PEÇENEQLƏR

cəm Eramızın IX-XI əsrlərində Cənub-Şərqi Avropada köçəri həyat sürmüş türk mənşəli qədim xalq.
PEÇÁT
PEÇENYE
OBASTAN VİKİ
Peçeneqlər
Peçeneqlər (q.türk Becěnek, q.yun. Πετσενέγοι, və ya q.yun. Πατζινάϰαι, lat. Pacinac, q.rus печэнегъ) — oğuz tayfalarından biri, tarixi mənbələrdə "beçeneqlər" də adlandırılır. == Tarixi == Göytürklərin qərb qanadını meydana gətirən onoklardan meydana gələn Peçeneqlər, VI əsrdə Issık gölü və Balxaş gölü ətrafında yaşadıqları güman olunur. VIII əsrdə Oğuzların təzyiqiylə qərbə köç etmiş peçeneqlər, X əsrdə Qara dəniz və Balkanlara gəldilər. Qara dənizin şimalında və Balkanlarda XI əsrin sonlarına qədər əhəmiyyətli bir güc oldular. Xanlıq səviyyəsində bir dövlət də (860–1091) qurublar. Don-Kubat bölgəsində xanlıq yaradan peçeneqlər, ruslarla döyüşərək onlara ağır zərbələr vururdular. 915-ci ildə başlayan və 1036-cı ilə qədər davam edən rus- peçeneq müharibələri, ruslara ağır itkilər verdi.

Значение слова в других словарях