XAR

I
(Culfa, Çənbərək, Füzuli, Qazax, Ordubad)
1. yaşlı axta keçi. – Hər sürüdə ikijə xar var (Çənbərək)
2. qoca öküz (Füzuli)
3. qısır keçi (Qazax). – Xar keçi kök olar (Culfa)
II
(Oğuz)
yoncaya bənzər sarı çiçəkli ot
XAPXARA
XARA
OBASTAN VİKİ
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu
Azərbaycan Dillər Universiteti və ya qısaca ADU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılmışdır. Lakin xarici dilləri tədris edən milli pedaqoji kadrlar çatışmadığından Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da "Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında" qərar qəbul etdi. 1937/1938-ci tədris ilində fakültəyə 175 nəfər qəbul edildi: ingilis dilinə 59 nəfər, alman dilinə 92 nəfər, fransız dilinə 24 nəfər. Onlardan 46 nəfəri Azərbaycan bölməsinə, 129 nəfəri rus bölməsinə qəbul olunmuşdu. 1941-ci ildə həmin qəbuldan yalnız 95 nəfəri diplom ala bildi. II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında "Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında" qəbul etdiyi qərar əsasında APİ-nin Xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi və həmin il instituta 150 nəfər qəbul edildi. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq institut yalnız taşkilatlanma prosesini həyata keçirə bildi və XMK-nın əmri ilə sentyabr ayının 1-dən yenidən APİ-nin fakültəsi kimi öz fəaliyyətini davam etdirdi. Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə Respublika Maarif Nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. İnstitutun ilk rektoru vəzifəsinə Xarici dillər fakültəsinin məzunu və bir müddət fakültənin müəllimi, sonra isə dekanı işləmiş Heybət Paşayev təyin edildi.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsilə həyata keçirir. Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısı
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısı, bəzən KİV-lər tərəfindən "qara siyahı" olaraq adlanır — Azərbaycanın 2020-ci ilə qədər işğal olunmuş ərazisi olan Qarabağ və hələ də işğal altında olan Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı anklavlarına qanunsuz səfər etmiş əcnəbi şəxslərin siyahısı. 2018-ci ildə Azərbaycanın xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər etmiş 96 xarici ölkə vətəndaşının adı "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"na daxil edilib. 2005-ci ildə Rusiya müğənnisi Katya Lel Ermənistanın təhriki ilə Dağlıq Qarabağda keçirilən konsert proqramında iştirak edib. O, 2009-cu ildə Azərbaycan hakimiyyətindən üzr istəyərək, adının "qara siyahı"dan çıxarılmasına nail olub. 2010-cu ildə İtaliya müğənnisi Al Bano Ağdərənin Vəng kəndində konsert proqramı ilə çıxış edərək, Azərbaycanın arzuolunmazlar siyahısına düşüb. 2013-cü ildə bu addımına görə Al Bano Azərbaycan XİN-ə müraciət edərək, Qarabağ münaqişəsindən xəbərsiz olduğunu, əməlinə görə təəssüf hissi keçirdiyini bildirib. Müğənninin peşman olduğu nəzərə alınaraq XİN onun adını "qara siyahı"dan çıxarılması barədə qərar verib. 2013-cü ildə müğənni Bakıya gələrək, Heydər Əliyev Sarayında keçirilən konsert proqramında iştirak edib. 2011-ci ilin sentyabr ayında siyasətçi Aleksandr Mitrofanov Ağdərə şəhərini ziyarət edərək, orada "Moskva" mərasim evin açılışında iştirak edib. 2013-cü ildə Azərbaycanın Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək bağışlanmalarını rica edib.
