Vızıldayan milçəklər
Vızıldayanlar (lat. Bombyliidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
== Ümumi xüsusiyyətləri ==
Bədənlərinin uzunluğu 0,8-dan 30 mm-dək olur. 5000-dən çox növü məlumdur. Əsasən quru tropik və subtropik zonalarda geniş yayılmışdır. Qazıntı zamanı tapılmış qalıqlara əsasən onların Yura dövrünün ortalarından mövcudluğu məlumdur.
== Biologiyası ==
Yetkin fərd bitki nektarı ilə qidalanır. Sürfələri çəyirtkələrdə, kəpənəklərdə, arılarda parazitlik edir və hörümçəklərin yumurta baramalarının yırtıcısı hesab olunur.
== Sinonimləri ==
Phthiriidae
Usiidae Becker, 1913
Systropodidae
== Təsnifatı ==
Müasir təsnifata görə vızıldayanlar fəsiləsinə aid 15 yarımfəsilə (Yeates, 1994), 240-a yaxın cins və təqribən 5000 vızıldayan milçək növü aiddir.