Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnnab
İnnab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi. İnnab Azərbaycanın subtropik rayonlarında – Samur-Dəvəçi ovalığında, Abşeronda, Kür-Araz çayları ətrafındakı rayonlarda qədimdən becərilir. Hazırda innabın Abşeronda "Azərbaycan", "Abşeron", "Şirvan" və "Tacikistan" sortları vardır. Bundan başqa Respublikamızın bir neçə rayonlarında innaba həyətyanı sahələrdə tək-tək olsa da rast gəlinir. İnnab çox faydalı, uzun ömürlü və bəhrəli bitkidir. Onun gövdəsinin aşağıya doğru meyil etmiş budaqları üzərində sıx sürətdə yerləşmiş yarpaqları vardır ki, bu yarpaqlar ağaca xüsusi gözəllik verir. İnnabın yaşıltəhər sarı rəngli gözəl çiçəkləri də vardır. Bunlar ulduzvarı şəkildə yerləşmişdir. İnnabın nəzəri cəlb edən sarı-qırmızı rəngli, şirin dadlı, xoş ətirli meyvələri olur.
Tikanlı innab
Əsl innab
Əsl innab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin i̇nnab cinsinə aid bitki növü. Dünyanın bir sıra ölkələrində təbii və yabanı şəkildə rast gəlinir. 6–8 m hündürlükdə yarpağını tökən kiçik ağac və koldur. Yarpaqları növbəlidir. Dairəvi yarpaqların qaidə hissəsində 2 ədəd tikana çevrilmiş yarpaqaltlıqları və çiçək qrupu yerləşir. Çiçəkləri 2 cinsli, 5 üzvlüdür. Ulduzvarı və görkəmsizdir, kasacığı nəlbəkivaridir. Geniş üçbucaq formalı, dilimlidir. Ləçəkləri xırda, enli, qaşıqvarı, erkəkcikləri əhatə edəndir.
İnnabı
İnnabı - Azərbaycanin məşhur qədim qadın rəqslərindən biri. Burada heç də innab meyvəsi nəzərdə tutulmur, meyvənin rəngi aktuallaşdırılır. İnnabı rəngi adıdır, tünd qırmızı rəngi bildirir. Bu, qadınların toy zamanı bər-bəzəyə, şala, qumasha, tafta-baftaya bürünüb simvolik şəkildə qırmızılaşdırılmasına, qırmızıya boyanmasına işarədir, alt-şüur səviyyəsində isə birbaşa qadın başlanğıcına işarədir. İnnabı Azərbaycanın toy rəqsidir, bir rəqs forması kimi varlı qadınların evlərində meydana gəlmişdir. Onu adətən qonaqlardan olan iki rəqqasə ifa edərmiş. İnnabını Bakıda yalnız qadınlar oynardılar, bir çox rayonlarda isə onu həm qadınlar, həm də kişilər ifa edərdilər. Vaxtilə Azərbaycanda qadın və kişi toyları (və ya qız və oğlan toyları) ayrıca keçirilərdi. Kişi toyunda qadınlar, qadın toylarında kişilər iştirak etməzdilər. Bu dövrdə qadınların getdiyi yerlər də məhdud idi.
Mavritan innabı
Çin innabı
Əsl innab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin i̇nnab cinsinə aid bitki növü. Dünyanın bir sıra ölkələrində təbii və yabanı şəkildə rast gəlinir. 6–8 m hündürlükdə yarpağını tökən kiçik ağac və koldur. Yarpaqları növbəlidir. Dairəvi yarpaqların qaidə hissəsində 2 ədəd tikana çevrilmiş yarpaqaltlıqları və çiçək qrupu yerləşir. Çiçəkləri 2 cinsli, 5 üzvlüdür. Ulduzvarı və görkəmsizdir, kasacığı nəlbəkivaridir. Geniş üçbucaq formalı, dilimlidir. Ləçəkləri xırda, enli, qaşıqvarı, erkəkcikləri əhatə edəndir.
İnnabı (Rəqs)
İnnabı - Azərbaycanin məşhur qədim qadın rəqslərindən biri. Burada heç də innab meyvəsi nəzərdə tutulmur, meyvənin rəngi aktuallaşdırılır. İnnabı rəngi adıdır, tünd qırmızı rəngi bildirir. Bu, qadınların toy zamanı bər-bəzəyə, şala, qumasha, tafta-baftaya bürünüb simvolik şəkildə qırmızılaşdırılmasına, qırmızıya boyanmasına işarədir, alt-şüur səviyyəsində isə birbaşa qadın başlanğıcına işarədir. İnnabı Azərbaycanın toy rəqsidir, bir rəqs forması kimi varlı qadınların evlərində meydana gəlmişdir. Onu adətən qonaqlardan olan iki rəqqasə ifa edərmiş. İnnabını Bakıda yalnız qadınlar oynardılar, bir çox rayonlarda isə onu həm qadınlar, həm də kişilər ifa edərdilər. Vaxtilə Azərbaycanda qadın və kişi toyları (və ya qız və oğlan toyları) ayrıca keçirilərdi. Kişi toyunda qadınlar, qadın toylarında kişilər iştirak etməzdilər. Bu dövrdə qadınların getdiyi yerlər də məhdud idi.