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti və ya qısaca XKX — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır. Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub. Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsilə həyata keçirir. Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri
Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini xarici dövlətlərdə təmsil edən diplomatik missiyalar. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik münasibətlər yaratdığı və dostluq müqaviləsi bağladığı ilk dövlət Osmanlı imperiyası olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Osmanlı imperiyası ilə geniş və hərtərəfli diplomatik münasibətlər yaratmaq üçün Əlimərdan bəy Topçubaşovu 1918-ci ilin avqustunda fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərmiş və ona diplomatik nümayəndə kimi bütün səlahiyyət və hüquqlar verilmişdi. Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi Paris sülh konfransına (1919–1920) yola düşənə qədər, İstanbulda olduğu müddətdə, Osmanlı sultanı, Osmanlı dövlətinin baş naziri, xarici işlər, ədliyyə, hərbi, maliyyə nazirləri ilə, həmçinin xarici dövlətlərin Türkiyədəki nümayəndələri ilə görüşmüş, geniş diplomatik danışıqlar aparmış, beynəlxalq sülh konfransına hazırlıqla bağlı məsələləri müzakirə etmiş etmişdir. Əlimərdan bəy Topçubaşov İstanbuldakı Antanta dövlətlərinin diplomatik nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyəti adından memorandum təqdim etmişdir. Cənubi Qafqazın hər üç millətinin mənafeyinin ədalətlə nəzər alındığı bu memorandumun surətləri erməni və gürcü nümayəndələrinə də təqdim olunmuşdu. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi missiyaya Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin nümayəndəsi Səlim bəy Behbudov, Əlimərdan bəy Topçubaşovun iki katibi (Mustafa bəy Vəkilov və Rəşid bəy Topçubaşov) daxil idilər. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda diplomatik nümayəndəsi Yusif bəy Vəzirov (Çəmənzəminli), onun müavini və maliyyə müşaviri isə Cahangir bəy Qayıbov idi. Azərbaycan Xalq Cümhuriyyəti illərində Batumda baş konsulu Mahmud bəy Əfəndiyev olmuşdu. 1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Paris sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqa malik olan nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti
28 may 1918-ci ildə müstəqilliyini elan etmiş gənc Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi. İstiqlaliyyətin qorunub saxlanması daxildən daha çox, xarici amillərlə də bağlı idi. I Dünya müharibəsinin getdiyi mürəkkəb beynəlxalq şəraitdə - iştirakçı ölkələrin Qafqaz və onun zəngin guşələrindən olan Azərbaycan uğrunda hərbi əməliyyatların genişləndiyi dövrdə Azərbaycanın dövlət müstəqilliyinin qorunması onun uğrunda mübarizələrdə yetişmiş siyasətçilərdən və dövlət xadimlərindən hər an dəyişən vəziyyətə uyğun çevik siyasi manevretmə bacarığı tələb edirdi. Azərbaycan diplomatiyasının bu çətin vəzifənin öhdəsindən gəlməsi üçün 1918-1920-ci illər dövründə təşkil olunmuş müxtəlif hökumət kabinetlərində Xarici İşlər Nazirliyinin möhkəmləndirilməsi və təşkilati strukturunun təkmilləşdirilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət idarəsinə müxtəlif vaxtlarda dovrünün ziyalıları, dünya siyasətinin sirlərinə bələd olan, çevik diplomatik bacarığa malik Fətəli Xan Xoyski, Məmməd Həsən Hacınski, Məmməd Yusif Cəfərov, Adil xan Ziyadxanlı başçılıq etmişdilər. Azərbaycan diplomatiyasının hazırlanmasında və həyata keçirilməsində Ə.M.Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Ə.Ağayev, N.Yusifbəyli, Ə.Şeyxülislamov, Ceyhun Hacıbəyli, M.Y.Mehdiyev. M.Məhərrəmov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və digərləri yaxından iştirak etmişlər. Milliyyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban münasibətlər Azərbaycan diplomatiyasının aparıcı istiqaməti olub, onun çıxış nöqtəsini təşkil edirdi. Böyük dünya siyasəti baxımından Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini üç dövrə bölmək olar:Türkiyə oriyentasiyası dövrü (1918-ci il may-oktyabr); Qərb oriyentasiyası dövrü (1918-ci il noyabr-1920-ci il yanvar); geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü - (1920-ci il yanvar-aprel). XX əsrin əvvəllərindən Azərbaycanda genişlənən milli-azadlıq mübarizəsində onun öncülləri Osmanlı dövlətinə boyük ümid bəsləyirdilər.
