Silahdar Seyid Mehmed Paşa

Silahdar Seyid Mehmed Paşa (1735, Nevşəhər, Osmanlı imperiyası20 fevral 1781, İstanbul, Osmanlı imperiyası) — I Əbdülhəmid səltənətində ümumilikdə 1 il 6 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı.[1][2][3][4]

Seyid Mehmed Paşa
22 avqust 1779 – 20 fevral 1781
(ləqəbi: Silahdar, Qaravəzir)
ƏvvəlkiKalafat Mehmed Paşa
Sonrakıİzzət Mehmed Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1735
Doğum yeri
Vəfat tarixi 20 fevral 1781(1781-02-20)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası Seyid Əli ağa

1735-ci ildə indiki Nevşəhərin tabeliyindəki Ərəbsun kəndində dünyaya gəldi. Daha sonralar doğulduğu kənd onun tərəfindən abadlaşdırılaraq Gülşəhər adını qazanmışdır. Atası seyid zümrəsinə mənsub Əli ağadır. Bu səbəblə bir çox mənbələrdə Seyid ləqəbiylə alınır. 1747-ci ildə Topqapı sarayında xidmət edən dayısı Süleyman ağanın vasitəsilə saray mətbəxinə alındı və burada uzun illər xidmət etdi. Ardından 1759-cu ildə yeniçəri ocağının təbərdaran bölüyünə yazıldı. Burada Dırnaqçı Mustafa ğaanın katibliyinə gətirildi. Gözəl əl yazısı səbəbilə qısa zamanda tanındı və Əndəruna alınaraq ikinci katibliyə yüksəldi (9 mart 1762).

Qardaşı halvaçı Mustafa ağanın Şahzadə Əbdülhəmidə yaxınlığından istifadə edərək sarayla əlaqələrinə gücləndirən Seyid Mehmed ağa onun bir neçə yazılarını qələmə aldı. Əbdülhəmidin taxta çıxmasının ardından saray ənənələrinə zidd olaraq birbaşa Has oda xidmətçiləri arasına alındı. 3 fevral 1774-cü ildə xəzinə kəndxudası, 6 mart 1775-ci ildə silahdar oldu. Sultan Əbdülhəmid tərəfindən bir çox imtiyaz və bəzi mülklər hədiyyə edilən Seyid Mehmed ağa bu sonuncu vəzifəsi səbəbilə Silahdar ünvanıyla anılmağa başlandı. Bu vəzifədə ikən bir çox saray əyanının, eləcə də sədrəzəmlərin təyinatında mühüm rol oynadı. İzzət Mehmed Paşa, Dərviş Mehmed Paşa, Malatyalı Mehmed PaşaKalafat Mehmed Paşa məhz onun təkidləriylə bu vəzifəyə təyin olunmuşdur. İstanbulda çıxan yanğınlar və bunların sədrəzəm Kalafat Mehmed Paşaya olan etirazlar səbəbilə önünün alına bilməməsi nəticəsində 22 avqust 1779-cu ildə vəzirlik rütbəsi alaraq sədarətə gətirildi.

İlk öncə vəzirlərin təyinatında dəyişiklik edən Seyid Mehmed Paşa Sədabadda Sultan Əbdülhəmidin də iştirak etdiyi hərbi təlimlər təşkil etdi. Ordunun ərzaq və hərbi sursat təminatına diqqət etməklə birlikdə, sərhəd boyunca yerləşən qalaların istehkamıyla məşğul oldu. Sultan Əbdülhəmidin öz əlyazmalarında da qeyd etdiyi üzrə, gcə-gündüz çalışmaqda olan Seyid Mehmed Paşa tutulduğu tifus xəsətliyi səbəbilə 20 fevral 1781-ci ildə vəfat etdi. Sultanın 5 yaşındakı oğlu Şahzadə Mehmedlə eyni gündə vəfat etməsi səbəbilə sədrəzəmin cənazə namazı ənənəyə uyğun olaraq Fateh məscidində deyil, Yeni Validə məscidində qılındı. Ardından Sultan Əbdülhəmid türbəsinin yaxınlığına dəfn olundu.

Eynilə İbrahim Paşanın doğulduğu Nevşəhəri abadlaşdıraraq buranı böyük bir yaşayış məntəqəsinə çevirməsi kimi, Seyid Mehmed Paşa da doğulduğu Ərəbsun kəndində öz adına inşa etdirdiyi külliyə ilə bölgəni abadlaşdırmışdır. 28 yanvar 1780 tarixli kitabəsinə görə, Gülşəhərdə məscid, mədrəsə, kitabxana və çeşmələrdən ibarət bu külliyədən günümüzə yalnız mədrəsə və 4 çeşmə gəlib çatmışdır. Gülşəhəri genişləndirərək buradakı əhalinin vergilərini azaltmış, beləcə insanların burada məskunlaşmasına təkan vermişdir. Eyni zamanda buraya qazı təyin edərək bölgə mərkəzinə çevrilməsinə nail olmuşdur.

  • Haremeyn Defterleri, nr. 9, s. 41, 57, 62, 64, 66, 72–73;
  • Silâhdar Seyyid Mehmed Paşa Vakfiyesi ve Zeyilleri, Süleymaniye Ktp., Yazma Bağışlar, nr. 2570;
  • Sırkâtibi Mustafa, Rûznâme-i Sultan Abdülhamîd Hân, İstanbul Belediyesi Atatürk Kitaplığı, Muallim Cevdet, nr. O. 121, vr. 18b, 19a-20b, 23b, 24b;
  • İsmail Zihnî v.dğr., Rûznâme-i Sultan Abdülhamîd Hân, TSMA, nr. E. 12360, vr. 5b, 8a, 14a;
  • Rûzmerre, TTK Ktp., Yazma, nr. 1001, s. 9–12;
  • Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), III, 45, 61, 80;
  • a.mlf., Vefeyât-ı Selâtîn, s. 17;
  • Sâdullah Enverî, Târih, Millet Ktp., Ali Emîrî Efendi, Tarih, nr. 67, II, vr. 116a-117a, 120a-122a, 126b, 132b, 140b-141b;
  • Kethüdâzâde Saîd, Târîh-i Sefer-i Rusya, Süleymaniye Ktp., Esad Efendi, nr. 2143, vr.15a-b;
  • Ahmed Câvid, Verd-i Mutarrâ: Hadîkatü’l-vüzerâ Zeyli, İstanbul 1271, s. 31–32;
  • Vâsıf, Mehâsinü’l-âsâr, TSMK, Hazine, nr. 1406, vr. 18b, 50b, 61b-62a, 97b, 99b;
  • Süleyman Fâik, Sefînetü’r-rüesâ Zeyli, İstanbul 1269, s. 117–118;
  • Atâ Bey, Târih, II, 109–113;
  • Mehmed Ziyâ, İstanbul ve Boğaziçi, İstanbul 1336, I, 356, 384, 389.
  1. Sicill-i Osmânî, IV, 258–259;
  2. Cevdet, Târih, II, 3, 49–50, 128–136, 139–155, 336;
  3. Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 473–475.
  4. Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 235; II, 177–178;