İnna
İnna — qadın şəxs adı. İnna Rıskal — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. İnna Çurikova — Rusiya aktrisası. İnna (müğənni) — Rumıniyalı müğənni.
İnab (Bostanabad)
İnab (fars. اعناب‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 438 nəfər yaşayır (77 ailə).
İnna (müğənni)
Elena Aleksandra Apostolyanu (rum. Elena Alexandra Apostoleanu, 16 oktyabr 1986, Manqaliya, Konstantsa), İnna adı ilə tanınan — Rumıniya müğənnisi. İnna 16 oktyabr 1986-cı ildə Rumıniyanın Manqaliya şəhərində doğulmuşdu. Əsl adı Yelena Aleksandra Apostolyanudur. Uşaqlıqda babası ona "İnna" deyə çağırırdı. Bu səbəbdən Yelena estradada "İnna" ləqəbiylə tanınmağa başlayır. Musiqi karyerasına 2008-ci ildən etibarən başlamışdır. İlk sinqlı olan "Hot" mahnısı bir çox hit-paradlarda uğur qazanmışdır. 2009-cu ildə Polşada "Ən yaxşı sinql" və "Ən yaxşı ifaçı" kateqoriyasında "Eska Music Awards" nominasiyasına layiq görülmüşdür. Ardınca İnna uğurla bir neçə albom və sinql çıxarmışdır.
İnna Kojoxina
İnna Kojoxina (d. 26 yanvar 1987) — Ukraynanı təmsil edən bədii gimnast. İnna Kojoxina 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. İnna Kojoxina 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Olena Dziubçuk, Yelizaveta Karabaş və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
İnna Koren
İnna Koren (ing. Inna Koren; d. 30 mart 1964, Bakı, Azərbaycan SSR, SSRİ) — ABŞ-ni təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1986). İnna Koren 30 mart 1964-cü ildə Bakıda anadan olub. 1979-cu ildən ABŞ-də yaşayır. 1986-cı ildə qadınlar arasında Amerika çempionatının qalibi olub. Eyni ildə qadınlar arasında beynəlxalq usta adına layiq görülüb. İnna Koren qadınlardan ibarət şahmat üzrə Amerika yığmasının heyətində 1984 və 1988-ci illərdə Şahmat Olimpiadasının iştirakçısı olub. İnna Koren Yel Universitetini bitirib. FIDE Chess profili Inna Koren.
İnna Rıskal
İnna Valeryevna Rıskal (rus. Инна Валерьевна Рыскаль; 15 iyun 1944, Bakı) — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. İnna Rıskal 1944-cü ildə Bakıda anadan olub. Yeniyetmə yaşlarından Bakının "Neftçi", 16 yaşından isə SSRİ yığma komandasının heyətində çıxış edib. "Xəzər qasırğası" təxəllüsü ilə şöhrət qazanıb. Tokiodakı 1964 Yay Olimpiya Oyunları və Monrealdakı 1976 Yay Olimpiya Oyunlarında gümüş, Mexikodakı 1968 Yay Olimpiya Oyunları və Münhendəki 1972 Yay Olimpiya Oyunlarında analoji yarışların qızıl mükafatçısı olub. 1968-ci ildə SSRİ-nin əməkdar idman ustası adına yiyələnib. 1970-ci ildə dünya çempionu, 1973-cü ildə dünya kubokunun sahibi, 1963, 1967 və 1971-ci illərdə Avropa çempionu olub. O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət almışdır. "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış etmiş və təcrübə qazanmışdır.