Azərbaycan Xarici Dillər İnstitutu
Azərbaycan Dillər Universiteti və ya qısaca ADU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılmışdır. Lakin xarici dilləri tədris edən milli pedaqoji kadrlar çatışmadığından Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da "Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında" qərar qəbul etdi. 1937/1938-ci tədris ilində fakültəyə 175 nəfər qəbul edildi: ingilis dilinə 59 nəfər, alman dilinə 92 nəfər, fransız dilinə 24 nəfər. Onlardan 46 nəfəri Azərbaycan bölməsinə, 129 nəfəri rus bölməsinə qəbul olunmuşdu. 1941-ci ildə həmin qəbuldan yalnız 95 nəfəri diplom ala bildi. II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında "Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında" qəbul etdiyi qərar əsasında APİ-nin Xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi və həmin il instituta 150 nəfər qəbul edildi. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq institut yalnız taşkilatlanma prosesini həyata keçirə bildi və XMK-nın əmri ilə sentyabr ayının 1-dən yenidən APİ-nin fakültəsi kimi öz fəaliyyətini davam etdirdi. Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə Respublika Maarif Nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. İnstitutun ilk rektoru vəzifəsinə Xarici dillər fakültəsinin məzunu və bir müddət fakültənin müəllimi, sonra isə dekanı işləmiş Heybət Paşayev təyin edildi.
Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsilə həyata keçirir. Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı.
Azərbaycan Xarici İşlər Nazirləri
Azərbaycan xarici işlər nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın xarici işlər nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın xarici işlər nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycan haqqında xarici poçt markalarının siyahısı
Azərbaycan mövzulu xarici poçt markalarının siyahısı — Xarici ölkələrin poçt təşkilatları tərəfindən buraxılmış Azərbaycan mövzulu rəsmi poçt markalarından ibarətdir.
Azərbaycan mövzulu xarici poçt markalarının siyahısı
Azərbaycan mövzulu xarici poçt markalarının siyahısı — Xarici ölkələrin poçt təşkilatları tərəfindən buraxılmış Azərbaycan mövzulu rəsmi poçt markalarından ibarətdir.
Azərbaycan xarici işlər nazirlərinin siyahısı
Azərbaycan xarici işlər nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın xarici işlər nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın xarici işlər nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycanın Xarici Kəşfiyyat Xidməti
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti və ya qısaca XKX — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır. Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub. Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti — Sovet dövründə və müstəqilliyinin ilk illərində Azərbaycanda fəaliyyət göstərmiş təşkilat. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 1946-cı ildə Bakıda yaradılmışdır. Həmin vaxt Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi nəzarəti altında gərgin fəaliyyət göstərən qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də ziyalı təbəqəsinin Azərbaycanla əlaqəsinin qurulması idi. Ona görə də cəmiyyətin xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin qurulması və Azərbaycan diasporunun formalaşmasında mühüm rolu olmuşdur. Həmin illərdə Azərbaycan diasporunun formalaşmasında Azərbaycanın görkəmli ziyalılarının böyük fəaliyyətləri olmuşdur. Belə ki, Sovet rejimin ən sərt qaydalarının hökm sürdüyü vaxtlarda belə xaricdə yaşayan azərbaycanlılar öz Vətənləri ilə əlaqələrini davam etdirmişdirlər. 1948-ci ildə cəmiyyətin Rəyasət Heyətinin sədri vəzifəsinə təyin edilmiş ictimai xadim Rza Quliyev, düz 27 il bu vəzifədə işləmiş və beynəlxalq mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfə vermişdir. Moskvada yaxşı əlaqələri olan, xarici ölkələrlə mədəni əlaqələri bacarıqla nizamlayan Rza Quliyev çalışırdı ki, Azərbaycanı hər yerdə çox tanısınlar, dünyanın qədim xalqlarından birinin mədəniyyəti və incəsənəti haqqında həqiqəti bilsinlər. Bir sıra ölkələrdə səfərlər zamanı o, öz ictimai işini jurnalist fəaliyyəti ilə əlaqələndirirdi, özü ilə respublikanın həyatı, Azərbaycan xalqının mədəniyyəti, tarixi haqqında materiallar aparırdı. Həmin materialları bu ölkələrin kütləvi informasiya vasitələrinə təqdim edir, orada dərc etdirir, beləliklə, Azərbaycanı bütün dünyada populyarlaşdırır və təbliğ edirdi.
