PEÇENYE

[ rus. печенье – bişmiş] Kövrək, adətən şirin xəmirdən bişirilmiş şirniyyat növü.
Nəcəflə Qızyetər zənbildən iki bükülü konfet, bir qutu peçenye və bir qutu şokolad çıxarıb stolun üstünə qoydular. M.İbrahimov.

PEÇENEQLƏR
PEDAQÓGİKA
OBASTAN VİKİ
Peçenye
Peçenye – undan bişirilən kiçik, yastı şirniyyat və ya çərəz. Bişirilməsində un, şəkər, yumurta, yağdan istifadə olunur, bəzən içərisinə şokolad, qoz, fındıq, yulaf, kişmiş qatılır. Peçenye adətən çay, kofe, süd kimi içkilərlə servis olunur. Peçenyeyə oxşar qida növləri qədim zamanlardan bişirilir, çünki uzun səyahətlərlə xarab olmadan qala bilirdilər. Lakin həmin qidalar kifayət qədər şəkərli olmadığı üçün müasir standartlara görə peçenye hesab olunmur. İlk peçenyelərin VII əsrdə İran ərazisində ortaya çıxdığı güman olunur. Həmin dövrdə regionda şəkərdən istifadə yayılmağa başlamışdır. Müsəlmanların İspaniya işğalından sonra peçenyelər Avropaya yayılmışdır. Vikianbarda Peçenye ilə əlaqəli mediafayllar var.
Peçenyenin Fasiləsiz, Mexanikləşdirilmiş İstehsalı (1989)
Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989)

Значение слова в других словарях