XEYLİ

sif.zərf Olduqca çox, çoxlu, bir çox. Xeyli adam gəlmişdi. Xeyli kitabı var. O hadisədən xeyli zaman keçmişdir.
[Şah:] Öylə isə, sən bizə bir ay möhlət ver, bir yol ilə sənə xeyli pul qazandıraram. Ü.Hacıbəyov.

// Olduqca, son dərəcə. Onun halı xeyli pərişan idi.
– Bu suallar məni xeyli təəccübləndirdi. A.Divanbəyoğlu.

□ Bir xeyli1) uzunuzadı.
Söhbət davam edir bir xeyli… Leyla; “Daha yetər”, – deyə qalxır yerindən. B.Vahabzadə;

2) çoxlu, külli miqdarda.
[Dürrənin] ətrafına bir xeyli arvad toplanmışdı. S.Vəliyev.

Синонимы

  • XEYLİ xeyli bax çox, çoxlu
  • XEYLİ çoxlu — olduqca — dedikcə
XEYLAQ
XEYLİCƏ

Значение слова в других словарях