Azərbaycanın Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsilə həyata keçirir. Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı.
Azərbaycanın xarici işlər nazirləri
Azərbaycan xarici işlər nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın xarici işlər nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın xarici işlər nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycanın xarici siyasəti
Azərbaycanın xarici siyasəti — Azərbaycan dövləti xarici məsələlərdə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan Respublikasında müstəqil siyasət anlayışı SSRİ-nin dağılması, imperiyanın tərkibində olan ölkələrin müstəqillik əldə etməsi ilə eyni vaxta təsadüf edir. Buna qədər digər müttəfiq respublikalarda olduğu kimi Azərbaycan SSR-də də siyasəti Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyi müəyyən edirdi. Ancaq 1984-cü ildən SSRİ-də başlayan yenidənqurma layihəsinin nəticəsində sərbəstlik Azərbaycana da çatdı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqil dövlət elan edildi. Bununla da müstəqil ölkənin daxili və xarici siyasətinin əsası qoyuldu. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə qısa müddətdə hakimiyyət dəyişiklikləri baş verirdi ki, bu da xarici siyasətə təsirsiz ötüşmürdü. İlk müstəqillik illərində Azərbaycan BMT, ATƏT kimi mötəbər qurumların üzvü idi. Eyni zamanda hakimiyyət beynəlxalq neft şirkətləri ilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində danışıqlar aparırdı. Müstəqilliyin ilk illərində Azərbaycanda ilk siyasi təsisatlar, partiyalar, qeyri-hökumət təşkilatları yarandı.
Ağ xardal
Ağ xardal (lat. Sinapis alba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin xardal cinsinə aid bitki növü. Ağ xardal müxtəlif sahələrdə istifadə edilir. Ağ xardalın toxumlarının tərkibində 30-40% yüksək qidalı yarımquruyan (yod ədədi 92-122) yağ, 32% zülal, 0,1-1,1% efir yağı vardır. Ağ xardalın yağı qızılı-sarı rəngdə olmaqla yaxşı saxlanılır. Ağ xardal yağı ərzaq kimi, eyni zamanda marqarin istehsalında, çörəkbişirmə və qənnadı sənayesində istifadə edilir. Tərkibindəki efir yağının miqdarına görə göy xardaldan geri qalır. Ağ xardal yağı çörək-peçenye, qənnadı konserv və s. sənaye sahələrində istifadə edilir. Ağ xardal jmıxı xüsusi işləmədən sonra heyvandarlıqda zülallı yem kimi istifadə olunur.
Böyük Azadlıqlar Xartiyası
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Con Xarsani
Con Xarsani (mac. Harsányi János Károly) (29 may 1920[…], Budapeşt – 9 avqust 2000[…], Berkli, Kaliforniya) — Macarıstanda anadan olmuş, sonradan ABŞ-yə köçmüş iqtisadçı. 1994-cü ildə Con Neş və Reynhard Zeltenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Con Xarsani daha çox oyunlar nəzəriyyəsi ilə bağlı tədqiqatları ilə tanınır, xüsusilə təkmilləşdirdiyi əskik bilgili oyunların analizi üçün nəzərdə tutulan Bayesiyan oyunları olaraq adlandırılan xeyli yenilikçi metodla tanınır. Eyni zamanda siyasi və əxlaqi fəlsəfədə (xüsusilə Praqmatizm etikası) iqtisadi məntiq və oyunlar nəzəriyyəsinin istifadəsindəki önəmli xidmətləri ilə tanınır. Altsheymer xəstəliyi diaqnozu qoyulan Con Xarsani 2000-ci ildə Kaliforniya ştatının Berkli şəhərində ürək tutmasından vəfat etdi. Praqmatizm etikası ilə bağlı tədqiqatlarına Brisbeyndə olarkən başlamışdı. İki məqalə nəşr etdirmişdi. Con Xarsani məqalələrində əxlaqi problemlərdən əvvəl insanların şəxsi tarixləri və əxlaqi seçimləri arasındakı fərqin göstərilməli olduğunu açıqlamışdı. Con Neşin oyunlar nəzəriyyəsi ilə bağlı nəşrindən sonra Con Xarsaninin bu mövzuya marağı artmışdır.
