CİDDİ

sif.zərf
1. Öz hərəkətlərində, fikirlərində, həyata münasibətində müsbətliyi, möhkəmliyi, sabitliyi ilə fərqlənən, dərin düşünən; ağırbaşlı, təmkinli. Ciddi adam. Ciddi oğlan.
– Tanıyanlar bilir, yeddi yaşında; Ciddi bir qız idin, əqli başında! Ə.Cavad.
Hələ gənc ikən çətin imtahanlardan keçmiş adamlar istər-istəməz ciddi və düşüncəli olurlar. İ.Qasımov.

// Öz işinə dərin və tələbkar yanaşan, öz işini, məsuliyyətini yaxşı bilən. Ciddi alim. Ciddi yazıçı.
// Mənaca, məzmunca əhəmiyyətli, məzmunlu. Ciddi danışıq. Ciddi əsər. Ciddi ədəbiyyat.
– Muxtar heç təsəvvür etməzdi ki, açdığı söhbət bu qədər ciddi bir şəklə düşə bilər. S.Hüseyn.
Tahirin bu cür düşüncəli və ciddi danışmağı Lətifəni sevindirirdi. M.Hüseyn.

// Zarafatsız, zarafat olmayan. Ciddi deyirəm. Sözüm ciddidir.
// Həqiqi, əsil, gerçək. Ciddi hiss. Ciddi inam. Ciddi sevgi. Ciddi vədə.
// Əsaslı, əməlli-başlı.
Dərs keyfiyyəti uğrunda ciddi mübarizə aparılırdı. S.Rəhimov.
Bəzən təsadüfən başlanan söhbət bir kitabın və ya bir məsələnin ciddi müzakirəsinə çevrilirdi. Ə.Sadıq.

2. Əhəmiyyətinə və ya aqibətinə görə xüsusi diqqət tələb edən. Ciddi xəstəlik. Ciddi vəziyyət qarşısında qalmaq.
– O, ciddi bir fəlakətin başlandığını duydu. S.Rəhimov.
Arvadının belə sadəliyi və ciddi məsələyə yüngül baxması Yavərə toxundu… M.İbrahimov.
Düşündürdü məni xeyli; Onun belə ciddi halı. N.Rəfibəyli.

// Böyük, əsaslı. Ciddi çətinliklər qarşısında qalmaq.
– Beləliklə, qəzet yarandığı gündən ciddi nəzarət altında idi. M.İbrahimov.

3. Fikirli, fikrə dalmış, dalğın, əndişəli, iztirablı.
// Ciddiyyət, qayğı, təlaş, iztirab, əndişə ifadə edən. Ciddi görkəm. Ciddi tonla danışmaq.
– Ruhnəvaz xanım ciddi baxışına heç də təğyir verməyərək Qurbanlının qarşısında oturdu. Çəmənzəminli.
Mahirə … feldşerə qələbə çaldığını kəsdirdi, ciddi bir hal aldı. M.Hüseyn.

Синонимы

  • CİDDİ doğrudan — həqiqətən — zarafatsız
  • CİDDİ dürüst — düzgün — dəqiq
  • CİDDİ möhkəm — tələbkar
  • CİDDİ səyli — qeyrətli
  • CİDDİ ağır — təmkinli — zabitəli
  • CİDDİ sərt — kəskin — bərk
  • CİDDİ 1. CİDDİ Ciddi bir qız idin ağlı başında! (Ə.Cavad); AĞIRBAŞLI (çox ciddi); TƏMKİNLİ. 2. ciddi bax tələbkar 1 3

