxilində yarımkürələrin altında orta beyin qapağının yuxarı təpəcikləri üzərində orta xətdə yerləşmişdir. Epifizin enli ucu – əsası önə doğru baxaraq yüyən – lat. habenula adlanan ağ dəstələr vasitəsilə görmə qabarına rəbt olunmuşdur; ensiz ucu – zirvəsi azaddır və arxaya doğru baxır. Əzgiləbənzər cisimin uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4 mm və çəkisi 0,2 q-dır.

Значение слова в других словарях