Dam xarabaçılı
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Deqazasiya üsulları və onların xarakteristikası
Deqazasiya kimyəvi, fiziki-kimyəvi və fiziki üsullarla aparıla bilər. Deqazasiya maddələrinin zəhərlənmiş obyektlərin üzərindən maddələrlə kimyəvi əlaqələrə qoşulmasına əsaslanır. Nəticədə geyri-toksik birləşmələr əldə olur. Deqazasiyanın bu üsulu zəhərlənmiş yerlərin deqazasiya məhlulları (suspenziya) yaxud DTS OK (xlorlu əhənq) ilə təmizlənməsi vasitəsilə əldə edilir. Bu üsulla deqazasiya zamanı xüsusi maşınların da deqazasiya maddələrində isladılmış fırçalar istifadə olunur. Zəhərlənmiş gurguların xüsüsən də ağac, dəri, toxuma əşyaları yuxarıdaki istiqamətdə silib təmizləyir. Zəhərləyici maddənin növu müəyyən edilməmiş sə, zəhərlənmiş obyektləri əvvəlcədən 1 №-li deqazasiya məhlulu ilə təmizləyir, sonra isə 2-aş, (2bş) -№ li deqazasiya məhlulundan istifadə edirlər. Zəhərli maddənin növü müəyyən ediliubsə, bu zoman, iprit, V -qazı tipli zəhərləyici maddələri, 1 №-li deqazasiya məhlulundan, soman tipli ZM-lə zəhərləmədən 2-aş (2-bş) №-li deqazasiya məhluldan istifadə olunmaqla deqazasiya edirlər. 1 №-li deqazasiya məhlulundan istifadə edildikdə reaksiyanın turşulu məhlulları və bu məhlulları artıcı metal səthlərin güclü korrosiyasına səbəb olur. Məhz buna görə bu məhluldan istifadə zamanı təmizlənmiş metal səthlər 2 №-li deqazasiya məhlulu ilə silimməli, sonra təmizlənib yağlanmalıdır.
Dnestryanı Moldov Respublikasının Xarici İşlər Nazirliyi
Dnestryanı Moldov Respublikasının Xarici İşlər Nazirliyi və ya DMR-nın XİN — dövlət hakimiyyətinin icra orqanıdır, DMR-nin Prezidenti tərəfindən qəbul edilmiş Konstitusiya və ya qanunvericilik aktlarına uyğun olaraq, DMR-nın prezidentinə xarici məsələlər barədə məlumat verən orqan. 2012-ci il 17 yanvar tarixindən 14 sentyabr 2015-ci ilə qədər Dnestryanı Xarici Siyasət Şöbəsinə Nina Viktorovna Ştanski, 14 sentyabr 2015-ci ildən Vitaliy Viktoroviç İqnatyev rəhbərlik etmişdir. 1 iyul 1992-ci il Xarici İşlər Nazirliyinin Təhsil Günü hesab edilirdi. Bu günü Prezidentin fərmanı ilə DMR-nın Xarici Əlaqələr Respublika Bürosunu yaratdı. Büro Dnestryanı Mədəniyyət Nazirliyinin dövlət orqanlarının və təşkilatlarının fəaliyyətlərini və koordinasiyalarını, digər dövlətlərin orqanları və qurumları ilə iqtisadi və siyasi əlaqələrini təşkil edirdi. Büro dövlət başçısı tərəfindən idarə edilirdi. 8 sentyabr 1992-ci ildə DMR-nin Ali Şurasının qərarı Büro xarici əlaqələr üzrə Respublika Departamentinə çevrildi. 31 mart 1993-cü ildə Prezidentin fərmanı ilə DMR-in dövlət katibi Valeri Litskay Respublika Xarici Əlaqələr Departamentinin rəisi vəzifəsini icra etdi. 3 avqust 2000-ci ildə Respublika Xarici Əlaqələr Bürosu DMR Xarici İşlər Nazirliyinə çevrilmişdir. Prezidentin fərmanı ilə Valeri Litskai DMR-nın Xarici İşlər Naziri təyin edildi.

Значение слова в других словарях