Антонимы

  • CİDDİ CİDDİ – MÜLAYİM Xanım ciddi və sevincli bir sima ilə Muxtarın qolundan dartdı və təkidlə dedi (Çəmənzəminli); Açıq və mülayim hava Kərəmin ürəyini oxş
CİDDƏN
CİDDİLƏŞDİRMƏ
OBASTAN VİKİ
Ciddi rejimli tətil
Ciddi rejimli tətil (rus: Каникулы строгого режима, Rom: Kanikuly strogogo rejima) — rejissor İqor Zaytsev tərəfindən 2009-cu ildə Rusiyada çəkilmiş macəra komediya filmidir. == Süjet xətti == Film taleyin iradəsi ilə pioner düşərgəsində dəstə başçısı çalışan iki orta yaşlı insandan Koltsov və Sumarokovdan bəhs edir. Onların ora düşməsi təsadüfi deyil. Peşəkar və hörmətli DİN əməkdaşı, iki dəfə Çeçenistanda xidmət keçmiş Koltsov ehtiyatsızlıqdan öz iş yoldaşını qətlə yetirir. Mərhumun qohumlarının təkidi ilə “qara” zonaya düşür. Həbsxanaya düşməsi nə rəhbər elitanın, nə də zeklərin ürəyincədir. Burada məhbus Sumarokovla tanış olur. Koloniya əməkdaşı Qaqarinin köməyilə həbsxanadan qaçan qaçaqlar indi pioner düşərgəsində gizlənmək məcburiyyətindədirlər.
Ciddi olmağın əhəmiyyəti (komediya)
Ciddi olmağın əhəmiyyəti və ya Ciddi olmaq nə qədər vacibdir (ing. The Importance of Being Earnest) — Oskar Vayldın komediyasıdır. Komediyanın adı kalamburdan ibarətdir. İngilis dilində "ciddi" mənasını verən Earnest sözü Ernest adı ilə eyni səslənir. Bu ad pyesdə iki obrazı təmsil edir. Onların heç bir ciddi insan deyillər. == Yazılışı və sonrakı taleyi == Əsər Vayldın 1890-cı illərin birinci yarısında "aşağı təbəqənin zövqləri naminə" yazdığı "yüksək təbəqə komediyaları" qrupuna aiddir". Əsərdəki hadisələr və personajlar dialoqun inkişafından əvvəl arxa plana keçirdi. Tamaşanın əsas hadisəsi— iki eqoist, Cek Uorting və Alcernon Monkrifin iki qızla izdivacından bəhs edir. Süjet fars və melodramatik elementlərlə doludur — məsələn, hər iki qəhrəman sevdiyi qıza özünü bəyəndirmək üçün Ernest adlı şəxs olduqlarını iddia edirlər, lakin ifşa edilirlər.
Ciddi rejimli tətil (film, 2009)
Ciddi rejimli tətil (rus: Каникулы строгого режима, Rom: Kanikuly strogogo rejima) — rejissor İqor Zaytsev tərəfindən 2009-cu ildə Rusiyada çəkilmiş macəra komediya filmidir. == Süjet xətti == Film taleyin iradəsi ilə pioner düşərgəsində dəstə başçısı çalışan iki orta yaşlı insandan Koltsov və Sumarokovdan bəhs edir. Onların ora düşməsi təsadüfi deyil. Peşəkar və hörmətli DİN əməkdaşı, iki dəfə Çeçenistanda xidmət keçmiş Koltsov ehtiyatsızlıqdan öz iş yoldaşını qətlə yetirir. Mərhumun qohumlarının təkidi ilə “qara” zonaya düşür. Həbsxanaya düşməsi nə rəhbər elitanın, nə də zeklərin ürəyincədir. Burada məhbus Sumarokovla tanış olur. Koloniya əməkdaşı Qaqarinin köməyilə həbsxanadan qaçan qaçaqlar indi pioner düşərgəsində gizlənmək məcburiyyətindədirlər.
Böyük Ciddikar
Böyük Yeddikar (3 fevral 1929, Təbriz – 18 dekabr 2013, Tehran) — Azərbaycan əsilli İran futbolçusu. Böyük Yeddikar İran futbolu tarixində xarici kluba transfer olunan ilk oyunçudur. == Həyatı == 1929-cu ilin 3 fevralında Təbriz şəhərində anadan olmuşdur. 2013-cü ilin 18 dekabrında, 84 yaşında Tehran şəhərində vəfat etmişdir. == Kareyerası == Böyük ilk dəfə qapıçı mövqeyində oynamağa başlamışdı. Onun meydan oyunçusu kimi istedada sahib olması məşqçisi Əli Danayifərd tərəfindən kəşf edilmişdi. Böyük onun təklifi ilə irəlidə sol cinah hücumçusu kimi oynamağa başlamış və qısa müddət sonra İranın ən yaxşı futbolçusuna çevrilməyi bacarmışdı. 1957-ci ildə o, Viktoriya 89 Berlin klubuna transfer olundu. Klub onunla 3 illik olmaqla aylıq 1500 alman markası məvaciblə müqavilə imzalamışdı. Lakin cəmi 9 aydan sonra atası vəfat etdi və Böyük ölkəsinə geri dönməyə məcbur oldu.

Значение слова в других словарях