İnna Suslina
İnna Suslina (d. 5 yanvar 1979) — Rusiyanı təmsil edən həndbolçu. İnna Suslina Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
İnna Çernyak
İnna Mixolaevna Çernyak (ukr. Інна Миколаївна Черняк, d. 26 mart, 1988) — Ukraynalı cüdo və sambo praktikantı. Doğuşdan görmə maneəli olmasına baxmayaraq, həm görmə qabiliyyətli və görmə maneəlilərə qarşı yarışır. Onun əkiz qardaşı Marina görmə maneəli deyil və müntəzəm cüdo turnirlərində iştirak edir. Bir-birinə qarşı rəqabətdən qaçmaq üçün bacı-qardaş hadisələri bir-birindən ayırır. Məsələn, 2013 Dünya Çempionatında İnna 52 kiloda, 48 kiloqramda isə Marina yarışdı. 2013 Universiadasında samboda İnna, cüdo üzrə Marina 52 kq kateqoriyasında medal qazanmışdı.
İnna Çurikova
İnna Mixailovna Çurikova (rus. Инна Михайловна Чурикова, 5 oktyabr 1943[…], Bələbəy, Başqırd MSSR – 14 yanvar 2023[…], Moskva) — Rusiya aktrisası. SSRİ xalq artisti (1991), Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı (1997). İnna Çurikova 1943-cü il oktyabrın 5-də Ufa vilayətinin Belebey kəndində anadan olub. Anası Yelizaveta Zaxarovna biokimya üzrə elmlər doktoru idi, atası Mixail Çurikov isə Kənd Təsərrüfatı Akademiyasında işləyib. 1950-ci ildə anası ilə atası ayrılıb və anası İnna ilə birlikdə Moskvaya köçüb. Orta məktəbdə çox yaxşı oxuyan İnna getdikcə teatra maraq göstərir. Həyatda hər şeyə öz zəhməti və iradəsi ilə nail olan anası da çox istəyib ki, qızı gələcəkdə aktrisa olsun. İnna Çurikovanın xarici görünüşü aktrisalığa uyğun gəlməsə də, anası onu həmişə gözəl hesab edib. Sonralar İnna Çurikova etiraf edib ki, anası olmasaydı, özünə inanmazdı.
İnna Kolomiyets
İnna Antonovna Kolomiyets (ukr. І́нна Анто́нівна Коломі́єць; 8 mart 1921, Aleysk, Altay diyarı – 2005) — Ukrayna heykəltaraşı, Ukrayna SSR-nin əməkdar rəssamı (1973), Ukrayna Milli Rəssamlar İttifaqının üzvü (1973). O, 1950-ci illərdən başlayaraq heykəltaraşlıqda sosialist realizminin inkişafına əhəmiyyətli təsir göstərmişdir İnna Kolomiyetsin yaradıcılığı XX əsrin orijinal Ukrayna milli incəsənətinin nümunəsidir. Heykəltaraşın xarakterik xüsusiyyəti onun müxtəlif plastik növlərində – monumental, monumental-dekorativ, dəzgah, eləcə də keramika memarlığında işi idi. O, İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. Kolomiyets Ukrayna SSR Ali Radası Rəyasət Heyətinin diplomu ilə təltif edilmişdir. İnna Antonovna Kolomiyets 8 mart 1921-ci ildə SSRİ-nin bir hissəsi olan Rusiya SFSR-də, Altay diyarının Aleysk şəhərində Kiyev zavodunun rəhbəri Anton Kolomiyetsin ailəsində anadan olmuşdur. O, İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. Kolomiyets uşaqlıqdan rəssam olmaq arzusunda idi, buna görə də Kiyev İncəsənət Universitetinə daxil olmuşdur. Onun müəllimləri Ukrayna SSR-nin əməkdar artistləri L. Muravin, İ. F. Kriçevski, professorlar M. Gelman, K. Yelev və s.
Yu İnna
Yoo İn-na ( kor. 유인나;5 iyun 1982, Cənubi Koreya) Cənubi Koreyalı aktrisadır."High Kick! Through the Roof (2009–10)" və "Secret Garden (2010)" filmlərində köməkçi rollardan sonra o, "Queen and I (2012)" filmində baş rolda şöhrət qazandı və bu, " My Love from the Star" filmində ikinci plan roluna səbəb oldu. O, həmçinin Cənubi Koreyada ən yüksək reytinqli kabel televiziyası seriallarından biri olan "Guardian: The Lonely and Great God (2016–17)" və "Touch Your Heart (2019)" filmlərindəki rolları ilə tanınır. Aktyorluqdan başqa, Yu radioya da cəsarət etdi. O, 2011-ci ildən 2016-cı ilə qədər "Let's Crank Up the Volume" qrupunun DJ-i olub. 16 yaşında ikən İn-na 1998-ci ildə yeni müğənni kimi əyləncə agentliyinə qatıldı və az qala qız qrupunun bir hissəsinə çevrildi. 11 il və beş fərqli agentlikdən sonra o, müğənni ola bilmədi. Yoo, K-pop müğənnilərindən tələb olunan rəqs xoreoqrafiyasını əzbərləməkdə çətinlik çəkdiyini və həftənin altı günü, gündə səkkiz saat məşq etdikdən sonra idol olmaqdan imtina etdiyini söylədi. 2006-cı ildə Yu YG Entertainment-ə gənc aktrisa kimi qatıldı.
