SİLAHDAR

сущ. оруженосец (в средние века: молодой воин, носивший оружие рыцаря)
SİLAH
SİLAHDAŞ
OBASTAN VİKİ
Silahdar Mehmed Paşa
Silahdar Mehmed Paşa (d. 14 sentyabr 1710 - ö. 21 sentyabr 1788) — III Mustafa səltənətində 11 ay 8 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Uluçam, Müjdat, "Mehmed Paşa (Silahdar Cihangirli)" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.2 s.167 ISBN 975-08-0072-9 Uzunçarşılı, İsmail Hakkı (1954 (Altıncı Baskı: 2011)). Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar. Ankara: Türk Tarih Kurumu. s. 413-418. ISBN 978-9751600141 Buz, Ayhan (2009).
Silahdar Mustafa Paşa
Silahdar Mustafa Paşa (ö. 1798) — I Əbdülhəmid və III Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Doğum tarixi və əsli bilinmir. Əndərunda tərbiyə edildikdən sonra saraya alındı və silahdarlığa qədər yüksəldi. 1780-ci ilin oktyabrında vəzirlik rütbəsi alaraq öncə Salonikiyə, ardından Hələbə təyin olundu. 1784-cü ildə Karesi sancaqbəyi və ardından divan üzvü oldu. Həmin ilin mayında Sultan Mustafanın qızlarından Beyhan Sultanla nigahlandı. Bu nigahdan övladı olmamışdır. Sultan Əbdülhəmidin vəfatının ardından xanımı Beyhan Sultanın qardaşı Sultan Səlimin taxta çıxması ilə divanda üstünlük əldə etdi. Belə ki, yeni sultan hər cümə salamlığının ardından bacısı Beyhan Sultanı və Mustafa Paşanı ziyarət edirdi.
Silahdar Süleyman Paşa
Silahdar Süleyman Paşa (ö. oktyabr 1715) — III Əhmədin səltənətində 4 ay 25 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Əslən abxaz olub, doğum tarixi məlum deyil. Darüssəadə ağası Yusif ağanın kölələrindən idi. Əndərunda yetişdikdən sonra sarayda müxtəlif vəzifələrdə xidmət etməyə başladı. 1704-cü ilin fevralında çuxadar ağası, aprelində isə silahdar ağası oldu. Həmin ilin dekabrında vəzir rütbəsi alaraq Hələb, 1705-ci ildə Kipr sancaqbəyi, 1707-ci ildə nişancı vəzirliyə yüksəldi. Həmin il Anadolu bəylərbəyi təyin edilsə də, bir neçə ay sonra təqaüdə ayrıldı. 1708-ci ildə divan vəziri, 1709-cu ilin avqustunda yenidən nişançı vəzir, 1710-cu ilin avqustunda isə sədarət naibi oldu. Bu vəzifəsi davam edərkən 12 noyabr 1712-ci ildə Ağa Yusif Paşanın yerinə sədarətə gətirildi.
Silahdar Yaqub Paşa
Silahdar Yaqub Paşa (v. dekabr 1743, Adana, Osmanlı imperiyası) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli və doğum tarixi bilinmir. Əndərunda yetişmiş, 1730-cu ildə baş silahdar olmuşdur. 1733-cü ilin oktyabrında vəzir rütbəsiylə Anada valisi, 1735-ci ildə Hanya, 1740-cı ilin iyununda Hələb bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 19 fevral 1743-cü ildə Sultan Əhmədin qızlarından Əsma Sultanla nigahlandı. Nigahın ardından dərhal Adanaya təyin edilsə də, yolda ikən vəfat etdi. Sicill-i Osmani V cild, səh.
