CİDDƏN

zərf [ ər. ] Ciddi olaraq, ciddi surətdə, gerçəkdən, həqiqətən.
Gözlənməyən ədnalığın icadına ciddən; Himmət edən insanlarına şükr, xudaya! M.Ə.Sabir.
[Rüstəmbəy:] Tərs kimi mənim kütübxanamda da belə dolaşıq kitablar var ki, ciddən qorxmalıdır. Çəmənzəminli.
Pası arvad Cəbini özünə alışdırır, anası Gülsənəmdən onu ciddən qoruyur, gecələri uşağı özü ilə yatırdırdı. S.Rəhimov.

Синонимы

  • CİDDƏN ciddən bax doğrudan
CİDD-CƏHD
CİDDİ

Значение слова в других словарях