Pəlikəş
Pəlikəş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd.
== Etimologiyası ==
Coğrafi ad pəli Azərbaycan dilindəki pələng sözünün talışca tələffüz forması və keş (kəs) "iki yamac arasındakı dərədən axan kiçik çay" sözlərindən ibarətdir.
== Yolları ==
12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır.
== Tanınmış şəxslər ==
=== Şəhidləri ===
Rəşad Eyvazov (2002-2020).
Tarif Cəfərzadə (2002-2020).