Mevlüt Karakaya
Mövlud Karakaya (1 yanvar 1963, Ankara ili) — mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.
Mövlud Karakaya 1963-cü ildə Ankara ilinin Bala ilçəsində anadan olub. Qazi Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Həmin universitetin Sosial Elmlər İnstitutunda isə magistr və PhD dərəcələri alıb. Mühasibat uçotu və maliyyə sahələri üzrə dosent və professor elmi adları alıb. Birləşmiş Ştatların İndiana Universitetində dövlət idarəçiliyi üzrə, Perdyu Universitetində isə siyasi elmlər üzrə əlavə magistr dərəcələri alıb.
Nüfuzlu universitetlərdə — Qazi Universiteti, Hacettepe Universiteti, Başkənd Universiteti və İzmir İqtisadiyyat Universitetində mühasibat və maliyyə fənnlərindən dərslər tədris edib. 1999-2003-cü illərdə Torpaq Məhsulları Ofisinin İdarə Heyətinin sədri olub.
Uzun illərdir MHP üzvüdür. 2006, 2009, 2012, 2015, 2018 və 2021-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib.