UŞAQCANLI

sif. Öz uşaqlarını, öz övladlarını həddən artıq sevən, onlara qayğı və nəvaziş göstərən; övladcanlı. Uşaqcanlı ana.
– Nubar xala yazdı ki, mənim kişim məzlumun birisi, uşaqcanlı girdimanlıdır. S.Rəhimov.
Qoşatxan uşaqcanlı atalardan olduğundan Mələk onun sualındakı narahatlığı duydu. M.İbrahimov.

UŞAQ
UŞAQCANLILIQ

Значение слова в других словарях