İnna Gens
İnna Yuliusovna Gens (rus. Инна Юлиусовна Генс; 23 sentyabr 1928 – 21 sentyabr 2014, Moskva) — Sovet və rus kinoşünası və sənətşunası, Yaponiya Kavakita mükafatı laureatı. İnna Gens 1928-ci il sentyabrın 23-də Tartuda hüquqşünas və biblioqraf milliyyətcə alman Yulius Gens və onun həyat yoldaşı Berta Maltinskayanın ailəsində anadan olub. Lev adlı qardaşı ondan altı yaş böyük idi. Uşaqlara yoxsullaşmış Pribaltikalı baronunun qızı fröylin Bählendorf dayəlik edirdi. 1934-cü ilin payızında ailə Tallinnə köçdü. Burada atası İsveç kibrit tresti "The Timber Company"in Estoniyadakı nümayəndəsi oldu. İnna Gens Estoniyanın ən yaxşı qız təhsil müəssisələrindən biri olan "Elfriede Lander" Gimnaziyasında təhsil alıb. Estoniyada sovet hakimiyyəti qurulduqdan sonra gimnaziyada antisemit əhval-ruhiyyənin artması ilə əlaqədar olaraq o, qardaşının oxuduğu yəhudi məktəbinə keçib. Atası Yulius Gens son işlərini İsveç şirkətinə təhvil verərək Estoniya İncəsənət Muzeyinə elmi işə qəbul olundu.
İnna Şevçenko
İnna Valeryevna Şevçenko (ukr. Інна Валеріївна Шевченко ; 23 iyun 1990, Xerson) — Ukraynalı feminist, fəal. Femen beynəlxalq qadın hərəkatının liderlərindən biri. Patriarxata, diktatura, din və seks-industriyaya qarşı etiraz mitinqlərində yarıçılpaq geyimi ilə diqqət çəkir. O, 2011-ci ildə Belarus DTK-sı tərəfindən qaçırılan və təhdid edilən üç FEMEN fəalı qrupunun lideri idi. 2012-ci ildə motorlu mişarla Kiyevin mərkəzində dörd metrlik xaçı kəsərək Ukraynada diqqəti özünə cəlb edib. 2013-cü ildə Şevçenko Fransadan siyasi sığınacaq alıb. Hazırda o, Parisdə yaratdığı FEMEN France təşkilatına rəhbərlik edərək etiraz fəaliyyətini davam etdirir. İnna Şevçenko 23 iyun 1990-cı ildə Xersonda anadan olub. Onun xatirələrinə görə: “Mən tipik bir ukraynalı, slavyan qızı kimi tərbiyə ediblər və qışqırmamağı, mübahisə etməməyi öyrədiblər.” O, xüsusilə də hərbçi olan atası ilə daha yaxın idi.
İnna Osipenko-Radomska
İnna Osipenko-Radomska (ukr. Iнна Володимирiвна Осипенко-Радомская d. 20 sentyabr 1982; Xerson, Ukrayna) — Ukrayna və Azərbaycanı təmsil edən kanoeçi. Ukrayna yığmasının heyətində Sidney, Afina, Pekin və London Olimpiadalarına qatılıb və bir qızıl, iki gümüş, bir bürünc medal qazanıb. Azərbaycan yığmasının heyətində isə Rio-de-Janeyro Olimpiadasında qüvvəsini sınayan İnna Osipenko-Radomska bürünc medal qazanıb. İnna Osipenkonun birinci beynəlxalq turniri 1999-cu ilin 22–25 iyulunda Xorvatiyanın Zaqreb şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. İnna Osipenko bu çempionatda K2–500 və K4–500 turnirlərində mübarizə apardı. Əvvəlcə K4–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvləri 1:42.446 dəqiqə nəticə göstərdi və final mərhələsini doqquz yığma sırasında beşinci pillədə başa vurdu. Daha sonra isə K2–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvü 1:52.984 dəqiqə nəticə göstərdi və bu səfər də final mərhələsini doqquz idmançı sırasında beşinci pillədə başa vurdu. 18 yaşlı İnna Osipenko 2001-ci ilin 22–26 avqustunda Polşanın Poznan şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.
Minab
Minab- İranın Hörmüzgan ostanının şəhərlərindən və Minab şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 76,776 nəfərdən ibarət idi.
