GÖYÜMTÜL

прил.
1. синеватый (бледносиний, синего оттенка). Göyümtül tüstü синеватый дым
2. зеленоватый (бледнозелёный, зелёного оттенка). Göyümtül rəng зеленоватый цвет
3. мед. синюшный (синеватый, синий в результате расстройства кровообращения – о коже, губах). Göyümtül dırnaqlar синюшные ногти
GÖYÜMTRAQLIQ
GÖYÜMTÜL-YAŞIL
OBASTAN VİKİ
Göyümtül böyürtkən
Göyümtül böyürtkən (lat. Rubus caesius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Avrasi, Kiçik Asiya və İran hesab olunur. == Botaniki təsviri == Sildindirvari əksərən qövsvarı əyilmiş budaqlı, çox hündür olmayan koldur. Əksər budaqlar tüksüz ağımtıl, boz ləçəkli müxtəlif formalı kiçik tikanlı çox zaman tikansızdır. Yarpaqları enli lansetvaridir. Yarpaqları daim üç yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar bir növ oturan hər iki tərəfdən yaşıl seyrək tüklü kənarı qeyri bərabər kəsik dişli ucdakı rombvari yumurtaşəkilli yandaılar bir qədər enli çəp yumurtavçari qaidədən dilimlidir. Çiçək saplağı bir qədər uzun çiçək qrupu s eyrək azçiçəkli süpürgədir. Kasa yarpaqları xırda keçətuklu çox zaman vəzili və meyvəyə yapışıq kimidir.
Göyümtül damotu
Göyümtül damotu (lat. Leonurus glaucescens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Leonurus campestris Andrz. Leonurus glaucescens var. latifolius Bunge Leonurus glaucescens f. latifolius (Bunge) Krestovsk.
Göyümtül mahmızlalə
Göyümtül mahmızlalə (lat. Corydalis glaucescens) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Göyümtül qaratərə
Göyümtül yukka
Göyümtül yukka (lat. Yucca glauca) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın şərq rayonlarında yayılmışdır. == Botaniki təsviri == Bitki gövdəsizdir. Yarpaqların uzunluğu 70 sm-dək, göyümtül-yaşıl, ağ haşiyəli və kənarlarında seyrək, nazik buruq saplıdır. Çiçək süpürgəsi ensiz, az budaqlıdır. Çiçəkləri yaşılımtıl-ağ və ya sarımtıl rəngli, uzunluğu 7 sm-dək, sallaq, müxtəlif formalı, çox vaxt zəngvaridir. Çiçək saplağının uzunluğu 300 sm-dir. Toxum və kök pöhrələri ilə çoxaldılır. == Ekologiyası == Günəşli, isti yerlərdə bitir.
Göyümtül zirinc
Göyümtül zirinc (lat. Berberis candidula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,8-1,2 m-dir, çətri yarımyumrudur, eni 2 dəfə çoxdur, tez böyüyən, həmişəyaşıl koldur. Çoxsaylı zoğları vardır. Qabığı sarı-ağ, biraz yarıqlıdır, iynələrinin uzunluğu 2 sm-ə qədərdir. Yarpaqları növbəli, ellipsvaridir, uzunluğu 2-3 sm-dir, kənarları burulmuş, tərs-yumurtavarı, xırda dişlidir, üstdən parlaq tünd-yaşıl, alt tərəfdən ağ rənglidir. Zəngvari çiçəkləri çoxsaylı, xoş qoxulu,salxımvarı çiçək qruplarına yığılmışdır. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı, sarı rəngli çiçəkləri olur. Qırmızı, parlaq, uzunsov meyvələri, payızın əvvəlində yetişir, uzun müddət tökülmür.
Göyümtül yarpaq dovşanalması
Göyümtülyarpaq dovşanalması
Göyümtülyarpaq dovşanalması (lat. Cotoneaster glaucophyllus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Cavan budaqları tükcüklü, qabığı qırmızı-qəhvəyi rənglidir. Yarpaqları ellipsvari uzunsov, 2-6 sm uzunluğunda, 1,5-3 sm enindədir. Üst səthi tünd-yaşıl rəngli, parlaq, alt səthi isə göyümtül tükcüklüdür. Yarpaq saplağı 3-6 mm uzunluğundadır. Çiçək salxımı 4-5 sm diametrində olub, 9-13 ədəd çəhrayı-bənövşəyi çiçək qrupundan təşkil olunmuşdur. May ayında çiçəkləyir, toxumları noyabr ayında yetişir.

Digər lüğətlərdə