Velenus
Velenus ( lat. Balerus, Belenus) — I Şapurun hakimiyyəti dövründə kadusilərin hökmdarı.
== Tarixi ==
Roma imperatoru I Valerian Edessa döyüşündə xəyanət etdiyinə görə Sasanilərə əsir düşdükdən sonra kadusilərin hökmdarı Velenus sasani şahı I Şapura yazdığı məktubunda şaha müraciət etdi: “Sizə göndərdiyim köməkçilərim sağ-salamat geri qaytarıldı və onları böyük məmnuniyyətlə qəbul etdim. Ancaq Valerianı əsir götürmənizə sizi çox da təbrik etmirəm; onu qaytarsaydız daha çox təbrik edərdim. Romalılar məğlub olanda daha güclü olurlar. Onunla ehtiyatlı davranın və artıq çoxlarını aldatmış xoşbəxtliyin sizi alovlandırmasına imkan verməyin. Valerianın həm imperator oğlu, həm də Sezar adlı nəvəsi var. Bəs tamamilə sizə qarşı qalxan bütün Roma dünyasına nə demək olar? Beləliklə, Valerianı qaytarın və romalılarla barışın, bu da bizim üçün faydalı olacaq".