Niqab
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Sincab
Sincab (lat. Sciurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid heyvan cinsi. Bu cins Avropa, Şimali və Cənubi Amerikanın mülayim qurşaqlarında yayılmış 30-a yaxın növü özündə cəmləşdirir. Ağac dələləri tez-tez budaqlardan, yarpaqlardan və digər materiallardan düzəldilmiş drey adlanan yuvalar qururlar. Bəzi dələlər isə ağacların içərisində yaşayır. Onların quyruqları tarazlığı qorumağa kömək edir, yıxıldıqda paraşüt kimi çıxış edir, istilik üçün yorğan rolunu oynayır. Dələlər əla yaddaşa malikdir və yüzlərlə basdırılmış qoz-fındıqların yerini xatırlaya bilir. Qış aylarına hazırlıq üçün yuvalarına yemək yığırlar. Sincablar fəsiləsinə zolaqlı balaca sincablar olan çipmunklar da daxildir. Onlara əsasən Şimali Amerikada rast gəlinir, baxmayaraq ki, bir növ, Sibir sincabı Asiyada tapılır.
İnanc
İnanc — Azərbaycanda xalq arasında sınama, yozum, yozma, inam adları ilə tanınan janr olub, İraq-türkman folkloruna aiddir. Professor Azad Nəbiyev inanclara İraq-türkman folkloru üçün də məqbul sayıla biləcək tərif vermişdir: "İnanclar sınamalar nəticəsində qətiləşən hökmlərin bədii ifadəsidir" İraq-türkman folklorunda inanclar aşağıdaki kimi qruplaşdırılır: Məişət və mərasimlərlə bağlı inanclar, təbiət hadisələri ilə bağlı inanclar, bitki və heyvanat aləmi ilə bağlı inanclar, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclar. Astral təsəvvürlər və əsatiri görüşlərlə əlaqədar olan inanclar, əsasən, Ay, ulduz, digər səma cisimlərinə inamın nəticəsində yaranmışdır. Məsələn, bir ulduz axanda yer üzündə kiminsə ömrünün sona yetdiyini düşünürlər. Çünki insan ruhlarının ulduzlarla bağlı olduğuna inanırlar. Məişət və mərasimlərlə bağlı inanclar daha çoxdur. Səfərə çıxarkən və ya görülməsi düşünülən bir iş barədə danışarkən birisi bir kərə asqırarsa, "Səbr gəldi, gözlənilsin, səbir edilsin", iki kərə asqırılarsa: "Cağat gəldi, xeyirlidir" — deyə yola çıxarlar. Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı inam və etiqadlar da çoxdur. Dolu yağanda onun bir dənəsini bıçaqla iki yerə bölsən, dolunun kəsəcəyinə inanırlar. Bu eynilə Azərbaycan folklorunda da belədir: "Uşağın dolu dənələrini dişləməsi, yaralayanda isə "mən kəsdim, sən də kəs!" — söyləyirlər.
İnkar
İnkar (inversiya, lat. inversio — çevriliş sözündən, məntiqi "YOX") məntiqdə — hökmlər üzərində vahid bir əməliyyat, nəticəsi orijinala "əks" olan bir qərar (müəyyən mənada). Qərarın qarşısında ¬ işarə və ya — ilə göstərilir. məntiq əməllərindən biri; məntiqi nəticələrdə “doğru deyil” ifadəsi kimi işlədilir; fəlsəfi kateqoriya. Materialist dialektikaya görə, inkar inkişafın zəruri momenti, şeylərin keyfiyyət dəyişkənliyinin şərtidir; qrammatikada əşyanın, keyfiyyət əlamətlərinin, hərəkət və ya vəziyyətin yoxluğunu, eləcə də narazılıq, etiraz bildirən kateqoriya. Həm klassik, həm də intuisistik məntiqdə "ikiqat inkar" ¬ ¬ A {\displaystyle \neg \neg A} qərarın nəticəsidir A {\displaystyle A} , yəni bir teatoloji var: A → ¬ ¬ A {\displaystyle A\rightarrow \neg \neg A} . Əks ifadəsi ¬ ¬ A → A {\displaystyle \neg \neg A\rightarrow A} klassik məntiqdə doğrudur (ikiqat inkar qanunu), lakin intuisistik cəhətdən tutmur. Yəni, istədikləri ifadənin rədd edilməsi, klassik məntiqdən fərqli olaraq, intuisistik bir sübut kimi xidmət edə bilməz. İki məntiqi sistem arasındakı bu fərq ümumiyyətlə əsas hesab olunur. Əliquliyev R..