Silahdar Yusif Paşa
Silahdar Yusif Paşa (d. 1604 - ö. 22 yanvar 1646) — Sultan İbrahim səltənətində müxtəlif vəzifələrdə xidmət göstərən Osmanlı dövlət xadimi. 1604-cü ildə indiki Xorvatiyanın Vrana şəhərində dünyaya gəlmişdir. Ancaq valideynlərinin ölümündən sonra bölgədəki Osmanlı sancaqbəyi tərəfindən dəvşirilərək İstanbula göndərilmişdir. Burada bölük ağası olan erməni Mustafa ağanın xidmətinə verildi. Ancaq sahibinin qətlə yetirilməsinin ardından saraya alınaraq Əndərunda təhsil almağa başladı. Burada adı dəyişdirilərək Yusif oldu. 1643-cü ildə silahdar ağası, ardından vəzir-i sani (ikinci vəzir) dərəcəsi ilə padşah müsahibi oldu. 1644-cü ilin martından kaptan-ı dərya təyin edildi və Krit adasına səfərə göndərildi.
Silahdar Ömər Paşa
Silahdar Ömər Paşa (ö. 1691) — IV Mehmed və II Süleyman səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin silahdarlığına təyin edildi. Ardından 1664-cü ilin martında vəzir rütbəsi alaraq Misir bəylərbəyi oldu. Ancaq 28 yanvar 1667-ci ildə vəzifədən alındı. 1669-cu ilin yanvarında Diyarbəkir, 1672-ci ildə Ərzurum, 1675-ci ildə Van, 1677-ci ilin noyabrında isə Bağdad bəylərbəyi təyin olunub, 1681-ci ilin mayında bütün vəzifələrindən azad edildi. 1682-ci ildə yenidən Ərzurum, 1684-cü ilin oktyabrında yenidən Bağdad bəylərbəyi oldu. Ancaq bir il sonra vəzifədən alındı. 1687-ci ilin sentyabrında yenidən Bağdad, 1688-ci ildə yenidən Diyarbəkir, 1689-cu ilin yanvarında yenidən Bağdad, 1690-cı ilin yanvarında yenidən Van, 1691-ci ildə isə yenidən Ərzuruma təyin olundu.
Silahdar İbrahim Paşa
Silahdar İbrahim Paşa — II Osman və I Mustafa səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təlim-tərbiyəsini tamamladıqdan sonra II Osmanın silahdarlığına gətirildi. Ancaq çox keçmədən Sultan Osman devrilərək qətlə yetirildi. Taxta çıxarılan Sultan Mustafa əqli cəhətdən zəif olduğundan bütün iqtidar sədrəzəmlərin əlində cəmlənmişdi. Sultan Osmanın yaxın adamlarını mərkəzdən uzaqlaşdırmaq istəyən sədrəzəm Qara Davud Paşanın əmriylə vəzir rütbəsi alan İbrahim Paşa Misir bəylərbəyliyinə gətirildi. 20 iyul 1623-cü ildə vəzifədən alınan İbrahim Paşa paytaxta çağırılaraq divan vəziri oldu. Ancaq özüylə birlikdə gətirməli olduğu Misir xəzinəsinin gözləniləndən az olamsı səbəbilə təftiş edildi. Təftiş əsnasında qaçıb gizlənən İbrahim Paşa sonradan bağışlandı ancaq bütün rütbə və mal-mülkü müsadirə edildi. Sonrakı həyatı və ölüm tarixi barədə məlumat yoxdur.
