UYMAQ

f.
1. bax qapılmaq 2
Qərinələrlə məst olub cəhalətə uyduq! Hansı günümüzü xoş keçirdik? C.Məmmədquluzadə.
Meydanda durun mərd kimi; Uymayın ötəri şöhrətə, ada. B.Vahabzadə.

// İnanaraq tabe olmaq, razı olmaq, güzəştə getmək; dilə aldanmaq; təsir altına düşmək. Yalana uymaq.
– Əzizim, içmə, dostum! Hər sudan içmə, dostum! Uyma əğyar sözünə! Dostundan keçmə, dostum! (Bayatı).
[Ziba xanım:] Sənin gözün örtülüb, uyubsan bu çənginin məkrinə, felinə, təmiz adını itiribsən. M.F.Axundzadə.

2. Bənd olmaq, vurulmaq, sevmək.
Uyubsan zalım xoryada; Dostdan kənar gəzən gözəl! Aşıq Ələsgər.
[Tutubəyim Ağabəyimə:] [Atan] bir müddət Hacı Kərimin qızına uydu, indi də Gəncədən təzə gətirdiyi bacıma uyub. Çəmənzəminli.

3. Uyğun gəlmək, uyğun olmaq, münasib olmaq, düz gəlmək, yaraşmaq.
Vay, vay! Deyəsən, bəşər deyil bu! Bir şəklə uyan təhər deyil bu! M.Ə.Sabir.
Bu iki adamın təbiəti bir-birinə əsla uymayırdı. A.Şaiq.

Синонимы

  • UYMAQ 1. UYMAQ Uymayın ötəri şöhrətə, ada (B.Vahabzadə); QAPILMAQ [Tütünçüoğlu] gənc olmasına baxmayaraq, başqaları kimi həlli müşkül olan arzulara qapılmaz
  • UYMAQ yatmaq
  • UYMAQ sevmək — vurulmaq
  • UYMAQ maraqlanmaq — qapılmaq

Этимология

  • UYMAQ Bu söz mənbələrdə təqlid etmək, yamsılamaq kimi şərh olunub.İndi “təsir altına düşmək” anlamını əks etdirir
UYMA
UYUMA

Значение слова в других словарях

ватерпа́с вене́ды выторго́вывать ку́колка мали́ново мастери́ться переква́шивать приника́ть сноро́вно вколо́ться иконобо́рец кому не лень сно́су нет эпилепто́лог валькирия шигарда aircraft observer infra-acoustic light-horseman miniver narcomaniac night-stool Nikolaev sensori-motor перегонка