I
(Ağdaş, Biləsuvar, Culfa, Əli Bayramlı, Gəncə, Goranboy, Göyçay, Masallı, Mingəçevir, Kürdəmir, Şamaxı, Şərur, Ucar)
1. palçıq divar (Ağdaş, Biləsuvar, Goranboy, Gəncə); – Möhrə palçıxdan olur (Ucar); – Palçığı yetişdir ki, möhrə axmasın (Culfa); – Odey, möhrə:n yanında durublar (Şamaxı); – Bizim möhrə təzə çəkilib (Ağdaş); – Tamam torpaxdan örülmüş barıya möhrə deyirix’ (Gəncə)
2. çəpər (Göyçay, Kürdəmir); – Həyətin yanına möhrə çəkirdük (Göyçay); – Bağun dört bir tərəfinnən möhrə çəkirsən ki, heyvan-zad girməsin (Əli Bayramlı)
II
(Ağdaş, İrəvan)
qayka. – Bir yaxşı möhrə qayır (İrəvan); – Möhrəni bu dəmirin altına qoy (Ağdaş)