Silahdar Kürəkən Mehmed Paşa
Silahdar Kürəkən Mehmed Paşa (bilinmir, Konstantinopol – 1737, Hələb əyaləti, Osmanlı imperiyası) — I Mahmud dönəmində 3 ay 22 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. Əslən türk olub, doğum tarixi məlum deyil. Uşaq yaşlarında Əndəruna alınaraq burada təlim-tərbiyə edildi. Ardından saray xidmətinə alındı və saray anbarında çavuş vəzifəsində xidmət etdi. Sultan Əhmədin silahdarlarından Bosniyalı Mehmed ağanın vəzir rütbəsiylə Anadolu bəylərbəyliyinə təyinatının ardından, o da 8 noyabr 1724-cü ildə saray ənənəsinə zidd olmasına baxmayaraq silahdar ağası təyin edildi. 1724-cü ildə Sultan Əhmədin qızlarından Aişə Sultanla nişanlandı. Nişan mərasiminin ardından Mehmed Paşa Rumeli bəylərbəyi təyin edildi. Daha sonra 1727-ci ilin avqustunda vəzir rütbəsi aldı və bu vəzifədə ikən 22 may 1728-ci ildə cütlüyün nigahı baş tutdu. Nigahın ardından divana daxil olan Mehmed Paşa Ərzurum sancaqbəyliyinə gətirildi. 25 sentyabr 1730-cu ildə başlayan Patrona Xəlil üsyanının dördüncü günü Sultan Əhmədin kürəkəni sədrəzəm Nevşəhərli İbrahim Paşa başda olmaqla bir çox dövlət adamı edam edilərək üsyançılara təslim edildi və sədarətə sultanın digər kürəkəni Silahdar Mehmed Paşa gətirildi (1 oktyabr 1730).
Silahdar Kürəkən İbrahim Paşa
Silahdar Kürəkən İbrahim Paşa (ö. yanvar 1724) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Murad dönəmində saraya alınaraq yüksəlmiş, IV Mehmed dönəmində qədər müxtəlif əyalətlərdə xidmət göstərən Qız Hüseyn Paşadır (ö. 1687). Əndərunda yetişmiş, saray xəzinədarı olaraq xidmət etmişdir. Ardından 13 fevral 1704-cü ildə baş silahdar oldu. Ancaq həmin ilin 17 aprelində bilinməyən səbəblə vəzifədən alındı və sürgün edildi. Çox keçmədən bağışlandı və 8 oktyabr 1704-cü ildə vəzirliklə Şəhrizor sancaqbəyi təyin edildi. Ardından 1705-ci ildə Hələb, 1707-ci ildə Ərzurum, 1709-cu ildə yenidən Şəhrizor, 1710-cu ilin oktyabrında yenidən Hələb, 1711-ci ildə Mosul, 1713-cü ildə Diyarbəkir əyalətinə təyin edildi. 1714-cü ildə yenidən Şəhrizora təyin edilsə də, bir il sonra vəzifədən alınaraq sürgün edilmişdir.
Silahdar Seyid Mehmed Paşa
Silahdar Seyid Mehmed Paşa (1735, Nevşəhər, Osmanlı imperiyası – 20 fevral 1781, Konstantinopol, Osmanlı imperiyası) — I Əbdülhəmid səltənətində ümumilikdə 1 il 6 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. 1735-ci ildə indiki Nevşəhərin tabeliyindəki Ərəbsun kəndində dünyaya gəldi. Daha sonralar doğulduğu kənd onun tərəfindən abadlaşdırılaraq Gülşəhər adını qazanmışdır. Atası seyid zümrəsinə mənsub Əli ağadır. Bu səbəblə bir çox mənbələrdə Seyid ləqəbiylə alınır. 1747-ci ildə Topqapı sarayında xidmət edən dayısı Süleyman ağanın vasitəsilə saray mətbəxinə alındı və burada uzun illər xidmət etdi. Ardından 1759-cu ildə yeniçəri ocağının təbərdaran bölüyünə yazıldı. Burada Dırnaqçı Mustafa ğaanın katibliyinə gətirildi. Gözəl əl yazısı səbəbilə qısa zamanda tanındı və Əndəruna alınaraq ikinci katibliyə yüksəldi (9 mart 1762). Qardaşı halvaçı Mustafa ağanın Şahzadə Əbdülhəmidə yaxınlığından istifadə edərək sarayla əlaqələrinə gücləndirən Seyid Mehmed ağa onun bir neçə yazılarını qələmə aldı.

Значение слова в других словарях